Jump to content

Farhad Musaev

Almost members
  • Posts

    101
  • Joined

  • Last visited

Posts posted by Farhad Musaev

  1. Səhv anlaşıldı, deyəsən. Mən siz tərəfdənəm :). Onu da Qurandakı bir ziddiyyət kimi yazmışdım. Yəni əgər yazıldığı kimidirsə, Məhəmmədin bizlə əlaqəsi olmamalıdır, ya da ümumiyyətlə boş söhbətlərdir.


    Yox, mәn tәrәfdә olduğunuzu bilirәm, düz anladım hәr şeyi. :) Sadәcә sözünüzә qüvvәt dedim onları.
    Boş söhbәtlәr olmasına gәldikdә isә, mәnә görә Mәlikmәmmәdin nağılı daha ciddidir, nәyin ki, Musanın әlindәki çomağın yerә düşüb әjdahaya dönmәsi, Günәşin palçığa batması vә sayrә vә ilaxır.
  2. Hansı ayədir bilmirəm, birində də yazılıb ki, biz hər qövmə özündən bir peyğəmbər göndərdik. Təxmini belə bir şey idi. 


    Әgәr göndәribsә hansıdı, kimdi, adını desin, bilәk. Elәcә 124 min peyğәmbәr göndәrildiyini deyir. Başqa heç nә demir. Yenә dә, hәr nә deyirsә desin, onların bizә heç bir aidiyyatı yoxdu.
    Bir halda ki, kitab özü deyirsә ki, Mәkkә vә әtraf şәhәrlәri әhalisini QORXUTMAQDAN ÖTRÜ nazil olunub, biz bunu niyә araşdırmalıyıq, niyә Quranın dediklәrini әmәl etmәliyik? Absurd söhbәtdi.
  3.  
    Siz Qurana inananıydızsa, onda xeyir ola başqa ayələri oxumadan bilmədən birbaşa ənam surəsinin 92-ci ayəsini misal çəkmisiz? Əgər bütün insanlara xitab edən ayələrdə varsa, sizin imenno bu ayəni yazmağınızda məqsəd nədi? Hələ Quranın doğru olub olmamasını qoyaq kənara.


    Mәn sizdәn fәrqli olaraq Quranı oxumuşam vә başa düşmüşәm nә var, nәyox. Bir ayәdә bir söz deyib, başqa ayәdә başqa söz deyәn kitabı mәn özümә rәhbәr seçә bilmәrәm. Ola bilәr sizinçün fәrq etmir, amma mәnimçün fәrq edir.
  4. «Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm». (əl-Əraf 158). (Ey Məhəmməd!) Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər göndərdik. Lakin insanların əksəriyyəti bilməz». (Səba 28). «Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olaması (sənə) kifayət edər». (ən-Nisa 79). Cabir — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Mənə beş şey verilib ki, bundan qabaq heç bir Peyğəmbərə verilməyib… Hər bir peyğəmbər müəyyən bir qövmə göndərilib mən isə hamıya göndərilmiş Peyğəmbərəm».

    Bu o Deməkdir ki bu Allahdan qorxub və ona  və sonra Peyğəmbərə tabe olmaq  bütün insanlara aiddir nəinki Məkkə əhlinə 

     

    Yox, Әnam 92-dә bu kitabın bizә aid olmadığını deyir axı. Onda Әnam surәsinin 92-ci ayәsi ümumiyyәtlә olmalı deyildi.

     

  5. Bu, şeherler anası (Mekke ehlini) ve onun etrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özünden evvelkileri tesdiq eden mübarek bir Kitabdır. Axirete inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.


    Ay sağol. İndi biri başa salsın görәk Azәrbaycan vә digәr müsәlman ölkәlәri nә vaxtdan Mәkkәnin әtrafında yerlәşib?
  6.  

    Çünki Allah Quranda İnsanlara Belə Buyurur 

     

    “Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”

    “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardanda bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.

    “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”.



    Bәs Әnam surәsinin 92-ci ayәsindә nә deyir?
×
×
  • Create New...