Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kitab Dünyası. Yeni Nəşrlər.


Recommended Posts

bb1a84cbdfd1.jpg

Diqqət, diqqət!

Danışır Bakı =)

Bəzi yoldaşlar azərbaycan dilində nəşr olunan kitabların kasad ceşiddə olduğundan gileylənir, hətta "azərbaycan dilində kitab var?" deyə söylənməyi də unutmur. Bu ədalətsizliyə son qoymaq lazımdır =)

Kitablar nəşr olunur, getdikçə tərcümənin keyfiyyəti artır, kitabların üz qabığı tərtibatından tutmuş, səhifələrin keyfiyyətinə qədər irəliləyiş var. Həm də hər oxucunun vaxtı yoxdur bir-bir sosial şəbəkədəki səhifələri və ya kitab mağazalarını gəzib, yeni nəşrlər haqda məlumat almağa.

Bu səbəbdən də, Könül xanımın icazəsilə bu mövzunu açmaq qərarına gəldim. Mövzuda bütöv nəşriyyatların yeni nəşr etdiyi kitablar haqqında məlumat verəcəyəm. Bəzən müxtəlif "seriyalar" haqqında da paylaşımlar olacaqdır. Hər kəsə xoş mütaliələr! =)

Link to comment
Share on other sites

Başlayaq! =)

049977b0fb25.jpg

Təsvir: On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyüməkdədir. O, digər gənc qızlar kimi musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur. Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətlərin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlagəlməz işgəncələrə məruz qalır...

İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır. Onun verdiyi canlı, amansızcasına açıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək. Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanaraq bu hadisələrin həqiqət olmamasını arzu edəcək, bəzən nifrətinizdən dişlərinizi sıxacaq, bəzən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Eyni zamanda kitabda baş verənlərin Qarabağ hadisələrinə bənzərliyi sizi daha da sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.

Müəllif: Aleksandra Kavelius

Janr: Proza

Nəşriyyat: Parlaq imzalar

Nəşr ili: 2015

Link to comment
Share on other sites

01e3ac4fec95.jpg

Bu kitabın 1994-1995-ci illərdə bestseller olması təsadüfi deyildi. H.Nikolsonun eyniadlı kitabı ilə ahəngləşən müəllif 1648-ci il Vestfal sülhündən başlayaraq düz bizim günlərimizədək bu və ya digər dünya nizamının möhkəmliyini və uzunömürlülüyünü qiymətləndirməyə imkan verən faktorları təhlil etməyə çalışır. Oxucunun qarşısında Rişelyedən tutmuş bizim müasirlərimizə qədər – “bütün zəmanələrin və xalqların” bir sıra siyasi xadiminin obrazı yaranır. Ən yeni zamanın tarixi hadisələrinin iştirakçısı qismində çıxış edən müəllif onları XX-XXI əsrin qovşağında təşəkkül tapmaqda olan, necə deyərlər, “yeni dünya nizamı”nın yolgöstəriciləritək nəzərdən keçirir. Bununla da yanaşı, növbəti yüzillikdə tarixi inkişafın gedişini proqnozlaşdırmaq, eləcə də qüdrətli fövqəldövlətlərin yerini, o cümlədən kommunizmin süquta uğradığı və yeni milli dövlətlərin və güc mərkəzlərinin meydana çıxdığı şəraitdə məxsusən Rusiyanın yerini müəyyən etmək cəhdi ən yüksək dərəcədə maraq doğurur. “Diplomatiya” sözü kitab adı qismində əvvəllər artıq istifadə olunmuşdur. Həm müəllif, həm də nəşriyyat mərhum ser Harold Nikolsonun məzmunu və əks etdirdiyi ideyalar etibarilə tamamilə fərqli kitabına (Harkort, Breys ənd Kompani, 1939) hörmət və ehtiramlarını bildirir.

Müəllif: Henry Kissinger

Janr: Tarix, Siyasət və Beynəlxalq münasibətlər

Nəşriyyat: Qanun

Nəşr ili: 2015

Qeyd: ABŞ-ın 56-cı Dövlət Katibi. Sülh üzrə Nobel mükafatı laureatı. "Erməni soyqırımı"nın konqresdə müzakirə edilməsinə və onunla bağlı qətnamənin qəbul olunmasına dair əleyhinə səs vermiş senatorlardan biri.

Link to comment
Share on other sites

f1dcf8e58e3d.jpg

Qısa məlumat: "Fətəli Fəthi" Bakıda sovet vaxtı nəşr olunmuşdu.

Çingiz Hüseynov Oxu Zalına deyib: "Kiril əlifbasından mexaniki latına köçürüləndə xeyli səhv-təhrif-anlaşılmazlıqlar üzə çıxdı, bir ay düzəliş etməli oldum, amma əsərin əvvəlki variantına heç nə əlavə etmədim və heç nə pozmadım. Həqiqətə nə əlavə oluna bilər?!"

Müəllif: Çingiz Hüseynov

Janr: Tarix, Sənədli proza

Nəşriyyat: Alatoran

Nəşr ili: 2015

Səhifə sayı: 542

Qeyd: http://www.azadliq.mobi/a/25448484.html - bu mənbədən kitabı elektron variantda, tam təmənnasız oxuya bilərsiniz.

Link to comment
Share on other sites

b64f69de98ac.jpg

Təsvir: Romanda baş qəhrəman son ana qədər öz qüdrətli intellektindən istifadə edərək vəziyyətdən çıxış yolu axtarır. Kəmağıl insanları müalicə etmək üçün tədqiqatın hansı istiqamətdə aparılmalı olduğunu tam başa düş-məyən Çarli görür ki, onun çox az vaxtı qalıb, çünki intellekti vaxtilə artdığı sürətlə azalmağa başlayır. Dərin depressiyaya düşən Çarli intihar haqqında düşünür…

Qeyd: Oxucuların diqqətinə çatdırırıq ki, elə ilk cümlədən başlayaraq əsərdə “orfoqrafik səhvlər” sizi çaşdırmasın. Bu müəllifin yazı üslubudur və hadisələr əqli cəhətdən qüsurlu olan qəhrəmanın sırf danışıq tərzinə görə qələmə alınıb.

Müəllif: Daniel Kiz

Janr: Elmi-fantastik hekayə

Nəşriyyat: Bakumoz

Nəşr ili: 2015

Səhifə sayı: 320

Link to comment
Share on other sites

9d4ba464f3d2.jpg

Təsvir: XX əsr müasir ərəb ədəbiyyatının ən tanınmış simalarından biri olan Nəcib Məhfuzun “Seçilmiş əsərləri”nə “Məhəlləmizin hekayətləri”, “Fivin mübarizəsi” , “Liderin qətl günü” və “Möhtərəm cənab” romanları daxil edilmişdir.

Məhfuzun dərin depressiyaya uğramış qəhrəmanları həyatın mənasının axtarışlarında ekzistensializm fəlsəfəsinə uyğun olaraq, əvvəlcə öz tənhalıqlarını anlayırlar, sonra isə həqiqəti həyatla ölüm arasındakı keçid anında dərk etməyə başlayırlar.

“Məhəlləmizin hekayətləri” impressionist tərzdə yazılmış bir əsərdir. Əsərin ideyasını qəhrəmanın böyüməsi və dəyişən zəmanəyə münasibəti, bu zəmanədə ənənəvi Qahirə məhəlləsinin uğradığı dəyişikliklər təşkil edir.

Nobel mükafatı laureatları seriyasına daxil olan və “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Mündəricat:

Əsrin şahidi: 5-ci səhifə

Məhəlləmizin hekayətləri: 18-ci səhifə

Fivin mübarizəsi: 154-cü səhifə

Liderin qətl günü: 410-cu səhifə

Möhtərəm cənab: 486-cı səhifə

Müəllif: Nəcib Məhfuz

Janr: Roman

Nəşriyyat: Şərq-Qərb

Nəşr ili: 2015

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Mən də 2 əlli alqışlayıram. Əlavə olaraq Azərcellin "Bookmate" tətbiqində də bir neçə azərbaycan dillinə çevrilmiş əsərləri mobil telefondan oxuya bilərsiniz, ilk bir həftəsi pulsuzdu. sonrakı istifadə üçün də elə də böyük məbləğ çıxılmır, 3.50 AZN. Hələlik, bizim dildə çox az kitab var, amma artıralacaq. Digər dillərdə də müxtəlif mövzulu maraqlı ədəbiyyat tapmaq olar. şəxsən isitfadə edirəm, gözlərimi də yormur, formatı münasibdi, reklamsız,arakəsməsiz məsləhətlidi

Link to comment
Share on other sites

1870262202f0.jpg

Təsvir: “Tənha” romanı görkəmli yazıçı Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir gerçəklik və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burda adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir. “Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir.

Müəllif: Avqust Strindberq

Janr: Nəsr

Nəşriyyat: Parlaq İmzalar

Nəşr ili: 2015

Səhifə sayı: 130

Qeyd: Düzdür azərbaycan telekanallarını sevmirəm, ələlxüsus da ATV kimi reklama, şou verilişlərinə önəm verən bir televiziya kanalını, lakin "Parlaq İmzalar" nəşriyyatı ilə birgə həyata keçirilən bu layihə, bəslədiyim qəzəb və hiddətə rəğmən təqdirəlayiqdir.

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

0d8f530a14ab.jpg

Təsvir: Həqiqətən, ilk qarın öz füsunkarlığı var. O, sevgililəri görüşdürür, səsləri batırır, kölgələri uzadır, izləri gizlədir. Harri Hole itkin düşmüş Birta Bekkeri axtara-axtara belə bir nəticəyə gəlir ki, ilk qar yağan günü Norveçdə neçə illərdir ərli qadınlar izsiz itirlər.

İlk dəfədir Harri silsilə qətllər törədən qatillə öz vətənində üzləşir. Qəzetlərin “Qar adam” ləqəbi verdikləri cinayətkar, sanki baş inspektora bilərəkdən sataşır, onu dəli olmaq dərəcəsinə gətirib çıxarır...

Müəllif: Jo Nesbo

Janr: Detektiv

Nəşriyyat: Qanun

Nəşr ili: 2015

Link to comment
Share on other sites

ec527c9e40c0.jpg

Qısa məlumat: 2015-ci ilin Nobel mükafatı laureatı, belarus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması...

Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız.

Müəllif: Svetlana Aleksiyeviç

Janr: Bədii-sənədli hekayə

Nəşriyyat: Xan

Nəşr ili: 2015

Link to comment
Share on other sites

1835c6cb0c3b.jpg

Qısa məlumat: “Kitabda irili-xırdalı 26 hekayə var, onların 20-i təzədir, heç yerdə çap olunmayıb. Hekayələr müxtəlif mövzulardadı, uşaqların başa düşəcəyi dillə yazmağa çalışmışam. Kitabda hekayələr sadədən mürəkkəbə doğru yerləşdirilib.”

“Adsız itin qayıdışı”nın əsas ideyası Sovet vaxtı ilə Sovetdən sonrakı dövrü birləşdirməkdən ibarətdir. Ona görə də hekayələrdə Sovet dövrü haqqında xatirələr yer alır: “O dövrün hadisələrinə öz münasibətimi bildirmişəm, təcrübəmdən çıxış etməyə çalışmışam. Çünki böyük bir imperiyanın çöküşünü görmək hər adama qismət olmur. Bir yazı adamı üçün bu bitməz-tükənməz mövzu xəzinəsidir. Mən bu hekayələrdə özümün daha çox hansı dövrə aid olduğumu müəyyənləşdirməyə cəhd etdim. Əlbəttə nəyi necə xatırlamaq bu gün tutduğum mövqedən, hansı peşənin sahibi olmağımdan çox asılıdır. Bu hekayələrdəki hadisələri bu günə söykənərək deyil, o vaxt necə olmuşamsa, necə düşünmüşəmsə eləcə də xatırlamışam.”

Kitaba daxil olan hekayələr redaktə olunmayıb. Müəllif bunu qəsdən etdiyini bildirib: “Səhvlərimlə, nöqsanlarımla necə var elə görünmək istədim. Bütün səhvlər mənə məxsusdur.”

Müəllif: Seymur Baycan

Janr: Ailə və uşaq

Nəşriyyat: Alatoran

Nəşr ili: 2015

Qeyd: Bu kitabı bütün yaş təbəqələrinin, ələlxüsus da yeniyetmə gənclərin oxumasını tövsiyə edirəm. Seymur Baycan mənim bəyəndiyim azsaylı müasir yerli yazıçılardan biridir, kütləvi tənqid və mühakimə atəşinə tutulmasına rəğmən =)

Link to comment
Share on other sites

34f912c162e9.jpg

Təsvir: “Qatardakı qız” detektiv romanında bir-birindən fərqli, eyni zamanda da müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyən üç qadının taleyindən bəhs edilir. Bu, bir məsələyə üç ayrı bucaqdan yanaşmağa bənzəyir. Siz də oxuyarkən təsvir edilən taleləri, sevgiləri, qısqanclıqları, faciələri qatar səslərinin müşayiəti altında və qatar pəncərəsindən görürmüş kimi hiss edəcəksiniz. Kənardan izlənən evlərdə baş verənlərin doğurduğu maraq isə hər kəsə tanış hisdir.

Əsərdən bir parça: "Üçdə ilişib qalmışdım, davam eləyə bilmirdim.

Qulağım küylə dolmuşdu, ağzım qan içində idi. Üç qıza… Sağsağanların səsini eşidirdim. Gülürdülər, mənimlə əylənirdilər. Səsləri kobud idi. Bu bir işarə idi. Həm də pis xəbərə işarə edirdi… Artıq onları görə bilirdim, günəş şüaları altında qapqara görünürdülər. Elə bil quş deyil, tamam başqa bir şey idilər. Kimsə mənə tərəf gəlirdi. Kimsə mənimlə danışırdı. Bax… Bax sənin ucbatından nə etdim…"

Müəllif: Paula Hokins

Janr: Detektiv

Nəşriyyat: Xan

Nəşr ili: 2015

Qeyd: Amazon.com və Goodreads ədəbi portalının sorğusuna əsasən 2015-ci ilin ən yaxşı detektiv janrlı əsəri.

Link to comment
Share on other sites

a8241ef54aaf.jpg

Təsvir: “Beynimdə qəribəlik” həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatlarından danışır. Mövlud 1969-2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir. Amma qış axşamları boza satmaqdan və sevgilisinin, əslində, kim olduğu barədə fikirləşməkdən heç vaxt əl çəkmir. Sevgidə insanın niyyəti, yoxsa qisməti vacibdi?

Xoşbəxtliyimiz, və ya bədbəxtliyimiz seçimlərimizlə bağlıdır, yoxsa başımıza bizdən ixtiyarsız gəlirlər? “Beynimdə qəribəlik” romanı bu suallara cavab axtara-axtara ailə həyatıyla şəhər həyatının mübarizəsini, qadınların evlərdəki hiddət və əlacsızlıqlarını təsvir edir.

Müəllif: Orxan Pamuk

Janr: Müasir nəsr

Nəşriyyat: Qanun

Nəşr ili: 2015

Qeyd: Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 6 illik fasilədən sonra qələmə aldığı növbəti və hələlik sonuncu əsəri.

Link to comment
Share on other sites

8a5eb22122b2.jpg

Qısa məlumat: "Modern insan və Tanrı" kitabı elmi və fəlsəfi mövzuları sevən insanların zövq alaraq oxuyacağı bir kitabdır. Bu kiçik həcmli əsərdə böyük mütəfəkkir və fenomenal şəxsiyyət Baqir Sədr Tanrının varlığını yeni bir metodla – ehtimallar nəzəriyyəsinə əsaslanan induktiv modellə isbatlayır. Bu modelin ən üstün və fərqli cəhəti onun müasir elmlərdə olduğu şəkildə müddəaları isbatlama modelin­dən istifadə etməsi və mücərrədlikdən uzaq olub hissə, konkretliyə daha yaxın olmasındadır.

Oxucu kitabı mütaliə etdikcə “elm” və “iman”ın öz induktiv məntiqi əsas­la­rında bir-birilə sıx əlaqəli olduğuna və bu baxımdan, onları bir-birindən ayır­mağın mümkünsüzlüyünü dərk edir. Beləliklə, nəticə alır ki, əgər elm qə­bul ediləndirsə, onda iman da qəbul edilməlidir, yox, əgər iman inkar olu­nursa, onda elm də inkar olunmalıdır.

Müəllif: Baqir Sədr

Janr: Din, elm, fəlsəfə

Nəşriyyat: Parlaq imzalar

Nəşr ili: 2015

Edited by Maga Qasımov
  • Upvote 1
Link to comment
Share on other sites

ac95ec88d468.jpg

Nobel mükafatı laureatı, məşhur yapon yazıçısı Yasunari Kavabatanın (1899-1972) yaradıcılığı daha çox dzen-buddizm fəlsəfəsinin və yapon milli ənənələrinin ruhunu əks etdirir. Onun “Qarlı diyar” (1937), “Minqanadlı durna”(1951), “Dağın səsi” (1953) romanları yapon xalqının tarixinə, ənənələrinə, məişətinə tutulmuş bir güzgüdür. Kavabatanın həyatı da yaradıcılığı kimi ənənəvi yapon ruhuna uyğun olmuşdur; özündən əvvəlki bir çox yapon yazıçılarının intihar etməsinə qarşı çıxan və “Bu dünyada yaşamaq nə qədər ağır olsa da, intihar qəlbi sakitləşdirmir” deyən yazıçı özü də həyatına intiharla son qoymuşdur.

Bu kitabda Yasunari Kavabatanın Nobel nitqi, “Dağın səsi”, “Köhnə paytaxt” romanları, “Qarlı divar” povesti və novellaları Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Müəllif: Yasunari Kavabata

Janr: Klassik nəsr

Nəşriyyat: Şərq-Qərb

Nəşr ili: 2010

Səhifə sayı: 608

Link to comment
Share on other sites

a8846466bc62.jpg

Təsvir: “Mənim bütün ömrümü üç çılğın istək yönəltmişdir, yenilməz cazibələrinə qarşı duruş gətirə bilmədiyim, ilk baxışdan adi görünən bu istəklər: sevib-sevilmək yanğımda, yorulmaq bilmədən oxuyub-öyrənməyə can atmağımda, bir də insanlığın ağrılarına ürəkdən acımağımda özünü göstərmişdir. Bu çılğın istəklər, güclü küləklər sayağı, məni götürüb dördbir yana uçurmuş, bir ağrıdan qurtarmamış o biri ağrıya tuş gətirmiş, çox vaxt da məni təkbaşına, dözülməz sarsıntılarımla üz-üzə qoymuşlar...” – Bu sözlər Bertran Rasselin Azərbaycan dilində ilk dəfə nəşr olunan “Mən Nəyə İnanıram” kitabından götürülmüşdür.

Bertran Rassel (1872-1970) 98 il yaşayıb, ömür boyu tütün çəkib, riyaziyyatçı olsa da ədəbiyyat üzrə Nobel mükafatını alıb, 5 dəfə evlənib – bütün ayarları ilə qeyri-adi insan olub. Fəlsəfədə ingilis neorealizminin və nepozitivizminin əsasını qoyub. Fəlsəfə sahəsində Rasselin ən məşhur əsəri “Qərb Fəlsəfəsinin tarixi”dir. Bu əsərdə antik dövrdən üzü bəri əsas fəlsəfi konsepsiyalar sadə dillə təsvir olunmuş, sistemləşdirilmişdir. Bir çox Qərb universitetlərində fəlsəfənin ilk dərsliyi kimi bu kitab öyrədilir.

"Alatoran Yayınları" silsiləsində oxuculara təqdim olunan “Mən Nəyə İnanıram” adlı kitabda Rasselin seçilmiş məqalələri toplanıb. Əsəri ana dilimizə Araz Gündüz tərcümə edib. “Evlilik və Əxlaq” adlı kitabdan da buraya bir neçə fəsil daxil edilmişdir.

Həmin əsərdə ailə və nikahın qısa tarixi ilə yanaşı olaraq, hər bir qadını və kişini maraqlandıran seksual duyğu, sevgi, evlilik və boşanma, ailə və uşaqların tərbiyəsi, yevgenika və bizim həyatımızda həlledici rol oynayan bir çox başqa məsələlər araşdırılmışdır. Bertran Rassel bu kitaba görə 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almışdır.

Rаssеlin yаzdığı mühüm əsərlər sırаsınа “Еlmin cəmiyyətə təsiri” (1952), “Yаddаş pоrtrеtləri” (1956), “Bəşəriyyətin gələcəyi vаrmı?” (1961), “Fаkt və uydurmа” (1962) və digər çохsаylı kitаblаrı, hаbеlə üç cildlik “Аvtоbiоqrаfiyа”sı” (1967-1969) dахildir. Bir çох tədqiqаtçılаr Rаssеli müаsir dövrün ən böyük filоsоfu, еyni zаmаndа ən ziddiyyətli şəхsiyyəti kimi хаrаktеrizə еdirlər. İngilis tədqiqаtçısı Mаykl Hоlrоydun fikrincə, Rаssеl “əsrimizin ən qеyri-аdi hаdisələrindən biridir və onun həyаt yоlu bаşdаn-bаşа hеyrətаmiz pаrаdоkslаrdаn tохunmuşdur” Оnu Vоltеrə bənzədənlər də yох dеyildir.

Müəllif: Bertran Rassel

Janr: Fəlsəfə

Nəşriyyat: Alatoran

Nəşr ili: 2013

Səhifə sayı: 280

Link to comment
Share on other sites

e74a671460a5.jpg

Təsvir: On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək.

Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

Müəllif: Franz Kafka

Janr: Klassik nəsr

Nəşriyyat: Bakı Kitab Klubu

Nəşr ili: 2015

Səhifə sayı: 256

Link to comment
Share on other sites

38c7d2a959e3.jpg

Təsvir: Sakit təbiətli, ürəyiyuxa, cılız iddialarla yaşayan bir Peterburq məmuru. Ətrafındakı adamların əksərini yaramaz, aravuran və fitnəkar, özünü isə qüsursuz sayan məxluq. Şəxsi təbiriylə, öz yolu olan adamcığaz…

Həyatında bircə dəfə bağışlanmaz səhv edən Yakov Petroviç Qolyadkin burada utanacaq, xəcalət çəkəcək heç nə görmür. Ona elə gəlir ki, o, başqalarından tam fərqli, ideal, haradasa ali bir insandır. Lakin gözlənilmədən həyatda öz oxşarı ilə üzləşir. Onunla eyni idarədə işləyən və hətta müəyyən zamandan eyni mənzildə yaşayan, yüzə-yüz bənzər, bir almanın iki yarısı. Amma xasiyyətcə tam əksi – kələkbaz, fitnəkar, yaltaq...

Müəllif: Fyodor Dostoyevski

Janr: Təhkiyə

Nəşriyyat: Qanun

Nəşr ili: 2015

Səhifə sayı: 244

Link to comment
Share on other sites

870521579685.jpg

Təsvir: Azərbaycanın milli-mənəvi dəyərlərinin, ədəbiyyatı və tarixinin, məişəti və təbiətinin gözəl bilicisi, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biridir. Onun həyat və yaradıcılığının on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub və həmin illər yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. O, bir müəllim kimi, Abdulla Şaiq və Azərbaycanda bir çox yazıçı, jurnalist, həkim, iqtisadçı, alim-pedaqoq, ictimai xadim kimi tanınan azərbaycanlı şagird və tələbələrin mütərəqqi dünyagörüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynayıb.

Vintsas Kreve Şərq mifləri əsasında yazdığı, xüsusilə Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiətini ustalıqla təsvir etdiyi "Azəristan ölkəsi" yüksək ədəbi məziyyətləri, dərin dini-fəlsəfi müddəaları və milli varlığın yaşadılması ilə bağlı vacib, həyati şərtləri özündə ehtiva edən çox əhəmiyyətli bir əsərdir.

Müəllif: Vintsas Kreve

Janr: Klassik nəsr

Nəşriyyat: Parlaq imzalar

Nəşr ili: 2015

Link to comment
Share on other sites

26e1f4331d67.jpg

Qısa məlumat: Dahi avstriyalı yazıçı Stefan Sveyq (1881-1942) “Dünənin dünyası” adlı xatirələr kitabında Avropanın XX əsrin 1-ci yarısında mədəni və siyasi həyatını öz başına gələn hadisələr fonunda son dərəcə canlı şəkildə təsvir edib. Çox zaman ədəbi irsə malik olan yazıçının əsərləri ilə Azərbaycan oxucusu gec də olsa artıq geniş şəkildə tanış olmağa başlayıb.

Müəllif: Stefan Sveyq

Janr: Klassika

Nəşriyyat: Alatoran

Nəşr ili: 2011

Qeyd: əsər haqqında Seymur Baycanın resenziyası - http://www.azadliq.mobi/a/24313887.html

Link to comment
Share on other sites

56824952691fb_JoJoMoyesKapak.jpg.e070452

Təsvir: Coco Moyesin “Bir üstəgəl bir” romanı – valehedici, oxucunu sonadək həyəcanlı durumda saxlayan əsər iki tənhalığın birləşdiyi zaman nələr yarada biləcəyindən bəhs edir.
…Tənha qadın.  
Cess Tomasın iki uşağı və iki işi var. Hər gün yorucu iş. Həm yad evlərdə, həm də öz evində. Ona kimsənin yazığı gəlmir, kənardan köməyə də özü bel bağlamır. Buna görə də bəzən Cess riskli qərarlar qəbul etmək məcburiyyətində qalır. 
...Dəlisov ailə. 
Tanzi – Cessin əcaib-qəraib, lakin istedadlı qızıdır. 
Nikki – Cessin ögey oğlu da məktəbdəki bir dəstə dələduz və dəcəl yaşıdları qarşısında aciz qalıb. 
Bəzən Cessə elə gəlir ki, vəssalam, hər şey bitdi. Lakin Ed Nikolsla tanışlıq onun bütün həyatını dəyişir. İki ruhən tənha adam müxtəlif və çoxsaylı çətinlikləri adlayaraq, nəhayət, birgə həyata başlayırlar. Amma buna qədər onları Şotlandiyaya uzun, çox uzun, yorucu bir səfər gözləyir.

Müəllif: Jojo Moyes

Janr: Müasir sevgi romanı

Nəşriyyat: Açar

Nəşr ili: 2015

Qeyd: Jojo Moyesin azərbaycan dilində nəşr olunan ilk kitabı.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Diqqət, diqqət!

"Əli və Nino" mağazalar şəbəkəsində 35 min adda müxtəlif kitaba kütləvi endirim kampaniyası başlanıb. Ətraflı, aşağıdakı mətndə:

"İlk dəfədir ki, belə endirim kampaniyası elan olunub. Endirim “Əli və Nino”da olan bütün kitablara aiddir. 35 min adda kitabımız var, hamısı endirimdədir. Dostoyevskinin “Qumarbaz”, Cek Londonun “Martin İden” romanı və başqa əsərlər 90 faiz endirimlə satılacaq”. 

 
Bunu Moderator.az saytına açıqlamasında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib. Onun sözlərinə görə, aksiya iki həftə davam edəcək. Azərbaycan, rus, ingilis və türk dilində olan kitabların hamısı 20 faizdən 90 faizə qədər endirimlə satılacaq. Azərbaycan ədəbiyyatına aid olan kitabların əksəriyyəti isə 50 faiz endirimlə “Əli və Nino”nun bütün mağazalarında olacaq.
 
Nigar Köçərli qeyd edib ki, aksiyanın məqsədi oxucuları kitaba daha da yaxınlaşdırmaq və hamının kitab ala bilməsini təmin etməkdir.
Link to comment
Share on other sites

  • 1 month later...
В 19 декабря 2015 г.в23:24, Maga Qasımov сказал:

01e3ac4fec95.jpg

Bu kitabın 1994-1995-ci illərdə bestseller olması təsadüfi deyildi. H.Nikolsonun eyniadlı kitabı ilə ahəngləşən müəllif 1648-ci il Vestfal sülhündən başlayaraq düz bizim günlərimizədək bu və ya digər dünya nizamının möhkəmliyini və uzunömürlülüyünü qiymətləndirməyə imkan verən faktorları təhlil etməyə çalışır. Oxucunun qarşısında Rişelyedən tutmuş bizim müasirlərimizə qədər – “bütün zəmanələrin və xalqların” bir sıra siyasi xadiminin obrazı yaranır. Ən yeni zamanın tarixi hadisələrinin iştirakçısı qismində çıxış edən müəllif onları XX-XXI əsrin qovşağında təşəkkül tapmaqda olan, necə deyərlər, “yeni dünya nizamı”nın yolgöstəriciləritək nəzərdən keçirir. Bununla da yanaşı, növbəti yüzillikdə tarixi inkişafın gedişini proqnozlaşdırmaq, eləcə də qüdrətli fövqəldövlətlərin yerini, o cümlədən kommunizmin süquta uğradığı və yeni milli dövlətlərin və güc mərkəzlərinin meydana çıxdığı şəraitdə məxsusən Rusiyanın yerini müəyyən etmək cəhdi ən yüksək dərəcədə maraq doğurur. “Diplomatiya” sözü kitab adı qismində əvvəllər artıq istifadə olunmuşdur. Həm müəllif, həm də nəşriyyat mərhum ser Harold Nikolsonun məzmunu və əks etdirdiyi ideyalar etibarilə tamamilə fərqli kitabına (Harkort, Breys ənd Kompani, 1939) hörmət və ehtiramlarını bildirir.

Müəllif: Henry Kissinger

Janr: Tarix, Siyasət və Beynəlxalq münasibətlər

Nəşriyyat: Qanun

Nəşr ili: 2015

Qeyd: ABŞ-ın 56-cı Dövlət Katibi. Sülh üzrə Nobel mükafatı laureatı. "Erməni soyqırımı"nın konqresdə müzakirə edilməsinə və onunla bağlı qətnamənin qəbul olunmasına dair əleyhinə səs vermiş senatorlardan biri.

bu kitabi haradan elde etmek olar?

Link to comment
Share on other sites

В 10.03.2016в14:26, Xeyrulla сказал:

bu kitabi haradan elde etmek olar?

Əli və Nino mağazalarında 20 azn-dir. Qanun nəşriyyatında 16 azn.

Kitab standart ölçüdə deyil, irihəcmlidir. Qanun nəşriyyatının ünvanını işarələdim, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşir.

 

Screenshot_2016-03-12-01-08-58.thumb.png

  • Upvote 1
Link to comment
Share on other sites

401909e1f042.jpg

Təsvir: "Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” kitabının (1997) müəllifi, məşhur amerikalı “şahin” Zbiqnev Bjezinski Birləşmiş Ştatların siyasətini bu kitabda olduğu qədər kəskin heç vaxt tənqid etməmişdir. 1997-ci ildə “Amerikanın [dünya] hökmranlığı və onun geostrateji imperativləri” nəzərdən keçirilirdi, zəmanə isə dəyişir, hətta Amerika kimi qüdrətli dövlətin də hegemonçuluğunu qəbul etməyən dünya çoxqütblü nizama doğru hərəkətdədir – və 2010-cu ildə Z.Bjezinski artıq hesab edir ki, əgər ABŞ özünün “Dünya siyasətində Tanrının seçdiyi hegemon” qlobal konsepsiyasını dəyişməsə, onu keçmiş imperiyaların taleyi gözləyir. Amerikaya XXI əsrin yeni siyasi sistemində öz vəziyyətini dərk etməkdə necə kömək edəsən və sürətlə güclənən, geosiyasətə getdikcə fəal təsir göstərən Çinlə tarazlığı necə tapasan? Şərq və Qərb arasında balansı necə təsbit edəsən və Avropa bunda hansı rol oynamalıdır? Rusiyanı “Böyük Qərb”in maraqları orbitinə çəkmək üçün ABŞ ən yaxın gələcəkdə Moskvaya hansı təklifləri etməlidir? Bjezinski müasir dövrün bu və digər ən vacib suallarına cavab axtarır və tapır...

Müəllif: Zbigniew Brzezinski

Janr: Tarix

Nəşriyyat: Qanun

Nəşr ili: 2016

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

19 час назад, Maga Qasımov сказал:

Əli və Nino mağazalarında 20 azn-dir. Qanun nəşriyyatında 16 azn.

Kitab standart ölçüdə deyil, irihəcmlidir. Qanun nəşriyyatının ünvanını işarələdim, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşir.

 

Screenshot_2016-03-12-01-08-58.thumb.png

cox sagolun minnetdaram

Link to comment
Share on other sites

091d2f1a3c31.jpg

Təsvir: “Cakaranda ağacının uşaqları” müəllifin ilk romanı olsa da, dərhal şöhrət qazanaraq 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafatlarla təltif olunub və nüfuzlu dünya KİV-lərində onun barəsində yüksək rəylər dərc edilib.
Əsər İrandakı siyasi rejimlə mübarizə aparanların ağır taleyindən, ağuşuna düşdükləri işgəncə və ölümlərindən, onların işini davam etdirən övladlarının sarsıntılarından və sönməyən azadlıq arzularından bəhs edir. Müəllif müxtəlif dövrlərə aid kəskin süjetləri çarpazlaşdıraraq, fərqli nəsillərin vahid dramını yaradır.

Müəllif: Səhər Delicani

Janr: Roman

Nəşriyyat: OL

Nəşr ili: 2016

Səhifə sayı: 278

Qeyd: Nəşrini ən çox gözlədiyim əsərlərdən biri. Tərcüməni vicdan məhbusu, mərd və dürüst xanım - Xədicə İsmayıl edib, müəllif azərbaycan əsillidir, hətta ön sözü azərbaycan dilində yazıb =) Səhər Delicani çağdaş dövrün ən çox oxunan azərbaycan əsilli yazıçılarındandır, İranın dissident yazıçısıdır, onun yaradıcılığı ölkədə qadağa edilib. Kitabları tapsanız-tapsanız, Kitabevim.az kitab mağazasından tapa bilərsiniz, çox tez satılır.

Link to comment
Share on other sites

  • 4 months later...

c68043ad5eca.jpg

 

Təsvir: Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir. Əsərin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir.


«Kapital» - müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrədən bir kitabdır.
Əsərin əsası sayılan birinci cildini sizə təqdim edirik.

Müəllif: Karl Marks

Janr: Siyasət və Fəlsəfə

Nəşriyyat: Azərnəşr (1969), Kitabklubu (2016)

Nəşr ili: 2016

Səhifə sayı: 652

Qeyd: Bu kitab "Kapital" əsərinin birinci cildidir, növbəti iki cildin nəşri 100 nüsxəlik tirajın satışından asılıdır. Tərcümə yeni deyil, sadəcə olaraq qrafika dəyişib.

Link to comment
Share on other sites

efd3c955cfd6.jpg

 

Təsvir: Bu kitabı yaşlı adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Haqq qazanmaq üçün deməliyəm: bu yaşlı adam mənim ən yaxşı dostumdur. Bundan əlavə: o, dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Bir də o, Fransada yaşayır, orada isə bu saat aclıqdır, soyuqdur. Onun təsəlliyə çox-çox ehtiyacı var. Əgər bunların hamısı mənə bəraət qazandırmırsa, onda bu kitabı həmin uşağa həsr edirəm ki, o indi mənim yaşlı dostumdur. Axı bütün yaşlılar əvvəlcə uşaq olmuşlar, amma bunu xatırlayanlar çox azdır. Deməli, ithafımı düzəldirəm: uşaq vaxtlarındakı dostuma.

Müəllif: Antuan dö Sənt-Eqzüperi

Janr: Fəlsəfi nağıl-pritça

Nəşriyyat: Parlaq İmzalar

Nəşr ili: 2016

Qeyd: Fransız dilindən yeni və nəfis tərcümə. Müəllifin çəkdiyi rəngli rəsmlərlə.

Tərcüməçinin müsahibəsi: keçid

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

  • 1 month later...

14424670_621705991324849_5456653985571106858_o.jpg

Anons: yaxın həftələrdə azərbaycan dilində möhtəşəm bir kitabın nəşri gözlənilir. Stiven Hokinqin "Zamanın daha qısa tarixi" kitabı müxtəsər coğrafiya, fizika, biologiya və astronomiya dərslərini özündə ehtiva edir. Məktəb proqramını yeniləmək istəyən yoldaşlar, yaxın oturun =) Bu kitabın sadə və lakonik dili milyonlarla nüsxənin satışına vəsilə olmuşdur. Hokinq demişdi ki: "Onun fizika haqqında yazdığı kitablar, Madonnanın seks haqqında yazdığı kitablardan daha çox satılmışdır". Nəhayət ki, azərbaycan dilində də elmi-populyar ədəbiyyat oxuya biləcəyik, həm də peşəkar tərcümə və fizik Yalçın İslamzadənin müşayiəti ilə. Parlaq İmzalar nəşriyyatı əvvəl daha çox dini təmayüllü kitablar nəşr edirdi, düzü, Hokinqin kitabının nəşr edilməsi xəbərinə bir az təəccüblənmişdim (müəllif ateistdir və kitablarındakı postulatlar dini müddəalarla uzlaşmır), amma bu təəccüb özünü təsviredilməyəcək sevinc və ümidlə əvəzlədi. Arzu edirəm ki, elmi-populyar ədəbiyyatın nəşri ardı-arası kəsilmədən davam etsin. Bu kitabı oxuyan biri kimi deyə bilərəm ki, dərs proqramını yeniləməklə yanaşı, kifayət qədər yeni məlumat əldə etmiş olacaqsınız. Nisbilik nəzəriyyəsindən tutmuş təkamül nəzəriyyəsinə qədər, ibtidai coğrafi bilgilərdən tutmuş qara dəliklərə qədər hər şey burada öz əksini tapmışdır, həm də Hokinqin nəqli ilə. Vətənə-millətə xeyirli olsun! =)

 

Qeyd: Parlaq İmzalar nəşriyyatı hər zaman peşəkar tərcümə və redaktəsi ilə seçilib. Dövlət bu nəşriyyatı maliyyələşdirsə, Şərq-Qərb kimi passiv dövlət nəşriyyatının fəaliyyəti kölgədə qalacaq (ki buna ehtiyac var).

  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 year later...

Böyük ehtimalla bu kitabları burda nümayiş etdirən şəxslər Dünya uşaq ədəbiyyatı və Dünya klassik ədəbiyyatının əksər cildlərini oxumuş insanlardır.Ona görə də bu kitabları xatırlatmaqda  tərəddüd edirəm).

Link to comment
Share on other sites

  • 7 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане резко выросло число объявлений о продаже Toyota Prius
      В Азербайджане со вчерашнего дня число объявлений о продаже Toyota Prius выросло в три раза.
      Как передает Media.az, только сегодня на популярном сайте купли-продажи автомобилей Turbo.az опубликовано свыше 70 объявлений о продаже Toyota Prius.
        При этом цены на автомобили снизились с 14 тыс. манатов до 10 - 12 тыс. манатов.
      Это связывается с тем, что накануне Кабмин утвердил «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси», согласно которым, автомобили старше 15 лет не могут быть использованы в качестве такси.
       
      Media.az
        • Like
      • 55 replies
    • Зверство в прямом эфире: Чем чревато жестокое обращение с детьми в соцсетях - ВИДЕО
      Сегодня цифровизация прочно вошла в нашу жизнь. Практически у каждого человека есть личный аккаунт в той или иной социальной сети. Вначале эти онлайн-платформы предназначались для общения между людьми, разделенными большими расстояниями. Однако со временем соцсети начали
        • Upvote
      • 4 replies
    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 62 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
      • 40 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 148 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Upvote
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Thanks
        • Like
      • 11 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...