Jump to content

AlikAlioghlu

Amateurs
  • Posts

    43
  • Joined

  • Last visited

Posts posted by AlikAlioghlu

  1. Bir defe evde internetin qiymetinin artmagindan danishirdim. Rehmetlik nenem internetin ne oldugunu bilmirdi, diqqetle qulaq asib, bir qeder fikre gedib mene dedi: A bala, sen ele sheylere qarishma. 

    Onun sozu olmasin, gelin onlara qarishmayaq. yoxsa biri geler deyer ki:

    "ala sene ele zakon talkavat eliyerem padavat verenin nakazat olub qaydar, men hec kimi priznavat elemirem mene zapret qoyan oglanin oglanlign dagdaram" )))

    Sitat facebook-da iki mubahise eden qijidan birinin kommentidir. :)

  2. Bu gün İsanın doğum günüdür. Suya ayın əksi düşür.

    Bu şəhərdə adını doğru dürüst bilmədiyim mavi paltarlı qadından (deyəsən adı Tamilladır) gözəl və onun sehrbaz ərindən yazıq adam tanımıram. Qazandığı pulların hamısını qumara qoyur və hər gecə birə beş qazanır. Xanımına olan sevgisini isə yalnız bununla sübut edə bilir. Hər gecə tuzun dördü də onun əlinə gəlir. Evinə gətirdiyi pul qalağını qadınının ayaqları altına səpələyir.

    Təkbaşına tanqo oynayan və alnı azacıq tərləyən kimi viski içən mavi paltarlı qadın isə onu heç vecinə də almır. Onun əri olduğunu belə unudub. Əvəzində imkan tapan kimi kəpənəklərdən qadın parfümü hazırlayan bir kişi ilə görüşür.

    Sehrbaz ara-sıra bu barədə eşidəndə gecələr yaşadığı balaca şəhərin küçələrində dolaşır və qadınlar barədə düşünür... Kəpənəklərə acımayan bir kişini necə sevmək olar?! Hər halda bu ona kartların arasından tuzların dördünü də bir yerə yığmaqdan daha çətin görünür. Geriyə, bütün yaşadıqlarına baxır və anlayır ki, onu sevməyən bir qadını sevməkdən və haram pullar qazanmaqdan başqa heç nə edə bilməyib...

    Bu gün İsanın doğum günüdür. Suya ayın əksi düşür.

    Kişilər qadınlarına parfüm köşklərindən hədiyyələr alır...

    Sehrbaz adamların arasında addımlayır. Qəribə gündür. Bu gün tuzların hamısını rəqibinə bağışladı. Adamlara da nə isə bağışlamaq lazımdır. Qadınına aldığı yaylığı ovcunun içinə sıxıb üfürür və ovcundan çoxlu kəpənəklər buraxır havaya...

  3. ...başımın üstündə göy, ayağımın altında torpaq, içimdə arzular elə peşəkarcasına düzülmüşdü ki... İlk dəfə ayaqqabılarımı soyunub göyə tullayanda 13 yaşım vardı. Onda yerdən də, göydən də, arzularımdan da xəbərsiz idim. İstəklərim vardı: futbol ketləri, velosiped və sükut... Mehriban və sakit ailəmin olmasını istəyirdim. Bütün bunların adının arzu olduğunu bilmirdim. Əvəzində Arzu adlı gözəl bir qızdan xoşum gəlirdi.. ) Yalnız göyə atdığım ayaqqabılar yerə düşəndə yer ilə göyün məsafə fərqini duydum. Onda məndə artıq adını bildiyim bir arzu yarandı: yer ilə göy arasında günahsız və xoşbəxt olmaq... Yerə düşən ayaqqabılarımı geyinib anamın yanına qaçdım. İstəmirəm – dedim – velosiped və futbol keti... Xoşbəxt olmağıma kömək edin – dedim. Anam gülümsəyərək başımdan öpdü, susdu...

    19 yaşımda atamı itirdim və onun əvəzində kişi olmağa başladım. İlk saqqalı atam öləndə saxladım. Güzgüdə saqqallı əksimə baxıb göz yaşları tökdüm. Bildim ki hələ kişi olmağa hazır deyiləm. Əksini gördüyüm saqqallı kişinin məsum və yazıq gözləri məni heyrətə gətirdi. Çaşıb qaldım.

    22 yaşımda gözəl cümlələr qurmağa başladım. Qadınlara jestlər elədim. Saç düzümümü dəyişdim və bir gün nə qədər çalışsam da 13 yaşımda xoşuma gələn Arzunun üzünü belə xatırlaya bilmədim.

    Günlər bir-birinə bənzəməyə başladı. Anam daha müqəddəs və qiymətli oldu. Allahı daha çox sevməyə başladıq. Ailəmizdə yeni balaca bir oğlan dolaşmağa, hər yeri qarışdırmağa başladı: qardaşımın oğlu olmuşdu... )

    Dünən anamın yanında oturub - Ana, deyəsən xoşbəxtəm... – dedim. Anam gülümsəyərək başımdan öpdü, susdu...

  4. на этом сайте когда что то заказываешь они на любую вещь лепят в самое видное место свою рекламу и ссылку на сайт, я заказывала кружку и часы с фото. очень недовольна, эти вещи нельзя подарить кому что,стыдно. потому что посредине вещей километровая надпись fotofun.az

    хм. Я никогда не заказывал. Спасибо за инфо. )
  5. Keçmiş rektordan dəhşət dolu ittihamlar; yeni adlar, mafiya filmlərindəki kimi təsvirlər

    Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tektoru Elşad Abdullayev yeni və əvvəlkilərdən daha kəskin ittihamlarla çıxış edib. Onun yaydığı növbəti məlumatları təqdim edirik:

    2006-cı ildə, mənim ofisimdə keçmiş deputat Gülər Əhmədova və Sevinc Babayeva ilə sonuncu görüşümdə Gülər Əhmədovadan verdiyim pulu geri tələb etdim. Bu zaman Gülər Əhmədova Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə vermiş olduğu pulları geri qaytarmaq əvəzinə, məni küçə qadınlarının jarqonu ilə söyərək üstümə gəldi, təhdid edib qorxutmağa cəhd etdi, mənə qarşı xuliqanlıq etməyə başladı və bildirdi ki, ona heç nə edə bilmərəm, çünki arxasında Ramiz Mehdiyev dayanıb.

    Gülərin bu özbaşınalığı məni narahat etdi. Buna görə də Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşmək üçün qardaşı, “Qurd qapısı” restoranın müdiri Mayis Mehdiyevə mobil telefonumdan zəng etdim, o da telefonuma cavab verdi və məni xalq arasında Ramiz Mehdiyevin restoranı kimi tanınan “Qurd qapısı” restoranına dəvət etdi, biz görüşdük.

    Mən yaranmış vəziyyətlə əlaqədar Mayis Mehdiyevə iş otağında hər şeyi danışdım. Bildirdim ki, Ramiz Mehdiyevlə görüşmək istəyirəm. Mayis Mehdiyev soruşdu ki, dediklərimi sübut edə bilərəmmi. Mən Ramiz Mehdiyevin “Gülərqeyt” video görüntülərinin bir surətini Mayis Mehdiyevə verdim. Mayis Mehdiyev video-görüntülərə baxdıqdan sonra əsəbiləşdi. Daha çox ona əsəbiləşdi ki, Sevinc Babayeva video-görüntüdə “Get Mayisə de ki, Gülər Əhmədova sənin qardaşın Ramiz Mehdiyevlə gəzir” deyir. Bundan sonra Mayis Mehdiyev mənə söz verdi ki, narahat olma, Sizə köməklik edəcəyəm.

    Təəccüb doğuran odur ki, bu zaman Ramiz Mehdiyev şəxsən qardaşı Mayis Mehdiyevin mobil telefonuna zəng edərək birbaşa məndən şikayətlənməyə, təhdid etməyə başladı. Ramiz Mehdiyev Mayis Mehdiyevə bildirdi ki, yanındakı Elşad Abdullayevə deynən, Gülər Əhmədovadan əl cəksin. Elə etməsin ki, ABU-ya Korrupsiya Kommissiyası göndərim, onu basdırım həbsə. Reketlik etməsin...

    Mayis Mehdiyev Ramiz Mehdiyevə bildirdi ki, düz danışmırsan, mən, “Gülərqeytin” bütün video görüntülərinə baxmışam. Videoda Gülər Əhmədova deyir ki, Elşad müəllimdən alınan pulları vermişık Ramiz Mehdiyevə. Burada Elşad Abdullayev reketlik etmir. Kişinin işini düzəltməmisiniz, pulunu geri qaytarmaq lazımdır, bircə bu qalmışdı, ayıbdır axı, belə hoqqalar bizə yaraşan iş deyil, kişinin pulunu qaytar...

    Bu zaman mən başa düşdüm ki, Ramiz Mehdiyev məni mobil texnikanın köməkliyi ilə izlədir və qulaq asdırır. Yoxsa haradan bilərdi ki, mən qardaşı Mayis Mehdiyevin yanındayam, onun özbaşınalığından şikayət edirəm.

    Maraq doğuran məqamlardan biri də odur ki, Ramiz Mehdiyevin zəngindən 10-15 dəqiqə sonra onun qızı Kəmalə Mehdiyeva (Gülər Əhmədovanın BDU-dakı kafedra müdiri) Mayis Mediyevin mobil telefonuna zəng edərək mənim eşidə bildiyim dərəcədə “Mayis əmi, yanındakı Elşad Abdullayevə de ki, Gülər Əhmədovadan əl cəksin, yoxsa vəziyyəti agır olacaq, reketlik etməsin” deyə məni təhdid etməyə başladı.

    Cavabında Mayis Mehdiyev bildirdi ki, Kəmalə, nə üçün sən belə işlərə qarışırsan? Elşad müəllim reketlik eitmir, pulunu qaytarmaq lazımdır. Mən videolara baxmışam, Gülər Əhmədova Elşad müəllimin pullarını Ramiz Mehdiyevə verib. Qaytarmaq lazımdır, mən saqqal agartmışam, xalqdan ayıbdır.

    Bu söhbətlərdən 2-3 həftə sonra Ramiz Mehdiyevin tapşırığı ilə Baş Prokurorluqdan Nazir Quliyev və digərləri gəlib ABU-da, qeyri-dövlət təhsil müəssisəsində korrupsiyaya qarşı mübarizə adı altında yoxlama apardılar.

    ***

    Mayis Mehdiyevlə söhbətimizin nəticəsi olaraq, səhərəsi günü Binəqədi rayon İcra Hakimiyyətinin başcısı Alı Qocayev mənə zəng edib bildirdi ki, axşam saat 6-da 9-cu mikrarayonda, “Lalə” restoranın həyətində onun köməkçisindən pullarımı geri götürə bilərəm. Mən Ali Qocayevin səsindən şübhələndim və özümlə hazırlıqlı bir idmançı da götürdüm. Alı Qocayevin dediyi yerə həmişə onun qəbul otağında oturan qalustuklu köməkçisi əlində mənim verdiyim pul çemodanı və beş nəfər idman paltarında saqqallı idmançı gəlmişdi. Alı Qocayevin köməkçisi mənə pul cemodanını verib, tez qaçıb İcra Hakimiyyətinin maşınında oturdu. Bu zaman saqqallı idmançılar mənə hücüm etdilər və yenidən pul çemodanını məndən geri almaq istədilər. Mən özümü qorumaq məcburiyyətində qaldım, mənim hazırlıqlı idmançım işə qarışanda saqqallı idmançılar qaçmalı oldular. Biz isə maşına gəlib çemodanı açdıq. Alı Qocayev çemodana pul yerinə kağız parçaları qoymuşdu. Biz başa düşdük ki, saqqallı idmançılar çemodanı alıb qaçdıqdan sonra, Alı Qocayev “Nə edə bilərəm, mən sizin pulunuzu verdim, siz saxlaya bilmədiniz, oğurlatdınız” deyəcəkdi.

    Biz bu özbaşınalıqdan əsəbiləşərək hadisə yerindən birbaşa Ramiz Mehdiyevin qardaşı Mayis Mehdiyevin “Qurd qapısı” restoranına getdik. Mən kağız parçaları qoyulmuş pul cemodanını Mayis Mehdiyevə göstərib, tələb etdim ki, əgər Ramiz Mehdiyev bu oyunbazlığına son qoymasa, onun cinayətlərindən şikayət edəcəyəm, mətbuat konfransı keçirib bütün dünyaya məlumat verəcəm.

    Səhərisi günü Mayis Mehdiyev bir daha Novxanıdakı bağ evində Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya olduqca sərt qaydada şikayət etdi. Bundan sonra, həmin vaxt günün birinci yarısı Təhsil Nazirliyinin idarə müdri İlham Pirməmmədov məni təcili yanına dəvət edib bildirdi ki, başa düşmürəm nədir, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev mənim yerlim, qohumumdur, Sizə bir çemodan pul göndərib, say, götür, Sizə çatacaq. Mən İlham Pirməmmədovun iş otağında pulları sayaraq təhvil aldım. 500 min dollardan 1500 dollar əksik gəldiyini İlham Pirməmmədova bildirib, Ramiz Mehdiyevə verilmiş pulun yarısını geri aldım.

    Qeyd etmək istəyirəm ki, mənə qarşı bütün cinayətlərin başında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır. Bu qədər vəzifəli adamları yalnız inzibati amirlik-komanda metodu ilə, o, göndərə bilərdi.

    ***

    Bu arzu olunmaz olaylar bir daha təsdiq edir ki, Sevinc Babayeva bütün danışıqlarında səmimi olub, onun heç bir günahı olmayıb, pullar Ramiz Mehdiyevə catdırılıb (Allah ona rəhmət etsin).

    2 yanvar 2013-ci il tarixində Sevinc Babayevanın oglu Ayxan Məmmədov KİV-ə anasının ölmündə Gülər Əhmədovanın günahkar olması haqqında təkzibolunmaz sübutlarla bəyanat vermişdir. Gülər Əhmədovaya himayədarlığı Ramiz Mehdiyev edir. Belə zəhərləyici maddələr də yalnız xüsusi xidmət orqanlarında ola bilər. Həmin gec təsirli öldürücü dərmanlar yalnız Ramiz Mehdiyevin icazəsi ilə verilə bilər. Nəzərə alsaq ki, Gülər Əhmədova “KQB”də itkin düşənlərlə bağlı komissiyanın üzvüdür, Ramiz Mehdiyevə məxsus Karate Federasiyasına bilavasitə rəhbərlik edir, bir qadının karateyə başcılıq etməsi də təəccüblüdür...

    Gülər Əhmədova hələ də oyanmayıb. Ramiz Mehdiyevin əməllərini açıb ictimaiyyətə göstərmək əvəzinə hələ də Elşad Abdullayevi ittiham edir. Bu gedişlə o, rəhmətlik Sevincin aqibətini yaşamasa yaxşıdır. Unutmasın ki, o, artıq yeganə, həlledici şahiddir. Onu aradan götürməklə hər şeyə nöqtə qoyula bilər.

    ***

    Maraqlıdır ki, Azərbaycanda adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat Mahir Abdullayevin oğurlanmasına dair cinayət işindəki bütün arzu olunmaz şahidləri Sevinc Babayevanın diaqnozu ilə aradan götürüb. Belə ki, qardaşım Mahir Abdullayevin tapılıb geri qaytarılması daxili işlər nazirinin birinci müavini, general-mayor Zahid Dünyamalıyevə tapşırılmışdı. Zahid Dünyamalıyev tələb edirdi ki, Mahirin pulunu almısınız, geri qaytarmalısınız. Bu isə Ramiz Mehdiyevi qane etmirdi. Nəticədə Ramiz Mehdiyevin qanlı cinayətlərini gizlətmək məqsədi ilə 10 avqust 2009-cu il tarixində Zahid Dünyamalıyev də Sevinc Babayevanın diaqnozu ilə fiziki cəhətdən aradan götürdü. Həmin gün daxili işlər naziri Ramil Usubov xatirəsi həmişə bütün hüquqşünaslar üçün əziz olan hörmətli general-mayor Zahid Dünyamalıyev haqqında rüsvayedici bəyanat vermişdi. Hətta o cür təcrübəli generalımız Zahid Dünyamalıyev də Ramiz Mehdiyevin özbaşınalığının qurbanı oldu.

    Arzu Kazımov da tələb edirdi ki, Mahirin pulunu almısınız, geri qaytarmaq lazımdır, buna görə də həbs olundu. Ramiz Mehdiyev isə iki orta məktəb tikintisi ücün 10 milyon da yenidən tələb edirdi. Mənimlə Arzu Kazımov və Zahid Dünyamalıyev arasında vasitəcilik edən Rövşanə Əliyevanın bu günki drumu Sevinc Babayevanın durumu ilə eynidir - vaxtında etiraf etməsə, eyni aqibət də Rövşanə Əliyevanı gözləyir.

    Qardaşım Eldəniz Abdullayev də idmançı adam idi. Ramiz Mehdiyevin “Qurd qapısı” restoranında yeyib-içdikdən bir gün sonra ölümcül hala düşdü, xoş təsadüf nəticəsində həyatda qalsa da, sol tərəfi qurudu, lal oldu. Hazırda danışa bilmir, I qrup əlildir. Sevinc Babayeva da Gülər Əhmədova ilə yeyib–içdikdən sonra oğluna deyib ki, məni Gülər zəhərlədi.

    Mahir Abdullayevin oğurluq işində müğənni Mətanət İsgəndərli ilə Mahir arasında əsas şahid olan, Mətanət İsgəndərlinin sürücüsü, köməkcisi və bibisi oğlu Teymur da iki il öncə Sevinc Babayevanın diaqnozu ilə dünyasını dəyişdi. Mahirin oğurlanması müğənni Mətanət İsgəndərlinin evində baş verimişdi. Əgər Mətanət İsgəndərli bu gün gəlib Müstəqil İstintaq Komissiyasına etiraf etməsə, Mahirin oğurlanmasının əsas şahidi kimi fiziki cəhətdən aradan götürüləcək.

    Video-görüntülərdəki Şəmistan-Nüşabə cütlüyündəki jurnalist Nüşabə Aqaşova (Balakənli) da buraxdığı səhvə görə bu özbaşnalıqların Sevinc Babayeva sayağı qurbandır.

    Yaxud, prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun adından vasitəçilik edən Mirzoyeva Nüşabə də tapılmır. Nüşabə vasitəçiliyi Bəylər Əyyubovun müavini Səftərin yeznəsi, Mühafizə Xidmətinin əməkdaşı Ələsgərlə birlikdə aparırdı. Bu vasitəcilər hələ bu günə qədər başa düşə bilməyiblər ki, Ramiz Mehdiyev şahid sevmir.

    ***

    Bu cinayətlər xüsusi qəddarlıqla edilir. Görəsən, Azərbaycan xalqına qarşı bu qəddarlıq fəlsəfəsi Ramiz Mehdiyevdə haradandır?

    Ramiz Mehdiyevin törətdiyi bütün cinayətlər “dövlət sirri” hesab edilir. Akademik Ziya Bünyadov, akademik Fərəməz Maqsudov, parlament sədrinin müavini Afiyəddin Cəlilov, general Şəmsi Rəhimov, polkovnik Fətulla Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafael Allahverdiyev, general Rail Rzayev, jurnalist Elmar Hüseynov, Rafiq Tagı və başqalarının qətlləri bu qəbildən olan “istintaq sirləridir”.

    Bütün müstəntiqlər həqiqət nöqtəsinə çatdıqda deyirlər ki, buradan “dövlət sirri” başlayır. Müstəntiqləri Azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə deyil, zərərçəkmişin üstünə yönəldirlər. Onları təhdid edib susdururlar ki, Ramiz Mehdiyevin qəddarlıq fəlsəfəsi – cinayətləri görünməsin.

    ***

    Mahir Abdullayevin işi ilə baglı Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış Müstəqil İstintaq Komissiyasının fəaliyyətinə Ramiz Mehdiyev tutdugu vəzifədən sui-istifadə edərək maneçilik törədir. Qardaşım Mahir Abdullayevin oğurluq işində əsas şahidlərin - Sevinc Babayeva və başqalarının açı-aşkar eyni metodlarla qətlə yetirilməsinə görə məsuliyyəti Ramiz Mehdiyev, “şanlı” hüquq mühafizə orqanları, baş prokuror və Müstəqil İstintaq Komissiyası daşıyır. Sonuncunun yerində həqiqətən müstəqil təfəkkürlü hüquqşünaslardan və mütəxəssis-ekspertlərdən ibarət, Baş Prokurorluga tabe olmayan İstintaq Komissiyasi yaradılmalıdır.

    Hüquq professoru Elşad Abdullayev

    Fransa, 02.01.2013

    http://azadliq.info/siyast/25646-elad-abdullayev-indiydk-demdiklrini-dedi.html

  6. Примерно час назад экс-депутат Гюляр Ахмедова была арестована. Это уже перепроверенная нашей редакцией точная информация. Информацию подтвердил источник, близкий к правительственным кругам. Г.Ахмедова была арестована у себя на квартире.

    * * *

    http://haqqin.az/news/2366

    _____________________

    и такое бывает..

    значит все, больше рюшвята не будет!!!
  7. на вёрде это есть. я сейчас вам напишу.

    Зайдите в Сервис, оттуда в правописание и там уже в параметры. и откроется окно, и там нажмите на проверять орфографию и всего делов то.удачи.

    но по моему там должно быть установлен азербайджанский язык, не так ли?
×
×
  • Create New...