Jump to content

3d_designer

Almost members
  • Posts

    25
  • Joined

  • Last visited

Posts posted by 3d_designer

  1. Salam.Benzin keyfiyyətsiz olduğu zaman avtomobilin sürətlər qutusunun normal işləməsinə bir təsiri varmı.Söhbət avtomat karobkadan gedir.(Əvvəl vurduğum benzini başqa benzinlə əvəz etdim karobkada vuruntu kəsdi)səbəb maraqlıdır.Təşəkkürlər

  2. Nisbətən simsiz internet provayderləri içində nar mobile internet yaxşıdı.sazz da yaxşıdı ama nəzərə alın ki elə yerlər var ki orda ayrılmış hava xətti (kanallar) o qədər sıx olur ki provayderin sizə vəd etdiyi tam sürəti almaq mümkün deyil (hətta şəbəkə dalğası maksimum göstərsəbelə) ən yaxşısı səfərə çıxmamışdan qabaq hər bir provayderin rəsmi saytında əhatə dairəsini göstərən xəritə var - ordan ərazinin əhatə dairəsində olub olmamağını öyrənmək olar.Bundan sonra seçim etmək mümkün olar

  3. Hal hazırda katv1 interneti normal verir.Müştəri xidmətlərinə də ki söz yoxdur.Əgər hər hansısa bir problem yaranarsa müraciət etdikdə dərhal araşdırılıar.Və problem həll olunduqdan sonra ofisdən həmin abunəçiyə zəng olunur və onun probleminin tam həll olunub olunmaması ilə yeenidən maraqlanırlar.Yəni müştəri xidmətləri yaxşıdır.Mən bir neçə nəfərlə söhbət etmişəm hələ ailə tv dən tam razı qalan görmədim.Bir də ki ailə tv nin elə istifadəçiləri var ki onların mənzilinə internet kabeli sviçdən abunəçiyə az qala 80-90 metr məsafədən çəkiblər.Özü də çöl şəraitində kabel çəkilir.Belə ki əslində internet kabeli sviçnənən abunəçi arasında 100 metrə qədər interneti normal verməlidi amma kabel keyfiyyətli olsa.utp kabellə həqiqətən keyfiyyətli  olsa 100 metrə qədər məsafə uzansa (əgər binanın içiylə çəksələr)onda alınardı.Və nəzərə almaq lazımdır ki çöldən nə qədər əlavə dalğaların təzyiqinə məruz qalır kabellər.onun üçündə stabillik olmur.bundan əlavə elektrik kabellərinin ən azı 10 sm məsafəsindən çəkilməlidir lan kabel.Bir çox səbəblər vardır ki internet keyfiyyətinə zərər vurur.Əgər hər hansı bir kabel provayderləri sizin ərazinizdə yoxdursa onda adsl (eurosel)provayderini məsləhət görürəm bu dediyim iki provayder sizi incitməz...cün ki özüm bu iki provayderdən internet alıram

  4. 2038 problemi, hesablama texnikasında 19 yanvar 2038-ci ildə müəyyən proqram təminatlarında baş verməsi gözlənilən ciddi bir problemdir. Bu problem zamanın POSIX standartı (UNIX-zaman) ilə təsvir olunduğu proqram və sistemlərdə baş verəcək. POSIX standartına görə saniyələrin sayı tarix olaraq 1 yanvar 1970-ci ildən bu yana hesablanır.

     Demək olar ki, UNIX-bənzəri bütün 32-bitlik əməliyyat sistemlərində bu problemin yaşanacağı gözlənilir. Bundan başqa 32-bitlik Windows əməliyyat sistemləri və MySQL verilənlər bazası ilə çalışan web-layihələr üçün eyni problem aktual xarakter daşıyır.

     Bilindiyi kimi 32-bitlik sistemlərin bir çoxunda saniyələrin signed int (işarə ilə 32-bit tam) şəklində təsviri üçün time_t verilənlər tipindən istifadə olunur. Belə olan halda POSIX standartına görə ən sonuncu tarix kimi 03:14:07, çərşənbə axşamı, 19 yanvar 2038-ci il (UTC ümumdünya vaxtı) göstərilə bilər.

    Year_2038_problem.gif

     Bu göstərilən tarixdən sonrakı tarixin göstərilməsi problem təşkil edəcək, çünki time_t tipi bundan sonra mənfi qiymət verəcək. Bu isə öz növbəsində ya 1970-ci və ya 1901-ci ili göstərməyə başlayacaq. Nəticədə yanlış hesablamalar olacaq və bu da fəsadlara gətirib çıxaracaq.

     Mütəxəssislər qeyd edirlər ki, 32-bitlik prosessor və əməliyyat sistemləri üçün bu ehtimal olunan problemin sadə həlli mövcud deyil. Odur ki, yaxşı olardı ki, risk halıyla qarşılaşmadan 2038-ci ilə qədər 32-bitlik bu sistemlər 64-bitlik sistemlərlə əvəz edilsin.

     

     

    Ölməsək sağ qalsaq görək düzdü ya səf

  5. Əslində hamı bilməlidir ki yüksək sürətli internet nəyə lazımdır və onun üçün vacibdirmi.Söhbət əlavə pul itkisindən gedir.Əgər iri həcimli (qiqabaytlarla) fayllar yükləyirsinizsə o başqa məsələ.

    Bir neçə şeyi bilməkdə fayda var......

    Youtube-də video izləmək üçün lazım olan internet sürəti və nəticə piksellə
    512/512-240 pixel
    1024/1024-360 pixel
    2048/1024-480 pixel
    3072/1024-720 hd pixel
    4096/1024-1080 hd pixel

    Skaypda danışmaq üçün lazım olan sürət

    1024/1024 sürət yüksək keyfiyyətlə skaypda danışmağa imkan verir.Əgər hd formatda skaypla danışmaq istəsəz 2048/2048-ə olan sürət sizə bəs edər təbii ki kameranız hd - dirsə.....

    Bundan əlavə Online oyunlar və sairə.Bir ev üçün 5 meqabit internet sürəti artıqlaması ilə bəs edir.

  6. Heyif, biz terefde ne citynet var ne de ishltdiyim provayderin otik volokon interneti. Dostum chekdirib 29 AZN-e ayi bir de deyesen modem alib nese. Chox ela ishleyir, 17-20 m-bit suret. Lab paxilliqim tutdu.

    Mende modem BT Homehub 2.0-di. Ustunde bashim chixmayan choxlu port-lar var. Nece bilim optika-volokon destekliyir modem yoxsa yox?

    wan portu lan girişlidirsə hə.phone line tiplidirsə yox.ama birbaşa optik almaq üçün ən azı qurğunun qiyməti cəmi bir yerdə 500 manata qədər gəlib çıxacaq.

  7. Kabel


     Kabel tipli internet xidməti, kabel TV xidməti göstərən provayderlər tərəfindən təqdim edilir. Bu xidmət istifadəçiləri 3-100 Mbit/san internet ilə təmin edir.


    Üstünlükləri: Təqdim edilən internet xidmətinin sürəti və keyfiyyəti məsafədən asılı deyil. Kabel internet xidmətinin əldə edilməsi fiber-optik xidmətlə müqayisədə daha əlçatandır. Bundan başqa kabel internet xidmətinin təqdim etdiyi sürət DSL və peyk internet xidmətləri ilə müqayisədə daha yüksəkdir.


    Əksiklikləri: Kabel internet xidmətinin ən nəzərə çarpan mənfi cəhəti ondan ibarətdir ki, xidmətin təqdim edildiyi ərazidə istifadəçilərin sayı artdıqca sürət aşağı düşür. Xüsusilə də pik saatlarda bu diskomfort özünü daha bariz şəkildə biruzə verir.

  8. 5mbdən artıq sürətlə youtuba normal baxa bilmirem adi videofayllara

     

    problem nədə ola bilər. buda göstərcicilər 2 fərqli hostinqdə bilmirəm hansında yoxlamaq lazımdı. 

     

    ">http://3133459143.png

     

     

    ">http://3133464144.png

    Hər kəs müəyyə qiqabaytda trafik işlədir.Statistikaya görə ortalama 20-40 qiqabayta qədər limit islədir.Provayderlər müəyyən taktikadan istifadə edirlər ki bu da məlum məsələdi.Aktiv ol interneti ucuz verir düzdü.Onlar da opudavoy trafik daşımasından istifadə edir.30 meqabit saniyə sürəti ilə sizə internet verir.4.5 qiqabaytlıq bir film 30 dəqiqəyə yüklənir.bu da bir gün ərzində dayanmadan yükləmə eləsəz 216 qiqabayt trafik işlətmiş olursan.Ay ərzində isə dayanmadan yükləmə eləsən 6.3 terabayt trafik deməkdir.Provayderlərdə sizə satdıqları trafiki onlar özüdə opudavoy alır.Xırda bir misal.Niyə görə (nar mobile 20qiqabayt trafik bitdikdə sürəti 128-yada 256 kilobitə salır)Bəli əslində bilmədiyiniz şeylər çoxdur.Bir ay ərzində siz 6.3 terabayt məlumat yükləyin görün o provayderin sizə münasibəti necə olur.və ya internet keyfiyyətiniz necə olur.Əgər 100 faiz siz əminsiniz ki interneti 100 yox heç olmasa 80 faiz göstərilən taariflə alırsız-yanılırsız.Bunun səbəb və texnalogiyasının böyük mövzusu var gərək məqalə yazam.Təşəkkürlər

  9. 1ci adi vaxtdı, intenet brauzerləri və proqramlarını bağladığım zaman. Kəsilmələr də olub  gördüyünüz kimi.

    İkinci sütundakı youtube-da videoya baxdığım zamanki göstəricidi. Onda da kəsilmələr olub arada, amma pinglərin dəyişiminə daha ətraflı baxmaq üçün ən böyük seansı screen eləmişəm.

     

    Bir də onu da qeyd edim ki, dünən və ondan əvvəlki gün, həmçinin həftəsonu gecə saatlarında təxminən 3-4 saat internet əvvəlki kimi tam normal işləyib.

    Ping qırılmasının bir çox səbəbləri var konkret nəyi bilmək istəyirsiz

  10. Hər kəs müəyyə qiqabaytda trafik işlədir.Statistikaya görə ortalama 20-40 qiqabayta qədər limit islədir.Provayderlər müəyyən taktikadan istifadə edirlər ki bu da məlum məsələdi.Aktiv ol interneti ucuz verir düzdü.Onlar da opudavoy trafik daşımasından istifadə edir.30 meqabit saniyə sürəti ilə sizə internet verir.4.5 qiqabaytlıq bir film 30 dəqiqəyə yüklənir.bu da bir gün ərzində dayanmadan yükləmə eləsəz 216 qiqabayt trafik işlətmiş olursan.Ay ərzində isə dayanmadan yükləmə eləsən 6.3 terabayt trafik deməkdir.Provayderlərdə sizə satdıqları trafiki onlar özüdə opudavoy alır.Xırda bir misal.Niyə görə (nar mobile 20qiqabayt trafik bitdikdə sürəti 128-yada 256 kilobitə salır)Bəli əslində bilmədiyiniz şeylər çoxdur.Bir ay ərzində siz 6.3 terabayt məlumat yükləyin görün o provayderin sizə münasibəti necə olur.və ya internet keyfiyyətiniz necə olur.Əgər 100 faiz siz əminsiniz ki interneti 100 yox heç olmasa 80 faiz göstərilən taariflə alırsız-yanılırsız.Bunun səbəb və texnalogiyasının böyük mövzusu var gərək məqalə yazam.Təşəkkürlər

  11. Bəli.Amma yüz faiz problemin kimdə olduğunu aşkarlamaq üçün modem və digər əlavə qurğu vasitəsilə səbəbi aşkarlamaq mümkündür.

    Upstream line rate (kbit/s) 2260 Downstream line rate (kbit/s) 12000 Line standard ADSL2+
    Channel type
    Interleaved  Upstream SNR (dB)   0.5 Downstream SNR (dB)   6.9 Upstream line attenuation (dB) 17.5 Downstream line attenuation (dB) 34.8 Upstream output power (dBmV) 13.2 Downstream output power (dBmV) 19.3 Upstream CRC 28282 Downstream CRC 7659 Upstream FEC 26442 Downstream FEC 29495

    mdem göstəricilərini yoxlamaq və testerlə yoxlamaq olar.Ondan sonra Biləcəksən problem ats-provayder ya da sizin telefon xəttindədir.

    Bir çox üsulla mümkündür.Yalnız ölümə çarə yoxdur

  12. Belə deyim adsl də maximum download 25 upload 3 meqabit internet almaq mümkündür . sadəcə provayderlər bunu abunəçilərə demək istəmirlər . mən hal hazırda adsl vasitəsi ilə 10 meqabit dovnload 2 meqabit upload alıram.almaq mümkündür.adsl2+ vasitəsi ilə və annex m funksiyası ilə.əlbətdə fiber optik əladı.və eyni anda katv-nin internet xidmətindəndə istifadə edirəm.Hərəsinin öz mənfi və müsbət cəhətləri var.

  13. Mən də it (ayti) sahəsi ilə məşğulam.Adsl istifadəçilərinə bəzi tövsiyələr verim.İlk öncə çalışın evə gələn telefon xəttində qəti şəkildə calaq olmasın.Növbədi dəfə ats-ə müraciət edərək xətt keyfiyyətini yoxlatdırın.Modem ayarlarında (Bitswap Enable SRA Enable) bölməsi var.demək olar ki bu bütün adsl modemlərdə var.Əgər SRA aktivdirsə bunu deaktiv edin-səbəb budur ki bu funksiya aktiv olduqda modemlə dslam arasında əlaqə demək olar ki qırılmır amma internet surəti ani vaxtda düşür və əlaqənin qırılmasına imkan vermir.(dslam-atsdə yerləşən qurğudur və istifadəçilərə internet bu qurğu vasitəsi ilə gəlir ).Bir sözlə telefon xətti zəif olan istifadəçilər (Bitswap və SRA)funksiyalarının aktiv qalması məsləhətdir.Amma telefon xətdi əla olanlar (SRA )funksiyasını deaktiv etmələri məsləhətdi.Bundan əlavə modemdə (mtu size - ayarları da vardır ki bu da tam sürətin alınmasında böyük rolu vardır və həmçinin ping saniyəsi də aşağı düşür-yəni internetə giriş bir az da tezləşir)(MTU size) - sizidən gedən və gələn paket həcmini göstərir.Bu standart olaraq modemlərdə 1492-göstərilir.Çalışın test edərək bu dəyəri 1200-1400 arasında bir rəqəmlə göstərin.Daha sonra bəzən istifadəçi modemən lan kabel vasitəsi ilə interneti yaxşı alır-amma wifi vasitəsi ilə zəif.Bununda bir çox səbəbləri var.Əslində bir şeyi bilmək lazımdır ki (Bir çox modemlərdə teorik olara wifi vasitəsilə 254 nəfərin eyni anda modemə qoşula biləcəyini qeyd edir.amma belə deyil.praktika göstərir ki modem növündən aslı olaraq wifi vasitəsi ilə internetə qoşulan cihaz sayı 1-15 arasında ancaq mümkündür.Mümkündür deyəndə-əslində sayı çox da ola bilər amma modem 1 cihazdan 15 cihaza dək ancaq interneti istifadəçiyə verə biləcək.Səbəblərdən bir neçəsi də modem qrğularının ramının aşağı meqabaytda olması-professional qurğular olmaması-ətrafda olan modemlərin wifi kanallarının və digər baza stansiyalarının təsiri - birbaş istifadəçinin wifi vasitəsilə interneti tam almaq böyük problem olur.Bundan əlavə modem ayarlarında wifi kanal bölməsində (Wireless Settings-Channel) bu ayarları yoxlayaraq ən uyğun kanalı seçməklə daha yaxşı qoşulmanı təmin etmək olar.Bir sözlə KEYFİYYƏTLİ İNTERNET İSTƏYƏN ŞƏXS MARİFLƏNMƏLİ BƏZİ ŞEYLƏRİ OXUMALI-VƏ İNTERNET KEYFİYYƏTİNİN ZƏİF OLMA SƏBƏBLƏRİNİ GÜNAHGARI PROVAYDER - ATS - YOXSA İSTİFADƏÇİ OLDUĞUNU BİLMƏLİDİ.BURDA ÇOX MƏLUMATLAR YAZA BİLƏRƏM AMMA GƏRƏR SƏBRİNİZ OLA OXUYASINIZ  BİR SÖZLƏ ÇALIŞAQ BİLMƏDİKLƏRİMİZİ PAYLAŞAQ Kİ HAMININ ƏSƏBLƏRİ YERİNDƏ QALSIN.SUALI OLANLAR OLSA-yaza bilər . təşəkkürlə

×
×
  • Create New...