Müalicəsi mümkün olmayan nikbinlik
Çoxdandır müşahidə edirəm ki, mən dəhşətli dərəcədə nikbin insanam. Hətta pis hadisə baş verəndə belə onu ancaq yaxşı tərəfdən görürəm. Çox az şey var ki, ürəyimə salıram. Buna görə məni bəzilər daşürəkli sayır (çünki, onlara təsir edən axmaq-axmaq şeylər mənim heç vecimə də deyil), amma bu onların problemidir. Bugün səhər telekanalların birində Bxət üzüyü tamaşasından bir fraqmentə baxarkən şair Moşunun məhşur "optimist nəslin optimist nümayəndəsi" ifadəsini bir daha eşitdikdən sonra belə başa düşdüm ki, bu ifadə əsl mənlikdir. Axı mənim babalarım da çox nikbin insanlar olublar. Yəqin bu da genlə gələn bir şeydir.
Nə isə, kitabın digər fəsilləri də hazırdır, daxil olmuşdum ki, onları da attach edim, amma sən demə adi istifadəçilərə burada fayl attach etməyə icazə vermirlərmiş. Görək, Cheltis müəllim bizə icazə verəcəkmi? Mən nikbin insan kimi belə hesab edirəm ki, Cheltis müəllim icazə verəcək, icazə verməsə belə biz bir şey fikirləşərik :)
Yeri gəlmişkən, kitabla bağlı fikirləri olanlar, tənqid etmək istəyənlər, yıxıb-sürümək istəyənlər mənə [email protected] ünvanına yaza bilərlər.
P.S. (13.05.08) Cheltis müəllim deyəsən bizim xahişimizi yerinə yetirə bilmədi. Kim digər fəsilləri istəyirsə mənə [email protected] ünvanına yaza bilər
8 Comments
Recommended Comments
Create an account or sign in to comment
You need to be a member in order to leave a comment
Create an account
Sign up for a new account in our community. It's easy!
Register a new accountSign in
Already have an account? Sign in here.
Sign In Now