Jump to content

Sunyata

Members
  • Posts

    5,901
  • Joined

  • Last visited

Posts posted by Sunyata

  1. Hello everyone
    i am my father's daughter , he won't be able to be here for a while, i dont how long .
    and he can't be with the camputer
    sorry . once he will come back he will let you know

  2. мздаглаздылар ахы, она горе)

    онларда атлара хормет вар, ахальтекинская порода. арвадларындан чох истеирлер. 

    Озуде бу аталар созу беле деил, "умный человек  хвалит свою лошадь, глупой СЕБЯ".

     

    İndi  "umnıy  çelovek"in atı olmur , maseratisi  olur ;)

  3. Konfutsi ilə  Lao Tszının görüşü haqqında bir neçə  pritçalar var. Bunları tərcümə etməyi  planlaşdırıram.  Birini artıq tərcümə etdim .

     

      Rəvayətə görə , Konfutsi bir dəfə  Lao Tszı ilə  görüşə  yollandı.  O , Lao Tszıdan yaşda böyük olduğu üçün , əlbəttə ki,  ondan özünə qarşı  lazımi səviyyədə  ehtiram gözləyirdi.* 

      Konfutsı ,  Lao Tszının sükuta qərq olub oturduğu  otağa daxil  olduqda ,  Lao Tszı  nəinki ayağa qalxdı , hətta ona heç  xüsusi əhəmiyyət belə  vermədi. Hətta oturmaq da təklif etmədi.

      Konfutsi  belə qəbul  olunmasından heyrətə gəldi.  Narazılıqla Lao Tszıdan soruşdu :

              -Siz hətta yaxşı  davranış qaydalarını qəbul  etmirsiniz ?

       Lao Tszı cavabında dedi :

    • Əgər siz  oturmaq istəyirsinizsə  ,  oturun ; əgər  durmaq istəyirsinizsə - durun.  Mənim sizə  nə etməyinizi  buyurmağa  haqqım yoxdur.  Mən başqasının həyatına qarışmıram.  Siz  azad adamsınız və mən də  azad adamam.

    Konfutsi bu sözlərdən sarsıldı.  O ,  insanda  “yüksəklik”dən  danışmağa cəhd etdi , amma Lao Tszı güldü və dedi :

    • Mən heç vaxt  nə isə “yüksək”  və  nəı isə alçaq” görmədim.  İnsan elə  insandır , necə ki,  ağac ağacdır.  Hamı  eyni  mövcudluqda iştirak edir.  Yuxarı və aşağı olan  heç kim yoxdur. Bunlar hamısı  cəfəngiyyatdır !

     

      Konfutsi soruşdu :

    -İnsan öləndən sonra onunla nə  baş verir ?

       Lao Tszı  cavab verdi :

    -Siz yaşayırsınız , amma həyatın nə olduğunu deyə bilərsinizmi ?

      Konfutsi  pərt oldu . Lao Tszı dedi :

    -Siz həyatın nə olduğunu bilmirsiniz və bununla belə , həyatı  dərk etmək əvəzinə ,  həyatdan xaricdə  olan  -  ölüm haqqında narahat olursunuz.

     

    Oxuduqlarıma əsasən , Konfutsinin  Lao Tszıdən yaşda böyük olması  dəqiq deyil , Əksini  deyən mənbələr də var .

  4. Men yunan ve rumın mahnılarının vurğunuyam.Dilleri xoşuma gelir )

     

    Mən də ))  Neçə illərlə  rumın dostlarım olub , onların sayəsində  rumın müsiqisinə qulaq asmışam.   Yunanları  isə (şərq stilində və ya Aralıq dənizi  stili də  deyilir )   ondan da əvvəl  sevirdim.  Bir neçə dəfə forumda da link  qoymuşdum .  

  5. Daha bir müşahidəm haqqında.   Çox vaxt  olur ki, cümləni  "və"  bağlayıcısı  ilə başlamaq istəyirəm , amma bildiyimə görə  "və"  cümlənin əvvəlində gələ bilməz.  Ona görə cümləni  qaydalara uyğun qurmağa çalışıram.   Amma müşahidə etdim ki, "və" cümlənin əvvəlində də yazıla bilərmiş )) 

     

    Mehdi lap indicə kəşf eləmişdi ki, “bir saitlə bir samitin birləşməsindən” də təzə rəng yarana bilər. sən demə, bu sait və samit səslər əgər birləşməsəydi, onda (nə az, nə də çox!) dünyada rənglərin müvazinəti pozulardı: əgər səslər yalnız samitlərdən ibarət olsaydı, - günəş hər şeyi yandırardı, işıqdan göz qamaşardı, hirsindən, acığından insanlar da, heyvanlar da bir-birini qırıb qurtarardı; əgər səslər yalnız saitlərdən ibarət olsaydı, onda bunun təxminən əksi alınardı: hava həmişə soyuq olardı, gecə-gündüz yağış yağardı,; nə rəngbərəng güllər açardı, nə cürbəcür quşlar oxuyardı... (Ə.Əylisli)

  6. Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır. Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir. Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məs.: Şairdir, görünür, düz ilqarı var (S.Vurğun). Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır. Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M.Araz). Yəqin, (ara söz) sən də getməlisən. Elşən, əsasən, (ara söz) doğru məlumat verdi. Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq. Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.

     

    http://www.azerbaijan-news.az/index.php?mod=3&id=37975

     

    Beləliklə , yəqin sözü cümlənin əvvəlində  gələndə  ondan sonra vergül  qoyulur.  Gedim , səhvimi düzəldim )) 

  7. Eshi, pul, varliq, mehshurluq insani ele deyishir ki. Belke de o kitabi yazan zaman, ve fahishelik haqqinda etiraf etmeyi dushunende ayiq bashda olmayib, avropa ve amerika meshurlarinin hamisi ya narkoman olur, yada spirtli ickiden asili. Pulun hesabina o qeder sheyler gorurler ki, daha heyatda hec bir sheyden lezet ala bilmirler, narkotiklerden bashqa.  

    Ikinciside ki o bir aropalidir, onlar ucun bele semimi etiraflar adi bir sheydir, ozu biler..  

    Onun hec vecine de deyil ki, bizim kimiler tecublenecek bunu oxuyub. Onun bu deqiqe butun ehatesi bashdan ayaga kecmishi qrexi olan, yalanla ve alcaqliqla dovlet bashinda olan adamlardi, kimdiki onun innen bele fahisheliyini uzune vuran. Hami oxuyub qulaq ardina vuracaq.

     

    Yoxe , nə deyirsiniz ? Yoldaş Kadırov  krutoy  oğlanlardandır )) Yəqin ,  Depardyenin bu  oyunlarından  xəbəri olmayıb . Yoxsa ona ev vermək "zapadlo"  olardı :tespe:  

  8. Еще в раннем детстве я заметил, что нравлюсь геям», — пишет Депардье. По его словам, это началось еще в 10-летнем возрасте. Потом, немного повзрослев, он спал с мужчинами, чтобы подработать на учебу в актерской школе.

    «Некоторых я обкрадывал, некоторым давал по морде и отбирал деньги».

    66-летний актер признается также, что воровал автомобили и грабил могилы, снимая с покойников украшения.

    Известно, что Жерар вырос в очень бедной семье и пробивался, активно работая кулаками. Среди прочего, он подрабатывал телохранителем при проститутках, которые отправлялись в Париж в дни зарплаты американских солдат.

     

    http://news.israelinfo.co.il/kaleidoscope/53496

  9. 66684_res_01.jpg

     

     

     

    “Gəncliyimdə fahişəliklə məşğul idim...”

     

    Məşhur fransalı kino aktyoru, hazırda Rusiyavətəndaşı olan Jerar Depardye özünün yeni çapdan çıxmış “Nə oldusa, oldu” adlı kitabında şok etiraflarla  çıxış edib.

    Virtualaz.org saytının xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, J.Depardye yazır ki, gənc yaşlarında fahişəliklə məşğul olub və yol kənarında dayanaraq yük maşınlarının sürücülərinə intim xidmət göstərib.

    “Jerar gənclik illərində mərkəzi Fransada, Şatoruda təzə qəbirləri soyurdu, dava-dalaşlara girirdi, siqaret qaçaqmalçılığı ilə məşğul olurdu və yoldan küçən yük maşınlarının sürücülərinə intim xidmət göstərərək fahişəliklə məşğul idi” - deyə J.Depardyenin kitabına istinadla “The İndependent” yazır.

    Aktyor yazır ki, anası ona hamilə olanda öz-özünü abort emək istəyib: “Mənim kasıb anam üçüncü uşağından, mən Jerardan yaxa qurtarmaq üçün özünə bu millərlə xətər yetirmişdi. Ancaq mən sağ qaldım”.

    J.Depardye bildirir ki, dəmirçiliklə məşğul olan atası alkoqolik olub. Aktyorun yazdığına görə, əyyaş atası savadsız adam idi və onu “Dede” deyə çağırırdı. Çünki onun tanıdığı yeganə hərf “D” idi.

    Aktyor yazır ki, o, Şatorudan qulaqlarında Rasinin musiqisi ilə Parisə qaçıb, 1974-cü ildə ilk dəfə filmdə çəkilərək məşhurlaşıb.

     

     

    http://virtualaz.org/last/33178

     

  10. Noir , sizə bir - iki "orta çətinlikdə" suallarım var. Sonra isə daha çətinləri də ola bilər :)

     

    1. Müasir dövrdə nəinki Azərbaycanda , bütün dünyada , xüsusilə də , inkişaf etmiş ölkələrdə siyasi apolitizm mövcuddur. Fikrinizcə , bu apoltizm normaldırmı , sağlamdırmı ,  həqiqidirmi və ya  yalnız  "görüntü"  üçündür ?  

     

    2.  Əgər  apolitizmlə  dostluğunuz yoxdursa :)  ,  siyasi  mövqeyiniz hansı  platformaya yaxındır -  liberalizm , sosial demokratiya ,  konservativ  demokratiya , birpartiyalı sistem ,  monarxiya , anarxiya :tespe:  və  s.  sadalamadıqlarımdan ?

    3.  Prezident  olsaydınız  ilk  olaraq  hansı sahədə  islahatlar aparardınız ? 

     

    Cavablar üçün əvvəlcədən təşəkkür edirəm !  3 sualdan hansına istəməsəniz cavab verməyin, başa düşərəm .

  11. Evinde ele biri varsa da,o evi satıb heyet evi almaq olar hem o xeste ezizi temiz havaya tez tez çıxar hem bu qeder insanı narahat etmezdiler.

     

    Bu da məntiqi  sualdır.   Digər tərəfdən isə belə  şeyə  səbəbsiz  filansız  icra hakimiyyəti  necə icazə verə bilər ? Onu başa düşmürəm .  Dedim , bəlkə müəyyən üzürlü səbəb var , biz bilmirik .

  12. Antaqonizm -   ziddiyyətlərin  məhz  mübarizəsidir.   Ziddiyyətlər  hər bir sahədə mövcuddur , amma bu ziddiyyətlər , qarşılıqlar   mübarizə formasını alanda antaqonizm deyirlər.  Məsələn , məktəbdə  şagirdlərlə  müəllim , evdə  valideynlə  uşaq arasında da əbədi  ziddiyyətlər mövcuddur.  Amma , antaqonizm yoxdur.   Məncə  antaqonizm "ölüm -dirim"   mübarizəsinin qaçılmaz olduğu  yerlərdə  baş verir.  Antaqonizm həmişə  inkişafla  müşaiyət olunmur. Bəlkə də elə buna görə dediyiniz "idealist"  , "utopik"  nəzəriyyələr  yaranır .  

     

    Təbiətdə  antaqonizm kimi  nəyi  görürsünüz ?  Sosial  sahədə az  - çox  bəllidir :   Kasıb -  varlı , dindar - ateist ,   liberal -  konservativ və s.   

     

    Bir sual da verim , sizin fikrinizcə  antaqonizm   -   mübarizə  formasında faydalıdır ,  yoxsa   "ideallaşma və  kamilləşməyə"  yönələndə ?

×
×
  • Create New...