Jump to content

L-nara Rustamova

Newbies
  • Posts

    15
  • Joined

  • Last visited

Posts posted by L-nara Rustamova

  1. Ananın evi vərəsəlik (və ya bağışlama) qaydasında nikahda olan qızına keçirsə, həmin ev qızın mülkiyyəti hesab olunur və ərə evdən pay düşmür. Burada istisna olaraq iki hal göstərilə bilər: (1) əgər qızla əri arasında nikah kontraktı varsa və həmin kontraktda başqa qayda müəyyən edilmişdirsə; (2) qız evi qəbul etdikdən ona böyük miqdarda pul qoyulmuşsa (məsələn, əsaslı təmir edilmişdirsə). Bu istisna hallarda ərə pay düşə bilər.

    Cavabiniza gore tesekkurler. Cox sag olun.

  2. Bu postları oxuduqca qadınların "zəif" cinsin nümayəndələri tərəfindən nə qədər əzildiyini görürəm. Mənim kimi nə qədər qız var imiş. Əslinə baxanda dinimizdə də bu qadın haqqları yaxşıca qeyd olunub. Amma bunu kişilər heç sayır və kişilər yəqin ki cəhənnəmdə bunlara görə cəzalandırılacaqlar. İnşallah da belə olar. çünki oxumuş öz haqqın hüququn bilən qadınlar bu vəziyyətlərə düşürlərsə, nə qədər savadsız öz haqqın hüququn bilməyən qadınlar var gör onlar nələr çəkir. Ona görə də işləmək, karyera qadının bir nömrəli silahıdı, ondan 5 əllə yapışmaq lazımdır ki yeri gələndə ayaq üstə dura biləsən.

    (islama görə qadın kişi tərəfindən qadının istəyi olmadan zorla çalışdırıla bilməz. çünki İslam ailənin və uşaqların baxımın-xərclərinin qarşılanmasını kişiyə vermişdir. Bu baxımdan qadının işləməsi öz istəyinə bağlıdır. Qadın istəsə işləyər, özü üçün ticarətlə məşğul olar. Peyğəmbərimizin yoldaşı Hz. Xədicə özü üçün ticarətlə məşğul olurdu. Qadın şirkət qurar, mal-mülk satın ala bilər. Ərinin icazəsi olmadan oruc tutmasına qadağa qoyulan qadın işləmək və qazandığını xərcləmək barəsində sərbəst buraxılmışdır. Ərinin xəbəri olmadan pulunu istədiyi kimi istifadə edər, bu mövzuya da ərinin qarışma haqqı yoxdur. Lakin yenə də bunu etmək haqqına və azadlığına sahib olan qadının formal belə olsa ərinə deməsi və məsləhətləşməsi tövsiyyə olunur.

    Ailə rəisliyi mövzusunda kişini üstün tutan dinimiz, evin və uşaqların ehtiyaclarından təməlli olaraq kişini cavabdeh tutar. Ailənin dolanmasında əvvəl ata sonra isə dövlət cavabdehdir. Qadın vəzifələrini yerinə yetirməyən əri və dövləti haqqında dava aça bilmək haqqına sahibdir.

    İslamiyyət qadını dörd divar arasına həbs etməz, onu əsir kimi yaşatmaz. Qadını dörd divar arasına həbs edən İslamiyyət deyil ərəb adətləri olmuşdur. Qadın öz istəyi ilə və İslam’ın buyurduğu şərtlərdə işləmək istəsə bu onun haqqıdır. Qadının qazandığı pul özünə aiddir. Qadının qazandığı pulu ailesi, uşaqları üçün də xərcləmək zorunda deyil. Lakin ərinə və ailəsinə sadiq olan qadın bu işi bir ibadət düşüncəsi və mənəvi bir zövqlə edərsə və ailə büdcəsinə yardım edərsə həm Allah yanında böyük bir dəyər qazanıb savab iş görmüş olar həm də ərinin yanında dəyər və qiymət qazanar. İslam’a görə qadın “Tam bir ekonomik azadlığa” sahibdir. Bu barədə o kişiyə nisbətdə daha da şanslıdır.

    İslamiyyət qadının sümürülməsinə, zorla işlədilməsinə də qarşıdır. Qadın özü istəmədikcə əsla işlədilə bilməz. Qadının əsl və əsas missiyası analıqdır. Uşaq böyütmək və tərbiyə etməkdir.)

  3. Это испокон веков так было, мы не открываем Америку. Кто-то обжигается на своем опыте, кто-то смотрит на других и делает выводы для себя. Доверять 100% мужу - уж извините какой наивной надо быть. Всегда нужно быть готовой к тому, что тебя могут обмануть, оставить в безвыходном положении, поверьте в наше суровое время порядочных людей, а уж тем более мужчин очень и очень мало. Мужчины стремятся держать женщину в вечном подчинении. Со временем просят, чтоб сидела дома, типа "отур евде, ушаглара бах, мен сене бахарам". Потом начинают сокращать деньги, понимаете им выгодна такая зависимая женщина, которая в случае чего не будет дергаться. Я недавно приобрела квартиру на имя своего отца и сдала ее. Это моя гарантия, не только от мужа, но и вообще, никто не знает как обернется жизнь, какие будут дети потом. Зачем мне терпеть мужа, которого я и видеть не захочу, либо быть обузой своим детям на старости лет. В общем, пока так.

    Siz bele mühafizəkar olmaqla düz edirsiniz. Kişilərə inanmaq olmaz, məndə əvvəl çox inanırdım yoldaşıma amma indi görürəm ki nahaq bele etmisem. Biz evlenəndə məni evlərinə qeydiyyata salmadı, bəhanələr gətirdi sonra nə bilim nə mən də çox əhəmiyyət vermədim, amma axırıncı dəfə maşının dəyişəndə anasının adına aldı maşını. Artıq bilirəm ki öz işin ehtiyyatlı tutmaq üçün edir. Uje hər şeydən soyumuşam ailədən də həyatdan da. İki il evvelki sekillerime baxiram cox deyismisem, gozlerime kədər çöküb. Birce meni heyata baglayan ovladimdi.

  4. Qızlar maaşımı yarı yarı azaltdılar, ya miqdarını az deməklə alınan iş deyil, iş yerimle az çox əlaqəsi var öyrənə bilər. Həm mən niyə öz qazandığım pulu özüm xərcləmək üçün yalanlar uydurmalıyam ki, işdə ətrafımda da heç kimdə belə deyil. Mənimki ancaq qalıb israr etməyə və bundan sonra artıq belə istəmirəm deməyə. Qoy məsələ böyüsün və öz həllini bir dəfəlik tapsın. Qadınlar niyə oxusun işləsin deyirlər həmişə, ekonomik azadlıqları olsun deyə. Mən həm işləyirəm həm də ekonomik baxımdan özündən asılı edir. Bəlkə düz fikirləşmirəm?

  5. Siz, yəqin ki, təzə evlənmisiniz. O, sizi yoxlayır. İndidən tərgitməsəniz, belə də olacaq. Qətiyyən mübahisə yaratmayın, amma maaşınızı ona verəndə, göstərin ki, bunu könülsüz edirsiniz. Bir de ki, ondan tez-tez pul istəyin, mümkünsə, maaşınızın hamısını bir bəhanə ilə alın. Onda özü ondan könüllü imtina edəcək.

    1 ilden artiqdir evliyik. meni yoxlamaq ucun etmir bunu, ailemizde dogrudan da bele olmasini istediyi ucun edir. gunah mendedir gerek evvelceden men de oz qaydalarimi qoyardim.

    maasimin hamisini bir bahane ile almagim mumkun deyil. cunki men bele elesem o oz maasinin her ay yarisini anasina vere bilmeyecek, mesele de boyuyecek.

  6. Знаете, ... Почему вы должны просить у него свои же деньги?????

    Məsələ ondadır ki mənə qarşı xəsislik edir, bir sey alanda agiz burun eyir. men ozum az maas da almiram. İsimde cox eziyyet cekirem, eziyyet cekib qazanilan pulun lezzetle xerclemeyi de var axi, o bele xesislik edende men cox eseblesirem. Eziyyetimin bosa getdiyin hiss edirem. Bu qeder eziyyet cekib isledikden sonra ondan usaq kimi pul istemeyim mene cefengiyat gelir. Ele bilirem ki meni kimse istismar edir. Eger sizin dediyiniz kimi edaletli davransaydi belke de meni incitmezdi.

  7. Bizim öz ailəmizdə də belə olub həmişə ailəmizin pulu anamda olurdu.

    Yoldaşım isə deyir evin pulu kiside olar, arvad pulu kisiden almalidir.

    Apoloniya :Sadece olaraq her hansisa meslehet vermek de mumkun deyil. Belke bizim dediyimize ehemiyyet verseniz, sizin aileniz daqila biler. Bele mesuliyyeti de inanmiram ki kimse oz uzerine gotursun.

    narahat olmayın, mən kiminsə məsləhətinə qulaq asıb ailə dağıtmaq istəmirəm :) sadəcə çoxluğun fikri mənim üçün maraqlıdır.

    Meselen men artiq maasimi ona vermemek qerarina gelmisem oz xerclerimi ve s ozum odeyim ondan pul istemeyim, o ise bununla hec razilasmir.

    Ona gore sizlerden sorusuram ki belke bele olmalidir, mən düzgün etmirem ailede bele olmalidir. Bir yandan da men isleyib her ay sonu maasimi ona verdikce adamin cekdiyi zehmetin de lezzeti itir.

  8. Qızlar xahiş edirəm bir məsləhət verin. Bəlkə də bunun açılan mövzuyla tam əlaqəsi yoxdur, amma yardıma çox ehtiyacım var.

    Mən işləyirəm, yoldaşımda həmçinin. Yoldaşim hər ay aldığım maaşı məndən alır və hamısı özündə olur. Adı da olur ailə büdcəsi bir yerdə olar.Mənimdə lazım olduqca ondan xərclik istəməyimi istəyir. Bu gün 10 manat verir, sabah istəyəndə dünən verdiyinin hara getdiyin mütləq deməliyəm. (Bu da mənim qüruruma çox toxunur. Əgər işləyirəmsə niyə xərclik istəyim.) Yaxud salona getmək istəyirəm, alış veriş etmək istəyirəm (paltar filan yəni) xərcimiz çox oldu alma, ya da bu bahadı bunu alma. Bu qədər ili oxuyub əziyyət çək ki, özün pul qazanasan ki asılı olmayasan, nəticəsi də belə. Onu da deyim mən işləməsəm onun maaşı ilə dolana bilmərik , çünki O öz aldığı maaşım tam yarısını anasına verir dolanmaq üçün. Mən deyendə də pul istəməyi sevmirəm, burax öz xərclərimi özüm ödəyim evin də xərclərinə kömək edərəm razılaşmır, qiyamət qopur. İndi sizdən-ailəli və işləyən xanımlardan soruşmaq istəyirəm maaşınızı alıb yoldaşınıza verib sonra boynunuzu büküb xərclik istəyirsiniz? Sizcə bu düzgündür, belə olmalıdır? Və mən necə davranmalıyam bu vəziyyətdə?

    P.S. Onu da deyim ki ürəyimdən keçən odur ki, maaşım özümdə olsun, mən öz xərclərimi ödəyim, işlədiyimə görə uşağıma dayə tutmuşam onun pulun ödəyim, bir də evin uşağın xərclərinə bacardıqca kömək edim. Mən belə asılı yaşaya bilmirəm artıq :(

  9. Xahiş edirəm, əgər bilən varsa mənə məlumat verin:

    Mən Ağdam rayon qaçqınıyam, Ağcabədi rayonunda müvəqqəti olaraq qeydiyyatdayam. Özüm isə 10 ildir Bakıda yaşayıram və işləyirəm (anladığınız bakıda heç yerə qeydiyyatım yoxdur.). Sürücülük məktəbin bitirmişəm imtahana da hazırlaşıram ancaq iş və ailə məsələləri ilə bağlı rayona gedib imtahanı verməyə imkanım yoxdur. Rayona bir dəfə gedib imtahanı versəm əgər kəsilsəm gərək 300 km yolu bir də gedim. Əgər bilən varsa xahiş edirəm, deyin, bu imtahanı Bakıda verməyin bir yolu var? Bunun üçün hansı sənədlər lazımdır?

  10. Xahiş edirəm, əgər bilən varsa mənə məlumat verin:

    Mən Ağdam rayon qaçqınıyam, Ağcabədi rayonunda müvəqqəti olaraq qeydiyyatdayam. Özüm isə 10 ildir Bakıda yaşayıram və işləyirəm (anladığınız bakıda heç yerə qeydiyyatım yoxdur.). Sürücülük məktəbin bitirmişəm imtahana da hazırlaşıram ancaq iş və ailə məsələləri ilə bağlı rayona gedib imtahanı verməyə imkanım yoxdur. Rayona bir dəfə gedib imtahanı versəm əgər kəsilsəm gərək 300 km yolu bir də gedim. Əgər bilən varsa xahiş edirəm, deyin, bu imtahanı Bakıda verməyin bir yolu var? Bunun üçün hansı sənədlər lazımdır?

×
×
  • Create New...