Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Budurmu şəhid ailəsinə qoyulan hörmət? - 4 aydır müavinət ala bilmirəm


Recommended Posts

Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir?

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinatsızlıqdan şikayətlənib.

Avtosfer.az femida.az-a istinadən məlumatına görə, bu barədə şəhid polkovnikin həyat yoldaşı Sevinc xanım danışıb. Onun sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Şəhidin həyat yoldaşı hətta aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib. “Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Mən bunu ona görə deyirəm ki, arxamdan bir dağı, bir əzizimi itirmişəm. Raquf necə hərbçi olubsa, onu tanıyanlar yaxşı bilir. O, Milli Qəhrəman adına layiq olsa da, o adı vermədilər. Bütün olanları, haqsızlıqları keçdim. Ancaq bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial Müdafiə Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafiə Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?

Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim?! Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itimişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?

Yoldaşım 25 il vətənə xidmət edib. Onun ayağı şəhid olana kimi çəkmədən çıxmayıb, o, rahatlıq görməyib. İndi də diqqətsizlik bizi üzür. Mən müdafiə naziri cənab Zakir Həsənovla görüşmək istəyirəm”.

Xatırladaq ki, polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid polkovnikin anası da Qarabağ müharibəsi zamanı şəhid olub. Atası isə artıq yaşlı olduğu üçün hərəkət etməkdə çətinlik çəkir.

Link to comment
Share on other sites

Bu, monoloq deyil, əslində. Bu bir şəhid xanımının ürək sözləridir, fəqət, dilinə gətirdiyi onların yüzdə biridir...
 
ANN.Az-ın əməkdaşları polkovnik-leytenant Raqub Orucovun Sumqayıtdakı evinə baş çəkiblər, xanımı Sevinc Orucova ilə həmsöhbət olublar.  
 
Polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub.
***
Raqub şəhid olandan yuxuma girmirdi. Gündüzlər Allaha yalvarırdım ki, nə ola, bircə dəfə yuxuma gəlsin, təskinlik versin. Ölümündən sonra ilk dəfə bu gecə yuxuma gəldi. Sağ əlini başıma çəkir ki, niyə belə edirsən? Görürəm, dayandığımız yer Ağdam deyil, başqa yerdir. Möhkəm yağış yağır, sudan imkan tapıb yeriyə bilmirəm. Amma hissiyyatım deyir ki, işğaldan azad olunmuş torpaqlardayam. Raqubun da (Ağdam-red.), mənim (Qubadlı –red.) də anadan olduğumuz torpaqlar işğal altındadır indi. Amma yuxumdakı yer nə Ağdamdı, nə Qubadlı. Elə yuxuda sevinirəm ki, Raqub yuxuma girib, elə sevinə-sevinə də ayılmışam. Ayılandan sonra deyirəm ki, ay Sevinc, gör nəyə sevinirsən... 
 
***
Təsadüfən tanış olub evlənmişik. Amma ailə qurandan sonra anladıq ki, elə bir-birimiz üçün yaranmışıq, sanki illərdir tanışıq. Amma hər dəfə Raqub deyirdi, hərbiçi həyatı çətindir: "Naxçıvanada gedə bilərəm və qayıtmaram”. Onu elə olduğu kimi, necə varsa, elə qəbul eləmişdim.
 
1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. O vaxt bu kənd Xaçındərbənd sovetliyinə baxırdı. Hamı kimi, o da 18 yaşında əsgərliyə gedib. Əsgərlik dövrü Qarabağ müharibəsi illərinə düşüb. Müdafiə batalyonuna yazılıb. Hələ o yaşlarında çox döyüşlərdə olub. Yaralanıb, qəlpə, güllə yarası alıb. Həmin döyüşlər ərəfəsində Raqubun anası şəhid olub. Raqubun anası əsgərlərə həmişə yemək hazırlayıb aparırmış. Bir gün geri qayıdanda minamyot mərmisi düşüb, ana elə oradaca vəfat edib. Ərazinin işğal olunmasına baxmayaraq, Raqub gecəykən anasının nəşini gətirib, qoymayıb düşmən əlində qalsın. Onlar ailədə 5 uşaq olublar. Dörd qardaş, bir bacı. Evin böyük övladı Raqub olub.  

...

Son günlər tez-tez şəkilləri töküb qarşıma baxıram, amma elə bir ailəvi şəkil tapa bilmirəm ki,  hardasa 4-ümüz birlikdə istirahət edək. Yoxdur. Onun işi önəmli idi. Raqub hərb üçün yaranmışdı, ailə üçün yox. Raqub həmişə deyərdi ki, öncə vətən. Deyirdi, mən səhra komandiriyəm, arxa cəbhə komandiri yox. Səngərlər onun vətəni, səngərdə xidmət edən əsgərlər də onun balaları, göz bəbəyi idi.  ...

http://ann.az/az/sehid-raqub-orucov-fotoreportaj/?fb_comment_id=1145977082089469_1157990594221451#.V6SXw1_tlHw

Link to comment
Share on other sites

Polkovnikin məzarı üstünə qoyulan məktublar - bir şəhidin hekayəti

...

 

Həyat yoldaşı Sevinc xanım:
“Vətən torpağını istəyirdi, ona da qovuşdu. Şəhidlər xiyabanı bilirsiz hardadı? Budu burda, lap yaxınlığımızda. Raqub bizə heç vaxt bu qədər yaxın olmamışdı”.

Söhbət bitər-bitməz Şəhidlər xiyabanına - polkovnik-leytenant Raqub Orucovun ziyarətinə getdik. Oğlu Aqşin də bizimlə idi. Məzarının başı ziyarətçilərlə dolub-daşırdı. Üstünə çiçək düzənlərin çoxu Aqşinin kim olduğunu bilmirdi heç. Çataçatda qulağıma pıçıldadı: “Sağında dəfn olunan atamın əsgəri olub. Yenə yanaşıdılar”.

Fotoqrafımız Şahin Aqşindən xahiş elədi ki, növbəti şəkil üçün atasının məzarının yanında dayansın. Açığı, mən bunu deməyə ürək eləməzdim. Amma fotoqrafın işinə qarışmağa da haqqım yox idi. Aqşin getdi və atasının şəklinin hüzurunda yerə çökdü ki, ondan hündür görünməsin. Və atasına baxdı... baxdı... baxdı... Fotoqraf Şahin həmin duyğulu anları fotoaparatın yaddaşına köçürəndə qəfil Aqşinin adaşı olan şair dostumuz Aqşin Yeniseyin bir misrası yadıma düşdü:

 “Ata, sən indi vətənin ən təhlükəsiz yerindəsən!”

 

 

Şəhid komandirə ŞER

 

Ürəyin kövrəlib, gözün dolsaydı,

Getməyib yanında qalardım, Raquf.

Ömrümdən pay vermək mümkün olsaydı,

Ömrümdən-ömrünə calardım, Raquf.

 

Ey ANA!!! Şəhidəm, istəyim çindi,

Səninlə VƏTƏNi ANA bilmişəm.

Qəbrinə qül qoyub güdərdim. İndi!

Özüm qüllər ilə “bəzədilmişəm”.

 

Müəllif: Əsgər və yoldaşları.

http://koordinat.az/meqale.php?id=6311

  • Upvote 1
Link to comment
Share on other sites

Qızıldan heykəl qoysalar da ölən geri qayıdan deyil. Amma nəyin ki, heykəl, heç layıqlı qiymət belə verilmir bu məmləkətdə şəhidlərə.. Quru bir ad verib yaxınlarını sakitləşdirirlər..

Link to comment
Share on other sites

2 минуты назад, gapgara сказал:

Qızıldan heykəl qoysalar da ölən geri qayıdan deyil. Amma nəyin ki, heykəl, heç layıqlı qiymət belə verilmir bu məmləkətdə şəhidlərə.. Quru bir ad verib yaxınlarını sakitləşdirirlər..

Heç ad da verməyiblər.

Link to comment
Share on other sites

4 минуты назад, umniy Nxcivanli сказал:

ŞƏHİD adını vermirlər. Bu AD qazanılır - VƏTƏN-ANA yolunda şəhidlik zirvəsinə qalxmaqla.

Ad qazanılır, addan başqa hər şey itirilir.

Link to comment
Share on other sites

Bu dəqiqələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elman Babayev şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin şikayətinə cavab olaraq bildirib ki, “2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə bir sıra KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Cavabı tam olaraq bir neçə dəfə oxudum və əmin oldum ki, bu insanlar səhifələrimdə paylaşdığım Sevinc xanımın müraciətinə yazılmış şərhlərdəki ifadələrə (bu tiplərin ünvanlarına deyilmiş, layiq olduqları ifadələri şərhlərdən oxuya bilərsiniz) tam layiqdirlər. Ona görə ki, bir balaca vicdanı olanlar bu cür cavabla həm Sevinc xanıma, həm də o yazıya münasibət bildirənlərə böhtan atmazdılar. Həqiqətən bundan əvvəl yazdığım kimi bunlar zil qaranı dümmağ kimi qələmə verməyi bacaranlardır və bunlar üçün həya, abır anlayışı yoxdur. Əgər bunlarda zərrə qədər vicdan olsa baş verənlərə görə Sevinc xanımdan üzr istəyib dərhal yol verdikləri biabırçılığı aradan qaldırardılar. Bunlar isə əksinə, az qala minnət qoyurlar, sanki dədələrinin pulunu nəzir kimi verirlər. Bunlar məmur olduqlarını, oğurladıqları milyonları şəhid olmuş Raquf Orucov kimi vətənpərvərlərin haqqını yeməklə qamarladıqlarının fərqində deyillər. Utanmırlar, həyasızlıq edib hələ haqqını tələb edəni ittiham da etmək qədər quduzlaşıblar. Bütün bunlar ona görə baş verib ki, biz millət olaraq şəhid ailəsinin, müharibə əlilinin mənzil, maşın, müavinət alması üçün bu tiplərə rüşvət verdiklərini bilirik və susuruq. Əgər bizlər bu Nazirliyin topa topa tutulan əməkdaşlarının istintaqa verdikləri ifadələri araşdırsaq görərdik ki, hələ Maliyyə Nazirliyində işləyərkən yol verdiyi yeyintilərə görə bir neçə ay həbsdə yatmış Səlim Müslümovun şouları, ancaq başçılıq etdiyi korrupsiyanı pərdələmək üçündür.

Bunların gözləri və ağılları o qədər tutulub ki, yaydıqları təkziblə özlərini ifşa etdiklərinin də fərqində deyillər. Belə ki, məlumatın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, “Sevinc Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək”. Sadə məntiq sual doğurur, nə üçün şəhid ailəsi bu dörd ay ərzində haqqını ala bilməyib və bu qədər ictimai qınaqdan, tələbdən sonra 4 aylıq haqqını hələ bundan bir neçə gün sonra ala bilər?

Sonda ümidvaram ki, hələlik inandığımız və etibar etdiyimiz Müdafiə Naziri Zakir Həsənovun başçılıq etdiyi kollektiv Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyi kimi özünü biabır etməyəcək və bu işdə qanunsuzluğa, səhlənkarlığa, biganəliyə yol vermiş məmurları cəzalandıracaq

Edited by Kenul2012
Link to comment
Share on other sites

Kimdir Raquf Orucov?

“Murovdağ döyüşçüsünün bir günününü yaşamaq, bir ömürə bərabərdir”. Bu sözləri böyük şairimiz Məmməd Araz deyib. 
 
Yəni elə belə adam deməyib. 90-cı illərin əvvəllində döyüş ruhunu qaldırmaq üçün, yaxud da ola bilər şairin öz istəyi ilə Məmməd Araz Murovdağda olur və bir günün içərisində Murovdağda vətənin müdafiəsində duran oğulların nə qədər çətin şəraitdə xidmət etdiyinə canlı şahidlik edir. 
 
Murovdağ hətta döyüş getmədiyi şəraitdə belə oğullarımızı sevdiklərindən alan ərazidir. Uzun yolları qət edərkən yorulub oturan və nəticədə yataraq donan, qar uçqunu altında qalan onlarla əsgərimiz olub. Burada xidmət etdiyim müddətdə canlı, enlikürəkli oğlanları çətinlikdən kənara çəkilib xısın-xısın ağlayan görmüşəm, hərbi hissənin yerləşmə şəraitini, insanın iliyinə işləyən soyuq havanı görüb havalanan, rəsmən dəlilik edən və səhər açılanda yeraltı qazmada görmədiyimiz, üzü Gəncəyə tərəf qaçan “ne kadrovıy” zabitlər görmüşəm. 
 
Çətin idi.. Yeganə hərbi hissə idi ki, üç rayonu əhatə edirdi. Yəni az qala on il eyni hərbi hissədə qulluq edən, amma bir-birini tanımayan zabitlər var idi. Hərə bir dağda, yüksəklikdə qərar tutmuşdu. Hərbi sirri yaymaqda ittiham olunmayım deyə qərargahımızın yerləşdiyi kəndin adını çəkmirəm. Bax, ora bizim, yəni dağdan enən hərbçilərin həm də görüş yeri idi. Qərargaha hər hansı iş üçün gələn zabitlərin, gizirlərin orada tanışmaq imkanı vardı. Məsələn, səndən daha çox qulluq edən zabit yoldaşlarından soruşurdun: “O kök olan kimdir? Cavabında "filan taborda qulluq edir, bir oturuma 25 butulka araq içir, uzun illərdir filan postda qulluq edir” cavabını alırdın. Yaxud da, bir dəfə "bax, o arıq olan zabit var a, kəşfiyyatçıdır, ermənilərin anasını ağladıb" dedilər. “Bu arıq oğlan?” sualıma  “Bilirsən necə olub? Əşşi, nağıl kimidir, danışaram” cavabını aldım. 
 
O, arıq zabit Raquf Orucov idi. Göy gözləri, çəlimsiz, həddən ziyadə ağır və düşüncəli görkəmi vardı. Orta yaşlı insanlar yaxşı bilər, 80-90-cı illərdə idmançlar kürəyini, sinəsini şişirib durmazdı. Onların xüsusi bir duruşu vardı - Ayaqlarını dizdən yana əyərdilər. Raquf xatirimdə məhz belə qalıb. Həmin gün bu böyük hərbi hissədə hamı tərəfindən sevilən, hörməti olan “oğlanlardan” - zabitlərdən biri, döyüşlərdə yaralanan dəvəçili Cəbinın blindajına - qazmasına getdim. Lampa işığında, odun sobasının qarşısında gerçək “Raquf Orucov nağılı”nı dinləmək üçün.
 
- “1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da bilirsən də, buralardan əskik olmur. Əsgərlər qatı dumanda azırlar və yalnış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar. Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir? Siz burada durun. Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır. Ermənilər öz ayağı ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar. Bizim hərbi hissənin o vaxtı komandiri Milli Qəhrəman filankəs idi. Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü. 6 əsgərin əsir düşməsi onun imicini də zədəliyirdi. Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi tapşırığı verilir".
 
Nağılı sobanın sönməsi yarıda qoyur. Yaş odun ən böyük problemimiz idi. Bir neçə cəhddən sonra soba alışır və Cəbinin maraqlı siqaret çəkməsi fonunda Murovdağda hamının barmaqla göstərdiyi, sevdiyi, dəyər verdiyi Raqufun əfsanəvi kəşfiyyatının, 5 azərbaycanlı əsir əsgərin necə xilası etməsi “nagıl”ı davam edir:
 
- Hə, harda qaldıq? Toplanışda. Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayırdı. İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi. Raquf da onda cavan zabit, tağım komandiri idi. Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı. Altı əsgərin əsir düşməsi yanılmıramsa yuxarılara məruzə olunmamışdı. Gözləyirdilər ki, bəlkə danışıqlar yolu ilə nəsə edə bildik. Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi. Bom-boş, əlləri yanında və dilxor. Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq az qala mümkünsüz idi. Bütün yüksəkliklər, keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Hərbi hissə komandiri üç qrupdan ikisi əliboş gəlincə, qərargah önündə tapançasını göyə qaldırıb qışqırmışdı: “Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrupda gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm”. Bununla o, əsir gətirilməsinə inanmadğını etiraf etmişdi. 
 
Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi. Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir. (Bu yerə mütləq diqqət edin ki, yazının davamında lazım olacaq) 
 
Təmas xəttində əsgəri saxlayır və ona deyir ki, “sən burda qal, bizimlə gəlmə. Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt!” Raquf və zabit yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər. Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına istədikləri “Dil” çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki, bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir. İzah edir ki, "Bircə uşaq sağ qalsın. Ona ziyan verməyin. Çünki, korpus komandirinin (Bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib. Raqufun sevincdən gözləri gülür. Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi. İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi.
 
Əsgəri qoyduqları yerdə tapmırlar. Çünki əsgər əmr üzrə gözləyib, geri dönmüşdü. Həə, bax, belə. Hərbi hissə də bayram idi. Ermənilər yalvar-yaxara düşmüşdü. Əsir düşən 6 əsgərdən birini, sumqayıtlını ermənilər həmin gün elə Şuşaya göndərdiyindən geri verə bilməsələr də, qalan 5 əsgər həmin uşaq və erməni ilə dəyişdirildi. Raquf elə də böyük mükafata layiq görülmədi. Bir neçə ay sonra hərbi rütbəsi qaldırıldı, vəsallam".
 
Raquf haqqında sonralar eşidirdim ki, onunla kəşfiyyatda olan zabit yoldaşı tez zamanda yuxarı vəzifələrə daşınsa da, o, səsini çıxarmayaraq susub. Amma yenə də əsas xalq qəhrəmanı olmaq idi. Onunla hamı fəxr edirdi və bu ifadə heç də “ölənin dalıyca hamı yaxşı danışır” təsiri deyil. Murovdağın bir qəhrəmanı vardı - Raquf Orucov! Onda o, hələ kapitan idi, ermənilərin ağzının içərisinə qədər gedib çəkdiyi toplantı videosunu mərhum prezident Heydər Əliyev izləməmişdi, hələ kəşfiyyatdan qızıldan qiymətli məlumatları gətirməmişdi. Amma böyük bir hərbi hissənin, Gəncədə, Bakıda hərbi hissə komandirlərinin zabitləri, əsgərləri qorxutduqları yerin -  Murovdağının qəhrəmanı idi. Mən onu hər görəndə görüşüb kənara çəkilər və kənardan Orucovu izləməyi sevərdim. Çünki, o qədər müsbət enerjisi, pozitiv görkəmi vardı ki, onu kənardan izləmək daha təsirli idi. Bununla belə onda ifrat dərəcədə sadəlik vardı. O qədər sadə ki, bunu izah etməyə söz acizdir. Bir tərəfdən danışırdılar ki, Raquf yenicə kəşfiyyatdan gəlib, az qala düşmən tərəfinin bütün starteji hərbi məlumatlarını öyrənib, digər tərəfdən gözünlə gördüyün insana baxırdın, təəccüblənirdin. Nədir bu sadəlik, susqunluq? İnanın, bəzən düşünürdük ki, bizi bütöv bir hərbi hissə, minlərlə əsgər, zabit, top-tüfəng yox, məhz Raquf qoruyur. Bunu ermənilər də bilirdi. Raquf Murovdadır! 
 
Yuxarıda “Bu yerə diqqət edin” deyə bir şey yazdım. Bilirsiz niyə? Raquf şəhid olduqdan sonra onun sürücüsü olmuş əsgər xatirəsini mətbuata danışmışdı. Oxuyanda dəhşətə gəldim. İllər sonra da Raquf kəşfiyyata gedəndə əsgərə yenə də eyni ifadəsini deyib: "Sabaha qədər gözlə, gəlməsəm qayıdarsan". Demək ki, bu uyğunluq var və mənim yazdıqlarım, sürücüsünün dedikləri kimlərəsə lazım ola bilər. Qısası yalan deyil, uydurma deyil. Siz, Raquf haqqında oxuyanda inciməyin, qadın kimi, kişi kimi, həkim, jurnalist, ziyalı və s. kimi oxyursuz, amma hərbçi kimi oxusanız, fərqində olarsınız ki, Raquf Orucov nələr edib, kim olub. Deyimmi? 
 
- Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir. 
 
- Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli tək kəşfiyyata gedib qayıdan biridir. 
 
- Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən edən, Heydər Əliyevin də izlədiyi  ermənilərin qərargahının toplantısını çəkib gətirən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir. - Aprel döyüşlərinin şahidlərinin dediyinə görə, xüsusi təyinatlı qoşun növü üzrə bütün dərəcələri alan “qırmızı beret”li gizir Pəncəli Teymurovla ən öndə olan zabitdir Raquf. 
 
59338.jpg
 
Görün, necə vətənpərvər, qorxmaz, kəşfiyyatın “xəstəsi” olan biri olub ki, vaxtında briqada komandiri ola-ola kəşfiyyata gedib. Həm də yalnız. Briqada komandiri kimi o kreslosundan durmaya bilərdi. Biz nələr və necə briqada komandirləri görmüşük o vaxt. Yəqin  bunu bilən ermənilər dəli olub ki, “kaş onu əsir tuta biləydik”. Axı, briqada komandirini əsir almaq bilirsiz nə deməkdir? Sürücüsü danışır ki, “briqada komandiri kimi kəşfiyyatdan gələndə üstü qanlı olurdu və nə qədər yalvarsam da hara getdiyini, nə olduğunu demirdi. Sonralar bilmişəm ki, hər il şəhid anasının ildönümündə erməni tərəfə keçib anasının qəbrini ziyarət edər və geri dönən də bir neçə ermənini güllə atmadan öldürüb gəlirmiş. Bu nə ürək, bu nə qorxmazlıq, bu necə cəsarət?! 
 
Bəli, o heç zaman etdiklərini demədi. Oxuduğumuz qədəri ilə qardaşına, ailəsinə, sürücüsünə və hamıya... Kimsəyə danışmadı. Ona görə də indi Müdafiə Nazirliyi çox absurd, biabırçı cavab verib: “Milli Qəhrəman adı xidmət ilinə görə verilmir”. 
 
Bəli, tamamilə doğrudur, bu ad xidmət ilinə görə verilmir. Amma Raquf Orucov üçün xidmət ilinə görə kim Milli Qəhrəman adı istəyir ki? Yaxud, niyə ailəsi, ictimaiyyət bunun üçün imza toplamalıdır. Məgər, Silahlı Qüvvələrimizdə Orucovun qəhrəmanlıqları barədə məlumat yoxdur ki? İnanıram ki, hətta Ermənistan Müdafiə Nazirliyində belə bu günə qədər erməni ordusunun qorxulu yuxusuna çevrilən Raquf Orucovun qəhrəmanlıqları barədə kifayət qədər məlumat var. 
 
P.S. Mən igid polkovnik haqqında bildiyim çox az, cüzi şeyləri danışdım. Onun əməliyyat yoldaşları, mənim kimi xidmət yoldaşları yəqin ki, qalaq-qalaq məlumatlara malikdirlər və ümid edirəm onlar da danışacaq. Son olaraq sizi əmin edirəm ki, bu ölkənin Orucov səviyyəsində kəşfiyyatçısı olmayıb!
 
Qaynarinfo.az
Hüseyn Cəbrayıloğlu 
  • Upvote 1
Link to comment
Share on other sites

Haqqında əfsanələr dolaşan şəhid komandir - RAQUF ORUCOV

15.04.2016, 10:20

 

Vətəni qibləgah edən şəhidlər-IV 


Yazında-yayında Vətənimin yaşıl çəmənli, lalə yamaclı, yasəmən ətirli, torpağı cənnət qoxuyan, payızında yarpaqları xəzan olub, yağışından nur- bərəkət daman, qışında ayazı-şaxtası ilə kəklikləri hürküdən evlərinin damı ağ - Ağadamım!!!

... Və bir gün Vətənin üstünü Şimaldan gələn səmum küləkləri aldı. Bəli, özü şimal olsa da, küləkləri səmum idi. Rusiya Ordusunun  fitvası ilə silahlanan  mənfur ermənilər özlərinin on illiklər ərzində yazıb-pozduqları niyyətlərini aşkar etdilər. Vətənin başını qara buludlar aldı. İçəridə xəyanətlər, arxada düşmən... Yandı Vətənimin bağrı, yandı Odlar yurdum Azərbaycan.

Qan gördükcə vəhşiləşən, qocaya-uşağa baxmayan, hamilə gəlinin balasını qarnından çıxaran,  oğlunun başını anasının gözləri qabağında kəsən ermənilər Vətənimizdə qətliamlar törətdilər. Xocalını yer üzündən sildilər. Bununla da hikkələri soyumadı, böyüklərindən və  havadarlarından  aldıqları təlimata uygun olaraq, bir-bir kəndlərimizi, rayonlarımızı zəbt etdilər.

Leksionumuza uyğun olmayan, tarix kitablarında oxuduğumuz müharibə terminləri gəldi dilimizə. “Səngər, avtomat, pulemyot, təmas nöqtəsi, artilleriya..., düşmən daha bir yaşayış məntəqəsini ələ keçirdi” kimi  sözləri  hər gün, hər saat eşitməyə başladıq.  6-12 yaşında uşaqların da oyun qaydaları dəyişdi. Alınlarına qara sarğı bağlayıb, dava-dava oyunu oynadılar. Hamısının da  istəyi bir idi: erməni öldürürdülər. O erməniləri ki, Vətəni viran qoyub, Qarabağa qarğa kimi qonmuşdular.

Modern.az saytının bu yazısında əfsanəfi komandir Raquf Orucovun həyat hekayətindən bəhs olunur

O ağır günlərdə  hamı kimi, Ağdamın Cinli kəndində yaşayan İbrahim Orucovun ailəsinin dincliyi, güzəranı pozulmuşdu. Atılan top səsləri sərhədyanı bölgələrdə insanlara aman vermirdi. Belə günlərin birində Rusiya Ordusunda yenicə hərbi xidmətə yola saldığı böyük oğlu Raquf  gəlib çıxdı.  Hərbi hissəni özbaşına tərk etdiyindən ailədə hamı təşviş keçirirdi. Özü də hərbi sahədə çalışan İbrahim kişi aparıb oğlunu hərbi hissələrdən birinə yazdırdı. Gün gündən ağır gəlir, hər gün torpaq əldən gedir, obaya-elə nə qədər şəhid gətirirdilər.  Raquf Orucov da  Ağdamdakı hərbi hissələrin birində xidmət edirdi. Vaxtı olanda evə gələrdi. Belə günlərin, ayların birində 3-4 ay gözə görünmədi. Anası  Raya  yaman nigaran idi.  Günlərin birində evə gələndə 3 qardaş və 1 bacı böyük qardaşlarını axsayan gördülər. Sən demə bu üç-dörd ay ərzində qəsbkar ermənilərlə döyüşlərdə, Fərrux dağı və Aranzəmin kəndlərində aparılan hərbi əməliyyatlar zamanı ağır qəlpə yarası alıbmış. Anası və evdəkilər onun yaralandığını görməsinlər deyə, iradəsini toplayıb, bu görüşdən yayınmışdı. Elə həmin günlərdə ermənilərin fəaliyyətləri daha da genişlənməyə başlamışdı. Növbəti həmlələrin birində  düşmən tərəfin atdığı güllədən Raqufun özü ilə yaşıd dayısı Azər Rəhimov həlak oldu.  Bir az keçəndən sonra düşmən Ağdamın ən hündür yüksəklikdə yerləşən Cinli kəndini də  zəbt etməyə nail oldu. Qanlı döyüşlərdə Azərbaycan əsgərləri nə qədər şücaət göstərsələr də, rus ordusunun kömək etdiyi ermənilər onların iradəsini sındıra bilmişdilər. 1993-cü ilin 12  iyun günündə  Orucovlar ailəsini daha bir fəlakət bürüdü. 5 övladın anası Raya Rəhimova namərd düşmən gülləsindən həlak oldu.

Zabil Orucov iradəsini toplayıb qardaşının ömür yolu haqqında danışmaqla sanki  özündə rahatlıq tapmaq istəyirdi:

- Anamı kəndimizdə dəfn edə bilmədik.  Həmin gecə elliklə yaxınlıqdakı Çullu kəndinə daşındıq. Anamın nəşini də gətirib o kənddə dəfn elədik. Səhəri gün, yəni 14 iyunda Çullu kəndi də əlimizdən getdi. Böyük itkilər verdik həmin gün də. Gəldik Hindarx qəsəbəsinə. İyulun 23-ü isə Ağdamın bütün strateji nöqtələri, yüksəklikləri ermənilərin və onların havadarlarının əlində idi.

- Şəhid anamı dəfn edən günü elə bil ki, 20 yaşı olan qardaşım Raquf  böyüdü, yaşlandı. Ondan sonra biz onu qəhqəhə ilə gülən görmədik.Yumruqlarını sıxıb, anamın məzarı üstündə şax dayanmışdı.Gözlərində qisas var idi. Dəfələrlə qardaşımdan xahiş etdik ki, o qəlpələri ayağından çıxartdırsın. Belə söhbət gələndə gülümsünüb, sakitcə üstündən keçirdi. 

O qəlpələr gənc Raqufun yol yoldaşı idi. Hər gün anasızlığın, vətənsizliyin ağrısını xatırladırdı. 

Getdi badə, bu çəməndə qalmadı bir yasəmən,
 Axtarıb nərgiz yerində sən görərsən xarü xəs.
 

Ney kimi sinəmdə vardır möhnətü qəmdən düyün,
Söyləməkçün dərdimi yоxdur cahanda həmnəfəs.
 

Bəzmdən kəsmiş ayağın şahidi-məqsudimiz,
 Gözlərimlə qəlbimin məqsədinə yоx dəstrəs.
 

Ruhu təndə qоymadı dəhrin bu sоnsuz qəmləri, 
Qоymadı könlüm quşunda bir təhəmmül bu qəfəs. 
(M.Füzuli)

Link to comment
Share on other sites

Qərib həsrətinin yuxusu dərin

Orucovlar ailəsi - başda İbrahim kişi olmaqla 14 nəfər ailə üzvü Sumqayıt şəhərindəki yataqxanalardan birində yerləşdilər. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələndi. Qardaşı Zabil Orucov deyir ki, hətta kursant Orucov məktəbdən verilən müavinətləri belə, özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və həyatını qardaşının 4 balasına həsr edib, ailə həyatı belə qurmayan bibisi Səyarəyə verirmiş. 
1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı hərbi hissələrdən birinə təyin edirlər, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murova alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 illi tamam olanda mükafatlananlar sırasında birinci yerdə Raquf  İbrahim oğlu Orucovun adı olur. Həmin ərəfədə “Milli Ordu” qəzetinin müxbirinin suallarını cavablandıran baş leytenant deyir: “Silahın sirrlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən”.

1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur. Hərbi kəşfiyyatın bütün  sirlərinə malik olan Raquf Orucov rəhbəri olduğu tağımda əsgərlərə də bu sirləri öyrədir, hətta hər bir kəşfiyyatçının çiçəklərin, otların , quşların xasiyyətinə bələd olmasının mühümlüyünü başa salır. Elə həmin ildə daha bir uğurlu əməliyyatı olur. İşğal olunmuş Kəlbəcərdə  erməni hərbi hissəsinə girərək, onların səhər  düzülüşünü, eyni zamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan  bütün vacib elementləri və nöqtələri videolentə alır. Fikirləşərsiniz ki, bunu necə edib?! Artıq bu əməliyyat hərbi sirr olmadığından, onun detallarını açmaq olar. Bu əməliyyata gedənə qədər Raquf Orucov erməni dilində danışmağı öyrənir. Və bu dili bilməyi onun köməyinə çatır. Ancaq fikirləşəndə ki, təkbaşına gedib, erməni taborunun içərisinə girəsən və hərbi hazırlıq prosesini çəkəsən... 
Adətən belə səhnələri kinolarda görmüşük. Bu əndazədə olan uğurlu əməliyyat və videogörüntülər dərhal respublika prezidenti Heydər Əliyevə çatdırılır. Kəşfiyyatın sirlərinə , bütün mexanizminə malik DTK  generalı Heydər Əliyev Raquf Orucovun mükafatlandırılması üçün əmr imzalayır. Ali Baş Komandan Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunur. 
2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə komandanlıq da ona tapşırılmışdı. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi  təyin olundu. Buradan vətənin havasını hər gün duyurdu.  Hara getsə, Ağdam onu çəkirdi.

Qərib həsrətinin yuxusu dərin,
Torpağı oyanmaz, suyu oyanmaz.
Yolu sərhədlərə dikilənlərin,
Axar gözlərinin yaşı dayanmaz.
(N.Kəsəmənli)

Link to comment
Share on other sites

Qalibiyyət gecəsi

2014-cü ilin avqust ayında Azərbaycan Ordusu yeni bir sınaq qarşısında idi. Ordumuzun Vətən keşiyində dayanan müsəlləh əsgərləri avqust ayının əvvəlində 3 günlük döyüşlərdə  şücaət göstərək həlak oldular. Həmin döyüşlərdə Qərargah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər səngiyəndən sonra, Sumqayıta  atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələn Raquf Orucov kiçik qardaşı Zabildən xahiş edir ki, ayağındakı çəkmələri çıxarmağa ona yardım etsin.
Zabil deyir ki, həmin gün çəkmələri onun ayağından güclə çəkib çıxarıb. 

“Ayaqları şişib çəkmə ilə bir olmuşdu. Sən demə o qızğın döyüşlər başlayandan 5 gün ərzində, çəkmələr ayağından çıxmayıb”. 

Evində  axşama qədər istirahət edəndən sonra, Raquf Orucov elə həmin gecə yenə də hərbi hissəyə qayıdır...  

Bu il martın 31-də  Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Samittində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi. Aprelin 1-də isə ABŞ rəhbərliyi ilə çox səmimi görüş keçirildi. ABŞ prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğuladı. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirdilər.  
Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirak etdiyi bu görüşdə Azərbaycan, Qzaxıstan və Türkiyə prezidentlərinin mehriban görüşmə səhnələri Şimal qonşumuzu çox mütəəssir etdi. 

Elə həmin gecə, aprelin 1-dən 2-nə keçən gecə, Ermənistanın separatçı və quldur rejimi sahiblərindən aldıqları göstərişə əsasən, yenidən təxribata əl atdılar. 22 ildən bəri hər gün pozulan atəşkəs rejimini bir daha pozdular. Və bu dəfə... artıq səbrlər tükənmişdi. Azərbaycan Ordusu öz torpaqlarında olan quldurlara əks-hücumla cavab verdilər. Ağdam, Füzuli, Tərtər  rayonunun bir sıra yaşayış məntəqələri, o erməni silahlı birləşmələrimiz növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalırdı. Döyüş 4 gün davam etdi. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra, istəmədiyimiz atəşkəs razılığı əldə olundu.

Azərbaycan Ordusu dörd  gün ərzində xeyli hərbçi itirdi. Lakin bir neçə ərazimizi də geri aldı. Həmin gecə Azərbaycan Ordusunun əsgərləri bizə qalibiyyət sevincini yaşatdılar. O anı 23 il idi ki, gözləyirdik. O anın həsrətində idik. Bilirdik ki, Vətən torpaqlarının geri qaytarılmasında yenə şəhidlər vermişik. Yenə qurbanlarımız var. Yenə Vətən oğulları, gözlərini qırpmadan düşmənlə döyüşə girib, qalib oldular.  Ordumuz  ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardı. Ermənistan qoşunlarına bir daha öz yerini göstərdi. 
Ölkəmizdə bir təlatüm yaşanırdı. 22 il gözləyən xalq, gənclər küçələrə, meydanlara axışıb savaş istəyirdilər. Şəhid olan, torpaqlarımızı geri alan əsgərlərimiz insanlarda Orduya inamı yüksəltmişdi.



Şəhidlər ölməz, vətən bölünməz

...Vətən fədailərinin üçrəngli bayrağımıza bükülən tabutları evlərinə gətirilirdi. Yenə neçə arzu ürəkdə, neçə kam gözdə qaldı. Zəng gözləyən telefonlar susdu. 4 aprel gecə saat 23.30-dur. Sumqayıtdakı 14-cü məhəllədəki binanın qarşısında böyük izdiham toplaşıb. Polkovnik-leytenant  Raqub Orucovu qarşılamağa çıxmışdı komandirin əsgərləri, sümqayıtlılar. Onun yaşadığı binanın həyətində  yüzlərlə insan toplaşmışdı. Həmişə evinə, balalarının görüşünə sevinə-sevinə tələsən komandiri indi zabitlər çiyinlərində gətirmişdilər. Sumqayıt şəhidi "Şəhidlər ölməz, vətən bölünməz!" şüarıyla, coşqu ilə, alqışlarala qarşıladı. Hamı Raqub Orucova əsgər salamı verdi. Lakin komandir ilk dəfə əsgərlərə “sayqısızlıq” göstərdi, salamlarını almadı. Gənclər Vətən şeirləri söylədilər. Azərbaycan himnini, “Marş irəli,Azərbaycan əsgəri” oxudular. Həmin anda Fəzlullah Nəimi və İmadəddin Nəsiminin müridləri düşdü yadıma. Onlar da ustadlarını  belə yola salmıdşılar. Yadınızdadırsa, Nəsiminin bu beytini oxuyurdular:

Fəzli-həqdir vaqifi-əsrarımız,
Fəzli həqdəndir qamu ənvarımız.
Fəzli-həq göstərmiş idi karımız,
Fəzli-həqdir, Fəzli-həq memarımız.  



Həmin gecə sumqayıtlılar, qərargah rəisi Raquf Orucovun əsgərləri onun yetişdiyi  HAQQ məqamına inandılar. 

... Bir elin, bir elatın, bütün Azərbaycanın sevimlisi olan hərbçi zabitin tabutunu qucaqlayan bibisi Səyyarə saçlarını yolurdu. 
“Kişilər ağlamaz” deyirlər. Ancaq bu oğul itirən atalara aid deyil axı. Otaqların birində səssiz ağlayan bir yaşlı kişi gördüm. Gözünün yaşı dayanmırdı. Dağ boyda İbrahim kişi yumağa dönmüşdü. Nələr gəlib keçirdi gözlərinin önündən. Həyat yoldaşı Raya vəfat edəndən sonra, balalarını ögey ana əlinə vermədi. Anası-bacısı ilə onları pərvazlandırdı. Qəhrəman oğlu Raqufun Ordu sıralarında qazandığı uğurlarına sevinirdi... O, belə arzulamamşıdı. Raqufun böyük oğlu Aqşin gəldi babasının yanına. Onda İbrahim kişinin üzünə bir də baxdım. O kədəri, o ağrını söz yazmaqda acizdır. O mərd kişinin şəklini çəkən rəssam gərək idi... Qovrulurdu, yanırdı, atanın ürəyi. Arxası, dayağı getmişdi onun evindən, elin əlindən.

Komandir Raquf Orucovu qarşılayan gənclər daha sonra Şəhidlər xiyabanına getdilər. Sumqayıt Şəhidlər xiyabanında uyuyan 399 şəhidə xəbər apardılar, gözaydınlığı verdilər ki, onların məqamına yüksələn bir Vətən oğlu da gəlir.

Link to comment
Share on other sites

Sevincini itirən Sevinc

Əslində keçdiyi həyat yolu, Vətən yolunda göstərdiyi xidmətlər qarşılığında  generallardan da böyük GENERAL Raquf  Orucovun həyat yoldaşı ilə baş tutan görüşümüzdə öyrəndim ki, 1998-ci ildə ailə həyatı qurublar. İxtisasca hüquqşünas olan Sevinc xanım Raqufun ailəsinin yaşadığı yataqxanaya gəlin gedib. Bir az sonra isə elə əslində onun da əsgərlik həyatı başlayıb. İlk oğlanları Aqşin Hacıkənddə dünyaya gəlib. Sonra soyuq bir qış günündə zabit həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova gedib. Buraların soyuğu, sazağı qorxutmayıb bu şəhər qızını. Necə deyərlər, “yar yolunda boran olar, qar olar”. Bir qayda olaraq, Vətən torpaqlarının keşiyini çəkən komandir heç zaman ailəsini görməyə gəlmirdi. Bütün çətinliklərə rəğmən, ailəsi onu görməyə gedirdi... Düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durdu Sevinc xanım. 

Sonuncu görüşləri isə Novruz bayramı ərəfəsində martın 21-22-də olmuşdu. Bayram süfrəsi ətrafına bütün qardaş-bacılar yığışdılar. Həmin gecə Zabil qardaşından xahiş edir ki, “balaca uşaqlarla da bir şəkil çəkdir”. Qardaş- bacının kiçik uşaqları və Raqufun  kiçik oğlu- komandirin yanında düzlənərək şəkil çəkdirirlər. Son şəkil. O şəkildə hamı elə xoşbəxtdir ki...



Sevinc xanım söhbətinə davam edərək dedi ki, Raqufla ər-arvad məhəbbəti deyil, başqa bir sevgi var idi aralarında. O sevginin adı “EŞQ” idi. Onlar bir-birini ruhən anlayırdılar. İndi ruhu göylərə uçduğundan , Yerdə rahatlıq tapa bilmir sevincini itirən Sevinc xanım.

Nəslin mənə nоvruz, gecəsi оldu müyəssər, 
Sanki о gecəm gündüz ilə оldu bərabər.

Salmasın Tanrı məni оl sərv bоylumdan cida,
Ayrılıq göstərməsin eşq əhlinə hərgiz xuda.       
(Məhəmməd Füzuli)

Heç inanmazdı ki, nə vaxtsa evinin, başının taxtı-tacı gedib qayıtmayacaq. Həmişə arxayın idi, həmişə qayıdırdı.

Link to comment
Share on other sites

Əsgər  Vətən əmanət

İstər kiçik qardaşı Zabilin, istər həyat yoldaşı Sevinc xanımın xatirələri, şirin söhbətləri bitib-tükənmək bilmir. Deyirlər ki, dünya nemətlərində gözü olmayıb. Yeməyin ən yaxşısını əsgərləri ilə bölərmiş.  Sevinc xanım onu da deyir ki, Azərbaycan Ordusunun bu şərəfli zabitinə layiq olduğu “Milli Qəhrəman” adının verilməsi üçün mücadilə aparacaq. Elə bu vaxt qapının zəngi çalındı. Başsağlığına gələn var idi. Özü tanışlıq verdi.  “Arzuman Həsənzadə”. Dedi ki, 2009-cu ildə batalyon komandiri Raquf Orucovun əsgəri olub.  9 ay ərzində isə köməkçisi, bəzən də sürücüsü qismində çalışıb. Şəhid xəbərini eşidən kimi komandirin ailəsinə baş çəkməyi özünə borc bilib. Söhbətlərindən belə məlum oldu ki,  batalyon komandirinin  zabit müdrikliyi var imiş. Onun bölüyündə qulluq edən əsgərlər fərarilik nə olduğunu bilmirdilər. Hərbi intizam müqəddəs bir qayda, pozulmaz norma kimi gözlənilirdi. Əsgərlərə telefon işlətməyi belə, qadağan edibmiş. Onlara deyirmiş ki, “mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin”.  Onun  komandir, qərərgah rəisi olduğu bölgələrdə əsgərlər çox yüksək həvəslə, cəsarətlə, məsuliyyətlə hərbi tapşırıqları yerinə yetirirdilər.  Arzuman Həsənzadənin  danışdığı bir maraqlı hadisə:

- Komandirin etibarını qazanmışdım. Bir gün Ağdamın çıxışı tərəfə getdik.  Dedi ki, “məni gözləyin, səhərə qədər gəlməsəm, çıxın gedin”. Səhərə yaxın bir də gördük gəldi. Paltarı qan içindəydi. Mənə verdi ki, camaşırxanaya aparım Heç nə soruşmadıq. Sonra mən ordudan təxris olanda bildim ki, sən demə həmin gecə Ağdamın Çullu kəndinə keçib, anasının qəbrini ziyarət edib. Və həmin gecə də bir neçə düşməni məhv edibmiş. Təbii ki, tam təfərrüatını bizə demədi. Ancaq o zaman anladım ki, demək komandir, anasıının, doğmalarının qəbrini tez-tez ziyarətə gedirmiş.  



Arzuman deyir ki,  bir dəfə komandir balıqdan zəhərlənir. Tez Bakıda həkim işləyən atasına zəng vurub, necə kömək edə biləcəyini soruşur. Atasıının təlimatına əsasən, Ağcabədidən dava-dərman gətizdirir, bundan sonra ilk yardım olunur. Səhər ayılanda Arzumanı başı üstündə görüb deyir: “Bundan sonra mənim dostumsan!”. Və yenə də heç nə olmayıbmış kimi, batalyonu yoxlamağa gedir.



Raquf Orucovu başqalarından  fərqləndirən cəhətlərdən biri də o idi ki, o əsgəri zabitin ayağına vermirdi. O bilirdi ki, əsgər Vətən əmanətidir. Özü şəxsən gedib, ön cəbhəni, əsgərləri yoxlayırmış. Və əsgərləri iki qrupa bölürdü: ayıq və sayıq. Deyirdi ki, ayıq əsgərlərin gecələr gözləri açıq olur, sayıq əsgərlərin isə beyni daim işləyir. Komandiri heç vaxt gülən görməzmişlər. Gözlərinin kənarında qırışlar əmələ gələndə bilirdilər ki, gülür. Azərbaycanın elə kəndi, elə rayonu-şəhəri, məhəlləsi yoxdur ki, orada onun şinelindən çıxan əsgər olmasın. 
Bir dəfə Ağdam rayon İcra Hakimiyyətində əsgərlər üçün su istəyib. Gətirilən suyun dadına baxıb, geri qaytararaq deyib ki, “bu mən istəyən bulağın suyundan deyil, mənim əsgərlərim saf su içməlidirlər”.  
Komandir belə  oğul idi. Ondan bir də olmayacaq.

Link to comment
Share on other sites

“Mən ailəmə pul göndərə bilmirəm...”

Şərəfli hərbçi Raquf Orucovun şəhidlik xəbəri çıxandan sonra, sosial şəbəkələrdə onun haqqında bir dənə də olsun incik sözə rast gəlmədim. Dostları, əsgərləri barəsində əfsanələr yazırdılar. Və onun əsgərlərindən olmuş jurnalist Zamin Hacının yazdıqları diqqətimi cəlb etdi:

“1999-cu ildə Murovda əsgərlikdə olarkən həmin Orucov  bizim briqadanın kəşfiyyat bölüyünün komandiri idi. Haqqında əfsanələr danışırdılar. Doğrudan da çox igid adam idi. Belə insanlar dünyaya tək-tək gəlir. 1999-un yayında təsadüfən lap yaxından tanımışdım onu. Mən jurnalist kimi ordudan yazdığım üçün, Əbiyevin cəzası olaraq Murova xidmətə göndərilmişdim. Orda da gördüklərimi gizlicə qələmə alırdım, gündəlik tuturdum. Bir gün yenə Kürəkçayın qırağında oturub, gizlincə bloknota qeydlər edərkən kimsə əlimi arxadan tutdu (əsl kəşfiyyatçı - elə gəlmişdi xəbərim olmamışdı). Diksindim. Gördüm bir gənc zabitdir. Bloknotum əlində idi, açıb başladı oxumağa, gülümsündü. Açığı qorxdum ki, məni qərargaha satacaq, cəzalanacam-filan. Amma ağardığımı görüb güldü, dedi ki, “qorxma, mən də sənin kimi əsgərəm, yazdıqların hamısı da düzdür”. Bizdən azca aralıdan Göygölə yol gedirdi. O yola baxıb kədərlə dediyi sözlər yadımdan çıxmır: "Mən ailəmə pul göndərə bilmirəm, varlıların uşaqları burda maşınla şütüyür".Onun zamanında bizim kəşfiyyat bölüyü bütün korpusda birinci idi. Adam o cür ağır şəraitdə əsgərləri üçün saunaya bənzər hamam düzəltmişdi! Çox peşəkar, cəsur adam idi”.

Yol gedir Şəhidlər xiyabanına



Aprelin 5-də Sumqayıt Şəhidlər xiyabanı 400-cü şəhidini qoynuna aldı. Raquf Orucov  övladından çox sevdiyi Vətən torpağına qarışdı. Həmin təntənəli dəfn mərasimində Azərbaycan bayrağına bürünən, məğrur duruşlu göyçək bir oğlan da var idi. Qəhrəman və sərkərdə atasını ŞƏHİDLİK MƏQAMIna  şahidlik edənləri  görəndə, yamanca vuqarlandı. Ayrılıq məqamlarında atası həmişə anasını ona tapşırırdı. İndi onun kiçik çiyinlərində böyük bir yük var idi. Atasının dünya boyda zabit şərəfini qorumaq. Atasının Azərbaycan bayrağına bürünmüş tabutunu gətirəndə bükülmüşdü, kiçilmişdi. Sonra  o izdihamı, o insanları görəndə ürəyi fərəhlə, könlü qürurla doldu. Şəhid atasını dəfn edən gün elə bil ki, 16 yaşı olan Aqşin böyüdü. Yaşlandı. Ancaq darıxacaqdı. Axı atası hər zaman evə gələndə, çalışardılar ki, səs-küy salmasınlar, çünki ata istirahət etməli idi. Hətta kiçik qardaşı deyərdi ki, yenə kazarma rejimi başladı. Söhbətlərinin birində atasına demişdi ki, gələcəkdə diplomat olmaq istəyir. Soruşdum ki, diplomat olub neyləmək istəyirsən?! Dedi ki, “Azərbaycanın maraqlarını, xeyrinə olan məsələlərini, dünyaya sülh çağırışlarını danışıqlar yolu ilə həll etmək istəyirəm. Ancaq atasızlıq çətin olacaq, hamı dağılışandan sonra, darıxacam atam üçün”.

Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!
Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida! 

Yüz yara almış bu sinəm asitanında sənin, 
Böylə güllər bəxş edərmiş оl gülüstan, əlvida!

Tərk edib eşqin diyarını, əlibоş getmərəm,
Sinədə qəm yüklərim var, didədə qan, əlvida!

Dоstlara etdim tədarük cürbəcür sоvqat mən,
Kəhrüba sоlğun üzümdə, gözdə mərcan, əlvida! 
 (M.Füzuli).






ARAYIŞ: O qanlı döyüşşlərdə Ağdam şəhəri 6 minə qədər şəhid vermişdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, 1 şəhər və 80 kəndi işğal altında qaldı. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Onların 17 mini yaşlı nəslin nümayəndəsi idi. 2015-ci ilin statistik göstəricilərinə nəzər salanda isə məlum olur ki, Ağdam rayonunda olan 191 min nəfər əhalidən 90 min nəfəri hazırda həmin rayonun ərazisində yaşayır. Öz yurdlarından məcburi kökçün düşmüş  34516 ailə və 146931 min nəfər  respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.Yeni salınmış 18 qəsəbədə hazırda 4990 ailə, 25708 nəfər yaşayır.

Aida Eyvazova

 

http://modern.az/az/news/101055/#gsc.tab=0

Link to comment
Share on other sites

`Murov qartalı`nın əfsanəvi əməliyyatı: şəhid polkovnik Raquf Orucovun kəşfiyyat qrupu 7 əsgərimizi əsirlikdən necə xilas etmişdi?

  • 30.06.2016  
  • Murad Mirzəyev, Elnur Əliyev, Samit İmanov, Raquf Orucov, Dilsuz Qarayev, Bəxtiyar Hüseynov, Nicat İsgəndərov, Sarvan Mehrəliyev...

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır. Onların bu il aprelin əvvəlində cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, Birinci Qarabağ müharibəsində məğlub olmuş Azərbaycan Ordusunu qalib orduya çevirə bildilər. Elə öz adlarını da Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar. 

... Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, oçerklər yazılır, barələrində mahnılar qoşulur. Hər birinin məzarı bütöv Azərbaycan xalqının müqəddəs ziyarətgahına, Vətən, torpaq, Qarabağ nisgili ilə yaşayan gənclərin isə and yerinə çevrilib. Aprel şəhidləri arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. O, sözün əsl mənasında qəhrəman idi! Raqub Orucovun düşmən arxasında uğurla həyata keçirdiyi bir neçə xüsusi əhəmiyyətli əməliyyatlar var ki, bunlar Azərbaycan Silahlı Qüvvələrinin tarixində nadir əməliyyatlardan sayılır. Raquf Orucov Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan ilk hərbi hissə komandiridir. Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və "İgidliyə görə" medallarına layiq görülüb. Şəhidlik zirvəsinə yüksəldikdən sonra isə... 

Aprel döyüşlərində şəhid olmuş bu qəhrəman kəşfiyyatçı-zabitin məzarını təkcə qərənfillər deyil, həm də müxtəlif illərdə komandiri olmuş əsgərlərinin məktubları ilə al-əlvandır. Sumqayıtdakı Şəhidlər xiyabanında uyuyan polkovnik-leytenant Raquf Orucovun məzarının üstü həmişə məktublarla doludur. Bu məktubların əksəriyyəti keçmişdə şəhid polkovnikin əsgəri olmuş gənclər tərəfindən yazılıb. Düz 3 aydır mətbuatda, sosial şəbəkələrdə hər kəs şəhid komandirin şücaətindən, qəhrəmanlığından danışır. Cəmi 42 il ömür sürməsinə baxmayaraq, həyat və döyüş yolu o qədər zəngin, keşməkeşli və nüminəvi olub ki, Raquf Orucov haqqında danışılan xatirələr, dildən-dilə gəzən qəhrəmanlıq hekayətləri bitib-tükənmək bilmir. 

Raquf Orucov 1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Cəmi 1 il Rusiyada xidmət edikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatları eşidib və dərhal Azərbaycana qayıtmaq barədə qərar qəbul edib. Azərbaycana qayıtdıqdan sonra könüllü olaraq Ağdam rayonundakı özünümüdafiə batalyonuna yazılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılıb. 

Sıravi döyüşçüdən peşəkar kəşfiyyatçıyadək

Raquf Orucovlar ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib. Qardaşı Zabil deyir ki, Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Oruçov olub: “Kəşfiyyat bölüyünün komandiri kimi bu işin əsas ağırlığı Raqubun üzərinə düşürdü. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998-ci ildə işğal altında olan Kəlbəcərdə olmuşdu. Raquf Kəlbəcər rayonunda kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə edib və həmin tədbirdən gizli videoçəkiliş aparmışdı. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdi”.

Şəhid polkovnikin komandiri olmuş Rasim Fərşidov həmin məşhur əməliyyat barədə daha məlumatlıdır: “1998-ci il idi. Kəlbəcərin Yanşaq kəndi istiqamətində kəşfiyyat məlumatlarının toplanması, videoçəkiliş üçün kəşfiyyat qrupuna həmin əraziyə getmək barədə əmr verilmişdi. İki qrup müəyyənləşdirdik. Bir qrupda bölük komandiri kimi Raqufun, digərində isə tağım komandirinin dəstəsini seçdim. Özümü də bu iki qrupa zəruri yardım məqsədilə köməkçi dəstə kimi yazdım. Hazırlaşıb yola çıxdıq və axşama yaxın təmas xəttindəki ən son posta çatanda tağım komandiri qəflətən öskürməyə başladı. Planımız belə idi ki, səhərə yaxın təmas xəttini o tərəfə keçməliyik. Amma tağım komandirinin gecə səhərə qədər öskürməsi planımızı pozurdu. Raqufla məsləhətləşdik və qərara aldıq ki, əməliyyatı onun komandiri olduğu qrup təkbaşına həyata keçirəcək. Onun 6 nəfərdən ibarət kəşfiyyat dəstəsi videokamera ilə yola düşdü. Qrup üzvləri Ömər aşırımından Yanşağa qədər uzaq bir məsafə getməli idilər. Lazım olan məntəqəyə çatanda əlaqə saxlayıb apardıqları müşahidələr barədə məlumat verirdi. Bildirdi ki, erməni əsgərləri səhər düzülüşünə dayanıblar, onları çəkirəm. Bir qədər sonra, təxminən səhər saat 8 radələrində yenidən əlaqə saxladıq, dedi ki, düşmən məni görür, nə etməli olduğumu bilmirəm. Çünki bir tərəf açıqlıqdır, yerimi dəyişsəm təhlükə bir qədər də artacaq. Soruşdum ki, qərarın nədir? Dedi ki, qərar qəbul edirəm ki, geri qayıdaq. Dedim geri qayıdın, Allah eləməmiş, bir hadisə baş versə mənə xəbər elə ki, buradan sizə dəstək verə bilək. Səhər saat 10-da onunla belə bir qərar qəbul etdik. Axşam saat təxminən 7 radələri idi, məlum oldu ki, Raqufgil gəlib düşmənin arxasında aşağıda mövqe tutublar, amma yuxarıda ermənilərin postu yerləşdiyindən hərəkət edə bilmirdilər. Qrupun bütün heyəti erməni postundan aşağıda dərənin içində qaldı. Biz də endik dərəyə ki, onlara kömək edək, çünki yükləri vardı deyə yuxarı qalxmaq çətin idi. Bu ərazi elə bir yer idi ki, yalnız kəndirlər vasitəsilə dərənin dibindən yuxarı qalxmaq olardı. Bu cür çətinliklərə baxmayaraq, biz o əməliyyatı da uğurla başa vurduq. Raquf Orucov qayıdıb gələndə bütün briqda sevincindən özünə yer tapa bilmirdi. Axı, igid kəşfiyyatçılarımız salamat qayıtmış, lazım olan məlumatları da toplayıb gətirmişdilər”. ...
  • Upvote 1
Link to comment
Share on other sites

“Şəhid polkovniklə şəxsi ədavəti olub” -GENERALA QARŞI NÖVBƏTİ İTTİHAM

nəcməddin (1).jpg   

"Raqub Orucova, ümumilikdə aprel şəhidlərinə əsas hörmətsizliyi və səhlənkarlığı Müdafiə Nazirliyinin bu işə məsul adamları edib”. Criminal.az saytı politika.az-a istinadla xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu açıqlayıb.

Onun sözlərinə görə, R.Orucova qarşı qərəz isə şəxsən müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovdan gəlir: "Raqubla şəxsi ədavəti olub. İndi də ailəsinə qarşı davam etdirir. Ona biri başa salsın, desin ki, dayan”.

Qeyd edək ki, aprel müharibəsində qəhrəmanlıqla şəhid olan polkovnik-leytenant Raqub Orucova hələ də Milli Qəhrəman adı verilməyib. Orucovun ailəsi də Müdafiə Nazirliyinin göstərdiyi münasibətdən gileylidir. Onun qardaşı Zabil Orucov müdafiə naziri Zakir Həsənova növbəti dəfə müraciət edib.

http://www.criminal.az/cemiyyet-5/sehid-polkovnikle-sexsi-edaveti-olub-generala-qarsi-novbeti-ittiham-9800

 

Link to comment
Share on other sites

Şəhid polkovniki niyə mükafata layiq bilmədilər? - Hec kəsin dilinə gətirmək istəmədiyi sirri tanınmış jurnalist açdı

"Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan bu polkovnik-leytenant Raquf Orucova heç bir mükafat verilmədi. Səbəblərini ölkədə çox adam bilir, ancaq kimsə dilinə gətirmək istəmir. Əgər Raquf Orucov həyatını bizim uğrumuzda qurban veribsə, biz niyə qorxub həqiqəti deməyək?" 

Koordinat.az xəbər verir ki, bu çağırış-müraciəti tanınmış jurnalist, vaxtilə şəhid polkovniki əsgəri olmuş Hacı Zamin özünün "Facebook" səhifəsində yazıb. Tanınmış jurnalist şəhid polkovnikin layiqincə qiymətləndirilməməsinə, onun fəxri adla təltif olunmamasına görə ordu rəhbərliyini günahlandırıb. O, şəhid polkovnik Raquf Orucovun layiq olduğu şəkildə qiymətləndirilməməsinin səbəblərini artıq açıq şəkildə söyləməyin vaxt çatdığını da qeyd edir: "Mən açıq yazıram: bu adama mükafat verilməməsinin, ümumiyyətlə sağlığında da çox sıxışdırılmasının əsas baisi Müdafi Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovdur. Sadıqovun Orucova nifrətinin isə kökü var. Bir dəfə Orucov Sadıqovun hansısa əsgərin qanunsuz evə buraxılması (adı hissədə getsin, özü evdə) əmrini yerinə yetirməyibmiş. Təəssüf ki, orduda zabitlərin çoxu bu əhvalatı bilir, amma qorxudan səslərini çıxarmırlar. Çünki Nəcməddin Sadıqov çox kinli, əlindən hər cür pislik gələn şəxsdir. Heç kim başının ağrımasını istəmir. Ona görə də millət uğrunda başını qoyan oğullar adsız qalır".

 

http://koordinat.az/meqale.php?id=9315

Link to comment
Share on other sites

Insan bir vəzifədə 5 il qalarsa yetişər, yeri dəyişməlidir. N. Sadıqov 23 ildir bir vəzifəni tutub dürüb, o nəinki yetişib çoxdan dəyib. Qırıb atmaq lazımdır. Sadəcə olaraq belələrini qırıb atacaq xalq yetişməyib.. Nə qədər ki, xalq oyanmayır həmişə belə əziyyət çəkəcək belə manqurtların ucbatından..

 

Edited by gapgara
  • Upvote 1
Link to comment
Share on other sites

7 часов назад, umniy Nxcivanli сказал:

Hələ çox məlumatlardan xəbərsizik. Allah səbrimizi kəssin.

 

28 минут назад, gapgara сказал:

Insan bir vəzifədə 5 il qalarsa yetişər, yeri dəyişməlidir. N. Sadıqov 23 ildir bir vəzifəni tutub dürüb, o nəinki yetişib çoxdan dəyib. Qırıb atmaq lazımdır. Sadəcə olaraq belələrini qırıb atacaq xalq yetişməyib.. Nə qədər ki, xalq oyanmayır həmişə belə əziyyət çəkəcək belə manqurtların ucbatından..

 

 

Link to comment
Share on other sites

  • 5 years later...

Deputat ölərsə, 103 min manat, şəhidə 11 min manat sığorta pulu verilir - AÇIQLAMA

 

http://azfakt.com/photos/BeFunky-collagepng-1637306083.png

 
 

 

 
Son zamanlar Milli Məclisin bəzi üzvləri özlərinin və parlamentdə çalışanların maaşlarının artırılması ilə bağlı təkliflər səsləndirirlər.
 
Bu günlərdə isə parlamentin iclasında kirayədə qalan deputatlara və onların köməkçilərinə evlərin verilməsini tələb ediblər. Bu təkliflər isə cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət hesab edir ki, deputatların hazırkı əmək haqları onların ehtiyaclarını qarşılamağa yetir.
 
Bakıvaxtı.az xəbər verir ki, öz əməkhaqlarının artırılmasını tələb edən deputatların aylıq vəzifə maaşı “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə əsasən 1732,5 manatdır.
 
“Milli Məclisi deputatının statusu haqqında” qanunun 30-3-cü maddəsinə (Sığorta məbləği və sığorta haqqı) əsasən hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Yəni deputat vəfat edərsə, ən azı 103 min 920 manat sığorta pulu verilir.
 
Sığorta üzrə ekspert İlkin İbrahimov Bakıvaxtı.az-a bildirib ki, belə hal hərbçilərə nisbətdə ədalətsizlikdir.
 
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna əsasən Müdafiə Nazirliyinin tabeliyində xidmət edən bütün əsgər və zabitlərə maksimum 11 min manat məbləğində sığorta kompensasiyası verilir. Bu təminat eyni zamanda yüngül, ağır xəsarət hallarında həmin məbləğin daha az faiz nisbəti sığorta kompensasiyası üçün nəzərdə tutulur. Ölkəmizdə məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi sığortası, eyni zamanda FHN, DTX və digər hərbi birləşmələrin sığorta kompensasiyası kifayət qədər yüksəkdir. Yəni onların maksimal sığorta kompensasiyası əmək haqlarının 5 illik məbləği qədərdir.
 
Bu hal hərbçilərə nisbətdə ədalətsizlikdir. Yəni təsəvvür edin ki, ordu generalı vəfat edirsə, ona cəmi 11 min manat sığorta kompensasiyası ödənilməlidir. Lakin digər qeyd etdiyimiz birləşmələr və Milli Məclisin deputatları üçün sığorta pulu onların əmək haqqlarının 5 illik cəmi müəyyən edilir”, - deyə ekspert bildirib.
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 32 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Haha
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...