Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ölümdən Dönənlər.


Recommended Posts

“Qremio”

İnsanlar reysə gecikərkən əsəbiləşirlər. Amma bəzən bunun xeyri də olur. 2007-ci ildə А-320 Aerobusu ilə San Paoloya yollanmalı idi. Lakin son anda rəhbərlik başqa reyslə uçmağı qərara alır. Nəticədə komanda sağ qalır. Belə ki, həmin təyyarə qəzaya uğrayır və içərisindəki 182 nəfərin hamısı ölür.

FK “Dalkurd”

Buna bənzər hadisə İsveçdə də baş verib. Yerli kürdləri təmsil edən Dalkurd komandası Barselonadan vətənə Düsseldorfdan qayıtmalı idi. Lakin futbolçular belə bir reysin bir qədər çətin olduğunu düşünərək fikirlərini dəyişiblər. Həmin təyyarı Alp dağlarında qəzaya uğradı. Komanda isə Münxen və Sürix reysləri ilə İsveçə qayıtdı.

Patrik Berger

Həmin təyyarə ilə Liverpulun və Çexiya yığmasının keçmiş futbolçusu da uçmalı imiş. Lakin son anda məşhur futbolçu qərarını dəyişib. Bu hadisədən şoka düşən Berger SSRİ və Dünya yığması arasında oyun üçün Ermənistana səfərini ümumiyyətlə təxirə salıb.

Kristian Panuççi

1996-cı il Olimpiya oyunlarında Panuççi iştirak etməli idi. Lakin zədəli olduğuna görə erkən İtaliyaya dönmək məcburiyyətində qalır.

İlk öncə o ,  Атlаnта – Nyu York – Paris – Milan marşrutunu seçir. İkinci mərhələdə Panuççinin baqajı itir. Bununla bağlı ərizə yazarkən İtaliyanın Alitalia şirkəti ona Milana qədər daha rahat marşrutla uçmağı təklif edirlər və Kristian razılaşaraq evə dönür.

Məhz evə çatdıqdan sonra Parisə uçan təyyarənin partladığını və 230 sərnişinin hamısının həlak olduğunu öyrənir.

Rui Maxamutsa

2014-cü il martın 24-nü Orlando Payrets komandasının müdafiəçisi Rui Maxamutsa həmişəlik yadında saxlayacaq. Avtə qəza nəticəsində o , həyatını itirə bilərdi.

Maxamutsa ağ BMW M3-ün idarə etməsini itirir və dirəyə çırpılır. Metal konstruksiya maşının bir başından girərək digər tərəfindən çıxır. Maraqlısı isə odur ki, futbolçunun bədənində bir cızığ belə əmələ gəlmir.

Silven Viltor

Silven Viltor karyerasını bitirdikdən sonra televiziya proqramlarının daimi qonağına çevrilib. Bu yaxınlarda o realiti şounun çəkilişlərində iştirak etməli idi. Həmin şouda tanınmış idmançılar eksperimental məkanlarda yaşamalıdırlar.

Lakin Viltor Argentinaya yollanan vertolyota gecikir. Həmin vertolyot 100 metr hündürlükdə qəzaya uğrayır və 10 nəfər vəfat edir. Vəfat edənlər arasında 2012-ci il Olimpiya çempionu Kamil Myuffa , Pekin olimpiadasının bürünc mükafatçısı boksçu Aleksis Vasten və tanınmış yaxta ustası Florans Arto da var idi.

Аnderson

Braziliyalı futbolçunun Mançester Yunayteddə karyerası alınmayıb. Amma digər tərəfdən o xoşbəxt insandır. Belə ki , 2010-cu ildə 22 yaşlı futbolçunu yanan  Audi R8-in içindən çıxarda bilmişdilər. Dərhal sonra isə maşın partlamışdı.

Xəbərə görə Anderson rəfiqəsi ilə birlikdə sərxoş idilər.

Link to comment
Share on other sites

Şahidi olduğum bir hadısə: 2 oktyabr 1997-ci ildə “Günəşli” yatağında neftçilərin növbəsını dəyişməyə gedən veryalyot qəzaya uğrayır. Baş verən qəzada “Mİ-8" vertolyotundakı 22 nəfərdən 21-i həlak olmuşdu. Bir nəfər xilasedicilərin yüksək peşəkarlığı nəticəsində sağ qalır və hal-hazırda yaşayır. Xilas olan qardaşı ilə yanaşı oturubmuş vertalyotda.

Link to comment
Share on other sites

Luiz Zamparini

Əslən italyan olan Luiz Zamparini 1917-ci ildə Amerikada dünyaya gözlərini açdı. Uşaqlıq illərində normal təhsil almayan və oğurluqla məşğul olan Zamparini, qısa bir zaman sonra qardaşının dəstəyi ilə uzun məsafəyə qaçış üzrə yarışlara qatılır. O, qısa bir zamanda böyük uğur əldə edir. 1936-cı ildə Berlində keçirilən olimpiada yarışlarında iştirak edir. Olimpiadada böyük uğur qazanır. Son turu 56 saniyədə tamamlayaraq dünya rekordunu qırır. Adolf Hitler isə Zamparini ilə görüşmək istəyir. Zamparini Adolf Hitlerlə görüşür və ölkəsinə geri dönür. Zamparininin ən böyük arzusu isə Tokioda olmaq və olimpiada yarışlarında iştirak etmək olur. Lakin qısa bir zaman sonra 2-ci Dünya Müharibəsi başlayır. Zamparini ABŞ Hava Qüvvələrində xidmətə başlayır. O, "B-24 Liberator" model bombardmançı təyyarənin heyətində yer alır. Uçuşlardan birində təyyarədə nasazlıq yaranır və təyyarə Yaponiyanın Oahu adasının qərbində okeana düşür. Hadisə nəticəsində 3 əsgər sağ qalır. Onlardan biri də Zamparini olur. Onlar 47 gün ərzində yağış suları içərək, çiy balıq yeyərək həyatda qalmağa çalışırlar, hər gün dua edirlər. Zamparini dualarında xilas olacağı təqdirdə Allahın istədiyi hər bir şeyi etməyə hazır olduğunu bildirir. 47 günün sonunda onlar bir təyyarə görürləl. Son ümidləri olan bu təyyarə isə Yaponiya təyyarəsi olur. Yapon bombardmançı təyyarəsi əsgərlərin olduğu qayığı atəşə tutur. Həmin gün əsgərlərdən biri həyatını itirir. Fillips və Zamparini sağ qalır. 48-ci gün isə Marşal adalarındakı Yaponiya əsgərləri Zamparini və Fillipsi əsir götürürlər. Onlar meşədəki bir düşərgədə saxlanılırlar. Daha sonra isə onları ayırırlar. Zamparinini Omori əsir düşərgəsinə gətirirlər. Əsir düşərgəsinin rəhbəri "Quş" ləqəbli Mutsuhiro, Zamparinin olimpiada oyunçusu olduğunu öyrəndikdən sonra ona işgəncə verməyə başlayır. Mutsuhiro ürəyi istədiyi vaxt onu düşərgə daxilində qaçırdır. "Quş" ləqəbli Mutsuhiro, Zamparinidən ən böyük arzusunun nə olduğunu soruşur. O, isə Tokioda olimpiadada iştirak etmək üçün əvvəllər dua etdiyini deyir. Mutsuhiro isə "Bəzən dua edərkən diqqətli olmaq lazımdır" deyir.

Daha sonra isə olimpiada idmançısının sağ olduğu Tokioda bəzi şəxslərə məlum olur. Zamparini Tokio radiosuna aparılır. O, radio vasitəsilə ailəsinə sağ olduğunu deyir. Zampariniyə ABŞ əleyhinə çıxışlar etməyi, əvəzində isə onu gözəl həyat gözlədiyi vədi verilir.Zamparini isə bu təklifi rədd edir. O, yenidən Omori əsir düşərgəsinə göndərilir. Mutsuhiro bütün əsirlərə əmr edir ki, hərə bir dəfə Zampariniyə yumruq atacaq. Günün sonunda Zamparini ölümcül vəziyyətdə olur. Bir müddət sonra "Quş" ləqəbli Mutsuhironun vəzifəsi qaldırılır və o başqa düşərgəyə göndərilir. Əsirlər az da olsa, rahat nəfəs alırlar. Lakin ABŞ təyyarələri həmin bölgəni bombalayır. Əsirlər başqa bir düşərgəyə aparılır. Yeni düşərgənin rəhbəri əsirlər qarşısında çıxış edir. "Quş" ləqəbli Mutsuhironu qarşılarında görən əsirlər 2-ci şoku keçirirlər.

Zamparini və digər əsirlər uzun müddət ağır işlərdə işlədilir. Mutsuhiro isə xüsusi olaraq Zamparinini döyür. Zamparini məcbur edilir ki, ağır yüklərdən birini götürsün. Əgər o yükü yerə atsaydı, güllələnəcəkdi. Günün sonuna qədər Zamparini təslim olmur. İdmançının göstərdiyi mübarizədən əsəbiləşən "Quş" ləqəbli Mutsuhiro onu vəhşicəsinə döyür. Bir neçə gün sonra isə ABŞ və müttəfiqləri qələbə çalır. Yaponiya təslim olur.

Düşərgədəki əsgərlər bölgəni tərk edirlər. Əsirlər isə öldürülmür. ABŞ təyyarələri lazımi qida və avadanlıqlarla əsirləri təmin edir. Bir neçə müddət sonra onlar vətənə qayıdırlar. Ailəsi ilə hava limanında görüşən Zamperini, 1946-cı ildə Sintia ilə tanış olur və evlənirlər. Cisse və Luke adlarında uşaqları dünyaya gəlir. Fillips isə müharibədən sağ çıxır və Cesi ilə evlənir. Zamparini və Filips həyatlarının sonlarına qədər dost olaraq qalırlar. "Quş" ləqəbli Mutsuhiro isə müharibədən sonra qaçaraq gizlənir. Daha sonra ABŞ-Yaponiya arasındakı razılaşmalara əsasən yapon əsgərləri əfv edilir.

Zamparini Allaha verdiyi sözü tutur. O, irəliyə gedən yolun intiqam deyil sülh olduğunu başa düşür. Yaponiyaya qayıdır və onu əsir alanları taparaq onlarla barışır. Yalnız "Quş" ləqəbli Mutsuhiro onunla görüşməyi rədd edir. İllər sonra isə Zamparini son arzusunu gerçəkləşdirir və 80 yaşında Tokio küçələrində əlində olimpiada məşəli qaçır. Yazıçı Laura Hillenbrand Zamparininin həyat hekayəsi ilə tanış olur və 624 səhifəlik "Əyilməz" (Unbroken) kitabını yazır. Daha sonra isə rejissoru Anjelina Coli olan "Əyilməz" filmi çəkilir. Çətin, amma şərəfli həyat yaşayan Luiz Zamparini, 2 iyun 2014-cü ildə 97 yaşında, filmin çəkilişləri davam edərkən vəfat edir...

Link to comment
Share on other sites

Facebookda Liuz Zamparini haqqında məlumat qarşıma çıxdı.Həyat hekayəsini oxuyub təsirləndim.Gara,onun həyat hekayəsi əsl sənin mövzuna uyğun olduğunu düşündüm.Ölümdən dəfələrlə dönüb və həyatda qalib olub.Səbri çatanlar oxusun.İnsan iradəsinin nəyə qadir olduğunun isbatıdır.

Link to comment
Share on other sites

Facebookda Liuz Zamparini haqqında məlumat qarşıma çıxdı.Həyat hekayəsini oxuyub təsirləndim.Gara,onun həyat hekayəsi əsl sənin mövzuna uyğun olduğunu düşündüm.Ölümdən dəfələrlə dönüb və həyatda qalib olub.Səbri çatanlar oxusun.İnsan iradəsinin nəyə qadir olduğunun isbatıdır.

Oxudum, maraqlı tarıxçəsi olub bu insanın. Sağ ikən cəhənnəm əzabını yaşayıb, öləndən sonra hara düşdüyünü bir allah bilir.

Link to comment
Share on other sites

Dünyada ən bəxtəvər insan Frane Selak 81 yaşında təqaüdçü bir musiqi müəllimidir(1929-cu ildədoğulub). Xorvatiyada yaşayır.
Tam 7 fəlakətdən xilas oldu
1962:
Saraybosnadan qalxan* Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.
Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı, amma xilas oldu.
1963:
627e6983d3.jpgZagrebdə DC-8 tipi bir təyyarəyə mindi.
Təyyarə havadaykən qapısı açıldı və Selak aşağı düşən 20 adamdan biriydi. Qəzada 19 adam öldü! Selak saman yığınına düşdüyü üçün yaralı olaraq xilas oldu.
1966:
Mindiyi avtobus çaya düşdü.
4 nəfər öldü o bir neçə sıyrıqla xilas oldu.
1970:
Avtomobiliylə gedərkən mühərrik alov aldı.
Özünü çölə çətin atdı, maşının benzin anbarı partlayış etdi.
1973:
Avtomobilində meydana gələn partlamada saçlarının bir hissəsini itirdi.
1995:
Zagreb küçələrində avtobus onu vurdu,amma yüngül xəsarət aldı.
1996:
Avtomobilıi bir döngədə Birləşmiş Millətlərə aid yük maşını ilə qəzaya uğradı.Skoda marka avtomobiliylə uçuruma ucdu.O bir ağacın üstünə düşdü avtomobili yandı.
2003:
Frane Selak lotereyada $1,000,000 uddu.
 

Link to comment
Share on other sites

Dünyada ən bəxtəvər insan Frane Selak 81 yaşında təqaüdçü bir musiqi müəllimidir(1929-cu ildədoğulub). Xorvatiyada yaşayır.

Tam 7 fəlakətdən xilas oldu1962:

Saraybosnadan qalxan* Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.

Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı, amma xilas oldu.1963:627e6983d3.jpgZagrebdə DC-8 tipi bir təyyarəyə mindi.

Təyyarə havadaykən qapısı açıldı və Selak aşağı düşən 20 adamdan biriydi. Qəzada 19 adam öldü! Selak saman yığınına düşdüyü üçün yaralı olaraq xilas oldu.1966:

Mindiyi avtobus çaya düşdü.

4 nəfər öldü o bir neçə sıyrıqla xilas oldu.1970:

Avtomobiliylə gedərkən mühərrik alov aldı.

Özünü çölə çətin atdı, maşının benzin anbarı partlayış etdi.1973:

Avtomobilində meydana gələn partlamada saçlarının bir hissəsini itirdi.1995:

Zagreb küçələrində avtobus onu vurdu,amma yüngül xəsarət aldı.1996:

Avtomobilıi bir döngədə Birləşmiş Millətlərə aid yük maşını ilə qəzaya uğradı.Skoda marka avtomobiliylə uçuruma ucdu.O bir ağacın üstünə düşdü avtomobili yandı.2003:

Frane Selak lotereyada $1,000,000 uddu.

Ne heyasiz adamdir bu.))))))))
Link to comment
Share on other sites

Dünyada ən bəxtəvər insan Frane Selak 81 yaşında təqaüdçü bir musiqi müəllimidir(1929-cu ildədoğulub). Xorvatiyada yaşayır.

Tam 7 fəlakətdən xilas oldu

1962:

Saraybosnadan qalxan* Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.

Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı, amma xilas oldu.

1963:

627e6983d3.jpgZagrebdə DC-8 tipi bir təyyarəyə mindi.

Təyyarə havadaykən qapısı açıldı və Selak aşağı düşən 20 adamdan biriydi. Qəzada 19 adam öldü! Selak saman yığınına düşdüyü üçün yaralı olaraq xilas oldu.

1966:

Mindiyi avtobus çaya düşdü.

4 nəfər öldü o bir neçə sıyrıqla xilas oldu.

1970:

Avtomobiliylə gedərkən mühərrik alov aldı.

Özünü çölə çətin atdı, maşının benzin anbarı partlayış etdi.

1973:

Avtomobilində meydana gələn partlamada saçlarının bir hissəsini itirdi.

1995:

Zagreb küçələrində avtobus onu vurdu,amma yüngül xəsarət aldı.

1996:

Avtomobilıi bir döngədə Birləşmiş Millətlərə aid yük maşını ilə qəzaya uğradı.Skoda marka avtomobiliylə uçuruma ucdu.O bir ağacın üstünə düşdü avtomobili yandı.

2003:

Frane Selak lotereyada $1,000,000 uddu.

 

Ay aman, kim olsaydı artıq pas edib o dünyaya getməsi üçün yalvarardı))) İnad yoxsa həyat eşqi?))

 

 

Ne heyasiz adamdir bu.))))))))

)))) Yaman güldürdünüz))

Link to comment
Share on other sites

Dünyada ən bəxtəvər insan Frane Selak 81 yaşında təqaüdçü bir musiqi müəllimidir(1929-cu ildədoğulub). Xorvatiyada yaşayır.

Tam 7 fəlakətdən xilas oldu

1962:

Saraybosnadan qalxan* Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.

Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı, amma xilas oldu.

1963:

627e6983d3.jpgZagrebdə DC-8 tipi bir təyyarəyə mindi.

Təyyarə havadaykən qapısı açıldı və Selak aşağı düşən 20 adamdan biriydi. Qəzada 19 adam öldü! Selak saman yığınına düşdüyü üçün yaralı olaraq xilas oldu.

1966:

Mindiyi avtobus çaya düşdü.

4 nəfər öldü o bir neçə sıyrıqla xilas oldu.

1970:

Avtomobiliylə gedərkən mühərrik alov aldı.

Özünü çölə çətin atdı, maşının benzin anbarı partlayış etdi.

1973:

Avtomobilində meydana gələn partlamada saçlarının bir hissəsini itirdi.

1995:

Zagreb küçələrində avtobus onu vurdu,amma yüngül xəsarət aldı.

1996:

Avtomobilıi bir döngədə Birləşmiş Millətlərə aid yük maşını ilə qəzaya uğradı.Skoda marka avtomobiliylə uçuruma ucdu.O bir ağacın üstünə düşdü avtomobili yandı.

2003:

Frane Selak lotereyada $1,000,000 uddu.

 

 

Ne heyasiz adamdir bu.))))))))

Gülməkdən birtəhər oldum , bu təmiz Mister Beanın prikollarını xatırladır adama.

Link to comment
Share on other sites

  • 3 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане резко выросло число объявлений о продаже Toyota Prius
      В Азербайджане со вчерашнего дня число объявлений о продаже Toyota Prius выросло в три раза.
      Как передает Media.az, только сегодня на популярном сайте купли-продажи автомобилей Turbo.az опубликовано свыше 70 объявлений о продаже Toyota Prius.
        При этом цены на автомобили снизились с 14 тыс. манатов до 10 - 12 тыс. манатов.
      Это связывается с тем, что накануне Кабмин утвердил «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси», согласно которым, автомобили старше 15 лет не могут быть использованы в качестве такси.
       
      Media.az
        • Haha
      • 9 replies
    • Зверство в прямом эфире: Чем чревато жестокое обращение с детьми в соцсетях - ВИДЕО
      Сегодня цифровизация прочно вошла в нашу жизнь. Практически у каждого человека есть личный аккаунт в той или иной социальной сети. Вначале эти онлайн-платформы предназначались для общения между людьми, разделенными большими расстояниями. Однако со временем соцсети начали
      • 3 replies
    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 61 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 39 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 148 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 11 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...