Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanda Kişi Arvadını Qız Doğdu Deyə Öldürmək Istədi


Recommended Posts

Bakıda kişi arvadını qız doğdu deyə öldürmək istədi - VİDEO
32121.jpg

 

 

..Özüm anasız böyümüşəm, qızımın anasız böyüməsinə razı ola bilmərəm. O, mənim taleyimi yaşamayacaq, döyülməyəcək, evdən qovulmayacaq...”

 

Göz yaşları danışmasına imkan vermir. O qədər yavaş səslə danışır ki, bir sualı iki-üç dəfə təkrarlayırıq...
 
“Bakıda kişi uşağın qız doğulmasından qəzəblənərək arvadını və körpəni öldürmək istəyib, onları ölümlə hədələyib. 
 
Buna görə də hər ikisini sığınacaq evinə yerləşdirmişik” - bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə virtualaz.org saytına belə bir açıqlama vermişdi.
 
Biz də küçəyə atılan həmin qadını axtarmağa başladıq, onunla elə sığınacaq evində görüşdük.
 
23 yaşlı Nərmin Məmmədova deyir ki, həyat yoldaşı uşaqdan öz anasının məsləhəti ilə imtina edib:
 
- Hamilə vaxtı beş dəfə həkimə getmişəm, uşağın gah qız, gah da oğlan olacağını söylədilər. Uşaq doğulandan sonra həyat yoldaşımın anası gəldi. Qayınanam dedi ki, mən uşağın oğlan olacağını gözləyirdim, məni aldatdınız, uşaq qız doğuldu, biz qız uşağı istəmirik, daha nələr.
 
Bundan sonra həyat yoldaşım da uşaqdan imtina etdi. Deyir qız uşağı bədlik gətirir, düşəri-düşməzi olur. Guya qız atanın namusuna xələl gətirir. Deyirlər ki, uşağı internata ver, bundan sonra özün evə qayıda bilərsən. Ancaq uşağı internata verməsəm, ikimizi də öldürəcəyi ilə hədələdi.
 
- Bəs sənin valideynlərin niyə sizə sahib çıxmadı?
 
-Mən anasız böyümüşəm. Atam, bacım, qardaşlarım var. Qardaşlarım mənimlə danışmırlar. Çünki qoşulub qaçmışam. Bacım isə bibimin oğlu ilə ailə qurub. Onun da vəziyyəti yaxşı deyil, bibimdən icazəsiz heç nə edə bilməz. Atam dedi ki, uşağı atasına ver, bundan sonra evə qayıda bilərsən, uşağa baxmağa imkanım yoxdur. Amma evimiz böyükdür, atamın şəraiti var. Elə atama, bibilərimə görə ailə qurmaq istəyirdim. Fikirləşirdim ki, öz evim olacaq, mənə sahib çıxacaqlar. Buna görə də baş götürüb getmişdim.
 
- Həyat yoldaşınla rəsmi nikahın varmı?
 
- Onunla rəfiqəmin toyunda tanış olduq. İmişlidən yaşadığımız rayona toya gəlmişdi. Elə rəfiqəmin köməyi ilə də tanışlığımızdan bir ay sonra qoşulub qaçdım. Dini kəbin kəsdirdik, amma nikah bağlamadıq. Ailəsi bizə toy elədi. Amma onlarla gediş-gəlişimiz olmadı. Yalnız iki dəfə qayınanam Bakıda kirayədə yaşadığımız evə gəlib. Sonuncu dəfə gələndə uşaq qız doğulduğu üçün bizimlə danışmayacaqlarını dedi. Atası isə oğlunun heç nəyinə qarışmır. Yəni ona heç kim bir söz deyə bilmir.
 
- Niyə?
 
- Biz evlənəndən sonra öyrəndim ki, həyat yoldaşım həbsdə yatıb. Dostunun bacısına söz atan oğlanın qulağını kəsib, 8 il həbsdə qalıb. Mən ailəsi ilə arasında olan soyuq münasibətin səbəbini soruşdum. Dedi ki, həbsdən çıxandan sonra atasıgillə münasibəti pis olub. O, çox qəzəblidir, içəndən sonra isə heç kim ona cavab qaytarmır. Onun işinə qarışmağa qorxurlar. Amma demişdi ki, uşaq oğlan olsaydı, onun üçün hər şey edəcəkdi. Qız oldu, hər şey dəyişdi.
 
- Qız doğulmazdan əvvəl yaxşı yaşayırdınız?
 
 
- Yemək alırdı, kirayədə qalırdıq. Amma tez-tez, əsasən də içəndə məni döyürdü. Çalışırdım ki, o, əsəbi gələndə danışmayım, nə deyirdisə, tez yerinə yetirirdim. Bir dəfə hamilə vaxtı məni möhkəm döydü, xəstəxanada yatdım. Ona görə də çox qorxuram.
 
- Neçə vaxtdır görüşmürsünüz?
 
- Məni döydü, mən də atamgilə getdim. Onlar da uşağı qəbul etmədilər. Sonra polislərə yaxınlaşıb getməyə yerimin olmadığını dedim. Ötən il dekabrın əvvəlində məni bu sığınacaq evinə gətirdilər. Təxminən 3 aydır ərimin üzünü görmürəm. Polislər onunla danışıb. Polislərə deyib ki, uşaqdan imtina edir, amma uşağı internata versəm, məni evə buraxacaq.  Deyib ki, mənə aliment verməyəcək, əgər məhkəməyə müraciət etsəm, uşağın onun olmadığını deyəcək. Mən də zəng vurdum, yalvardım ki, bizi evə burax, uşağı böyüdək. Dedim ki, söysə də, döysə də razıyam. Ancaq razı olmadı.
 
- Yoldaşının neçə yaşı var? Deyirsən ki, 8 il həbsdə yatıb.
 
- 28 yaşı var. Mənimlə 3 ildir ailəlidir. Biz tanış olanda həbsdən yenicə çıxıbmış.
 
- Yəni 18-19 yaşında cinayət törədib.
 
- Toydan sonra dedi ki, mən dostuma görə qulaq kəsmişəm. Sonra dostları da bunu təsdiqlədilər. Mən bibilərimin davası ilə böyümüşəm.  Deyirdilər ki, atanızın ailə qurmasına sən icazə vermirsən. Bibilərim məni danlayırdılar, söyürdülər. İndi isə qızımın həmin taleyi yaşamasına razı ola bilmərəm. Sığınacaqdan çıxandan sonra nə edəcəyimi bilmirəm. Amma hər işə razıyam, xadiməlik edərəm, uşaqlara baxaram, təki qızımı məndən ayırmasınlar. 
 
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva isə deyir ki, qızların təsadüfi tanışlığı, rəsmi nikahın olmaması həm qadının, həm də uşağın hüquqlarını məhdudlaşdırır. İndi 23 yaşlı ana köməyə möhtacdır...

 

 

 

Link to post
Share on other sites

Necə gözəl uşaqdır.....((((( Taleyi belə...

 

Yazıq o insan ki, qız atası olmağı özünə sığışdırmır, bilməz ki, bu necə böyük bir vergidir.....

 

O qədər illərlə uşaq arzusunda olan, bunun üçün gecə gündüz dua edən, göz yaşı tökən var......

Link to post
Share on other sites

Men dogum evinde bele bir facie gormushem buna benzer. inandirimki atasi qadini bash cekmeye  gelende qiz ushagi dunyaya getirdiyi uchun balta ile gelmishdi. Oz heyat yoldashini xestexananin qapisindan icheri buraxilmadigi uchun son korpeden once 2 qiz ushagi dunyaya getirdiyi uchun soyurdu.

Bu qadin ne qeder komeksiz , kimsesizdirki her ezaba dozur. Elesi bir kishiye ovlad dunyaya getirmek ozu bir gunahdir.Ovladini qurban verirde.

Edited by azda
Link to post
Share on other sites

8 il türmədə yatmış adamla tanış olmağı bir ay keçmədən qoşulub qaçıb heç nigahı da yoxdur uşaq olub. Oğlanın çox vecinədər. Oğlan sadəcə vaxtını keçirmək üçün bu qızdan istifadə edib. Vəssalam, aydın olmayan heç nə yoxdur. Belə oğlanların yeri elə türmədir, çox keçməz yenə birinə ilişər, yenə də gedib girər içəri.

Link to post
Share on other sites

Парадокс в том что человек,который когда то пошел на преступление чтоб защитить честь девушки так легко оставляет свою дочь на произвол судьбы.Про мать его и отца девушки уже не говорю.Бедное дите .Оно еще только появилось на свет а уже всем мешает.Аллахдан горхулары йохдур

Link to post
Share on other sites

Görən o ağıllı hardan əmələ gəlib?Oooo hə,indi yadıma düşdü.Beton qarışdıranın "dalından" düşüb,özü də başı aşağı.

 

 

Bir tərəfdən fikirləşirsən ki, Allah yer üzünü bu cür nadan və dar düşüncəli insanlardan təmizləsə, daha yaxşı olardı. Digər tərəfdən,bu TƏRƏZİNİN mükəmməlliyinə və quruluş sxeminə həsəd aparıram.Ey ulu Tanrım,sən həqiqətən də bir dahisən.Axı pis olmasa idi,yaxşının dəyəri beş qəpiyə belə bərabər olmazdı.

Edited by Deymon Salvatore
Link to post
Share on other sites

Belələri az deyil. Oglanın anası özü qadın deyil görəsən? Qız uşağı üz qaralığı gətirirsə deməli o qadında öz ailəsinin üz qarasıdır. Qızda da çox günah var tanımadan bilmədən qoşul get nigahsız. Sonra xariciləri bəyənmirik nigahsız yaşayırlar namussuzdurlar nə bilim nə. Onlar nə etdiklərini heç olmasa bilirlər bizimkilər kimi şüursuz hərəkət etmirlər

Link to post
Share on other sites
  • 1 month later...

Bu deyilənlər qadın tərəfindən deyilənlərdir. Bir də digər tərəfin bu məsələdə tutduğu mövqeni dinləmək lazımdır.

Yolu yoxdurmu belə düşüncə qıtlığını aradan qaldırmağın?

 

Hər necə olursa olsun bu körpənin günahı nədir axı belə bir ailədə dünyaya göz açır?

Bəzən dərin xəyallara dalanda insan niyə dünyaya göz açacağı mövqeni özü seçə bilmir deyə düşünürəm.

Edited by Kenan049
Link to post
Share on other sites
  • 4 years later...

Kadinlar, Analar, Kizlarimiz, bizim gelecegimizdir, erkek yada kadin ne fark eder evlat vermis sana bir cocuk vermis babalik la onurlandirmis boyle hayvanlari kopek gibi ipe baglayacaksin eziyet edeceksin :madd:

Link to post
Share on other sites
  • 2 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Продается / Сдаётся Дача-Бутик на Новый Год, Новруз и начиная с Апреля по Октябрь. Tel / What’s up:0517774810. Цена 350 AZN за день - сдается минимум на неделю. Цена продажи 280000м. Цена сдачи на лето 7000м за месяц.
      https://bina.az/items/1503108

      Сдается/продаётся великолепная и уютная дача для прекрасного времяпровождения семьи круглый год. Участок 6 сот, дом 150м2, единая Купчая на дом и участок. При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы.

      20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт

      При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы. 20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт, обои "Замбаити", немецкий ламинат, итальянский кафель и метлаг "Керамо М.", цветной домофон, дорогие белые внутренние двери из дуба со шпоном, большая кухня, 1 с/у во дворе, ворота с дистанц. управлением.

        • Haha
      • 29 replies
    • Merdekanda, Makaron fabrikin arxasinda, esas yola yaxin bag evi satiram. 3 sot, 120 kv.m, 4 otaq, hündür tavan. 1 genish zal, 3 yataq otagi, 1 s/q. Ishiq, su, qaz fasilesiz. Yaxinligda market, aptek ve s. var. Evin ve torpagin kupçasi var.
      055 616 62 62
      • 4 replies
    • Продается дача, квадратура 197м2 - 2 этажа; на первом этаже - холл, комната, кухня, санузел; на втором этаже - 3 спальни + санузел. Дворик 7 сот; гаража нет, бассейн BestWay -10 тонн. Всю мебель/технику оставляю. Вода постоянная, телефон есть. Купчая есть.
       
      Деревья: хан чинар, эвкалипт, мушмула, магнолии, фейхоа, абрикос, инжир, вишня, черешня, яблоня, груша, гойчай нар, виноград, ива, розы, камелия, магнолии, елки
       
       

       
       

       

       



       

       

       
      • 5 replies
    • На территорию Бакинского олимпийского стадиона нельзя будет попасть с большими сумками, а добраться можно будет посредством скоростных маршрутов.
      • 36 replies
    • Украина показала форму на Евро: с контуром границы и нашивкой «Слава Украине». Кажется, нарушили правила УЕФА
        • Thanks
        • Like
      • 267 replies
    • Интересный пост прошел в ленте. Взято с Фейсбука сразу пишу, не моё😉

        • Like
      • 70 replies
    • Прошу извинения у Админа, может не в ту тему написал.
      Но здесь многие Бакинские дачники, а Хартут растёт на Апшероне.
      Всем бакинским дачникам привет.
      Хороших урожаев.
      Куплю хартут, большое количество. Желательно в зоне Бильгя, Ляиш, Нардаран, Албалылыг, Маштага.
      Самовывоз.
      Телефон 012 455 64 10 и 050 644 15 60.и ватсапп.
      Цена договорная.
      • 6 replies
    • 7 человек набрали,нужно еще три игрока, играем в футбол в 22 00 ,кто хочет милости просим,белый город новый бульвар,за детской площадкой...
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...