Jump to content

GuliyevicH

Members
  • Posts

    90
  • Joined

  • Last visited

Posts posted by GuliyevicH

  1. SAMSUNG 860 PRO 512gb SSD satılır. Təzədir. ABŞ-dan alınıb. Zavod Plombu üstündədir.

     

    Ciddi alıcıya qiymətində müəyyən ENDİRİM edə bilərəm.

     

    Yaddaş çipi MLC-dir. Digər ucuz SSD-lərdən daha uzun ömürlü, davamlı və etibarlıdır.

     

    Yenidən yazma və oxuma dövriyyəsi isə TLC tipli Yaddaş Çiplərindən 2 dəfə çoxdur.

    Model: Samsung 860 Pro Yaddaş Həcmi: 512gb İnterfeys: SATA III Kontroller: Samsung MJX Yaddaş Çipinin Tipi: MLC 3D V-NAND Maksimum Yazma Sürəti: 530 Mbayt/s Maksimum Oxuma Sürəti: 560 Mbayt/s

     

    Qiyməti: 260 AZN

    Əlaqə: 0504490090

    20191121_003925.thumb.jpg.ee13ff40812f2b6a9c261a194c2f277c.jpg

    20191121_004139.thumb.jpg.ad60d852ce190e8a015d51901636a9e4.jpg

    20191121_004122.thumb.jpg.d440fa2ef76c443543a6cf34b525f547.jpg

    img_0298.thumb.jpg.fc2d19eaeb89ecaa059d053a2840047f.jpg

    • Like 1
  2. ASUS ROG STRIX RTX 2070 ADVANCED Edition 8G satılır. Məhsul Yenidir. ABŞ-dan alınıb. Zavod plombunu ilk açan siz olacaqsız. Çox güclü, keyfiyyətli və hər bir tapşırığın layiqincə öhdəsindən gələ biləcək bir video kartdır. İstər Qrafik Dizayn, 3D Modelləşdirmə və Rendering prosesində, istərsə də Ultra-High ayarlarda Pro Gaming zamanı yüksək FPS-lə oyundan zövq imkanı verir. AURA RGB Lighting vasitəsi ilə Video kartın müəyyən elementlərini istəyinizə uyğun Rəng və Effektlə işıqlandırma və ASUS markasının digər AURA RGB LIGHTING dəstəkləyən periferiya və komponentləri ilə sinxron işıqlandırma üstünlüyü əldə edəcəksiz. Bu Video kart ASUS ROG STRİX RTX 2070 modelinin ən üstün modifikasiya edilmiş versiyasıdır.

     

    QİYMƏT: 950 AZN

    Əlaqə: 0504490090

     

    P.S.Qiymətdə simvolik ENDİRİM edə bilərəm.

    s-l400-6.jpg.2487a0b5f8488e4d55f5425b514458ca.jpg

    s-l400-7.jpg.17018cc0d5c9f92aad5f859d8d641ed2.jpg

    s-l400-8.jpg.ff45ebaf97ed0eb7990bb78f39b92ea2.jpg

    71zfmkPWsML._SL1500_.thumb.jpg.8281c13b760ef06f7421e7b82b26b6a1.jpg

    intro-hero2.thumb.png.9ce8a81a8e69a8b9534fc9dedf008c07.png

     

    • Upvote 1
  3. Salam. İYUN ayının 25-i və ya 26-da PostalOn müştərilərindən kiməsə  Texniki problemlər səbəbindən USA-dən gələn bağlamaların gecikməsi məzmununda SMS gəlibmi? 

     

     

    Bugün PostalOn-a getmişdim. 1 aydan sonra mənə çox vacib və artıq lazım olmayan bir bağlama gəlmişdi. İyulun 15-i anbara çatmışdı. Ödənişi etdim. Sonra oradakı xanıma dedim ki, əgər 2 həftədir problem var idisə niyə müştərilərə vaxtında SMS-lə məlumat verməmisiniz? Məlumatım olsa idi mən bağlamanı başqa ünvana göndərərdim. İndi mənə bu bağlama heç lazım deyil və buna görə pul da ödəmək istəmirdim. 

    - Xanım elə bil artıq bu sualı eşitməyə hazır idi və aqqressiv tonda: Xeyr, biz iyunun 26-sı texniki problemlə bağlı hamıya sms göndərmişdik.

    - Deyirəm bəs mənə SMS gəlməyib. Yalnız İyulun 30-da SMS gəlib ki, USA anbarına müvəqqəti olaraq sifariş dayandırılır. 

    - Xanım deyir ki, bizim 6000 müştərimiz var. Necə ola bilər ki, hamısına SMS çatıb, yalnız sizə çatmayıb?

    (Bizim ailənin 3 üzvü PostalOn-un müştərisidir. Amma heç kimə SMS gəlməyib.)

    - Deyirəm ki, Disput.az-da sizin şirkət haqqında müzakirələr gedir və çox şikayətlər edirlər. Baxın görün nələr yazırlar. 

    - Xanım deyir ki, orada yazanlar öz qanacağına görə yazır. O demək deyil ki hamı onlar kimi fikirləşir. 

      Uzun söhbətdən sonra mübahisənin mənasız olduğunu gördüm. Məqsədim onlardan pulumu geri almaq və ya onların üzrxahlıq etməsi deyildi. Sadəcə onların müştərilərə həqiqətən müştəri kimi yox, yalnız pul kimi baxıb nağıl oxumaqları və müştərini səhv çıxartmaları üçün hazırladığı arqumentlər Barami-dən qalan və PostalOn açılandan ora qayıdan ilk müştərilərdən biri kimi mənə heç xoş təəssürat bağışlamadı. 

     

    P.S. Hətta sifarişim onların anbarına çatdığında 3 gün ərzində sistemə vurulmadığını görüb PostalOn ofisinə səbəbi öyrənmək üçün yaxınlaşdım və texniki problem olduğunu dedilər. Onlara avqustun 4-ünə kimi vaxtım olduğunu bildirdim və təklif etdim ki, göndərişin pulunu da ödəyirəm və əlavə artıqlaması ilə ödənişdə edirəm ki, həmin anbardan mənim bağlamamı başqa ünvana yönləndirsinlər. Ofisdəkilər də USA anbarında tonlarla bağlamaların yığıldığını,  onların arasından mənim bağlamamı tapmaq qeyri-mümkün olduğunu  və rahatlıqla avqustun 4-ünə kimi bağlamamın gələcəyini bildirdilər.)

    • Like 2
×
×
  • Create New...