Jump to content
  • entries
    3
  • comments
    4
  • views
    1,799

Qoyunlar yeyəcək canavarları...


Кельт

449 views

Allah sene rehmet elesein, Nusret Kesemenli. Осмысленно и актуально..очень актуально.

Qoyunlar yeyəcək canavarları...(Nüsrət Kəsəmənli)

Yolunnan getməyə sələf tapılmır ,

Ucundan tutmağa kələf tapılmır ,

İndi ot tapılmır , ələf tapılmır ,

Qoyunlar yeyəcək canavarları .....

İstilər çəkilib , sərt sazaq qalıb ,

Qurdlar perik düşüb , yalquzaq qalıb ,

Kababçün qalanan bir ocaq qalıb ,

Qoyunlar yeyəcək canavarları ......

Qabanlar nəvəni , babamı yedi ,

Bu eli talayıb , obanı yedi ,

Quzular qudurb çobanı yedi ,

Qoyunlar yeyəcək canavarları ....

Nə dosta ümüd var , nə dayılara ,

Qurd qanı çilənib boz qayalara ,

Qoyunlar söykənib ağ ayılara ,

Qoyunlar yeyəcək canavarları....

Tülkülər obanı , eli satıbdı ,

Quzğunlar dərəni , dağı tutubdu ,

Qoyunların dişi qana batıbdı ,

Qoyunlar yeyəcək canavarları ......

Qartal bülbül kimi nəğmələr ötsə ,

Hər kolu dibində xəyanət bitsə ,

Hələ belə gedir ....... Belə də getsə ,

Qoyunlar yeyəcək canavarları .....

0 Comments


Recommended Comments

There are no comments to display.

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...