Jump to content

Mən küləyəm...


F@y@

271 views

 

 

Mən ölsəm, yox olsam çinar kimi solaram

Bilsəm ki xoşbəxtsən bəxtəvər olaram

Amma unutma ki mən qayıdaram

Ötən günlər limanına

Ordan yuxuna qonaq gəlib, 

öpüb oyadaram...

 

Mən küləyəm, mən küləyəm məni sınama

Mən özgəyəm, mən özgəyəm 

Məni saxlama

Cənnətdən qovulmuş şeytanam

Məni qınama.

Mən küləyəm , mən küləyəm 

Məni sınama...

 

Necə qaranlıq, necə süküt var

Bura kölgələr ölkəsi

Bura öz dünyam, bura çox viran

Bura çağırmam hər kəsi

Bəlkə bir gün mən yenə qayıdaram

Ötən günlər limanına

Ordan yuxuna qonaq gəlib

Öpüb oyadaram...

 

Mən küləyəm, mən küləyəm məni sınama

Mən özgəyəm, mən özgəyəm 

Məni saxlama

Cənnətdən qovulmuş şeytanam

Məni qınama.

Mən küləyəm , mən küləyəm 

Məni sınama...

 

Səsimin qəmli notlarısan sən bunu anla

Səmalara açılmış qanadımsan

Yadında saxla

Sönülsüz qəmli otaqımsan 

Günəşim olma

Mən Küləyəm, mən küləyəm

Məni qınama...

 

images-1.jpg.921670030f8de28a4eba43dfeac92b21-1.jpg.283a5aebf1ffb2e65e35a2928a665cc6.jpg

  • Like 2

0 Comments


Recommended Comments

There are no comments to display.

Guest
This blog entry is now closed to further comments.
×
×
  • Create New...