Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Manatımız Öldü.

gapgara
 Share

Recommended Posts

Bu gün 4-5 radələrində belə desək reyd keçirdim .

Valyuta dəyişmələrin çoxu işləmirdi . İşləyənlərdə isə qəribə olsada manat tapılmırdı . MB acığa düşüb manat buraxmır  :)

Link to comment
Share on other sites

DİQQƏR! DİQQƏT! DİQQƏT! Banklardan krediti dollarla götürənlərın nəzərinə. Bunu oxumağınız vacibdir.

“Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Bizim müşahidələrimizə görə, xeyli müddətdir Dollar/Manat məzənnəsi sabit qaldığından banklar kredit müqavilələrində belə bir maddə nəzərdə tutmurdular. Yəni, əhali və şirkətlər xarici valyutada, o cümlədən dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat (83 dollar- Marja) ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir”.

https://m.facebook.com/story.php?story_fbid=604632016341034&id=100003827222387&refid=17&_ft_

Allah komeyin olsun.bu yaziya gore bunu mene vekilimde dedi. amma bu gun bankda mene ele gelis geldiler  ki ureyim getdi bele cixdi ki 3 usaqnan kucede qalacam.bank evi elimnen alacaq.mehkemede banki qoyub meni mudafie etmeyecey ki.ne ise her halda xeberdarliqa gore saq ol.allah komeyin olsun.

Link to comment
Share on other sites

Allah komeyin olsun.bu yaziya gore bunu mene vekilimde dedi. amma bu gun bankda mene ele gelis geldiler  ki ureyim getdi bele cixdi ki 3 usaqnan kucede qalacam.bank evi elimnen alacaq.mehkemede banki qoyub meni mudafie etmeyecey ki.ne ise her halda xeberdarliqa gore saq ol.allah komeyin olsun.

Hüquqi cəhətdən üstünlük sizdədirsə məhkəmə onun tərəfini tuta bilməz! Dələduzluğa göz yummaq olmaz.

Sizə yaxşı vəkil lazımdır ki, hər variantda sizin hüququnuz qorusun.

Edited by Kenan049
Link to comment
Share on other sites

Neçə vaxtdı deyirdik, yazırdıq ki, düz yaşamırsız, bu qədər yükü üzərinə götürmək olmaz. Deyirdik ki, qohumla, qonşuyla rəqabəti saxlayın. Yazırdıq ki, kreditlə götürdüyünüz əşyalar, avtomobillər sizin deyil. Qulaq asmırdınız. Bu gün manatın dəyəri aşağı düşmədi, əslində, bu gün sizin həyat fəlsəfəniz faciəyə uğradı. Sarsılmısınız. Özünüzə gələ bilmirsiniz. İnanmaq istəyirsiniz ki, hökumət həftənin birinci günü manatın kursunu qaytarıb əvvəlki səviyyədə saxlayacaq. Yox! Bunu görməyəcəksiz! Sizin taleyiniz heç kimi maraqlandırmır...

Günorta dostlardan biri zəng vurmuşdu. Ayda 598 dollar maşın krediti ödəməlidi. Səsi batmışdı, quyunun dibindən gəlirdi. Deyirdi ki, ödəyə bilməyəcək. Lap axırda bir sual verdi, soruşdu ki, hökumət bizə kömək eləyəcəkmi? İnsan ümidsiz deyil, amma nə qədər ümidsiz vəziyyətdə olduğunu da təsəvvür eləmir...

Adamlar reallıq hissini itirmişdi. Adamlar o çarpayıda həyat yoldaşı ilə birlikdə yatırdı ki, kreditini hələ bir il sonra tam ödəyəcək. Adamlar başqasının maşınını sürürdü, başqasının şalvarını geyinirdi, amma elə bilirdilər ki, hamısı özünündü. Gözəl həyat illüziyadan başqa bir şey deyilmiş...

Qaytarın o maşını! Çıxarın o şalvarı! Tüpürün qohum-əqrəba qınağına! Qırın qollarınızdakı kredit buxovlarını! Azad olun! Azadlıq bir günü sizi xoşbəxt eləyəcək...

© Coşqun Eldaroğlu

Link to comment
Share on other sites

Neçə vaxtdı deyirdik, yazırdıq ki, düz yaşamırsız, bu qədər yükü üzərinə götürmək olmaz. Deyirdik ki, qohumla, qonşuyla rəqabəti saxlayın. Yazırdıq ki, kreditlə götürdüyünüz əşyalar, avtomobillər sizin deyil. 

© Coşqun Eldaroğlu

Yenilik deyil.  Qurluw  bilirdi de ne var ne yox. Sovet ensiklopediyasindan.

3f2addbe4ff4.jpg

Коммунизм спасет мир!

Edited by adad333
Link to comment
Share on other sites

Manat onsuzda zombi idi, indi isə vudu cadusu qurtardı o da hərəkətsiz qalır. Manat kağızdan başqa bir şey deyil. Bu sadəcə tədavül vasitəsidir. Tədavül vasitəsini- sığortalayan dəyər verən, iqtisdiyyat eksport import tədiyyə, büdcə gəlirləri istehsalat əhalinin mala və kağız pula olan tələbatıdır. 

Bu dövlətdə bütün iqtisadi qanunları ləğv edib özlərindən süni iqtisadiyyat yaradıblar. qiymətləri tənzimləyirlər., manatı tənzimləyirlər. İndi görək necə tənzimləyəcəklər. 

Link to comment
Share on other sites

Manat bir cinayete qurban gedib

http://oxu.az/politics/64752#.VOyxshPu1fo.facebook

Bu hələ çox əvvəl olmalı idi. Hamı xarici ölkələrdən internet vasitəsilə nə isə alırdı.Çünki manatın qiyməti yuxarı qalxdıqca ölkədən çölə çıxan dollar və euroların sayı artır.Buda Mərkəzi Bankın valyuta fonduna ziyan vurur.

Mən çoxdan düşünürdüm ki, manatın aşağı düşməsinin vaxtı yetişib.Euro 1.20 qəpikdən 90 qəpiyə düşürsə manatda düşməlidir.

Yoxsa Kamazla manat dəyişənlər ölkəni müflis edəcəkdilər :)

Edited by Kenan049
Link to comment
Share on other sites

Yoxsa Kamazla manat dəyişənlər ölkəni müflis edəcəkdilər :)

Kamazla chox ishler gormek olar, manati ise ne qizartmaq olur, ne bishirmek ne de yemek. Olke pul vahidi olkenin vari ile hesablanir, meselen qizil ehtiyati ile(Rusiyadaki kimi). Onda ele MB her gun pul chap eder. Azerbaycan kimi hech bir texnologiyasi, senayesi olmayan olkelerde pulun(neftin sebebine saxlanilan) menasi o deyil ki, kagizlari choxaldib qishda yandirib isinsinler. Import olunmalidi Azerbaycana chox shey. Texnika, avto ve s. Arpani rusiyadan 1 dollara alanda bu 0.78 manat edirdi, indi ise 1.05 edir. Azerbaycana ise her shey eksport olunur, tek arpa yox.  Bu MB-ye ziyan vurmur ki?

Kamazla manat dedikdə, məcazi mənada kamaz dolusu manatı dollar ilə dəyişən imkanlıları nəzərdə tutmuşdum.

Sizin nəzərdə tutduğunuz MB-a olan ziyanı başa düşə bilmədim. Hər şeyi xaricdən aldığımızı düşünürsünüz. Amma nəzərdən qaçırdığınız birçox məsələ var. Daxildə istehsal olan hər hansı bir ərzaq qida və ya hər nə isə bunlar xaricdə olandan baha olanda vətəndaş da qazandığı pulu xaricə yönəldir. MB çap etdirdiyi pulları xaricə göndərmək üçün çap edir?

Nəzərə almaq lazımdır ki, bizim ölkə qeyri neft sektorundan nə qədər gəlir eldə edir və illik nə qədər pul xaricə gedir.Manatın düşməsi bu şərtlər altında məcburi idi.Axı bizim gəlirimiz neft sektorundandır.

Edited by Kenan049
Link to comment
Share on other sites

Nəzərə almaq lazımdır ki, bizim ölkə qeyri neft sektorundan nə qədər gəlir eldə edir və illik nə qədər pul xaricə gedir.Manatın düşməsi bu şərtlər altında məcburi idi.Axı bizim gəlirimiz neft sektorundandır.

Sizin olkede qeyri neft sektoru haqqinda aforizmler I.A.-nin revayetleridi. Qeyri neft sektoru deyilende agir-yungul senaye, kend-xalq tesseruffati, mashinqayirma ve informasiya texnologiyalari nezerde tutulur. Bunlarin hech biri Azerbaycanda yoxdur. "Bizim Tarla"-nin turshu xiyarlarini nezere almasaq tebii ki. 

Suali bashqa cur verim, tutaq ki, vetendash pulu xarice yoneldmir. Xarici olkelere sermayeler qoyulmur, xarici olkeler ile iqtisadi elaqeler kesilir. Pullar yigilib hamimiz trilioner olmushuq. Bu pulu neyese xercleye bilmirikse demeli manat adi kagizdan bashqa bir shey deyil?! 

Pullar yığılıb hamımız trilyoner olmağımız lazım deyil, amma cibimizin boşalıb yunanistan kimi də müflisliyə gəlib çatmaq lazım deyil.

Geyim keçim bunlar hamısı xaricdən gəlmir.Pulu çox olanlar xaricdən alır söz yox amma ən sadə vətəndaşda xaricdən alanda daxildəki bazar çökəcək və xaricəyönümlülük yaranacaq.Bilmirəm mövzunu hansı yönə çəkmək istəyirsiniz.

Azerbaycana butun geyimler Chinin ve Turkiyenin qeyri-qanuni sexlerinden gelir. 

Yunanistan xarice pul buraxmaqdan infilyasiya olmayib, Yunanistan ona gore infilyasiya olub ki, onlar ishlemirler ve AB-nin Yunanistana ayirdigi kreditlerin sebebine yashayirdiler. Azerbaycandan ferqleri odur ki, neftleri yoxdur. Bize misal Holland sindromunu getirmek lazimdir.

Movzunu hech bir yone getirmirem, yaziram ki, xaric ile iqtisadi elaqe mutleq olmalidir. Xarice pul buraxilmalidir ve bu pulun deyerinde olkeye avto, texnike, kend teserrufati mallari getirilmelidir. Hem dovlet seviyyesinde hem de fiziki shexs. Bunun uchun de manat ne qeder yuksek olsa o qeder bizim uchun yaxshidi. Sen ise yazmisan ki, manat ucuzlashmalidi ve xarice pul gedmemelidi. Iran-Iraq kimi olkeler sanksiyalar qoyulanda qerb olkeleri oyucaqlarini almirlar Xomeyniden, iqtisadi sanksiyalar qoyurlar ve texnologiyalari ile onlarla bolushmurler. Iranda neft-qaz zibil kimidi, ancaq ele bil ibtidai icmaq qurlushunda yashayirlar. 

Edited by adad333
Link to comment
Share on other sites

Azerbaycana butun geyimler Chinin ve Turkiyenin qeyri-qanuni sexlerinden gelir. 

Yunanistan xarice pul buraxmaqdan infilyasiya olmayib, Yunanistan ona gore infilyasiya olub ki, onlar ishlemirler ve AB-nin Yunanistana ayirdigi kreditlerin sebebine yashayirdiler. Azerbaycandan ferqleri odur ki, neftleri yoxdur. Bize misal Holland sindromunu getirmek lazimdir.

Movzunu hech bir yone getirmirem, yaziram ki, xaric ile iqtisadi elaqe mutleq olmalidir. Xarice pul buraxilmalidir ve bu pulun deyerinde olkeye avto, texnike, kend teserrufati mallari getirilmelidir. Hem dovlet seviyyesinde hem de fiziki shexs. Bunun uchun de manat ne qeder yuksek olsa o qeder bizim uchun yaxshidi. Sen ise yazmisan ki, manat ucuzlashmalidi ve xarice pul gedmemelidi. 

Bütün bunların olması üçün hammı sizin düşüncə səviyyəsində olması lazımdır.Siz niyə cəmiyyəti özünüz kimi bilirsiniz axı?

İqtisadi əlaqə o, demək deyil ki, elə hər şeyi xaricdən al.Xaricdən alıb-satmaq ayrı bir mövzu.Nefti satıb xarici Bakıya gətirib yığmaq tamam ayrı bir mövzudur. Toxun acdan nə xəbəri məsələsi burada yerini tapır.

Nəzərinizə çatdırım ki, Türkiyə geyimlərinin bir çoxu icad olan kimi burada bizim modellərlə əvəz olunur. Bizim korporativ sexlərdə tikilir.

Edited by Kenan049
Link to comment
Share on other sites

Bütün bunların olması üçün hammı sizin düşüncə səviyyəsində olması lazımdır.Siz niyə cəmiyyəti özünüz kimi bilirsiniz axı?

İqtisadi əlaqə o, demək deyil ki, elə hər şeyi xaricdən al.Xaricdən alıb-satmaq ayrı bir mövzu.Nefti satıb xarici Bakıya gətirib yığmaq tamam ayrı bir mövzudur. Toxun acdan nə xəbəri məsələsi burada yerini tapır.

Nəzərinizə çatdırım ki, Türkiyə geyimlərinin bir çoxu icad olan kimi burada bizim modellərlə əvəz olunur. Bizim korporativ sexlərdə tikilir.

Nefti satib xarici yox, xarici mallari Azerbaycana yigib getirmek ele bilavasite  bu movzuya aiddir. Neft ucuzlashib, faktiki manat olur. Demeli Azerbaycan neftden asili olkedir. Umumiyyetle resmi qeyd olunur ki, Azerbaycan gelirlerinin 75% neftden gelir, sen de hansisa sexlerden danishirsan. Ele bil bu forumda yazmaq uchun ishletdiyin devays Azerbaycanda istehsal olunub. Ele baykot elemekden birinci sen bashla, koreya mobil telefonu ishletme, Alman mashini surme, ABS internetini ishledme, Rusiya tikinti materiallarindan tikilen evlerde yashama, Avstriya texnologiyalari esasinda chekilen asfaltda gezme ve s. Men de bir terefden senin fikrindeyem. Isteyirem inkishaf elemish olkelerde alternativ omurluk yanacaq ve enerji menbeyi olsun(Almaniyadaki kimi), gorek onda Azerbaycan ne edecek. 

Bu yaxinlarda Kaliforniya universtetinin iqtisadiyyat fakultesinin professoru Azerbaycan haqqinda primitiv fikir soyleyib. Qisaca, Azerbaycan alverden bashqa hech ne bacarmir.

Hansi sexlerde? Volodarkada? Axirinci defe men volodarka emblemini 93-cu ilde gormushem. Yox eger bu sexlerde D&G emblemi vurulursa demeli sex ozu buraxdigi maldan utanir. Senin dediyin sexlerdeki dezgahlar da xaricden gelib. Sohbet bu texnologiyalari ozunun elde elemesinden gedir.

Hər şeyin bir həddi var.Manatın ucuzlaşmasının əsas səbəbi camaat evində olan manatı qaçıb dollara çevirməsidir.Manatın dəyəri daha əvvəl aşağı düşsəydi bu qədər düşməzdi.

Neftində qiyməti nə qədər düşsə də bu o, demək deyil ki, neft heç nəyə yaramayacaq. Bir çox avadanlıq neftdən alınan məhsullar hesabına hazırlanır.Həm artıq özümüzün peykimiz var , vergilər nizamlanır.Əvvəlki kimi ərzaq məhsullarının çoxusunu xaricdən almırıq.Azərbaycan nanotexnologiya ilə də məşğul olmağa başlayır.Məncə hər şey dahada yaxşı olacaq.

Manatın dəyərinin aşağl düşməsinində MB`a çox ziyanı yoxdur.Əsas ziyan vətəndaşa olur. İnsan özü dişi ağrıyanda düzəlməyəcək vəziyyətdədirsə o, dişi çəkdirir.

Edited by Kenan049
Link to comment
Share on other sites

Manatın dəyərinin aşağl düşməsinində MB`a çox ziyanı yoxdur.Əsas ziyan vətəndaşa olur. İnsan özü dişi ağrıyanda düzəlməyəcək vəziyyətdədirsə o, dişi çəkdirir.

Manatin dushmesinin esas sebebi odur ki, Azerbaycan xarice hech ne eksport ede bilmir, xaricden olkeye pul gelmir. 

Link to comment
Share on other sites

Manatin dushmesinin esas sebebi odur ki, Azerbaycan xarice hech ne eksport ede bilmir, xaricden olkeye pul gelmir. 

Tam razıyam, Ən əsas səbəbi budur. Amma indiyə qədər də belə idi bu yeni deyil axı. Yeni olanı mən yazdım

Link to comment
Share on other sites

Tam razıyam, Ən əsas səbəbi budur. Amma indiyə qədər də belə idi bu yeni deyil axı. Yeni olanı mən yazdım

Indiye qeder Azerbaycan nefti 115 dollara eksport edirdi, indi ise texmini 2 defe az. Hem de ucuzlashma ile elaqedar eksportun miqdari da azalib, Ferq bundadi. 

Edited by adad333
Link to comment
Share on other sites

Yaxshi eger manatin uuzlashmasinin kokunde yerli istehsal mallarinin exportunu stimullashdirmagdirsa,onda niye bunu indiye kimi etmirdiler?Men bunu(exportun inkishafini)vacib sayiram,amma inanmiram ki,bu addim her hansi bir tekan verecek igtisadiyyatin,geyri neft sektorun inkishafina..Men olkede yashamasam da her halda oxuduglarima ve tanish-bilishden eshitdiklerime esasen deye bilerem ki,ne geder ki,saglam regabete her addimda sedd cekilir,kicik ve orta biznesle meshgul olanlar daim muxtelif teshkilatlar terefinden basgilar,gadagalar altinda fealiyyet gosterirler,atilan butun bu addimlarin hec bir effekti olmayacag..Manatin ucuzlashmasi hec de tam igtisadi zeruriyyetden dogan bir proses deyil,bu daha cox siyasi xarakter dashiyir.Bir muddet evvel Ermenistan drami,manatla bir vaxtda gurcu larisi,moldova ve gazax valyutalari ucuzlashdi..hele hec rus rublunu,ukrayna grivenini demirem, bunlar herden adama ele gelir ki,bir merkezden idare olunan proseslerdir.Ucuncu dunya muharibesi artig bu prosesler vasitei ile alovlanmagdadir..Butun bu prosesleri izledikce manatin ucuzlashmasini bu geder drammatikleshirmek mence bize hec ne vermeyecek.Manatin mezennesini milyardlarla dollar xerclemekle suni olarag sabit saxlamag ise hokumetin en bagishlanmaz sehvidir,o milyardlari daha semereli bashga sahelere yonelmek lazim idi..Bu hokumetde hec de savadli igtisadcilarin olmamasina delalet edir.Indi de vaxtinda ne ekibler onu da bicirler..Esas zerbe ise ehalinin azteminatli tebegeine deyir..

Edited by Konfutsi
Link to comment
Share on other sites

 yerli istehsal mallarinin exportunu 

Camaat nanotexnologiyalar uzerinde ishleyib Mars planetine adam gondermek isteyir, Azerbaycanda ise yer kuresinin firlanmagi shubhe altindadi. Bele millet ne fikirleshib istehsal ede biler ki? Hansi istehsal mali? Azerbaycan hech ne istehsal ede bilmir, eksporta ise Xan aragi maraqsizdi. Kend tesserufatini  bu gunlere gore yox derecesine chatdiriblar. Monopoliyani olke daxilinde ede bilerler, xarici iqtisadiyyat uchun FHN-in bizim tarlasi ne konkurentdi ne de avtoritet. 

Her halda adi erzag mallarini istehsal etmek ucun istehsalciya mane olmasinlar,siz demishken her sheyi inhisara alanda hansi inkishafdan danishmag olar?O ki,galdi yer kuresinin gunesh etrafinda firlanmagini shubhe altina almaga,bu artig cemiyyetin,toplumun yuksek suretle iflasa dogru hereketinin gostericisidir..Eynine shalvar,garnina yemeye corek tapmayanda ne etmek oldugunu bile-bile,gacib mollaya guran acdiran milletin bu cur sersenmelere inanmagina hec teeccublenmek de lazim deyil.Shexsen men bir cox olkelerde magaza ve dukanlarda tez-tez ermeni mehsullarina rast gelirem,amma tekce birce defe bizimi istehsalimiz olan "nar shire"sine rast geldim....Piar ucun millyardlari olimpiada ve bir cox festifallara serf etmekdense,onlari daxilde yuksek keyfiyyetli istehsal mallarina yoneltseler ve xarice idaxal olunan,keyfiyyetine gore daha boyuk telebat doguran bu mehsullarin ozu ele en effektli reklam,piardir..
Link to comment
Share on other sites

Her halda adi erzag mallarini istehsal etmek ucun istehsalciya mane olmasinlar,

Erzaq istehsali, qablashdirilmasi uchun qerb texnologiyalari lazimdi. Meselen Rusiya oliqarxlari vesait buraxib zavod, sex, fabrika acha bilerler. Ancaq milyardlar buraxacaqlar ve xaricden gelen mallar daxili istehsaldan ucuz basha gelecek. Orda chare qilmaq isteyirler, Azerbaycan varlilari ise bele risklere gedmir, milli dilde desek "serf elemir". Bizim yegane derdimiz umumi ideologiyamizin olmamasidi)

Bize ki,sanksiya goyulmayib,ne mane olur gerb texnologiyasini alib tetbig etmeye?Maliyye catishmamazligi,sanksiya yoxsa ne ise bashga sebeb?Dushunurem ki,bunun sebebi hamiya coxdan aydindir..Biz millet kimi hele de formalashmamishig...ve cox tessuf ki,bunu etiraf etmeye hec kes hazir deyil.Butun bu neft ve gaz Ermenistanda hasil olsaydi,onlar gafgazin Isvecresine cevrilerdiler..Bizim ise bashimiz hele de asfalt salib-sokmeye garishib..((((

Link to comment
Share on other sites

  • 4 years later...
  • 2 years later...
  • 1 month later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • Our picks

    • Что Мы Читаем. 6
        • Like
      • 96 replies
    • Всем привИТ! 
       
      Пора начинать новый сезон.
       Вопрос:
       
      С недавних пор некотрые VIP клиенты одного автосалона   стали  получать  небольшой подарок с надписью на коробочке Станешь ли ты меня водить? Или Будешь ли ты меня водить?
      Назовите точно то, что лежит в коробке.
        • Like
      • 228 replies
    • Доброго вечера уважаемые  форумчане.

      Голосование в конкурсе "3 Овоща и Ко" открыто! За последние конкурсы еще не было столько (30!) конкурсных работ. Это значит, выбирать будет ох, как трудно ) Удачи всем участникам! У каждого из вас достойные победы работы. 
      Голосование продлится до 17 сентября включительно. 18 сентября объявляются победители. 
       
        На этой теме можно выбирать и обсуждать )
       
       Конкурсные работы можно посмотреть тут :
       
        • Like
      • 936 replies
    • Конкурсные работы "3 Овоща и Ко".
      Здравствуйте. Тут я буду выкладывать только конкурсные работы. Всем участникам желаю удачи! 
       
      Обсуждения по ссылке. 
       
        • Upvote
        • Like
      • 30 replies
    • Конкурс "3 Овоща И Ко"
      Добрый день, уважаемые форумчане!
       Давно у нас не было конкурсов. Прощаясь с летом, хотелось бы напоследок провести очередной вкусный конкурс, на этот раз под названием "3 Овоща и ко".) Вы готовы?)) 
      Обязательным условием конкурса будет присутствие в блюде 3-х основных овощей: баклажана, помидора и перца
       
      Почему "и Ко"?) Потому что также участникам можно будет использовать еще 2 овоща по желанию. Например, картофель и лук. Но не более 😏
      Зелень по вкусу.
      Принимать участие могут все желающие . По постам нет никаких ограничений.
       
      Условия конкурса :
       
      1. Фотографии участники выкладывают сами самостоятельно(ссылка на тему будет приложена) .
      2.Обязательная надпись от руки "Disput.az"
      3.Можно просить голосовать за свою работу
      4.Рецепт с указанием всех овощей(в посте вместе с фотографиями блюда) .
      5. Принимается не больше 4 фотографий(за одну работу) . 
      6. Один участник может выставить неограниченное количество работ. 
       
      Начала конкурса с 27 по 6 сентября (включительно) . Голосование будет открыто с 7 по 17 сентября(включительно) . Победителей объявим  18 сентября.
       
      Призы:
      1 место- 300 AZN наличными
      2 место -200 AZN наличными
      3 место- купон на 100 azn от клиники Парамед
      Спец приз от администрации - купон на 100 azn  от клиники Парамед
      Спонсор конкурса клиника Paramed https://www.paramed.az/
       
        • Like
      • 519 replies
    • Частенько приходилось видеть девушек с большими мясными родинками, бородавками или папилломами на лице.
      Интересно, что многие у кого они есть, спокойно живут с ними, хотя известно, что папилломки приводят к ослаблению иммунитета и в дальнейшем могут привести к онкологии.
       
      Вопрос: Почему да? Неужели кому то приятно ходить с такой шишкой на лбу, на веке, на губе или другом месте? Хотя современная медицина быстро и безболезненно может их удалить...
       
      Я уже не говорю, как неприятно целоваться с такой мадам, непонятно то ли губы целуешь, то ли папиллому ))
        • Haha
      • 120 replies
    • Анализ показателей абитуриентов на вступительных экзаменах в вузы обещает снижение проходных баллов по некоторым специальностям.
      БАКУ, 18 авг — Sputnik. Второй год подряд прогнозируется сохранение низких вступительных баллов при приеме в высшие учебные заведения Азербайджана. Анализ результатов вступительных экзаменов 2020 года показывает, что эта планка будет находиться в районе 300-350 баллов. Однако при наборе студентов на престижные факультеты планка не опустится ниже 550 баллов по всем группам специальностей.
      godu.html
        • Upvote
        • Like
      • 189 replies
    • Post in Deputat Aqil Abbas: “Toyları kim edirsə, Allah onlara insaf versin.
      İnsanlar düşünür ki, yenidən karantin qaydaları sərtləşdiriləcək, toy etmək, yeyib- içmək məhdudlaşdırılacaq. Məhərrəmlik ayı olsa da, insanlar toylar keçirir, yeni ailələr qururlar.
       
      İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay deyib ki, Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq.
      https://www.facebook.com/243326602360009/posts/6794035510622386/
        • Milli
        • Facepalm
        • Haha
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...