Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Benzin Və Dizel Bahalaşdı.


Recommended Posts

 
Azərbaycanda benzin və dizel bahalaşdı

 

 

Azərbaycanda benzinin qiyməti qalxıb.

 

Tarif Şurasından Oxu.Az-a bildiriblər ki, 12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.

 

Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

 

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulmuşdur.

Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.

 

Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdir.

 

Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcəkdir. Qərarın tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.

 

Link to post
Share on other sites

Bütün yanacaqdoldurma məntəqələri maşınlar ilə doludur, 2 saat bundan əvvəl evə gələndə belə maşın quyruğların şahidi oldum, əvvəl başa düşmədim iş nə yerdədir, forumu açarkən  məsələ aydınlaşdı..

 

Azərbaycanda benzin və dizel bahalaşdı
Edited by Elisabeth
Link to post
Share on other sites

Mən təqribən ayda 150-200 litr Ai 92 benzini işlədirəm. 12 aya vursaq edir 2400 litr, onu da 2 qəpiyə vuranda edir 48 manat. Axırıncı ili 2.4 mühərrik üçün 48+2=50 manat rüsum ödəmişəm. Nəzərə alsaq ki, maşının istehsal tarixi 10 ili ötməyib, ona gərə də 2 ildən bir texniki baxışdan keçməliyəm. deməli 50 manat 2 il üçün ödənilirdi. İndi isə 20 manat texniki baxış üçün pul ödəyirəmsə 48 manat da benzinə əlavə olunan qiymətə görə ödəyəcəm. Üstəlik 2-ci ili də əlavə eləsək 20+48+48=116 manat. Son olaraq texniki baxışın qiymətinin düşməsi mənə 66 manat ziyan vurur.

Link to post
Share on other sites

4 gün əvvəl Gürcüstanda Socar benzinin qiymətini aşağı salmışdı-15 qəpik. İndi bizdə isə əksi olur. Həm də dünya bazarında neftin qiymətinin kəskin düşdüyü bir anda

http://bizimyol.info/news/42691.html

Analoqu, ataloqu və s... olmayan millətik, bizdə hər şey ekstravaqant olmalıdır.  :excl:

Edited by Elisabeth
Link to post
Share on other sites

Mən adətən 10 manatlıq vururam, bu 16.66 litr edir. Yeni qiymətlə 16.13 litr edəcək, yəni hardasa yarım litr az. Belə baxanda elə də böyük fərq eləmir.

 

Amma bir şeydə var ki, bu artımı əldə bayraq tutub bütün ərzaq, təsarrüfat mallarını qaldırmasınlar da.....

Link to post
Share on other sites

Mən adətən 10 manatlıq vururam, bu 16.66 litr edir. Yeni qiymətlə 16.13 litr edəcək, yəni hardasa yarım litr az. Belə baxanda elə də böyük fərq eləmir.

 

Amma bir şeydə var ki, bu artımı əldə bayraq tutub bütün ərzaq, təsarrüfat mallarını qaldırmasınlar da.....

 

Benzin qalxan kimi,maaşlardan başqa hər şey qalxır.)

Edited by Kenul2012
Link to post
Share on other sites

Neftin ucuzlaşması ilə büdcədə yaranan kəsri necəsə kompensasiya etmək lazımdır, ya yox? Bizim "ağıllı" başbilənlərimizin də ağlına bu cür çıxış yolu gəlib. Türklərin bir sözü yadıma düşdü: Hər kəs gedər Mərsinə, biz gedəriz tərsinə. ))

Edited by Museyib Elekber
Link to post
Share on other sites

Natiq Cəfərli (iqrisadçı, ekspert)

 

Vəziyyət belədir: Azeri Light markalı Azərbaycan nefti artıq 50 dollardan da aşağı satılır. Amma, bu o demək deyil ki, elə həmin 50 dollar qazanc kimi büdcəmizə daxil olur. Xərclər: Ölkəmizdə hasil olunan neftin maya dəyəri və Ceyhan limanına qədər tranzit xərcləri hər barel üçün – 12 dollardır. Limandan tankerlərə vurulma və daşınma xərci hər barel üçün – 1 dollardır. Deməli, 13 dollar bunun mayasıdır, hasil olunan neftin 75%-i Azərbaycana, 25% isə ABƏŞ-ə (Bp) çatır. Bir sözlə, 50 – 13 (mayası) = 37 dollar. Bunun da hər bareldə 8,5 dolları xarici şirkətlərin payına düşür: 37 – 8,5 = 28,5 dollar. Deməli, bu günə ölkəmizin hər bareldən qazancı cəmi 28,5 dollardır. Yuxarıda qeyd etdiyim xərclər neftin qiymətindən asılı olmayaraq sabit qalırdı, yəni, qiymət 100 dollar olanda da xərclər hər barel üçün, təqribən, 13 dollar idi...

 

 

P.S. Neft hasil edən və neftdən ciddi asılı olan ölkələrin hamısında vəziyyət belədir. Məsələn, Venesuela nefti indi 42 dollara satılır, hasilat və daşınma xərci 15 dollar civarındadır, yəni, “yetimlərə” bir şey qalmır ki, ölkəni idarə edə bilsinlər. Ona görə də, prezidentləri Maduro 1 həftədir İrana, ərəblərə yalvarır ki, gəlin kömək edin, neftin qiymətini qaldıraq. Adam ölkəsində islahat aparmaqdansa, neftin qiymətinə bel bağlayır...

Link to post
Share on other sites

 

Natiq Cəfərli (iqrisadçı, ekspert)

 

Vəziyyət belədir: Azeri Light markalı Azərbaycan nefti artıq 50 dollardan da aşağı satılır. Amma, bu o demək deyil ki, elə həmin 50 dollar qazanc kimi büdcəmizə daxil olur. Xərclər: Ölkəmizdə hasil olunan neftin maya dəyəri və Ceyhan limanına qədər tranzit xərcləri hər barel üçün – 12 dollardır. Limandan tankerlərə vurulma və daşınma xərci hər barel üçün – 1 dollardır. Deməli, 13 dollar bunun mayasıdır, hasil olunan neftin 75%-i Azərbaycana, 25% isə ABƏŞ-ə (Bp) çatır. Bir sözlə, 50 – 13 (mayası) = 37 dollar. Bunun da hər bareldə 8,5 dolları xarici şirkətlərin payına düşür: 37 – 8,5 = 28,5 dollar. Deməli, bu günə ölkəmizin hər bareldən qazancı cəmi 28,5 dollardır. Yuxarıda qeyd etdiyim xərclər neftin qiymətindən asılı olmayaraq sabit qalırdı, yəni, qiymət 100 dollar olanda da xərclər hər barel üçün, təqribən, 13 dollar idi...

 

 

P.S. Neft hasil edən və neftdən ciddi asılı olan ölkələrin hamısında vəziyyət belədir. Məsələn, Venesuela nefti indi 42 dollara satılır, hasilat və daşınma xərci 15 dollar civarındadır, yəni, “yetimlərə” bir şey qalmır ki, ölkəni idarə edə bilsinlər. Ona görə də, prezidentləri Maduro 1 həftədir İrana, ərəblərə yalvarır ki, gəlin kömək edin, neftin qiymətini qaldıraq. Adam ölkəsində islahat aparmaqdansa, neftin qiymətinə bel bağlayır...

 

 

gözəl yazılıb amma tarif şurasının  qymətləndirməsin əsasını görəsən ekspert kimi yaza bilər ?  Onlardan heç bir məntiqli bir əsas görməmişəm, 

Link to post
Share on other sites

Yol vergisini benzinin üstünə əlavə ediblər.Benzini  tək avtomobillər istifadə edir?)..İşıqlar sönəndə generator yandırırıq..Belə çıxır ki, generatorda yol vergisi ödəməlidir.

Link to post
Share on other sites

Növbəti analoqu olmayan ideya, YDM yol vergisini necə ödəyə bilər ki, onlar sadəcə satışla məşğuldur. Yol vergisi yoldan istifadə üçün ödənilir. Adəti üzrə motorun və avtomobilin həcminə görə yol vergisi artır. Bizdə isə motorun həcmi böyüdükcə daha sərfəli olur )) 

 

Bu sadəcə olaraq iqtisadiyyatı defolta gedən dövlətin insanların cibinə girməklə rezerv fondu artırmaq xəyallarıdır. Hansı ki, olacaq prosessə mane olmayacaq. 

Edited by plotophyte
Link to post
Share on other sites

Belə başa düşdüm ki, bu qərarın ləğv ediliməsi deyilmiş. Burada söhbət başqa cürdü.

 

ARDNŞ: Neftin qiymətinin aşağı düşməsi ilə bağlı benzinin qiyməti 2 qəpik aşağı salındı

 

 

ARDNŞ “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiyməti ilə bağlı məlumat yayıb.

 

"Kapitalinfo"nun şirkətin saytına istinadən məlumat verir ki, son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar ARDNŞ tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti, müvafiq olaraq, “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün isə 95 qəpikdən 93 qəpiyə endirilib.

 

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.

 

http://kapitalinfo.az/news_711.html

Link to post
Share on other sites

Aztv: prezidenti qaygisi ile yanacagin qiymeti dusub. Hami bu qerara gore cenab prezidente minnetdardir ve onun ugurlu siyasetini destekleyir.

P.S. Indice shahid oldum bu "xeber"e. Yeni ki, ironiya filan deyil.

Camaat eziyyet chekib ssenari fikirlewib, biz de neyniyek, prezidenti teriflemkden bashqa elac yoxdur.

Link to post
Share on other sites
  • 4 years later...

Persembe gunu sabah benzin aldim litresi 6,88 TL den,

Cuma gunu gece benzin aldim litresi 7,00 TL den,

Cumartesi gunu gece benzin aldim litresi 7,14 TL den

bir seye hergun zam gelir mi bizde geliyor

Link to post
Share on other sites
  • 2 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Продается / Сдаётся Дача-Бутик на Новый Год, Новруз и начиная с Апреля по Октябрь. Tel / What’s up:0517774810. Цена 350 AZN за день - сдается минимум на неделю. Цена продажи 280000м. Цена сдачи на лето 7000м за месяц.
      https://bina.az/items/1503108

      Сдается/продаётся великолепная и уютная дача для прекрасного времяпровождения семьи круглый год. Участок 6 сот, дом 150м2, единая Купчая на дом и участок. При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы.

      20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт

      При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы. 20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт, обои "Замбаити", немецкий ламинат, итальянский кафель и метлаг "Керамо М.", цветной домофон, дорогие белые внутренние двери из дуба со шпоном, большая кухня, 1 с/у во дворе, ворота с дистанц. управлением.

      • 29 replies
    • Merdekanda, Makaron fabrikin arxasinda, esas yola yaxin bag evi satiram. 3 sot, 120 kv.m, 4 otaq, hündür tavan. 1 genish zal, 3 yataq otagi, 1 s/q. Ishiq, su, qaz fasilesiz. Yaxinligda market, aptek ve s. var. Evin ve torpagin kupçasi var.
      055 616 62 62
      • 4 replies
    • Продается дача, квадратура 197м2 - 2 этажа; на первом этаже - холл, комната, кухня, санузел; на втором этаже - 3 спальни + санузел. Дворик 7 сот; гаража нет, бассейн BestWay -10 тонн. Всю мебель/технику оставляю. Вода постоянная, телефон есть. Купчая есть.
       
      Деревья: хан чинар, эвкалипт, мушмула, магнолии, фейхоа, абрикос, инжир, вишня, черешня, яблоня, груша, гойчай нар, виноград, ива, розы, камелия, магнолии, елки
       
       

       
       

       

       



       

       

       
      • 5 replies
    • На территорию Бакинского олимпийского стадиона нельзя будет попасть с большими сумками, а добраться можно будет посредством скоростных маршрутов.
      • 36 replies
    • Украина показала форму на Евро: с контуром границы и нашивкой «Слава Украине». Кажется, нарушили правила УЕФА
        • Like
      • 267 replies
    • Интересный пост прошел в ленте. Взято с Фейсбука сразу пишу, не моё😉

        • Like
      • 70 replies
    • Прошу извинения у Админа, может не в ту тему написал.
      Но здесь многие Бакинские дачники, а Хартут растёт на Апшероне.
      Всем бакинским дачникам привет.
      Хороших урожаев.
      Куплю хартут, большое количество. Желательно в зоне Бильгя, Ляиш, Нардаран, Албалылыг, Маштага.
      Самовывоз.
      Телефон 012 455 64 10 и 050 644 15 60.и ватсапп.
      Цена договорная.
      • 6 replies
    • 7 человек набрали,нужно еще три игрока, играем в футбол в 22 00 ,кто хочет милости просим,белый город новый бульвар,за детской площадкой...
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...