Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İlhamə Quliyeva-xalq məni sevir


Recommended Posts

İlhamə Quliyeva: Xalq məni sevir

İlhamə Quliyeva: Xalq məni sevir
 
 

“İki dövlətin xalq artistiyəm”.
 

Reportyor.tv xalq artisti İlhamə Quliyevanın APA-ya müsahibəsini təqdim edir.
 

- İlhamə xanım, əhvalınız necədir? Son günlər mətbuatda haqqınızda çox yazılır...
 

- Əhvalım superdir. Gündəmdəyəmsə, deməli, yaşayıram. Mən öz sənətimin padşahıyam, padşahın dalınca danışarlar. Bütün bunlar hamısı əvvəldən planlaşdırılıb, ssenariləşdirilib. Bu yazını yayan “Yeni Müsavat” qəzetinin mənimlə böyük ədavəti var. Mən başqa yolun yolçusuyam, onlar ayrı. Biz müxtəlif həyat tərzi yaşayırıq. Allah canlarını sağ eləsin, çox gözəl, süni kampaniya yaradıblar. Musiqimizə xidmətlərimə görə Ulu Öndərimiz məni “Şöhrət” ordeninə, prezident İlham Əliyev “Şərəf” ordeninə layiq görüb. İki dövlətin xalq artistiyəm. Üçüncü də başqa dövlətdən gəlir, onu gözləyirəm. Bilirsiniz necədi? Mən neçə gündür susuram. Gözlədim ki, qoy bu kal əzgillər haqqımda nə düşünürlərsə, desinlər. Bu da onların fikridir. Heç kimin fikrinə qarışmaq olmaz. Amma azadlıq, demokratiya o demək deyil ki, xaos yaratsınlar. Buna mənim dövlətim heç vaxt icazə verməyib, verməz də. Bu kampaniya ilə mənə yox, həm də mənim dövlətimə toxunurlar.
 

- Köməkçiniz Mehriban Hüseynovanın məktubu yayımlanıb. Bunu gözləyirdiniz?
 

- Keçmiş qulluqçum çox həyasız adamdır. Ondan hər şey gözləyirəm. O, şəhid bacısı deyil, amma yalandan deyir ki, şəhid bacısıyam. Onu müdafiə edənlər gedib arxivləri qaldırsınlar ki, doğrudan da qardaşı şəhid olub, ya yox. Təsəvvür edin, bu evdə ilyarım yaşayıb, mənə nə qədər dərmanlar veribsə, böyrəyim sıradan çıxmışdı. Həkimim Rəşad Şolanın təəccübdən gözləri bərəlmişdi ki, bu necə ola bilər? Çox ağır vəziyyətdə idim. Sağ olsun, həkimim məni həyata qaytardı. Onun murdar məktubundan sonra mənə kimlər zəng etməyib? Hər birinə özüm cavab vermişəm. Məsələn, jurnalistlər zəng edir ki, filan millət vəkili sizdən belə deyib. Mən heç o adamın adını da bilmirəm...
 

- Çingiz Qənizadəni deyirsiz?
 

- Hə. Onun adını dilimə gətirmək istəmirəm. Onun heç bir fikri mənim üçün əhəmiyyət kəsb etmir. Onun elə keçmişi var ki... Mən danışmıram. Vaxtilə efirdə onun barəsində deyiblər. O bilirsiniz bu işə niyə qarışıb? Guya parlamentdə oturub, nəsə iş görür. Sən oğrunu, canini müdafiə edirsən. Niyə? Sənin dəstəni mən yaxşı tanıyıram. Mən nəyə desəniz and içirəm ki, o məktubda yazılanların hamısı şər-böhtandır. Mənim dövlətim, prezidentim, xalqım var. Bu xalq məni sevir, iki-üç nəfər kriteriya deyil.
 

- İlhamə xanım, niyə sizin adınız hər zaman qalmaqallarda hallanır?
 

- Çünki İlhamə Quliyevə birinci deyil, ondan yuxarıdadır. Ondan sonra gəlir bir, beş və s. Hər kəs məni ziyarətə gəlir. O gün millət vəkilləri gəlmişdi.
 

- Kimlər?
 

- Məsələn, Elmira Axundova. Özü də haqqımda kitab yazır. Çoxları var, hamısını demirəm. Mənim haqqımda sənətçilərdən soruşun, bir-ikisindən başqa hamısı deyəcək ki, gözəl insandır. Amma bəziləri deyir, İlhamə Quliyeva hegamonluq edir. Mən evimdə hegamonam. Dediyim qanundur. Valideynlərimin vaxtında isə onlara tabe idim.
 

- Aygün Kazımova sizin ananız haqqında yazmışdı...
 

- Bir dəqiqə. Deyim bu söhbət haradan qaynaqlanır. Neçə illərdir mənim Flora Kərimova ilə münasibətim yoxdur. Baxmayaraq ki, sənətinə hörmətim var, bu, ömrümün axırına qədər də belə olacaq. O gün deyib, İlhamənin yeri xəstəxanadır. Get, bir özünə, xarici görünüşünə bax da, ay Flora. Məndən nə istəyirsən? Sən mənim nənəm yaşındasan. Bir neçə il qabaq fikirləşdi ki, məni nə ilə gözdən salmaq olar? Başladı danışmağa ki, guya mən anamı döyürmüşəm. Əstəğfürullah, bu nə sözdür. Bundan pis söz, acınacaqlı dərd yoxdur. Mən də onu məhkəməyə verdim. Neçə illərdir danışır, söyür, deyinir, fikir vermirəm. Düşünürəm ki, mənə çata bilmir, içi yanır. Amma anama toxunanda dedim, yox, bunu bağışlamaq olmaz. Məhkəməni uddum. Anama gözümün yağını yedirtmişəm. Ona deyirdim, mən ölüm, sən qal. Həbib müəllimin oğlu olmadığı üçün onun tabutunun altına mən girmişəm. Anamı da çiynimdə aparmışam, dəfn eləmişəm. (Ağlayır). 
 

Anam o qədər gözəl insan idi... Nə isə. Məhkəmədə Floranı uddum, amma təzminatı almadım. İndi gəlirəm Aygünün məsələsinə. Aygünün mənimlə gözəl münasibəti var. Qulluqçumu evdən aparanda Aygün zəng vurdu ki, karaleva, gecə səhərəcən yatmamışam, bu nə məsələdir, ürəyim ağrıyır, nə yaxşı vaxtında xəbər tutmusunuz? Xəstəxanada yatanda zənbil göndərmişdi. Yaxşı bəs o dediyin nə idi? Çox qəzəbləndim. Məlum oldu ki, bir sayt mənim adımdan müsahibə verib ki, guya senzuradan kənar sözlər demişəm. Heç vaxt cəmiyyətə, dördüncü hakimiyyətə o sözləri demərəm. Ən ağır sözüm axmaqdır. Demə, həmin sayt mənim dilimdən Aygün haqqında belə sözlər yazıb. Aygün ona görə belə qəzəblənib. Yaxşı edib, amma... ana məsələsinə toxunmaq olmaz.
 

İndi Elzadan danışım. Zəng vurdular ki, bizim “böyük şairimiz” Elza Seyidcahan sizin haqqınızda şeir yazıb. (Gülür) Oxumaqdan bir şey çıxmır, indi də şeir yazır. Yazsın, Elza gözəl musiqiçidir, amma demişəm, sən oxuma, yaz, qoy oxusunlar. Şeiri oxuyandan sonra dedim ki, çox gözəldir, yəqin özünə, qızına, anasına ithaf edib. Onu da məhkəməyə vermək istəyirdim, amma etmədim. Allahın məhkəməsinə verirəm. Mən Allah adamıyam, Allahla gecə-gündüz söhbət edirəm. (Ağlayır). Mənim Allahım böyük Allahdır, görün mənə sataşanlar nə çəkəcəklər. Anaya toxumaq olmaz. Bu sözü Flora kimi o adamlar yayıb ki, onlar ana nəvazişi, ana tərbiyəsi görməyiblər.
 

- Baş prokurora olan müraciətdən sonra sizinlə əlaqə saxlayan olub?
 

- Elə bir adamı ömründə azadlığa buraxmazlar. Onun on il işi var idisə, beş il də üstünə gəldi. O bilirsiniz neçə adamın evini yıxıb? İki nəfər məşhur adamın evində qulluqçu çalışıb, pullarını da oğurlayıb, özlərini də MTN-ə təhvil verib. 50 manata, kontur puluna belə işlərlə məşğul olurdu. İki tanınmış şəxsi belə tutdurub. Bir alfons əri var, pul verirdim ki, özünə siqaret alsın, dolansın. Moskvadan dostlarım kolbasa, sosiska, yağ göndərirlər, deyir, İlhamə reketdir, ona pay gəlir.
 

- İstəyirəm bu reketlik məsələsi haqqında geniş danışaq... 
 

- Nə danışırsan? Məndən belə şey gözləyirsən? Qurana and içirəm ki, belə yolun adamı deyiləm. Sadəcə, dostlarım mənə pay, hədiyyə göndərir. Mənim hər şeyim var. Cənab prezident mənə ev, bağ verib. Heç nəyə ehtiyacım yoxdur. Valideynlərim hər şey qoyub gedib. Prezident təqaüdü alıram, maaşım var. Ay başına dönüm, nə reketlik? Pulu su kimi xərcləyirəm. Elə gün olub, pulum olmayıb. Reketin də pulu olmaz?
 

- Aylıq xərciniz nə qədərdir?
 

- Əlimə aylıq 5000 pul gəlir. Prezident təqaüdü, maaş alıram, bankda bir az pulum var, faizini alıram.
 

- Nə əcəb biznesiniz yoxdur?
 

- Ömrümdə fikrimdən keçməyib. İnanın, balaca bir dükanım da yoxdur. Qayıdaq  Elzaya. Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edirmiş, Mehriban da o evə gedib-gəlirmiş. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban. Sonra da aralarında başqa söhbətlər olub.
 

- Oğlunuzun dostunun tutulmağından xəbəriniz var?
 

- Xəbərim var, amma bilmirəm, nə məsələdir. Allah köməyi olsun. O elə uşaq deyil. Anası ilə danışıram, ağlayır.
 

- Sizin Hacı Məmmədova şəkliniz dərc olunub...
 

- Hacı Məmmədov zamanında bütün sənət adamları ilə dost idi. Anam Qarabulağa getməyi çox sevirdi, tez-tez gedirdik. Hacı Məmmədovun iki yoldaşı var idi, hər ikisi ilə dost idim. Şəkillərim çoxdur. Bir dəfə müxalifət qəzetlərindən birində şəklimiz çıxdı, zəng vurdum ki, o nə şəkildir, mənim evdə daha yaxşı şəkillərim var, göndərim, onları ver. (Gülür). Mən nə bilim ki, o nə işlərlə məşğul olub. O tutulanda tanıdığı bütün sənət adamlarını istintaqa çağırdılar, məndən başqa. Sən demə, orda hər şey çəkilirmiş. İlhamədən heç nə tapa bilmədilər.

- Məhkəmədə Mehriban Hüseynovanı bağışlamanız ola bilərmi?


- Bağışlamaq söhbəti yoxdur. O məni öldürmək istəyib.
 
Link to comment
Share on other sites

heç vaxt xüsusi rəğbətim olmayıb İlhamə xanıma... nəsə səs temrini xoşlamıram, qalın səsli qadın ifaçıları və nazik səsli kişi ifaçıları bəyənmirəm, xoşlamıram. 

"yaşın nə fərqi var" mahnısından sonra isə lap acığım gəldi ) özlüyündə, mahnı pis deyil. musuiqisi yaxşıdır, bir qədər sözlərini fərqli oxumaq olardı, nəsə bir kövrək, romantik süjet yaratmaq olardı... amma daha belə yox : İmperatritsa Ekaterina cildində gəlib ki, cavan bağbanı yoldan çıxarsın... kobud, küt bir süjet, bu mahnıdan acığım gəlir, bir sözlə

davranışına gəldikdə isə, özü bilər.. nə edir, yenə özünə edir.

 

Edited by NOIR
Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 1 month later...
В 27.02.2016 в 13:44, Мехди сказал:

Daha xalq heçnə istəmir, çünki _________________________________________________________Allah rəhmət eləsin. 

 

Və hələdə ətrafında  (ad olaraq) söz-söhbətlər səngimir!!!!!!

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 2 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 14 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 117 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...