Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Mozalan


Nightwatchman

Recommended Posts

Könül yeni mövzuların az olmasından şikayətçidir, hərənin öz maraq dairəsinə uyğun mövzu açmağını istəyir forumçulardan. Ona dəstək olaq, forumun inkişafına kömək edək.

 

Bir neçə gün əvvəl bir mövzuda bir post yazdım, sonda "Mozalan"-ın yadıma düşdüyünü qeyd etdim. Yeni bir mövzuya təkan verdi bu xatirə.

 

Vaxtilə Cəfər Cabbarlı adına "Azərbaycan" kinostudiyamızın çox maraqlı bir satirik kino jurnalı var idi - "Mozalan" . Hər buraxılışını maraqla izləyirdik, sonda gülürdük və acı həqiqəti qəbul edirdik. Bir tərəfdən gülməli, satirik, digər tərəfdən isə ağlamalı, sarkazmlı həqiqəti. İllər keçib, amma cəmiyyət dəyişməyib. Dəyişən bir odur ki, daha "Mozalan" yoxdur.

 

Gəlin bir anlıq təsəvvür edək ki, "Mozalan"-ın çəkilişləri başlanıb və hər birimiz, cəmiyyətdə, ətraf aləmdə, yan-yörəmizdə, lap elə bu forumun özündə gördüyümüz eybəcərlikləri bir satira şəklində ssenarisini yazıb ora göndərə bilərik. Buyurun, bacarığınızı göstərin. Bir şərtlə ki, "Mozalan"-ın dəsti-xəttindən çıxmamaq şərti ilə, yəni heç kimi birbaşa təhqir etmədən, ad çəkmədən, qaralamadan.

 

P.S. Könül, bir xahiş, bu mövzu əyləncə deyil, o bölməyə keçirilməsin.

 

https://www.youtube.com/watch?v=BHst0HSOkb4

 

Link to comment
Share on other sites

Nədən söhbət getdiyini bilmək üçün, həmin o postumu burda qeyd edim...

 

 

Uzaq bir qohumun evində dava-dalaş olur, onu evdən qovurlar. Sənin evin böyük olduğuna görə, elin-obanın ağsaqqalı deyir, a bala, qoy hələlik bir otaqda daldalansın, görək başımıza nə gəlir. Sən də, xala xətrin qalmasın, adət-ənənəyə, qonaqpərvərliyə görə baş üstə deyirsən, evinin ən gözəl, ən böyük otağını ayırırsan onun üçün, hələ bir veşlərini daşımağa da kömək edirsən. 1 gün, 5 gün, 3 ay, 1 il, 20 il keçir, qohum otaqda özünə qəşəng şərait yaradır, hələ həyətdə əlavə bir-iki otaq tikir, mal-qara saxlayır, obyekt açır, cipdə gəzir. Sən isə elə necə var idinsə, elə də yaşayırsan. Vaxt gəlir oğul uşağını evləndirmək, o gözəl otağa gəlin gətirmək keçir ağlından. Deyirsən ay qohum, sənə bu qədər kömək oldum, dəstək oldum, indi imkan ver mənə övladlarımı yerbəyer edim, qocalmışam, bu-gün sabahlığam. Qohum dünyaya car çəkir, səni biabır edir, hələ bir borcluda çıxarır ki, sən nə ixtiyarla məni evimdən qovursan, mən burda acından ölməklə həyat arasında mübarizə aparıram. Obyekt, cip, mal-qara da mənə köməkdir. Gedirsən, nənədən qalma köhnə sandığı açırsan, saralmış sənədləri gətirirsən ki, axı bu mənim evimdir, yurdum, obamdır, atamdan, babamdan qalıb, bax bu sənəd, bu sübut. Deyir sənəd-mənəd bilmirəm, mənə ağsaqqal icazə verib, mən də yaşayıram, get kimə istəyirsən şikayət elə, bu dəqiqə ANS-i, milləti tökəcəm bura......

 

Bu sadəcə bir misal idi......)))))))) "Mozalan" yadıma düşdü.....maraqlı olardı belə bir qısa film çəkmək.....

 
Link to comment
Share on other sites

Könül yeni mövzuların az olmasından şikayətçidir, hərənin öz maraq dairəsinə uyğun mövzu açmağını istəyir forumçulardan. Ona dəstək olaq, forumun inkişafına kömək edək.

P.S. Könül, bir xahiş, bu mövzu əyləncə deyil, o bölməyə keçirilməsin.

 

Rüfət,dəstəyinə və köməyinə görə çox sağ ol.Mən bu cür təşəbbüsü ancaq dəstəkləyə bilərəm.

Buyur ,öz məharətini göstər).Mən də "Mozalan" satirik kino jurnalının buraxdığı nömrələri bəyənərək izləyirəm.Zamanla sənə bu mövzuda qatılaram.)

Link to comment
Share on other sites

Rüfət,dəstəyinə və köməyinə görə çox sağ ol.Mən bu cür təşəbbüsü ancaq dəstəkləyə bilərəm.

Buyur ,öz məharətini göstər).Mən də "Mozalan" satirik kino jurnalının buraxdığı nömrələri bəyənərək izləyirəm.Zamanla sənə bu mövzuda qatılaram.)

 

Təşəkkür!

 

Tək mən yox, hamı göstərsin məharətini. Cəmiyyətdə gördüyümüz bütün problemləri, çatışmamazlıqları, qüsurları satirik hekayələrimizlə göstərək. Həm gülək, həm ağlayaq.

Link to comment
Share on other sites

Əziz və hörmətli "Yal Tv" kanalı izləyiciləri!Ümid edirik ki,bugünkü tok-şoumuzda "Tək səbir" mövzusunda açdığımız söhbət ürəyinizcə oldu.Tək səbirin həyatımızda,gündəlik işlərimizdə nə qədər mühüm əhəməyyətə malik olduğuna bir daha əmin olduq.Heç vaxt tək səbirsiz qalmayasınız...

"Yal Tv" kanalında növbəti tok-şoumuzun mövzusu "Qara Pişiyin qarşımızdan keçməsi nəyin əlamətidir?" olacaqdır.Bu mövzunun seçilməsi izləyicilərimizin çoxsaylı müraciətləri əsasında olmuşdur.Bildiyiniz kimi,Qara Pişik fenomeni hər kəsi ciddi düşündürən,hər birimizin bu məsələyə diqqət yetirməyimizi vacib edən bir amildir.Bu üzdən seyrçilərimizin arzusunu nəzərə alaraq,belə bir aktual mövzunu şeçmək qərarına gəldik. Verilişimizdə tanınmış alim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru hörmətli Alim Elmiyev,möhtərəm din xadimi Hacı Dindar Mollazadə,tanınmış parapsixoloq Zikrəddin Fikirli,öncəgörən xanım falçı Fatma,şou-biznes aləminin sayılan isimlərindən Gülər Oynayan və başqa tanınmış qonaqlar iştirak edəcəklər.Hamınızı növbəti verilişimizi izləməyə dəvət edirik

Bir neferin Facebook profilinde gordum. Bu movzu uchun uygun olacagini dusundum :)

Link to comment
Share on other sites

Ceyhun bu gün işləri ilə əlaqədar bütün gününü başqa bir şirkətdə keçirməli olacaq. Öz iş yerindən fərqli, burda heç yeri tanımır, çay içmək üçün mətbəxi güclə tapıb. Namazın vaxtı yetişib, görəsən nə etsin, harda qılsın namazını? İclas otağından dəhlizə çıxır, bir iki otağa göz gəzdirir, çaş-baş qalır. Kimdən soruşum axı, heç kimi tanımıram. Dəhlizin o başından bir nəfər gəlir, saqqalı var, aha, deyəsən din əhlidir, elə ondan soruşum. Əlini uzadaraq "Salam qardaş" müraciət edir. "Qardaş" tərs-tərs baxaraq və onun əlini göydə boş qoyaraq cavab verir "Eşidirəm sizi". 

 

- Üzr istəyirəm, burda namaz otağı varmı və əgər varsa mənə göstərə bilərsinizmi?

 

"Qardaş" yenə də tərs sifəti ilə bir otağın qapısını açır. "Siz buranı neynirsiz ki?". Ceyhun təəccüblə "Namaz qılmaq istəyirəm" cavab verir. "Bura müsəlmanlar üçündür, sizin üçün yox". Ceyhun heyrətlənir, "Məgər mən müsəlman deyiləm?". "Xeyr, əsl müsəlman saqqal saxlamalı və şalvarının balağını qısa etməlidir". Ceyhun daha böyük heyrətlə, "Bunu etməyənin müsəlman olmadığı harda yazılıb?". "Bilmirəm harda yazılıb, amma filankəs belə deyib". Ceyhun sakitcə "Hə, əgər filankəs belə deyibsə, onda demək bu tutarlı əsasdır" cavab verir.

Link to comment
Share on other sites

Arifin anası bütün tedris ili erzinde her zaman onun davamiyyeti ile maraqlanmaq üçün mektebe gederdi.Valideyin iclaslarını da buraxmazdı.

Valideyinler arasında her kes öz uşağından razı görünürdü.Birce Hicran canımdan başqa.O Arifin evde derslerine zeif hazırlandığını görürdü.Bu arada bir şeye de teeccüb edirdi.Axı Zehra da zeif uşaqdır.Niye onu müellime bele terifleyir?

Bu sualın cavabını öyrenmek üçün Zehranın anası ile danışmağı qerara aldı.Düzdü belke menim sözlerimden inciyecek,amma gerek ki,men bunu öyrenim.Niye bele ayrıseçkilik var?Niye olmalıdır?

İclasdan sonra hicran xanım Zehranın anası ile söhbetleşmek üçün biraz kenara çekilirler.Söhbet esnasında çetin de olsa Hicran xanım esas sualını verir.Aldığı cavab ise onu xeyli teeccüblendirir.

-- Bilirsiz Hicran xanım,Zehra zeifdir derslerinde beli.Biz istemerik ki,onun adı zeifler arasında hallansın.Buna göre biz her bayramda müellimeye xüsusi hörmet edirik.O da qarşılığında bize kömek edir.....

Hicran xanım çaş-baş qalmışdı.Uşağa başqa yolla kömek etmek olmur ki?

İndiki zemanede beledir ezizim deye cavab alır....Hörmet bütün işleri qaydasına salır.Size de meslehet görürem.

Bax bele...

Link to comment
Share on other sites

Təşəkkür İynəcik. Aktual bir problemə toxunduz. Ardı gəlsin....

 

Mən də yazım.

 

Əhməd yeni məhəlləyə köşmüşdü. İşinə yaxın bir yerdə ev kirayələmişdi, yeni qonşular, yeni insanlar, yeni cəmiyyət, hər şey yeni. "Xozyayka" orta yaşlı bir qadın idi, elə də gözəl deyildi, amma ona isti münasibət göstərmişdi, ilk günlər kömək olmuşdu. Məhəlləde heç kimi tanımırdı, bu onu bir az sıxırdı, tez bir zamanda kimləsə tanış olmaq, qonşuları tanımaq, məhəllənin qayda-qanunlarını öyrənmək istəyirdi. O gün axşam işdən qayıdanda səs-küy eşitdi. Məhəllənin ortasında bir orta yaşlı kişi, əlində araq şüşəsi, ayaq üstdə güclə duraraq ağzına gələni danışırdı. Söyüşün biri bir qəpik, qadına, anaya, bacıya baxmadan gic gic çərənləyirdi. Hamı da başını yelləyir, amma ona bir söz demirdilər. Əhməd hamının yerinə çox utandı, axı o belə tərbiyyə almamışdı, onun üçün azərbaycan xanımı, anası, bacısı belə olmamalı idi. Başını aşağı salıb otağına keçdi.

Səhəri gün işə gedəndə məhəllənin qarşısından eyni məhəllədə yaşayan cavan bir oğlanla avtobusa mindi. Avtobusda söhbətləşib tanış oldular, oğlan şəhərdə oxuyurdu, lap elə Əhmədin iş yerinə yaxın. Sözləşdilər ki, hər gün bir gəlib gedəcəklər. Axşam qayıdanda məhəllə haqda, qonşular haqda çox suallar verdi qonşu oğlana. Məhəlləyə girəndə dünənki kişinin bir küncdə, skamyada oturduğunu gördü və dünənki olay yadına düşdü. Qonşu oğlandan soruşdu:

- Bu kimdir belə?

- Cavidi deyirsən? (güldü) Məhəlləmizin klounu, ona fikir vermə. Əvvəllər yaxşı olub, savadlı, yerini bilən, sonra içkini ağlını əlindən aldı, indi tüfeyli həyat sürür, qonşular arada ona yemək verir.

- Axı dünən qadınların yanında ağzına gələni danışırdı? Əhməd heyrətlənir.

- Əşşiii.....öyrəşmişik.....fikir vermirik.

- Qəribədir. Əhməd yenə qavraya bilmədi bu şeyləri.

 

Belə olaylar tez tez baş verirdi, artıq Əhməd də öyrəncəli olmuşdu. Cavid özünü yekəxana aparır, tərbiyyəsizlikdən özünə bir imic yaratmışdı. Bunu böyük bir qəhrəmanlıq bilir, heç kimin ona baş qoşmamağından, elə sanırdı ki, məhəllənin başı budur. Əhməd bir gün "xozyayka"-nın Cavidə yemək aparmasını, onunla şirin-şirin danışıb, başını sığallamasını görüb heyrətləndi. "Xozyayka" qayıdanda, onu saxladı:

- Ay Almaz xala, sən bu tüfeyli ilə nə yaman şirin danışıb, başını sığallayırsan? Axı o nə sənə, nə məhəllənin digər qadınlarına hörmət qoymur, özünü pis aparır, tərbiyyəsizlik edir, min oyundan çıxır. Niyə özünüzə hörmət etmirsiz?

Almaz xala gülümsəyərək:

- Elə demə ay bala, mənim söyüş söyən kişilərdən xoşum gəleeer.....əsl kişi söyüş söyər də....

 

Deyəsən Əhməd çox geridə qalmışdı.....

Link to comment
Share on other sites

Birini de men yazım )

Xırda bir kendde yaşayırdılar onlar.Hansı ki,hamı bir birini tanıyırdı.Çoxu ise qohum idi bir birine.Zerife qonşuda yaşayan refiqesi üçün hemişe narahat idi.Bezen evlerinden gelen davanın sesi az qalırdı ki,bütün kende yayılsın.Eri ki,eve içkili geldi mütleq o gece evde qadın döyülürdü.Artıq kend camaatı bu veziyyete öyreşmişdi.Bezen qadını üzünde zerbenin izleri ile de görmek olurdu.

Axı niye sen bu ezaba dözmelisen? Niye dözürsen Aygün? Zerife onun halına acıyırdı.

Başqa çarem nedir? Artıq aile qurmuşam bir defe.Ayrılsam hara gederem? Atam meni qebul etmez.El-alem ne deyer? Ayıbdır.Biyabır olaram.

Yeni sen başqası ne deyecek deye bu heyatı ömür boyu yaşayacaqsan?

Başqa çarem yoxdu deye Aygün çiyinlerini çekdi.

Döyse de söyse de erimdir.

Qadınların zorakılığa sürükleyen kişiler qınağa tutulmadıqca bu hal davam edecek.

Link to comment
Share on other sites

Ata eve gelir. Hec kimi evde tapa bilmediyinden shikayet edir:

-Bu nece ailedi? Eve gelirsen, hec kimi tapa bilmirsen. Buna bax, hele utanmaz utanmaz zametka da qoyublar.

Deyine deyine stolun ustundeki kagizi goturub oxuyur:

-'Oglun elimizdedir. Eger ogluna bir sey olmasini istemirsense, polise filan xeber verme.'

Bundan shok olan ataya ele hemin vaxt zeng gelir:

-Alo

-Salam

-Kimdi danisan?

-Bir dost. Polise xeber vermedin, yeqin ki.

-Ogluma neynediniz? O necedi?

-Oglun yaxsidi, amma bize istediyimiz pulu getirmesen, oglun ne mekteb bitire bilecek, ne universiter oxuyacaq, ne ish quracaq, ne de evlenecek.

-Ne mekteb, ne universitet, ne ish. Hamisi da puldu bashdan ayaga... Belke hec xilas etmeyim... Beri bax, lazim deyil ogul zad mene. Ne isteyirsen ele. Onsuz da vereceyim pul qat qat cixacaq yene de.

-Basa dusmedim. Oglundan imtina edirsen? Alo alo... Atan seni istemedi. Daha ne edek. Buraxim seni, get evine. Atandan bir xeyir gelmedi bize..

Bunu bayaq bir kanalda gordum ))

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 51 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 15 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 9 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 21 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 126 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 39 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 6 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...