Jump to content

SafeDriver

Almost members
  • Posts

    71
  • Joined

  • Last visited

Posts posted by SafeDriver

  1. Dünən bir əcnəbi tanışım səsi ləğv edən qulaqcıqlığını göstərdi mənə. İngilis dilində "noise cancelling earphones". Düzü gözləmədiyim səviyyədə effektiv idi. Mən düşünürdüm bu qilaqcıqlar yanıq müsiqi dinləmək üçündür, əslində isə qilaqcıqlar balaca bir qurğuya birləşdirilib və qurğunu yandıranda sanki başın ətrafında bir təbəqə yaranır. İnternetdə xeyli axtardım. Sən demə bu qurğu ətrafdakı səs dalğalarını təhlil edir və ona uyğun bir neytral dalğa yaradıb səsi neytrallaşdırır. Belə qulaqçıqlarla musiqi dinləməyin effekti lap möhtəşəm olar. Qiyməti ortalama 300 dollardır. Əminəm Çin istehsalı olan daha ucuz versiyasını tapmaq olar.

     

    İndi AliExpress ə baxıram. Kimsə oxşar məhsulun Çin versiyasını məsləhət etsə çox kömək etmiş olarsız.

     

    Bəs sizin xəbəriniz var idi belə qurğudan? :) noise%20cancelling.jpeg

  2.  
    siznən olan mübahisəmiz yadıma düşdü bəlkədə elə ona görə yazmısız amma faciəvi bir şey yoxuydu və ona görə əsəbləşməyində yeri yoxuydu :)
    Müdriklər deyiblər idealogiya və ya əqidə ilə bağlı mübahisə etməyin. Çünki bir başa hisslərə bağlıdır, hisslərə bağlı olanda isə insan tez emosional olur və asanlıqla kimisə incidib qəlbini qıra bilərsiz. Hətta aqressiyaya da gətirib çıxarar.
    • Upvote 1
  3. :) yox mən belə kəskin demirəm. Mən xeyli müddət valideynlərini itirmiş uşaqlarla çalışmışam. Elə bu sahədə də xaricdə təhsil almışam. Loss and grievance (itki və kədər və ya yas) prosesi uşaqlarda fərqli keçir. Biz böyüdükcə hisslərimi də kamilləşir. Bunun üçün o hisslər işləməlidir. Misal üçün uşağın sevimli oyuncağı itir və ya ev heyvanı itir və ya ölür. Uşaq üsyan edir buna görə. Özünı qapılır və s. Bu proses əslində müəyyən hədləri ilə normal hisslərdir. Belə uşağın hissləri kamilləşir. Sonra baba və nənəni itirəndə uşağın onu keçirmə prosesi daha təkmil olur. Uşaqda fobiya yaranmır, ciddi travma yaşamır və s.

    Bununla bağlı xeyli xarici ədəbiyyat var. 

  4. Söhbət yalnız heyvanlara əziyyətdən getmir. Bu bir misal idi. Demək istədiyim odur ki uşaqlara yaxşını pisi izah edəndə, tərbiyə edəndə qaydaları dinlə bağlamağı düzgün görmürəm. Qoy istəsə yetkin və müstəqil olanda özü hansı anlamı hara bağlayır bağlasın, amma uşaq vaxtı mühakimə bacarığı zəif olanda dinlə bağlantıya şəxsən yaxşı baxmıram. 

  5. Just now, NOIR said:

    din yaradılış haqda məlumatı elə bəsit formada təqdim edir ki, bu insanları qane edir. din insanların inamını qazanmaqla,  etibarından istifadə edir və pul qazanır.... düzmü anladım sizi ?  bəs "özünü qorumaq" hansı anlamdadır ? 

     

     

    Bəli, insan özünü dərk etdiyi dövrdən yaradalışla suallara cavab tapmağa çalışıb və bu fəlsəfi cərəyanlar, yaradıcılıq, ədəbiyyat və s. yaranmasına səbəb olub. İnsanın bu marağı atomu, qvarkı və leptonu kəşf etməyə gətirib çıxarıb. Hubble teleskopunu qaldırdı kosmosa baxsın digər kainatlara. Din isə deyir düşünüb beyninizi yormayın biz bilirik cavabı və s. Əlbəttə əsas kütləyə bu daha asan və rahatdır. Artıq kimsə onlar üçün düşünüb və rahat "cavab" tapıb. 

    Əlbəttə bu "yaxşılıq" əlavə şərt və qaydalarla gəlir. Bura qeyd etdiyiniz kimi müəyyən vədlər və hədələr də daxildir. Heç nədən borcun yaranır həm fiziki, həm mənəvi həm də maddi. Bu borcları verib dini möhkəmləndirmək lazımdır. 

    Elə ki kimsə sual edir bu qaydaları din onu ın kəskin formada cəzalandırıb özünü qorumağa çalışır. Misal üçün dində olub çıxanı öldürmək lazımdır. Dindar kafirlə dostluq edə bilməz. Dini tənqid edəni sərt cəzalandırır. Sual edəni kəskin pisləyirlər və s. Belə o özünü qoruyur. Amma yeni nəsillə bu işləməyəcək. İndi uşaqlara nəyisə etmək lazımdır dedikdə onlar səbəbi izah etməyi istəyirlər və tam anlayana qədər onlar bu tələbə əməl etməyəcəklər. Ona görə əgər dinlər sağ qalmaq istəyirlərsə o zaman müasirləşib daha xəfif olacaqlar. Uzun cavab üçün üzürlü hesab edin. 

    • Upvote 2
  6. Mən qızıma insanlığı öyrədirəm. Misal üçün əgər qızıma desəm ki heyvanı incitmək günahdır dinimizə görə gələcəkdə əgər o dindən çıxsa artıq heyvanı incitmək onun üçün günah olmayacaq və o bunu rahatlıqla edə biləcək. Lakin mən ona izah etsəm ki heyvan da bizim kimi ağrı hiss edir onu incitmək olmaz, hansı din və ya idealogiyada olsa da o heyvanları incitməyəcək.

    • Upvote 1
  7. On 8/10/2016 at 6:58 PM, elgun105 said:

     

    her kese salam.ozumu qisa olaraq izah edecem.4 ildi birlesmis statlarda yawayiram.qurbet elde bilirsiniz oz hemvetenin bir xanim tapib aile qurmaq cox cetindi.burda bir ukraynali qizla munasibetim var.cox adam deyir ukraynali ruslarla aile qurmaqa deymez onlar azerbaycan qizlarina catmaz.mene meslehet verseniz memnun olardim siz bu barede ne dusunursunuz?

     

    Yaxşı insanın milliyyəti olmur. Həqiqətən insandırsa fərqi yoxdur hansı millətdəndir. Mənim şəxsi fikrim qanın qarışıb yenilənməsidir. 

×
×
  • Create New...