Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Alban Yoxsa Erməni Kilsəsi?


Maga Qasımov

Recommended Posts

Uzun müddətdir yazmaq istədiyim, amma yola verdiyim yazı. Bildiyiniz kimi, qədim Azərbaycan – xüsusilə Qafqaz Albaniyası tarixi ilə yaxından maraqlanan biriyəm. Və xüsusilə tarixi siyasətə və məfkurəyə satmış tarixçilərimizin bu barədə yazılarını oxuduqca əsəbiləşirəm. Çoxdandır haqqında danışılan Alban kilsələri haqqında yazacağam.

Kilsə

Kilsə nədir? Kilsə iki mənanı ifadə edir – bir xristian məbədi kilsə adlanır. Məsələn, Nic Müqəddəs Yelisey Kilsəsi. Kilsə, həm də bir dini strukturun adıdır. Məsələn, Katolik kilsəsi. Katolik kilsəsi bölünür patriarxatlıqlar, arxiyepiskopluqlar və yepiskopluqlara. Katolik kilsəsinin Azərbaycan yepiskopluğu var məsələn. Buna görə də bəzən çətinliklər olur bu qavramlarda.

Albaniyanın əsas dini

Albanlar əslində bütpərəst olub, üç əsas tanrıya ibadət edirdilər – Göy, Ay və Günəş tanrılarına (Strabon, Coğrafiya – 11.4.7). Onlarda insanları qurban vermə adəti belə vardı, qeyd edim ki, bu adətlər Luzitaniyalılarda (Strabon, 3. 3. 6) və Qallarda da mövcud idi (Strabon, 4. 4. 5). Albanların bir qəbiləsi olan Lupenlər indiki Şamaxı ətrafında yaşayırdılar və onlar çox güman ulduzlara da ibadət edirdilər. (bax: Hüseyn Ciddi. Buğurt qalası / elmi red. R. Vahidov. – Bakı : Azərnəşr, 1973)

Xristianlığın gəlişi

İlk xristianları yerli əhali öldürmüşdü. Elə ilk missioner Müqəddəs Yeliseyi də (http://baku.eparhia.ru/history/albania/apostle/s_elisei/). İlk xristian hökmdar isə Urnayr sayılır. Onun xristian olması 313/314-cü ilə təsadüf edir. Bu illərdə xristian aləmi necə idi?

İsgəndəriyyəli Arius öz təlimini yaymağa başlamışdı. Bu təlimə görə üçlük inancı yoxdur – Ata, Oğul, Müqəddəs Ruh içində əsas olan Ata-dır və İsa əslində sadə insan idi.

İmperator Konstantin din azadlığı barədə əmr vermişdi. Xristianlar bundan sonra təqib olunmayacaqdılar.

Urnayr erməni (əslən parfiyalı) patriarxı Müqəddəs Qriqori tərəfindən vəftiz (suya batırma, крещение) olunmuşdu. Urnayrın qonşusu, erməni hökmdarı III Trdat isə 301-ci ildə xristian olmuşdu. Bu vaxt hələ kilsələr arasında ayrılıq tam olaraq düşməmişdi.

Xalkedon küfrü

451-ci ildə indiki Kadıköy (Xalkedon) kilsə məclisi keçirilmişdi. Bu iclasda qərara alındı ki, İsa həm insan, həm də Allahdır. Məryəm həm insan İsanın, həm də Allah İsanın anası olduğu üçün ona Allahanası (Teotoxos) deyilməlidir. 506-cı ildə gürcü, erməni və alban kilsələri Dvində məclisə yığışdılar və bu qərarı müzakirə etdilər. Gürcülər Xalkedon kilsəsinin qərarlarına qoşuldular. Albanlar və ermənilər isə bu məclisi inkar etdilər. Yəni albanlar və ermənilər İsanın təkcə Allah olduğunu qəbul edirdilər. Xalkedonu təkcə ermənilər və albanlar yox, misirlilər, efiopiyalılar və aysorlar da inkar etmişdilər. Buna görə də Zaqafqaziyanın bu üç xalqının ikisinin təcrid olunma şəraitində yaxınlaşması qaçınılmaz idi.

Avtokefallıq

"Crusader Kings 2" oynayan bilər, hər bir xristian dövlətinin öz rəsmi kilsəsi olur. Erməni dövlətinin Erməni Qriqorian Kilsəsi olduğu kimi, Albaniyanın kilsəsi də Albaniya Həvari Kilsəsi idi. Bu iki kilsə bir-birinə bərabər idilər. Bundan əlavə, Albaniyada Ermənistandan fərqli olaraq Xalkedonçuluq meylləri yaranmışdı. Katalikos Abas (552-596) İsanın həm insan, həm də Allah olduğunu qəbul etmişdi. Katolikos II Zəkəriyyə də 628-647-ci illərdə Sünik (indiki Zəngəzur tərəflər) vilayətinə öz adamını təyin etmişdi. III Vaçaqanın dövründə Aluen kilsə məclisində qohumlarla evlənmə qadağası qoyulmuşdu. Bu qadağaya udinlər hələ də riayət edirlər. 688-704-cü illərdə katolikos olan Nerses Bakur xalkedonçu idi. Varaz Trdatın dövründə yaşayırdı və Albaniyanın da müstəqilliyinin son vaxtları idi. Elə ən böyük dəstəkçisi də Varaz Trdatın arvadı Sparama idi. Nerses Bakur erməni katolikosu İliyanın xəlifə Əbdülməlikə şikayəti ilə qovulur və yerinə ona etiraz edən Simeon gəlir. İliya məktubunda yazırdı ki, bunlar istəyirlər Albaniya Bizansın tərkibinə keçsin. Əbdülməlik də onun istədiyini elədi. Albaniya kilsəsinin Erməni kilsəsindən asılılığı məhz bu dövrdən başlayır. Yeni katolikos Simeon diofizit rahiblərə torpaq verilməsini qadağan eləmişdi.

Son çırpınışlar

Varaz Trdatın oğlu II Vardan pavlikan idi. Buna görə həbs olunub Bizansa aparılmışdı və neçə il orada əsir qalmışdı. Pavlikan sözü Beyləqanlı deməkdir. Konstantin adlı bir beyləqanlı bu hərəkatı yaradıb. Pavlikanlar inanırdılar ki, Adəm əslində almanı yeyərkən günah işləməyib, Bakirə Məryəmi müqəddəsləşdirmək lazım deyil, xaça ibadət etmək bütpərəstlikdir. Son alban hökmdarı II Varaz Trdatın ölümündən sonra kilsənin erməni kilsəsinə bağlılığı daha da çoxalır. Katolikos Samuel (877-893) və IV İohann (893-902) nisbətən ermənilərdən azad idi. Katolikos Sahak (929-947) açıq şəkildə xalkedonçu idi və özünü müstəqil sayırdı. Ondan sonra gələn Qagik (948-962) də bu müstəqillik ideyasını dəstəkləyirdi. Hətta 958-ci ildə erməni katolikosu I Ananiya ilə mübahisə aparmışdı ki, biz müstəqil olmalıyıq, erməni kilsəsində olmamalıyıq. Bundan sonra Albaniya kilsəsi Ermənistan kilsəsinin bir arxiyepiskopluğuna çevrilir.

Alban kilsəsi, yoxsa erməni kilsəsi?

Gəldik yazının əsas mövzusuna. Birinci bu suala cavab verək – Erməni kilsəsi nə deməkdir? Ermənilərin tikdiyi kilsə? Üstündə erməni yazıları olan kilsə? Xeyr, heç biri.

Ermənilərin üç əsas kilsəsi var – Erməni Qriqorian Kilsəsi (monofizit), Erməni Katolik Kilsəsi (katolik) və Erməni Evangelik Kilsəsi (Protestant).

Bəs Alban kilsəsi nədir? Vaxtilə Qafqaz Albaniyasının dövlət kilsəsi olmuş kilsə strukturu. Lakin yuxarıda da qeyd etdiyim kimi, kilsə daha sonralar ləğv olunub və arxiyepiskopluq dərəcəsinə endirilib. Lakin arxiyepiskoplar katolikos kimi tanınmağa davam edib. Bunun səbəbləri tarixidir. Məsələn, artıq Atropatena dövləti olmasa da, bir çox kilsə strukturunun Cənubi Azərbaycandakı inzibati bölgəsi Atropatena arxiyepiskopluğu adlanır. Çünki tarixi addır. Hətta Babil patriarxatlığı belə var, Babilin özü minillər öncəsindən məhv olsa belə.

1815-ci ildə Albaniya arxiyepiskopluğu ləğv edilib. Mitropolitlik səviyyəsinə endirilib. Mitropolitlik yepiskopluq deməkdir. 1836-cı ildə bu da ləğv edilib və iki yerə bölünüb – Şamaxı və Qarabağ yepiskopluqları yaradılıb. Bu yepiskopluqlar Erməni Kilsəsinin bir hissəsi idi. Yəni, faktiki olaraq Albaniya kilsəsi Varaz Trdatın ölümündən sonra mövcud olmayıb.

Alban kilsələri Erməni Kilsə strukturunun tərkibinə keçəndən sonra, leqal olaraq Erməni Kilsəsinə çevriliblər. Bu da xalqın sosial, tarixi inkişafına böyük təsir göstərib. Məsələn, qaqauzların öz kilsələri yoxdur, onlar Moldova Pravoslav Kilsəsinə daxildirlər. O da öz növbəsində Rus Pravoslav Kilsəsinin bir avtokefal (muxtariyyəti var yəni) hissəsidir.

Alban kilsəsinin mövcudiyyətinin bitməsi eyni zamanda onun əlifbasının istifadəsinin də bitməsi demək idi. Erməni kilsəsinin rəsmi dili erməni dili olduğu üçün, erməni kilsəsinə çevrilən kilsələrə də bu yazının əlavə edilməsi normaldır – erməni keşişlər “500 il sonra buralar bizim olub deyərik, ahahahah, bas getsin” məntiqi ilə işləmirdilər yəni.

d1bfacc72933.jpg

Bir zamanlar Nic kilsəsinin girişində olan ermənicə yazı (2004):

“ԿԱՌՈՒՑԵԱԼ Ի ՅԱԵ ԿԵՂԵՑ ԱՆՈՒԱՄԲ ՍՐԲՈ* ԵՂԻՇԷ* ՀԱԱԵԱՄԲ ԵՆԳԻԲԱՐԻ [:] ՈՐ [:] ՏՐ ԱԾՏՈՒ ԲՈՐ Է ՅՕՀԱՆ ԶՆ………. ՆԻՒ ԲՈ”

“Müqəddəs Yelisey adına bu kilsə din qulluqçusu Ohan tərəfindən Yengibar Ter-Astvaçaturun təvazökar dəstəyi ilə hazırlanmışdır”

2004-cü ildə bu yazını kilsədən siliblər. Norveçin Azərbaycandakı səfiri olan Steinar Gil bu hərəkətə görə kilsənin açılış mərasiminə qoşulmayıb. İndi kilsənin həmin girişi belədir:

371cb6e85919.jpg

Bu hərəkətdən sonra necə iddia edə bilərik ki, Azərbaycan tolerant ölkədir?

Udinlərin öz əlifbası olmadığı üçün tabe olduqları kilsənin yazısı ilə ibadət etmələri normal idi. Tutalım ki, yazını ona görə silmisiniz ki, kilsəni bərpa edəsiniz, kökünə dönsün. Amma heç yerdə udin yazısı da yoxdur axı?!

Azərbaycanda Alban-Udin dini icması var, amma avtokefal bir Azərbaycan Alban Kilsəsi yoxdur, o kilsənin başçısı yoxdur. Dini öndərləri yoxdur.

Alban kilsəsi bir bina olaraq nədir? Onun memarlığının spesifik xüsusiyyətləri ilə arxitektura mövzusunda ustalaşmış şəxslər araşdırma apara bilər. Arxeoloq İohann Byörnar Storfyell Kiş kilsəsinin orijinalda diofizit Alban kilsəsi olduğunu demişdi. Bunu da qurbangahın yerə yaxın olması ilə izah etmişdi.

Bu gün Azərbaycandakı salamat alban kilsələri əsasən Kürdən şimalda – Şirvan-Şəki zonasındadır. Onlar çox da erməniləşməyə məruz qalmayıb və udinlər də buna görə dillərini saxlaya biliblər. Bunun səbəbi diofizitlikdir. Albaniya çarlığı dağılandan sonra yerində yaranmış kiçik dövlətlərdən olan Hereti dövləti indiki Şəki-Qax zonasında hakimiyyətdə idi. Hereti knyazı İşxanik (943-951) monofizitliyi tərk edib diofizit olmuşdu. Bunda əsasən anası gürcü Dinarın rolu böyükdür. O Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs sayılır. Udinlərin də qismən buna görə dinlərini qoruya bildiklərini düşünürəm.

Uzun sözün qısası – bəli, alban kilsələri erməni kilsələrinə çevrilib. Bunun səbəbi Xəlifə Əbdülməlikin Alban kilsəsini Erməni kilsəsinin arxiyepiskopluğuna çevirməsi olub, “ermənilərin türklərə olan 1000 illik nifrəti” buna səbəb deyildi. Hətta sonradan gürcü kilsələrinə də çevriliblər. Əgər onlar dəyişibsə, biz də onları yenidən alban kilsəsi edə bilərik. Amma bizim hökümətin işi-gücü xarici ölkələrdə tarixi abidələrin bərpasına pul ayırmaqdır, özümüzkülərə yox.

Biz kilsələri kimlərin tikdirdiyi ilə “erməni” və ya “alban” saysaq da, dünya hazırda hansı kilsə iyerarxiyasına tabe olduğuna baxır. Azərbaycanda Udin-Xristian icmasının öz müstəqil, avtokefal Kilsə Qurumu, Kilsə əlifbası və Kilsə dili olmalıdır. Yalnız bundan sonra Albaniya tarixinin araşdırılmasında yol qət edə bilərik.

© Cavid Ağa

Link to comment
Share on other sites

  • 1 year later...
  • 1 year later...
1 hour ago, Shimon Friedman said:

Qafqaz Albaniyasıda xristian olaraq dini teriqetce Ermeni Apostolik Kilsesi ile dini uniyada idiler(yeni itifaqda). Ona göre region ereb Xilafeti terefinden işğal edildikten sonra, Dağlıq-Garabağda yaşayan albanlar tam olaraq Ermeni Apostolik Kilsesi nezninde tam asimilyasiya uğrayaraq ermenileşdiler. Sözümün meğzini ona getiriremki Qafqaz Albaniyası qonşu ve hemserhed olduğu Ermenistanla ve Ermeni Apostolik Kilsesi ile tarixen çox yaxın idiler. Hetta Qafqaz Albaniyasının hökmdarı Cavanşirin atasının adını yadınıza salın: Varaz Qriqor. Azerbaycanlılar ise, bu regiona 11-ci esrde köç etmiş Oğuz elinden olan Selçuklu dövletini quran, türk-selcuklarının töremeleridir. Dini mensubiyetleri ise ereb dini olan İslam'dır. Ona göre Qafqaz Albaniyasının ve Alban Apostolik kilsesinin hazırkı Azerbaycana ve islamın şiye teriqetine mensub olan azeri-türklerine ne aidiyatı var? @Verman Sizinde bu mövzu haqda fikirleriniz maraqlıdır.

 

Aidiyyatı var əlbəttə. Qafqaz albanları türklərin arasında assimilyasiya olaraq islamı qəbul ediblər. Amma bu o demək deyil ki, albanların azərbaycanlılara dəxli yoxdur. İslamı qəbul edən albanlar zamanla azərbaycanlı olublar, xristian olaraq qalanlar isə əksəriyyəti ya erməni, az bir hissəsi də gürcü olublar. İslam isə ərəb dini deyil, universal dindir. Məncə Azərbaycan islamın gücündən istifadə etməklə həmin erməni və gürcü olmuş albanları azərbaycanlı edə, onları assimilyasiya edə bilər. İndi də gec deyil. 

  • Downvote 1
Link to comment
Share on other sites

34 minutes ago, Shimon Friedman said:

Sizinle tam olaraq razı olmasamda, ancaq fikrinize ve şexsiyetimize hörmetim var. Bunu bilmenizi isterdim Ruslan bey. Azerice forum neden bele zeif haldadır? Bu mende bir tecüb ve eyni zamanda teessüf hissi yaradır. 

 

Təşəkkür edirəm.

 

Əsas səhifə rus dilində olduğuna görə yəqin ki. Ən azından əsas səhifədə mövzular 50% Azərbaycan dilində olsa bu dildə forum da inkişaf edər, buna əminəm. Facebookda Azərbaycan dilində olan səhifələr ruslaşmış azərilərin öz dillərində açdıqları səhifələrə nisbətən daha aktiv və daha çox inkişaf etmiş səhifələrdir. 

  • Downvote 1
Link to comment
Share on other sites

В 27.09.2018 в 00:15, Shimon Friedman сказал:

Azerice forum neden bele zeif haldadır? Bu mende bir tecüb ve eyni zamanda teessüf hissi yaradır

offtop olmasın deyə, bu sualı digər bir mövzuda cavablandıracağam

 

bu günlük bu qədər )

 

Link to comment
Share on other sites

  • 5 months later...
On 27 בספטמבר 2018 at 10:47 AM, Verman said:

 

Məmnuniyyətlə.

Mayda bir heftelik Bonn şeherinde olacam. Vaxtınız olsa görüşerik Ruslan bey. Hemde bildiyim qeder mövzülardan birinde - real heyatda yüzerlerden mehs meni görmeyi arzuladığınızı demişsiniz. Men ise öz nöbemde size bildirmek isterdim ki, bir çox meselelerde baxışlarımız bir-birine tam diametral olsada, fikir ayrılığına baxmayaraq, size - çox hörmet edirem.

Link to comment
Share on other sites

On 27 בספטמבר 2018 at 12:53 AM, Verman said:

 

Təşəkkür edirəm.

 

Əsas səhifə rus dilində olduğuna görə yəqin ki. Ən azından əsas səhifədə mövzular 50% Azərbaycan dilində olsa bu dildə forum da inkişaf edər, buna əminəm. Facebookda Azərbaycan dilində olan səhifələr ruslaşmış azərilərin öz dillərində açdıqları səhifələrə nisbətən daha aktiv və daha çox inkişaf etmiş səhifələrdir. 

YouTube videohostinqindede - bir azerinin, çox maraqlı elmi bilikler paylaşdığı videokanal mövcüddur. Özüde ingilis dilinde yayımlanır. Men özüm ise texniki edebiyatı ve yeni meqaleleri - postsovet mekanında, ingilisce oxuyanda bu rus portalından oxuyuram: http://engjournal.ru/eng/about/. Sizde baxın. Saheniz üzre ingilisce bir çox maraqlı elmi bilgilere yiyelene bileceksiniz.

Link to comment
Share on other sites

On 4 במאי 2017 at 11:51 PM, хыналугец said:

Mene gore 52 herfden ibaret alban elifbasi udin dili esasinda olub ki bunu da sinaidan tapilan yazilar subut edir ve qoy berpa olunsun ve kilse dili kimi istifadeye verilsin

Alban elifbasını - yaradan, ermeni Mesrop Maştotsdur. Anlayıram, hazırda hem Azerbaycanda, hemde Ermenistanda(elecede bütün postsovet mekanında) - tarixi hakimi dairelerin sifarişi ile 1991-ci ilden saxtalaşdırmaqdan yorulmurlar... Ancaq realıq ayrı faktları açır. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
      • 34 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
      • 60 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
      • 196 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
      • 63 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
      • 18 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...