Jump to content

๑۩▓◙◙۞◙◙▓۩๑

Almost members
  • Posts

    101
  • Joined

  • Last visited

Posts posted by ๑۩▓◙◙۞◙◙▓۩๑

  1. Misal üçün dünyəvi insanın ( monax olmayan )  dzenlə məşğul olması , Daosların meditasiyası  -  hər ikisində  indiki anı yaşaşmaq  ( indi və burada )  ideyası var. 

     

    Məsələn , onlarda belə bir fikir var .  Mən indi  yazıramsa bunu özümdə fiksirovat` eliyirəm ki , yazıraam . Gəzirəmsə bunu qeyd edirəm ki, hazırda gəzirəm  ,  elədiyim bütün hərəkətləri özlüyümdə qeyd edirəm . beləliklə , verilən konkret anı yaşayıram.  Bu da gec -tez onların fikrincə şüurda müəyyən dəyişikliklər oyadır .  Buna səhv etmirəmsə  "xodyaçaya meditasiya"  və ya "həyatda olub  həyatdan olmamaq "  prinsipi də deyirlər .  Sufizmdə də oxşar şeylər var . Baxmayaraq ki,  sufilərdə ilk etap şəriətdən başlayır.  Amma,  çoxlarının fikrincə  sufi - təkcə islamdan olan insan deyil . Yəni, insan ailə qurur , sənət sahibi olur , uşaqları var - amma daxili iş də gedir ...  Daoslar bu işə "daxili alximiya"  da deyirlər ...

     

    Siz buna təcridsiz meditasiya deyirsiz?

  2. Onlar düşünürdü ki, ruhu bədəndə  iki yolla  əngələ salmaq olar. 

    1. İfrat asketizm -  yəni zahidlik , heç nəyə bağlanmamaq , bədəni bütün həzzlərdən məhrum etməklə  ruhu da narazı bədəndə saxlamaq çətinləşir.

    2. ifrat əxlaqsızlıq və mənəvi pozğunluq ( orqiyalar və s. ) ilə bədəni taqətdən salmaq , üzmək olar. Bu da öz növbəsində ruhun bədəndə qalmasını  əngəlləyir.  Bu orqiyalar qaranlıqda baş verirdi ki, heç kimdə heç kimə  qarşı hisslər və bağlantı yaranmasın. Bütün növdən olan bağlantılar insanı geriyə kobud materiyaya cəlb edir. 

     

    Bununla yanaşı   ruhu azad etmək üçün intihar da qəbul edilmirdi , çünki onlar reinkarnasiyanı qəbul ediridilər ...

     

    1 və 2 yə cavab. Sizin bu yol çox kobutdu. Sizin sistemnən getsək sonda kainat yenə üstün olur. O sizin sistemi məhv edir. Bunun bir yolu da var. Sistemi müəyyən zaman vahidləri ilə aldatmaq, çaşdırmaq olar. Burda əsas rolu insan şüuru oynayır. Cisimi nədənsə mərhum etmək, əks təsir yaradır. Manixeylərnən tanış deyiləm. Sənin yazdığın cümlələrdən belə nəticəyə gəlmək olar ki onlar düz başlayıblar, lakin düz getməyiblər. Anlaya biliblər yalnız başlanğıcı.
  3. Yəni , insanı və kainatı yaradan iki  fərqli  "subyektdir"  ?  kainatı yaradan dedin ki, qüsurludur . Mükəmməl yaratmayıb (yəni,  sənin təbirincə  Vasitəçidən söhbət gedir)  Bəs insanı yaradan kimdir və qüsursuzdurmu ?   Necə oldu ki, insan Vasitəçi tərəfindən yaradılmayıb , amma onun yaratdığı kainatın tam təsiri altındadır ? 

     

    Insanı yaradan, bütün vasitəçilərin Yaradıcısıdı. Hər şeyin varın və yoxun. Qüsur sözü ona aid deyil. O ölçülər vahidində deyil, onnan daha alidi.
     
    Kainat bir mexanizim kimi insanı çaşdırır, onun fikir və hisslərinə bir başa təsir edir bu təsirlər özünü şüurda göstərir. Biz kainatın insani bir hissəsinə çevrilmişik. Bu bir sifera kimidi. Burda istənilən suala, istənilən cavabı almaq olar. Şüurun kainatdan asılılıqı. O insan beyninin tam işləməsini dayandırır və 1-2-3-4-5-% işləməyə imkan verir, o da ki gücnən bir təhər.
  4. Çox heyrətləndirici kainatdı. Bu kainatı, sistemi, öyrəndiycə heyrətlənirsən. Mənim ömrüm bəs eləməz bunların hamısını öyrənməyə. Heç kim bunların hamısını bilə bilməz. Ayrı, ayrılıqda insan və kainat bir sistem kimidi. Hər ikisi sistemdi. Söhbət bizim cismimizdən gedir. Yenə ayrı, ayrılıqda kainatnan müqayisədə bizim cismimiz, daha mükəmməl və qüsursuzdu. Kainatnan müqayisədə. Bizim cisimimizi formalaşdıran və kainatı formalaşdıran.

    Çaşdırıcı mexanızımlər çoxdu. Bu mexanızimlər o qədər çoxdu ki artıq mexanızım özü, özünü çaşdırır. Çıxış yolu bilinmir. Nə bilinirsə hamsını mexanizim avtomatik çaşdırır. Kainat özü məhv  olmaqa gedir və bizi ozünə tabe edib. Cisim özü kainata tabedi. Kainat üçün fərqi yoxdu bəşər və ya fövqəl bəşər, hamını tabe edib sındırır.

    İstənilən senariynən götürsək və getsək hamsı eynidi. İstər din olsun istər digər kütləvi şüur mövqeyləri.

    İstənilən zaman vahidiynən də VASİTƏÇİ uduzur.

     

    1-ci səhf. Kütləvi şüuru formalaşdırmağa və idarə etmək üçün yaratdığı  mexanızımnın başlayır.

     

    1-ci səhf, bəli yenə 1-ci səhf zaman vahidlərini dəyərləndirməməyindədi.
  5. Yox ,  mən qnostiklərin demiurqunu nəzərdə tutmuşdum . Qnostiklərdə demiurq mənfi məzmun daşıyır.  Ruhları materiyanın zindanına salan o hesab olunur.  Ümumiyyətlə , materiyanı ,dünyanı  formalaşdıran "usta / sənətkar"  hesab olunur. Amma , Ali Allah deyil .   

     

    Bəli bura da söhbət Ali Yaradannan getmir. Yaradan və insan ( kainat, materiya, qalaktika ) arasında Vasitəçi. Ona Ali Yaradan kimi baxıllar o Ali Yaradan deyil və qüsurları var.

  6. Bilmirəm bunu yaradan kimdi və nədi. Amma mənə elə gəlir o özünü çətin vəziyyətə salıb. Ola bilsin o insanı tam dəyərləndirməyib.

     

    Siz nəyə güvənirsiz. Zamana və məkana ?

     

    Yoxu var, varı yox eləməyə ?

     

    Qüdrət və güc ondadı?

     

    Mən heç nəyəm gücüm yoxdu. Sizin qədər fövqəl adi deyiləm. Sözün düzü olmaq da istəmirəm. Amma mən axıra kimi öz sözümü deyəcəm və mübarizə aparacam. Əgər siz mükəmməlsizsə, sizin yaradıcılıq sizdəndirsə və bu yaradıcılıqda qüsurlar varsa, bu bir başa sizə bağlıdı. Belə çıxır ki qüsursuz heç nə yoxdu.

     

    Bu sistemi yaradan Yaradan deyil. VASİTƏÇİDİ.

     

    Çünki özü üçün də çıxış yolu yoxdu.

     

     

     

  7. Mən isə eyni vəziyyətdə eynilə sizin kimi hərəkət edib , amma günah hissini də hiss edirəm .

     

    İstənilən insanı elə bir həddə gətirib çıxartmaq olar ki o adam insan öldürəndə sevinər. Yəni ona işgəncə, əzab verən insanı. Bu psixologiyadı. İstənilən insanı. Sənin aləni ələ  sala sala öldürür, işgəncə verir, video çəkib inetə qoyur. Sən də günahdan fikirləşirsən. Elə situatsiyalar var ki insan öldürməy üçün Yaradana dua edirsən ki qisas alasan.

     

    Axşam yazacam.

  8. Махатма ilə indi tanış oldum. Mənim üçün o xəstədi. Kütləvi şüur formalaşdırıb.

     

    Sunyata. Ümumi hamıya aid günah yoxdur.

     

    ๑۩▓◙◙۞◙◙▓۩๑ Çörəyi tullamaq, mundarlamaq, üstünə çıxmaq, hamı üçün eynidi, ruhi xəstələrdən başqa.

     

    Bir mənalı heç nə yoxdu.

×
×
  • Create New...