Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ölkədə Bir Gündə 3-4, Ayda 1000 Ailə Dağılır

SAPAND

Recommended Posts

“Azərbaycanda gün ərzində təxminən 3-4, ay ərzində isə 1000 ailə dağılır. Bu statistikaya qeyri-rəsmi qurulan ailələr daxil deyil. Rəsmi nikah bağlamadan ailə quranların ayrılmaları da nəzərə alınsa, statistika iki dəfə artır. Təkcə rəsmi boşanmalar həyəcan təbili çalmaq üçün yetərlidir”.

Bunu virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qeyri-rəsmi nikahların sayı həmin ailələrdə doğulan uşaqların sayına uyğun təxmini hesablanır:“İndiyədək qeyri-rəsmi nikahlarla bağlı dəqiq statistika aparılmayıb. Ötən il 27 min uşaq nikahdan kənar doğulmuşdu. Bu rəqəmə istinadən təxmini 30-35 min nikahdankənar ailənin olduğu ehtimal edilir. Ona görə də gündə 3 deyil, daha çox ailənin dağıldığını söyləyə bilərik”.

M.Zeynalova rəhbərlik etdiyi təşkilata müraciət edənlər arasında boşanmaq istəyənlərin çox oldumasından danışdı: “İndi əksər hallarda ailə tərəflər arasında öz hakimiyyətini təsdiq etmək uğrunda gedən mübarizəyə çevrilib. Hörmət, qarşılıqlı anlayış meydandan çıxıb. Ailələrin dağılmasının səbəbləri müxtəlifdir. Ailəyə kənar müdaxilələr, iqtisadi asılılıq, ailə zorakılığı və digər səbəblər var. Amma müşahidələr göstərir ki, qadın hüquqları ilə bağlı yanlış təbliğat da rol oynayır. Qadınlar öhdəlikləri yerinə yetirmək istəmirlər, azad olmaq istəyirlər. Həmçinin kişi xəyanəti nəticəsində dağılan ailələrin sayı çoxdur”.

M.Zeynalova evdən qaçan 5 qadının rəhbərlik etdiyi sığınacaqda yerləşdirildiyini dedi: “Hazırda evdən qaçan 5 qadın bizim sığınacaqdadır. Onlar ailə zorakılığı nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıblar. Təəssüf ki, vaxtında tədbir görülməyəcəyi təqdirdə vəziyyət daha da pisləşəcək”.

Qeyd edək ki, bu ilin 6 ayında 6,4 min boşanma  qeydə alınıb. Boşananların əksəriyyəti biruşaqlı gənclərdir. Ötən il 2798 biruşaqlı ailə dağılıb.

MƏNBƏ 

Link to comment
Share on other sites

cox ciddi ve facieli meseledir eslinde..Bizim telekanalllarda aile meseleleri ile bagli hec olmasa heftede bir iki defe psixoloq meslehetleri tipli verilisler olsa yaxsi olar..

Ancaq bos bos cefeng, seviyyesiz shoulara baxmaqdan millet tengel gelib..Milli kanallarda ancaq idmana baxiram..

Edited by Гулливер

İnanmıramki Tv lərlə nəyə isə nail olmaq olar . Artıq çox gecdir .

Məncə əsas  səbəb həyatda bərkə-boşa düşməyən gənclərin maaliyə çətinliklərinə , zamanın gətirdiyi  milətimizə yad olan vərdişlərə tab gətirməyib sınmasıdır ...  :(

Link to comment
Share on other sites

Heç kəs kefindən boşanmır, boşanmalara səbəb uyğunsuzluqdur. Çünki mentalitet fərqlidir, iki gənc demək olar ki gözüyumulu ailə qurur, bir birini öyrənməyə, sınamağa nə imkanı, nə vaxtı olur. Odur ki, ilk çəkişməyə düşən kimi, ailə bağları sarsılır, sonra getdikcə daha da dağılır. Keçmişdə buna dözürdülər, it-pişik kimi olsa da yaşayırdılar ki, eldən-obadan ayıbdır, indi isə azadlıq, demokratiyadır, heç kim boşanmaqdan qorxmur, ürəklə buna gedirlər.

Link to comment
Share on other sites

Şişirdilmiş statistikaya oxşayır. Amma vəziyyət doğurdan da ciddidir. Boşanmalara səbəb ailələrin çəkdiyi maliyyə çətinliyi bir yana, əsas səbəblərdən biri də  telefon/internet/sosial şəbəkələrdir.

Sən də rəhmətlik nənəm deyəni deyirsən) Deyirdi serial və telefon indiki qızların evini yıxır.(Nənəm bunu 2006 -cı ildən öncə deyib.Yəni ev telefonu üçün)  

Link to comment
Share on other sites

Mövzuya gəlincə isə son iki ayda tanıdığım ailənin boşandığının şahidi olmuşam.İkisi də yetərincə imkanlı ailə idi.Birinci cütlük 3 ildir ailəlidir,2 yaşında qızları var.Sevib ailə qurublar.Ali təhsilli ,orta səviyyədə yaşaya biləcək qədər maaşları var.Boşanma səbəbi oğlanın narkotikə qurşanıb,evdə hər şeyi sındırıb dağıtmağı və yoldaşını döyməyi olub.

İkinci tanıdığım ailə 12 ildir evlidir,oğlan və qız uşaqları var.Evin kişisi bankda mühasibdir,qadın evdar xanımdır.Boşanmağa  həyat yoldaşının çox əsəbi və deyingən,tez-tez heç nədən dava salmağı səbəb olub. 

Boşanmağa bəhanə  heç də maddi durumun aşağı olması səbəb olmur.Bəzən buna xəyanət,xasiyyətcə bir birinə uyğunlaşmamaları səbəb olur.Ən çox isə ailə həyatı qurmağa hazır olmayan gənclərin ailələri daha tez dağılır. Psixoloji  hazır olmalıdır ; ailə quran fərd özündə ailəsinin,evinin ,yoldaşının,uşağının məsuliyyətini daşımağa hazır olmalıdır.

Link to comment
Share on other sites

Sən də rəhmətlik nənəm deyəni deyirsən) Deyirdi serial və telefon indiki qızların evini yıxır.(Nənəm bunu 2006 -cı ildən öncə deyib.Yəni ev telefonu üçün)  

Din bərəkət o nənələrin zamanında olub. Onlarla razılaşmamaq olmaz, hərçənd ki, yeni nəsil bəyənmirlər/qəbul etmirlər yaşlı nəsli..

Link to comment
Share on other sites

Heç kəs kefindən boşanmır, boşanmalara səbəb uyğunsuzluqdur. Çünki mentalitet fərqlidir, iki gənc demək olar ki gözüyumulu ailə qurur, bir birini öyrənməyə, sınamağa nə imkanı, nə vaxtı olur. Odur ki, ilk çəkişməyə düşən kimi, ailə bağları sarsılır, sonra getdikcə daha da dağılır. Keçmişdə buna dözürdülər, it-pişik kimi olsa da yaşayırdılar ki, eldən-obadan ayıbdır, indi isə azadlıq, demokratiyadır, heç kim boşanmaqdan qorxmur, ürəklə buna gedirlər.

İndi ayıb düşüb ağacdan ölüb.

Link to comment
Share on other sites

Çox qəribə bir vəziyyət yaranıb..Hamı ailə sahibi olmaq istəyir, amma heç kim düşünmürki hər işin əvvəli çox çətin başlayır. Gəlin götürək birinci sinif şaşgirdini.Məktəbə gedən bir uşağa necə çətinliklə hərfləri, sözləri öyrədirsən, sonra düşüb öz axarına illər bir-birini əvəz edir, daha sonra ali savad arzusu, iş tapmaq arzusu....Biz niyə hər şeyə dözə-dözə gəlib bu ailə məsəlində səbirsiz oluruq? Axı bar verən ağacdır ailə də. Bir az səbirli, dözümlü olsaq məncə belə hallar da baş verməz. Nə yoğurdum nə yapdım, hazırca ailə tapdım????? Bu sizcə mümkündürmü?

Link to comment
Share on other sites

Hərədə 1-2 uşaq olur , ya qiz ya da oğlan , onlari da nəvə görəcəm deyib tez bazar evləndirirlər , axiri da belə olur. Düz deyirlərki ağsaqqalalrin ailəyə təsiri azaldiğindan belə hallarla rastlaşmaq adi hal alib. Ona görə də ailə ənənəsi tamamilə itib batir.

Link to comment
Share on other sites

BIr cox hallari sadalaya bilerik ki, aileler bu sebebden dagilirlar. Men dushunurem ki, bunun baslica sebebi xasiyyet ve tecrubesizlikdir. Umumiyyetle insan da bele bir xasiyyet var ki, qarshisina meqsed qoyub,ona catandan sonra arxeyinleshme,soyuma hissi yaranir.Dusunurem ki, yalanlarin,xeyanetin baslangic sebebleri bunlardir.

Link to comment
Share on other sites

Özünübeyenen insanlar artdıqca, böyüyen problemler ölkemizedende yan keçmir. Xarici filmleri, serialları izleyib 25ci kadrda mövcud olan xaraktersizliyi menimseyen insanlar özünün ne olduğunu anlamadan, olmayan şeref ve namusu ile özünü hamıdan üstün ve ağıllı gören avvam adamların sebebsiz menlik duyğusu ve tanrılıq iddiası ölkemizde aile ola bilmemiş cütlüklerin ayrılmasına sebeb yaradır.

Axı ingilisin,rusun neyine lazımdı namuslu ve şerefli insanlar,aileler? Onlar, ayaq basdığı yerlerde özlerine meşuqe nece tapar?

Beynimizi öz elimizden alan texnalogiyalardan istifade etdiyimiz zaman düşünmeden qebul etdiyimiz qanunlar öz kimliyimizi kimlerese satanda, biz şüuraltımıza yeridilen emrleri yerine yetirmekden xoşbext olduğumuzda buna dövlet,hökümet ve ya her hansı kenar qüvve heçne ede bilmez. MP3 dinlediyinizde, Film izlediyinizde, ağıllı avadanlıqlardan istifade etdiyinizde evvelceden şüuraltınızı tehdid eden güclerden özünü qorumaq tedbirlerinizi alın ki, geleceyiniz öz elinizden alınmasın.

Kiminse şeref ve namusunun olub olmadığına siz qerar vere bilmersiniz.Yazdıqlarınız heç bir çerçiveye sığmır.

Heç kim ayrılmaq üçün aile qurmur.Heyat şertleri bezen bele getirir ki,insanların ayrılığı birlikdeliklerinden daha yaxşı olur.Size,mene,kimese yox.Ayrılan insan öz heyatını öz bildiyi kimi yaşayır.Heç kimin müdaxilesine ne gerek var ne haqqı.

Siz düz deyirsiniz. Əlbətdə mən kiminsə namusuna və şərəfinə söz deməyə ixtiyarım yoxdur.

Amma mənim demək istədiyim sizin anladığınız kimi hansısa bir şəxsə yönəlmiş deyil. Ailələrin dağılması əvvəllər bu qədər faciəvi vəziyyətdə deyildi. İndiki cəmiyyətin formalaşması intim münasibətə məcbur edilən şüuraltının özünü anlamadan cütlük qurmasıdır(buna ailə demək olmaz). Hansı cizgi filmdə , hansı serialda, hansı filmdə ŞÜURALTINI Sizdən icazəsiz idarə edənn ƏMRlər yoxdur? 

Əgər bir şəxs etikanı yox sayırsa və özünə kişi deyən bir məxluq heyvan kimi hər zaman hansısa bir insanla münasibətdə olursa , burada hansı şərəfdən söhbət gedə bilər? Bəs şərəfin olmadığı yerdə namus necə at oynadar?

3-4 aya 1000 ailənin dağılması kiməsə həyat şəraiti və s. kimi bəhanələr kimi görünə bilər.

Vərəqin görünməyən tərəfləridə var. 70-75% evliliklərin günümüzdə dağılmasının yeganə səbəbi qadın və ya kişinin başqa həvəslər axtarmasıdır.

Link to comment
Share on other sites

Дайте плз координаты Ники

Size bir de cavab versem gerek çox derine gedim.İstemirem bu mövzuda mübahise edim.Hamı yalnız özüne cavabdehdir.Heç kim ise özüne pis demez.

Aile dağılıbsa demek dağılmalı idi.Artıq neden dağılıb o bizim işimiz deyil.Yaşananları yaşayan biler,qıraqdan baxan yox.

Edited by Igolka
Link to comment
Share on other sites

Size bir de cavab versem gerek çox derine gedim.İstemirem bu mövzuda mübahise edim.Hamı yalnız özüne cavabdehdir.Heç kim ise özüne pis demez.

Aile dağılıbsa demek dağılmalı idi.Artıq neden dağılıb o bizim işimiz deyil.Yaşananları yaşayan biler,qıraqdan baxan yox.

Sağolun ki, dərinə getmirsiiniz. 

Link to comment
Share on other sites

Heç kəs kefindən boşanmır, boşanmalara səbəb uyğunsuzluqdur. Çünki mentalitet fərqlidir, iki gənc demək olar ki gözüyumulu ailə qurur, bir birini öyrənməyə, sınamağa nə imkanı, nə vaxtı olur. Odur ki, ilk çəkişməyə düşən kimi, ailə bağları sarsılır, sonra getdikcə daha da dağılır. Keçmişdə buna dözürdülər, it-pişik kimi olsa da yaşayırdılar ki, eldən-obadan ayıbdır, indi isə azadlıq, demokratiyadır, heç kim boşanmaqdan qorxmur, ürəklə buna gedirlər.

Yaxşı yazmısınız...İndi bu yaxşıdır yoxsa pis?

Link to comment
Share on other sites

Yaxşı yazmısınız...İndi bu yaxşıdır yoxsa pis?

Nəyi nəzərdə tutursuz? Boşanmaların sayının çoxalmasını? Yoxsa boşanmanın keçmişlə nisbətən belə asan olmasını?

Əlbəttə ki, pisdir, çünki boşanmadan əziyyət çəkən uşaqlardır, böyüklər yollarını ayırır, azad, sərbəst həyata başlayır, yerdə qalan, əziyyət çəkən, valideyndən məhrum olan isə uşaq olur, bütün gələcək həyatı puç olur. Övlad hər iki valideynin nəvazişini görməlidir. Amma bununla demək istəmirəm ki, keçmişdəki kimi dözmək də düzgündür, bu da yaxşı hal deyil. Bu zaman iki insan bir biri ilə münaqişə yaşayır, qafqazlı olduğumuzu nəzərə alaraq, deyə bilərik ki, çox hallarda bu fiziki təcavüzlə bərabər olur, ailə həyatı cəhənnəm əzabına çevrilir və bütün bunlar yenə də uşaqların gözü önündə baş verir ki, bu da onlara ömürlük psixoloji travma olur. Belə bir ailə tanıyıram, boşanmırlar, lakin hər gün ailədə atəşkəs pozulur, çox vaxt da qadının döyülməsi ilə nəticələnir, bir qız övladları var, artıq yetkinlik yaşına çatıb, gələcəkdə ailə qurmayacağı barədə söz verib indidən, deyir bu cür yaşamaqdansa tək qalmaq yaxşıdır, budur nəticə. Ona görə də gənclərə və onların böyüklərin izah olunmalıdır, təbliğat aparılmalıdır, sosial aksiyalar olmalıdır ki, evliliyə məsuliyyətlə yanaşsınlar, ciddi fikirləşsinlər, o ciddi fikirləşməyə bəs qədər əqli, intellekti olduqdan sonra bu haqda düşünsünlər, day 16 yaşda yox. Şəhvət hissi vurdu başa, buna sevgi adı qoydular və tez bazar evləndilər ki, o şəhvəti öldürsünlər, bir müddət onun oduna qızındılar, sonra ehtiras keçəndən sonra anladırlar ki, sevgi yox imiş. Belə ailə qurmurlar. Razıyam ki, cüzi olsa da, hər hansı məcburiyyətdən, vaciblikdən bəzən planlaşdırılmış ailələr qurulur, amma çox vaxt bu sadəcə avamlıq, savadsızlıq, hisslərindən baş çıxarmamaq və böyüklərin məsləhəti ucbatından olur. Sonu da məlumdur....

Link to comment
Share on other sites

Sən də rəhmətlik nənəm deyəni deyirsən) Deyirdi serial və telefon indiki qızların evini yıxır.(Nənəm bunu 2006 -cı ildən öncə deyib.Yəni ev telefonu üçün)

Niye qizlarin evini yixir? Bes oglanlar?

Bizde oglan exlaqsiz olanda bunu tebii qebul edirler, qizin ise evi yixildi.

Ailelerin dagilma sebeblerinden biri de budur. Kishiler ele bilirler onlara her shey olar! Bizde oglanlar düzgün terbiye olunmurlar evvelden.

Link to comment
Share on other sites

Niye qizlarin evini yixir? Bes oglanlar?

Bizde oglan exlaqsiz olanda bunu tebii qebul edirler, qizin ise evi yixildi.

Ailelerin dagilma sebeblerinden biri de budur. Kishiler ele bilirler onlara her shey olar! Bizde oglanlar düzgün terbiye olunmurlar evvelden.

o oğlanları analar tərbiyə vermir? qızlar niyə gedir elələrinə?

Link to comment
Share on other sites

o oğlanları analar tərbiyə vermir? qızlar niyə gedir elələrinə?

cunki oglanlarin analarini da ele boyudubler ki oglanlara her shey olar.

Aile dagilmagin qabagini almaq ucun cewmiyyetin mueyyen anlayislarini deyismek lazimdi:

1- Aile islerini qarismamaq, ne olursa olsun (tebii fiziki zorakiliq yoxsa)

2- Kisilerin xeyanet anlayisini beyinlerinde deyisdirmek. NAmusunu ancaq arvadinda gudmemelidi, ozunkune sahib cixmalidi

3- Qizlarin ere getmek kimi fikirlerle beynini doldurmasinlar, cunki 25yasina catmamis mutleq ere getmeliyem fikri qizlarin yanlis insan secmelerine sebeb olr

4- Olkede, demisem , deyeceyem de aile psixoloqlari olmalidi

5-Ipoteka :D beraber alacalari ipoteka onlari en azi 15-20il beraber saxlayacaq, cirtqoz kimi ozlerinden cixib bosanmaq yerine oturub aile meselelerini nece hellletmelerini dusunerler

  • Downvote 1
Link to comment
Share on other sites

cunki oglanlarin analarini da ele boyudubler ki oglanlara her shey olar.

Aile dagilmagin qabagini almaq ucun cewmiyyetin mueyyen anlayislarini deyismek lazimdi:

1- Aile islerini qarismamaq, ne olursa olsun (tebii fiziki zorakiliq yoxsa)

bizdə məgər cəmiyyət ailənin işinə qarışır?

2- Kisilerin xeyanet anlayisini beyinlerinde deyisdirmek. NAmusunu ancaq arvadinda gudmemelidi, ozunkune sahib cixmalidi

əgər qız bilirsə ki, getdiyi oğlan gəzəyəndirsə təbii ki, oğlan da bilir ki, qız bunu bilir . nəyə görə oğlan fahişələrindən imtina etməlidir? stimul nə olacaq? Bilir ki, arvadı buna görə ondan boşanan deyil ki...

5-Ipoteka :D beraber alacalari ipoteka onlari en azi 15-20il beraber saxlayacaq, cirtqoz kimi ozlerinden cixib bosanmaq yerine oturub aile meselelerini nece hellletmelerini dusunerler

yəni evi olan oğlana getməkdənsə ipotekaya girişmək məsləhətdir? bankın pulunu verməsələr ev əllərindən çıxacaq bunu nəzərə alın

Link to comment
Share on other sites

Oglan evlenende beyem deyir ki men bele hoqqalarim var. Hamisi romantik vedler verir.

gərək deməlidir ki? qız özü bunu başa düşə bilməz?

özü də indi qızların əksər hissəsi gəzən oğlana yaxşı baxır nə inki gəzməyənə

Edited by zista
Link to comment
Share on other sites

cunki oglanlarin analarini da ele boyudubler ki oglanlara her shey olar.

demək siz qızlar qadınlar günahkarsınız da...sabah ərə gedəndə də əsasən belələrinə gedirsiniz. oğlanlar da bilir ki, nazlı qızlarımız belə oğlanları xoşlayırlar. niyə dəyişilməlidirlər ki?

Link to comment
Share on other sites

yəni evi olan oğlana getməkdənsə ipotekaya girişmək məsləhətdir? bankın pulunu verməsələr ev əllərindən çıxacaq bunu nəzərə alın

indi evi oglana ere getmek duzgun deyil, niye cunki qadin kisiden asili olur, cunkii bosanma vaxti qadina ev dusmur, qadin qalir havada. yanlis biliremse duzeldin. amma evlilikden sonra alinan ev(ipotekali da olsa) bosanma vaxti bolunur, yani qadin kisinin gicliklerine dozmek kimi mecburiyyetinde qalmir.

  • Downvote 1
Link to comment
Share on other sites

indi evi oglana ere getmek duzgun deyil, niye cunki qadin kisiden asili olur, cunkii bosanma vaxti qadina ev dusmur, qadin qalir havada. yanlis biliremse duzeldin. amma evlilikden sonra alinan ev(ipotekali da olsa) bosanma vaxti bolunur, yani qadin kisinin gicliklerine dozmek kimi mecburiyyetinde qalmir.

Gələcətinə naümid xanımlar ərə getməmişdən öncə "evlilik müqaviləsi" imzalaya bilərlər. Onda boşanma zamanı problemi yaranmaz. 

Link to comment
Share on other sites

Bayaqdan bu mövzuda nəsə yazmaq istəyirəm...Azı  on dəfə yazmışam,pozmuşam...Heç bilmirsən nə yazasan bu problem barəsində...

Bircə onu demək istəyirəmki bu dağılmış ailəlrdən olan uşaqların sayı hədən artıq çoxalır(keçən il 27 min tək uşaqlı ailə dağılıb)Bu uşaqlar böyüdükcə  bir toplum olaraq  yeni xasiyyətə sahib olacağıq...Amma bu xasiyyət nə olacaq onu bir Allah bilir...

Link to comment
Share on other sites

Gələcətinə naümid xanımlar ərə getməmişdən öncə "evlilik müqaviləsi" imzalaya bilərlər. Onda boşanma zamanı problemi yaranmaz. 

evlilik muqavilesi bizde yaygin deyil

kim onceden ble bilerki onu ne gozleyir, sevdigi indiki heat yoldasi nece olacaq, hami geleceye umidle ere gedir, aile qurur. 

  • Downvote 1
Link to comment
Share on other sites

evlilik muqavilesi bizde yaygin deyil

kim onceden ble bilerki onu ne gozleyir, sevdigi indiki heat yoldasi nece olacaq, hami geleceye umidle ere gedir, aile qurur. 

Ona görə də gələcəyi sığortalamq üçün evlilikdən öncə "nigah müqaviləsi" bağlamaq yaxşı olardı. Düzdür siz deyən kimi ölkədə bu geniş yayılmayıb. Bu yöndə təbliğat belə aparılmır. Əksər insanların da ya xəbəri yox belə bir qanundan ya da utanırlar belə məsələ toxunmağa.  Amma gəlin baxaq - gənc qız oğlan, bir-birlərini tanımadan, bilmədən, kiminsə vasitəçiliyi ilə evlənirlər. Bir birlərini yaxşı tanımayan, sevməyən cütlüyü nə birləşdirir? Əlbəttə maddiyyat. Oğlanın evinə, puluna ya mülkünə aldanıb gedən qizlar  saysız dərəcədədir. Belə evliliklər də heç də həmişə xoşbəxt sonluğa aparmır. Belə olan halda, insanları sevgi birləşdirmirsə niyə utanclığı bir yana atıb bu müqaviləni əsas götürməyəsən ki?? Əksər kişilər isə olan mal mülkünü  başqasının adına sənədləşdirirlər ya da nə isə başqa variantdan istifadə edirlər ki, gələcəkdə problem olanda vəziyyətdən "təmiz" çıxsınlar. Belə kişilər əvvəlcədən biləndə ki, boşananda nə itirəcək, nə qədər itirəcək onda özlərini daha ağıllı apararlar. 

Nigahdan öncə tibbi müayinənin qanunlaşdırıldığı kimi məcburi niğah müqaviləsi də qüvvəyə minsə nə qədər boşanmaların qarşısı alınar.

Var dövlətə söykənmək istəyilə ailə quran oğlanlarda çoxluq təşkil edir. Təsəvvür edin qizin atasi iflasa uğradisa vse , məhz türk seriallarindaki kimi.) Prosta boşanmaq moddadi nə qanun qoyursansa qoy fərq eləmir , hansi qanundan söhbət gedirki , xaricdə oturan özünə prava da düzəldir posportda , hələ başqa dokumentlər də. Əsas odur pul olsun , şəxs özü olmasa da olar.

Yuxaridaki yazilara əsasən deyimki  cəmiyyət qinaği olmalidir , belə qinaq olmasa özbaşinaçiliq voobshe baş alib gedər.

Link to comment
Share on other sites

indi evi oglana ere getmek duzgun deyil, niye cunki qadin kisiden asili olur, cunkii bosanma vaxti qadina ev dusmur, qadin qalir havada. yanlis biliremse duzeldin. amma evlilikden sonra alinan ev(ipotekali da olsa) bosanma vaxti bolunur, yani qadin kisinin gicliklerine dozmek kimi mecburiyyetinde qalmir.

bu yazdığınız cəmiyyətdəki oğlanların nəcür xarab, qızların isə nə cür tamahkar həm də eyni zamanda dəhşətli dərəcədə ağılsız olduğuna əyani sübutdur. Bəli nə bu cür qızlardan nə də o cür oğlanlardan (bu isə cəmiyyətin ən azı cəmiyyətin 90 faizi deməkdir.) heç vaxt yaxşı ailə olmaycaq. Çünki hər iki tərəf bir-birinə gicliyini yeritməyə çalışır. heç bir tərəf bir-birini sevmir, hətta hörmət belə etmir. hər iki tərəf fikirləşir ki, məkrli Plan B hazırlasın, bir-birinin torbasını tiksin. əziyyət çəkən isə uşaqlardır. onlar isə böyüyüb daha pis olacaqlar.

məgər ipotekdan yarı bölünən ev və banka olan borc sizin boşanma yaranızı bağlaycaq?

ya 15 il bir yerdə ipoteka ilə yaşayıb ərinizin gəzməyəcəyinə qarantiyanız olacaq? 100 faiz yox

çıxış yolu tam başqadır. onu mən bilirəm . sizə isə demək fikrim yoxdur. özünüz tapın!

t

Siz o yolu o xanıma deməyin,  yavaşca bizən deyin, bəlkə məsləhətinizdən faydalanan oldu. 

Link to comment
Share on other sites

Var dövlətə söykənmək istəyilə ailə quran oğlanlarda çoxluq təşkil edir. Təsəvvür edin qizin atasi iflasa uğradisa vse , məhz türk seriallarindaki kimi.) Prosta boşanmaq moddadi nə qanun qoyursansa qoy fərq eləmir , hansi qanundan söhbət gedirki , xaricdə oturan özünə prava da düzəldir posportda , hələ başqa dokumentlər də. Əsas odur pul olsun , şəxs özü olmasa da olar.

Yuxaridaki yazilara əsasən deyimki  cəmiyyət qinaği olmalidir , belə qinaq olmasa özbaşinaçiliq voobshe baş alib gedər.

Hər kəs itirməkdən qorxur, fərqi yox, maşın, mal, mülk, iş, vəzifə, karyera, ailə. Boşanmaya gedən yolda insan düşünsə ki, itirəcək onda özünü yığışdırar.  Hər kəs qərar verməmişdən əvvəl özü-özünə sual verir "İtirəcəyim nədir?" Əgər bu sualın cavabı onunçün əhəmiyyət kəsb etmirsə nə olur olsun  o addımı atacaq. 

İctimai qınaq isə qaldı ibtidai icma dövründə, ondan danışmağa dəymir. İnsanların düşüncə tərzi tam dəyişib, indi insanlar monitor arxasında bir-birlərini xoşlayıb ailə qururlar. gecə yatanda da qulaqlarda qulaqcıq, qucaqlarında planşet yatırlar.

:D

https://www.youtube.com/watch?v=FV4_e1LB3eM

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Haha
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...