Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Müəllim


Recommended Posts

Məşhur bir deyim var, müəllifini təəssüf ki unutmuşam, deyir ki: "Bir ölkəni məhv etmək istəyirsənsə, əvvəlcə onun təhsilindən başla". Seymur bəy bu məqaləni ölkəmizin ən fədakar insanları olan, - müəllimlərə ərməğan edib. Şəxsən mənim həyatımda bir neçə müəllim olub ki, yaşamımda dönüş nöqtəsi ediblər. Azərbaycanda çox savadlı, alicənab və ən əsası hər şeyə rəğmən öz işini sevən müəllimlər var. Sistem dəyişəndə, müəllimlərin sadəcə faydası deyil, nə dərəcədə dəyərli varlıq olduqları bütöv cəmiyyətə bariz olacaq. Tanrı sizi qorusun!

Qeyd: məqaləni oxumağınızı rica edirəm =)

Bu hekayəni sinifdə oxuyanda, biz də öz növbəmizdə Coya həsəd aparırdıq. Çünki Co məktəbə getmirdi. Biz hər şey etməyə hazır idik, təki məktəbə getməyək. Bax, beləcə sinifdə şit söhbətlər başladı. Yaşlı müəllim öz xatirələrini danışdı. O, oxumaq üçün payız, yaz, qış fəslində hər gün 14 km yol qət edərək məktəbə gedirmiş. Palçıq, soyuq, canavar qorxusu... Hər sinifdə cəmi bir kitab varmış. Hamı dərsini bir kitabdan hazırlayırmış.

Müəllimimiz müəllim çatışmazlığından da danışdı. Bir müəllim bir neçə fənn tədris edirmiş. Təbii, onun danışdıqları bizi tərpətmədi. Əsrin əvvəllərinə qədər qəbilə halında yaşayan camaat üçün sovet hökuməti üç mərtəbəli, böyük, işıqlı məktəb tikmişdi. Daha 14 km yol qət etməyə ehtiyac yox idi. Mən evdən çıxandan 10 dəqiqə sonra məktəbin giriş qapısından içəri girirdim. Kitabları isə bizə pulsuz verirdilər. Üstəlik, dərsdən sonra bizi yemləyir, sabahkı dərslərə hazırlaşmağımızla başqa bir müəllim məşğul olurdu. Sovet hökuməti bizi qudurtmuşdu. Ona görə biz Conu heç vaxt başa düşə bilməzdik.

Elə şeylər var ki, onu ədəbiyyatdan, kinodan tam öyrənmək mümkün deyil. Gərək, həyat yaşayasan. Həyatın da ən amansız tərəfi budur. Yaş üstünə yaş gəlməli, həyatı öz gözlərinlə görməli, ağrıları ürəyindən keçirməlisən. Hə, onda başa düşürsən ki, filan kitabda müəllif nə demək istəyirmiş, filan filmdə rejissor bizə nəyi başa salmaq istəyirmiş.

Uzun illər müəllim işləmiş bir insanın müşahidəsini sizlərlə bölüşmək istəyirəm. Deyir - pis oxuyan şagirdlərimlə küçədə, yolda, hər hansı məclisdə qarşılaşanda onlardan daha çox diqqət və qayğı, hörmət görürəm. Çünki onlar həyatın sərt üzünü gördükcə başa düşürlər ki, vaxtında onlara necə böyük yaxşılıq etmək istəyirmişəm. Maraqlı müşahidədi.

İndi isə gəlin iki insanın söhbətini tirajlayaq. Biri yaşlı xanımdı. Deyir - uşaqlarımı baxçadan götürüb evə qayıdırdım. Küçədə müəllimimlə rastlaşdım. Salamlaşdıq. Hal-əhval tutduq. Özüm də bilmədən uşaqları arxamda gizlətdim.

İkinci söhbəti kişi danışıb. Deyir - qonşumuz müəllim idi. O, həyətdə işləyəndə mən bu mənzərəyə baxa bilmirdim.

Əlbəttə, mən sovet dövrünü heç də ilahiləşdirmirəm. Bilmirəm, müəllimi bu qədər ilahiləşdirmək düzdü, yoxsa səhv, amma məndən böyük olanlar yuxarıda yazılanların düz olduğunu təsdiq edə bilərlər. Hər halda hər məktəbdə üç-dörd müəllim vardı ki, onlara baxıb davranışlarından nəsə əxz etmək olardı.

Sovet dövründə müəllim heç də super yaşamırdı, amma sözün həqiqi mənasında müəllimin böyük hörməti vardı. Nə qədər uşaq vardı ataları, əmiləri, dayıları, xalaları müəllim idilər, amma həmin uşaqların çoxu üçün müəllim statusu, müəllim adı daha ciddi məna daşıyırdı, ata, əmi, dayı, xala söhbəti növbəti sırada dayanırdı. Çünki müəllim süpürgəpulu, pərdəpulu yığmırdı. Bəli, o dövrdə də müəllim adını doğrultmayan müəllimlər, həmçinin tərbiyəsiz şagirdlər vardı, əlbəttə, vardı, amma biz ümumi vəziyyətdən söhbət edirik.

Məktəbin tərbiyə edə bilmədiyi adamı hər hansı dinin, hər hansı ideyanın, cəza müəssisəsinin tərbiyə edəcəyi bir az çətin məsələdi. Eləcə də kimsə nə vaxtsa müəllimə qarşı nəsə kobudluq edibsə və indiyə qədər etdiyi hərəkəti qəhrəmanlıq hadisəsi kimi nəql edirsə, deməli, həmin adamın tərbiyə problemi var. Adam heç düzəlməyib. Bəli, müəllimlə mübahisə etmək olar, hətta lazımdı, əsl müəllim mübahisəni şəxsi intriqaya çevirməz. Lakin müəllimə qarşı kobudluq etmək və bunu qəhrəmanlıq saymaq axmaqlıqdı. Dünyanın ən böyük şəxsiyyətləri müəllim haqqında ən möhtəşəm sözlər söyləyiblər. Sərkərdələr belə müəllim sözünü uca tutublar.

İndi isə sözü Çexova verək. Çexov deyir: "Əgər nə vaxtsa mənim əlimə pul keçsə, müəllimlər üçün sanatoriya açacam. Müəllimlərin pis vəziyyətdə yaşaması məni çox narahat edir. Ona görə "mujik"lər müəllimlərlə kobud davranırlar. Bəziləri hətta müəllimləri döyür. Müəllimlərin pis vəziyyətdə yaşamalarını görüb, uşaqlarını məktəbə buraxmırlar. Çünki müəllimin kasıb geyindiyini, ac-yalavac yaşadığını görüb, məktəbə inanmırlar. Əgər bir xalq inkişaf etmək istəyirsə, mütləq müəlliminə dəyər verməlidir. Hər şeyi məktəbdən və müəllimdən başlamaq lazımdır. Müəllim yaxşı yaşamasa, "mujik"lər məktəbə, kitaba, müəllimə inanmayacaqlar".

Çexovun müəllimlər üçün sanatoriya açmaq arzusu başadüşüləndir. O vaxtlar Rusiyada müəllimlərin böyük əksəriyyəti Çexovun özü kimi vərəm xəstəliyindən əziyyət çəkirdi. Çexovun sözləri eynilə günümüzün Azərbaycanına da aiddir. Nə qədər ki, kitab yazan, kitabı təbliğ edən adamlar normal yaşamayacaqlar, digərləri də kitaba, təhsilə, mütaliəyə inanmayacaqlar. Təhsil, kitab insanlara rahatlıq, xoşbəxtlik bəxş etməlidir. Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı gizli təbliğat öz "bəhrəsini" verib. İdmanın, mikrofonun, təlxəkliyin təbliği öz sözünü deyib. Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabda yox, mahnı oxumaqda, təlxəklik etməkdə, güləşməkdə görürlər. Ona görə də övladlarının güləşçi, təlxək, müğənni olmasını arzulayırlar. Onları məktəbdən ayırıb idman zallarına göndərirlər. Çünki bir Avropa çempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. Onsuz da bizim camaat kitabla, dəftərlə, məktəblə o qədər də yaxın dost deyildi. Azərbaycan hakimiyyətinin illərlə kitaba qarşı apardığı mübarizə bu sahədə daha bərbad vəziyyət yaratdı. Kitab təbliğ olunmadı. Kitab sahibsiz qaldı. Yalnız beş-altı adam illərlə yazılar yazıb, həyəcan təbili çaldılar. Bu beş-altı adamın gücü çox azdır. Əllərində heç bir resurs yoxdur. Üstəlik, hətta yaxınları belə onlara şübhəylə baxırlar.

Mövcud hakimiyyətin ən bağışlanmaz günahlarından biri də odur ki, müəllimləri öz oyunlarına iştirakçı etməklə onları gözdən saldılar. Müəllimi ölkənin siyasi-iqtisadi uğurlarından danışmağa məcbur edib, sonra müəllimə uşaqlardan süpürgəpulu yığdırdılar. Şagirdlərdən pərdəpulu yığan müəllimə hörmət etmək bir az çətin məsələdi. Valideynlə, şagirdlə müəllim arasında konflikt yaradıb, müəllimi hörmətdən saldılar. Müəllimi hörmətdən salmaq isə millətin belini qırmaq deməkdi. Ümumiyyətlə, hər şey məktəbdən başlayır. Mən pedaqoq-filan deyiləm, oxuduqlarıma əsaslanıb bunları yazıram. Hətta Osmanlı sarayında belə sultanlar öz övladlarına müəllimin necə böyük, müqəddəs varlıq olduğunu göstərmək üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Onlar göstərirdilər ki, nə olsun külli-ixtiyar mənim əlimdədi, müəllim daha böyük şərəfə layiqdi, yəni sultan övladı olmağını yadından çıxart.

Bu mövzuda xeyli əhvalatlar var. Ağlı başında olan adamlar müəllimə, alimə böyük hörmət ediblər. Mövcud hakimiyyət isə öz seçki və digər oyunlarında müəllimi iştirakçı etməklə onu gözdən salıb. Doğrusu, çox ürəkağrıdan mənzərədi. Millətin önündə olmalı və bizim ibrət götürməli olduğumuz müəllimləri dilənçiliyə öyrətdilər. Seçki komissiyalarına cəlb edib müəllimləri saxtakarlığa məcbur etdilər. İnsan hörmətdən düşəndə onun sözünün kəsəri də azalır. Sözün kim tərəfindən söylənilməsi isə çox böyük şərtdi. Milan Kunderanın təbirincə desək, Kantın dilindən "Sabahınız xeyir!"- sözü də fəlsəfi səslənirdi.

Təəssüflər olsun ki, müəllimlərin böyük çoxluğu ölkədə baş verənlərə müqavimət göstərə bilmədilər. Müqavimət göstərənlərlə müqavimət göstərə bilməyənlərin də arasında əlavə bir konflikt yarandı. Beləcə, Xəqani Hasın təbirincə desəm, bu hakimiyyət bizə bir azadlığı tanıyıb - bir-birimizi didmək azadlığını!

Beləcə, insanları bir-birilərinin qarşısında gözükölgəli etdilər. Adamlar bir-birilərinin gözünə dik baxa bilmirlər. Çünki hər biri bir başqasının halından xəbərdardı. Biri o birinin necə əzab çəkməsini duyur. İndi eşidəndə ki, bir müəllim 8 Martda ona hədiyyə gətirmədiyinə görə şagirdi sinifdən qovub, mən qəribə hisslər keçirirəm. Axı, mən həm də başqa mənzərə görmüşəm. Görmüşəm ki, müəllim kitabdan savayı şagirddən hədiyyə götürməyib və həmin kitabları da məktəbin kitabxanasına təhvil verirdi. İndi mən böyük bir sual qarşısında qalmışam, bu müəllimlərdən hansı daha çox azərbaycanlı xarakterinə doğmadı. Aldığı hədiyyə kitabları məktəb kitabxanasına hədiyyə edən, yoxsa hədiyyə gətirmədiyinə görə şagirdi sinifdən qovan?

Seymur Baycan

Link to comment
Share on other sites

  • 4 years later...
  • 2 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 5 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 51 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 351 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...