Jump to content
  • entries
    47
  • comments
    68
  • views
    40,377

Dost


Rashad_Rasul

231 views

Nəhayət ki, bir 3 aydan sonra sənə də vaxt tapdıq ay bloq

Bilirəm, incimisən ki, bu nədi, Yeni il oldu məni yada salmadın, çərşənbələr oldu yada salmadın, (8 mart sənlik deyil, lap sənlik də olsa idi, onsuz da bilirsən ki, bu bayramdan zəhləm gedir və o gün mən ümumiyyətlə heç kimi yada salmıram), cəhənnəm, heç 14 fevralda da :D məni yada salmadın. Ruslar demiş, каюсь. 14 fevralı çıx, :D amma o biri günlər səni yada salmalı idim.

Amma sən bilirsən də mənim xasiyyətimi. Ona görə də incimirsən. Bilirsən ki, mən günlərlə, həftələrlə, aylarla səni yada salmaram, Allahın bir postunu yazmaram (oxu - telefon zəngini etmərəm), amma həmişə yaddasan. Çünki bu boyda internet məkanında (qloballaşana dünyada) mənim cəmisi bircə bloqum var. Ona görə də incimə, bundan sonra yeni-yeni postlarla səni tez-tez sevindirəcəm.

Öpürəm, bağrıma basıram.

P.S. İndi isə cavab xodunu gözləyirəm səndən :D

0 Comments


Recommended Comments

There are no comments to display.

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...