Lazım olan vaxtda, lazım olan yerdə ölmək, Lazım olan vaxtda, lazım olan yerdə olmaq kimidir (vacibdir)
* * *
Əvvəl ölümdən qurtula bildiyinə görə sevinirsən, sonra uzun illər yaşayaraq vaxtında ölmədiyinə görə peşman olursan.
Həyat mənim üçün iki hissəyə ayrılır. Birinci hissə - atam ölənə qədər, ikinci hissə - atam öləndən sonra. Hərdən içimdə həyatın daha bir-neçə hissəyə parçalanacağı qorxusu yaranır. Yəqin həyatla bir yerdə mən özüm də hissələrə parçalanacağam.