Jump to content

rowshan

Newbies
  • Posts

    48
  • Joined

  • Last visited

Posts posted by rowshan

  1. Bir kəndin bir çobanı varmış. Bir gün çoban yalandan haray salır ki, sürüyə canavar hücum edib. Camaat qaçıb gəlir köməyə, amma görürlər ki, canavar yoxdur. Çoban deyir: "Zarafat elədim". Səhərisi gün də elə, yenə zarafat. Axırda canavar doğrudan sürüyə girəndə heç kim çobana inanmır. Bu nağılı yəqin ki eşitmisiniz.

    Bu günləri dünya bir böyük kənddir, çobanı da İblis (mənası: yalançı, böhtanşı). İblis gündə bir hoqqa atır ortaya "canavar gəlir, canavar gəlir" (Qiyamət) deyib hay-küy salır, yalandan ajiotaj yaradıb insanların hissiyatını kütləşdirir ki, onları yuxuya vesin və Qiyamət barədə Allahın verdiyi peyğəmbərliyə inamasınlar. Canavar (Qiyamət) doğrudan gələndə qəflət yuxusunda olsunlar. Amma Allah peyğəmbərləri vasitəsilə dönə-dönə bəşəriyyətə mesaj göndərib ki, biz insanlar oxuyub öyrənək və ayıq olaq. Bu barədə MK-dan bir ayə: Bu görüntü müəyyən vaxt üçündür. Başa çatmağa tələsir və yalan deyil... Gözləyin, hökmən gələcək, gecikməyəcək (Habaquq peyğəmbər 2:3).

  2. Beli Seytan Allaha qullqu edir! Mene onlarin adinin menasi lazim deyil, onlarin vezifesi lazimdir,Qurani yaxwi oxuyun goreceksiz Allaha onlara ne vezife verib...

    17-sure (61).Onda dedik mələklərə: «Səcdə edin Adam üçün!» Səcdə etdilər, Iblisdən başqa. Dedi: «Ə, mən o kəs üçün səcdə edəcəyəm ki, onu gildən xəlq etmisən?» (62).Dedi: «Ə, görürsənmi, bu, odur ki, mənim üzərimdə kəramətli etdin? Əgər təxirə salsan məni qiyamətin gününə qədər, ancaq az bir qismindən başqa onun zürriyyətini özümə tabe edərəm». (63).Dedi: «Get! Kim tabe olsa sənə onlardan, həqiqətən, cəhənnəm sizin cəzanızdır ki, cəzadır bütün! (64).Nə qədər bacarırsan öz səsinlə onları əyləndir və cəlb et onlara qarşı atlı və piyadalrını və şərik ol onlara mallarında və övladlarında və onlara vədlər ver. Şeytan onlara ancaq qürur vəd verir! (65).Həqiqətən, Mənim bəndələrimin üzərində sultanlığın yoxdur və kafidir Rəbbin ilə vəkillik!»

    Ester xanımla razıyam ki, bu ayələrdə söhbət Allahın Şeytana möhlət verməsindən gedir və adətən müsəlman dindarlar bunu belə də izah edirlər. Sizin yazdığınız fikirlə doğrusu ilk dəfədir ki, rastlaşıram. Amma MK-a görə Şeytan Allahın və insanların qatı düşmənidir. Bu gün dünyada baş verənlər də bunu bir daha sübut edir.

  3. Salamlar

    Düşünürəm "21 dekabr" qərb fəndgirlərinin növbəti ajiatajıdır, avamları soymaqdan ötrü. Fikir vermisinizsə, son illərdə hansısa bir quş buraxılır (misal üçün quş qripi) və avam kütlə də əlində nə pulu var götürüb qaçır dükan-bazara, yəni market-apteklərə. Bu proses çoxdan düşünülüb, ilbəil yeni bir don geyindirib çıxarılır meydana: tele-radio-mətbuat-internet və sairə məkanına.

  4. deyirsiz bu sefaletin,bas veren edaletsizliklerin sebebi dunyanin sonunun yaxinlasmasidir?amma bu sozu de xeyli muddetdir deyirler dunya dagilir amma nese dagilib basa cata bilmirbuba.gif

    Diqqətlə baxsaq görərik ki, artııq dağılır. Qədimdə Allahın bir peyğəmbəri də zəmanəsindən şikayət edirmiş: "Ey Yehova, nə vaxtadək imdad diləyəcəyəm, Sənsə eşitməyəcəksən? Nə vaxtadək Səni köməyə çağıracağam, Sənsə məni zorakılıqdan qurtarmayacaqsan? Niyə mənə pis şeyləri göstərirsən, Özün də bədbəxtliyə tamaşa edirsən? Niyə gözümün önündə soyğunçuluq, zorakılıq edilir? Axı niyə dava-dalaşın, çəkişmələrin ardı-arası kəsilmir?"

    Allah ona belə deyir: "Çünki bu vəhy təyin edilmiş vaxtda gerçəkləşəcək. O, sona yetməyə tələsir və yalan olmayacaq. Hətta geciksə də, onu gözlə, çünki mütləq gerçəkləşəcək. Gecikməyəcək".

    Siz də gözləyin.

  5. Bir cavab da məndən olsun )

    Dünyadakı Xristian ölkələrinin bir çoxunda ateist nisbəti çox yüksəkdir. Hətta bəzi Avropa ölkələrinin yarısından çoxu ateistdir Yəni xristianlar müsəlmanlara görə çox çox deyillər əslində. Əslində İslamın bu gün bu nöqtədə olması bəzi güclərin İslamı pis göstərməsindən irəli gəlir.Qaldı ki Xristianların çox olması o dinin doğru olduğunu sübut etmir. eyni zamanda intihar nisbəti də ən yüksək olan ölkələr Skandinaviya - Blatik kimi ölkələrdə ateistlərin olduğunu görmək olar,müsəlmanlarda inanclarina əsasən belə bir şey günah sayilir.dünyada bu anda 33% xristian, 21% müsəlman və 16% bir dinə bağlı olmayan (humanist, naturalist, ateist, aqnostik ..) və 12% ətrafı da Hindi var.Həm də xristiyanlarin sayinin çox olmasina baxmayaraq ibadət edənlərin sayi müsəlmanlarin sayina nisbətən azdir,onlarin 1 kilsəsində maximum10 nəfər ibadət edən olar ya yox , amma məscidlərdə ibadət edən,Məkkəyə həcc ziyarətini ziyarətə gedən ibadətçilərin sayini hesablasaq,hansinin çox ya az olmasi sizi çaşdirar. ) Onlar nə namaz qilmir,nə ibadət etmir,nə də dua etmir,ibadət edənlərin çox %-i 40-50 yaş ömür sürmüşlərdir. Bizdə ibadət etmək isə qocaya cavana baxmir..Bəzilərinin isə gözünə heç dinləri görünmür. Həm də tarixə nəzər salsaq xristianlar xüsusilə Avropada, güc onlara keçdiyi dövrdə Romalı bütpərəstlər zorla xıristiyanlaşdırdiğini görmək olar.Bu məzmunda Xristianlığı rədd edən, vəftiz olmaq istəməyən bir çox Romalı bütpərəst öldürüldü.Müsəlman olmaq, xristian olmaqdan çox daha çətindir. Xristianlıqda qatı dini qaydalar və.s. yoxdur və onların inancına görə HZ.İSA (ə.s) onların günahları üçün ölmüşdür, özünü fəda etmişdir. Yəni bir insan belə bir üstünlüyü asan asan buraxmaq istəməz.biggrin.png

    Bu fikrinizlə razıyam ki, Qərbdə, xüsusən Avropada din ölür, hal-hazırda onların "allahı" pul və kef çəkməkdir. Bunun da təbii sonu mənəvi boşluqdur. Çünki ruhani tələbat insanda anadangəlmədir, bu tələbatı "dopinqlər"lə doyuzdurmaq mümkünsüzdür. Bu işdə ruhani başçıların günahı çoxdur. Çünki onların başı siyasətə, qazanca və nüfuz axtarmağa qarışıb. Oxuduqları moizələr də artıq heç kəsi maraqlandırmır. "Opiumun" təsiri artıq tükənir.

    Qaydalara gəldikdə isə İncildə kefin istəyən qədər ciddi göstərişlər vardır. Sadəcə onlara riayət eləmək bu günləri dəb deyil. Dünyanın axırıdır dəə, belə də olmaqlıdır.

  6. Hal-hazirda İncil 4 kitabdir,amma incilin mənasi müjdə deməkdir,Hz.İsa özüdür İncil.

    Məsləhətli olsaydi İsa və havariləri deyilərdi,buna görə də kitabi müqəddəs saymaq olardi.

    Görünür siz İncili oxumamısınız. Yazdığınız bütün ittihamlar “YouTube” və “Google”dəki məlumatlar əsasındadır. Burada bir ensiklopediyada yazılmış sözlər yerinə düşür: «Müasir tədqiqatçıların İsa və “Xoş xəbər”lə əlaqədar nəzəriyyələrə başı o qədər qarışıb ki, bu əsas mənbələri oxuyub araşdırmağa əhəmiyyət vermirlər» («The Encyclopædia Britannica»).

    İncil-Müjdə birdir, amma Allah izn verib ki, onu dörd şahid qələmə alsın. Bu şahidlərin yazdıqları bir-birini tamamlayır.

    İsa Məsihə vəhylər verilməsi firkri iddiadan artıq bir şey deyildir. İsa Məsih yerə gəlməzdən öncə göydə Allahın yanında olmuşdu və yer üzünə nə üçün gəldiyini çox gözəl bilirdi. Onun demək olar ki, hər kəlməsi özlüyündə bir vəhy idi. Müjdələri yazanlar da onun sözlərini qələmə almışlar və onları bu işi görməyə Allahın müqəddəs ruhu yönəldib. İsa Məsihin sözləri barədə məşhur qazax şairi Sultan Mahmut Toraygır belə demişdir: «İsanın sözləri ülgücdür, ədalətlə kəsir, hətta azğın adamı da büsbütün ram edir. Neçə-neçə pis dövran keçsə də belə İsanın yolu əbədi qalacaq». Görünür siz İncili oxumamısınız. Yazdığınız bütün ittihamlar “YouTube” və “Google”dəki məlumatlar əsasındadır. Burada bir ensiklopediyada yazılmış sözlər yerinə düşür: «Müasir tədqiqatçıların İsa və “Xoş xəbər”lə əlaqədar nəzəriyyələrə başı o qədər qarışıb ki, bu əsas mənbələri oxuyub araşdırmağa əhəmiyyət vermirlər» («The Encyclopædia Britannica»).

    İncil-Müjdə birdir, amma Allah izn verib ki, onu dörd şahid qələmə alsın. Bu şahidlərin yazdıqları bir-birini tamamlayır.

    İsa Məsihə vəhylər verilməsi firkri iddiadan artıq bir şey deyildir. İsa Məsih yerə gəlməzdən öncə göydə Allahın yanında olmuşdu və yer üzünə nə üçün gəldiyini çox gözəl bilirdi. Onun demək olar ki, hər kəlməsi özlüyündə bir vəhy idi. Müjdələri yazanlar da onun sözlərini qələmə almışlar və onları bu işi görməyə Allahın müqəddəs ruhu yönəldib. İsa Məsihin sözləri barədə məşhur qazax şairi Sultan Mahmut Toraygır belə demişdir: «İsanın sözləri ülgücdür, ədalətlə kəsir, hətta azğın adamı da büsbütün ram edir. Neçə-neçə pis dövran keçsə də belə İsanın yolu əbədi qalacaq».

  7. P.S.- Çox aydın şəkildə bilinir ki, siz bu forumdan təbliğat vasitəsi kimi istifadə edirsiz. Hər komentinizə aidiyyatı oldu olmadı sonda ayələr əlavə edirsiz.

    Əslində bu forumda hər bir fikir demək olar ki, təbliğat xarakterlidir. Yəni bura din bölməsidir, müxtəlif dinlərin təmsilçiləri (atizm özü də bir dindir) fikrilərini yazır, suallar veri və istinadlar gətirir. Siz özünüz qiqabaytlarnan videolar yükləmisiniz foruma, məgər onlar təbliğat deyil?

    Bizim dayaq nöqtəmiz MK-dır və ayələri ona görə gətiririk. Kim necə qəbul edirsə, bu onun şəxsi qənaətidir.

  8. Xristianlıqda xaçın yaranması heç də onun asıldığı dirək formasına görə yaranmayıb, Xaçın yaranmasınının səbəbi o olub ki, İsa insanlara şəfa verərkən onların üzərində əlləri ilə xaç şəklində nişan verib və bununla da insanlar sağalıb. Məhz buna görə o Xaçda asılıb, və Xristianlar xaçın müqəddəs simvol oduğuna inanır. Lakin bu o demək deyil ki, Xristianlar xaça büt şəklində ibadət edir.

    Salamlar!

    İsa peyğəmbərin əllərini xaçvari formada insanların üzərinə qoyması ideyası mənim üçün yenilikdir. İncildə bu fikir yoxdur.

    Simvol məsələsinə gəldikdə bunu xristianlardan (xüsusilə pravoslavlardan) çox eşitmişəm. Onlar sizi yazdığınız kimi düşünürlər. İndi Rusiyanın dini patriarxı olan Kiril bir dəfə (səhv etmirəmsə 1996-cı il idi) televiziya müsahibəsində məhz belə demişdi. Ancaq bu insan fikridir. Allah isə rəmzlərə başqa cür baxır

  9. Buyurun..Bu 110-cu postdur.

    snapback.pngMister Elvin, 06 ноября 2012 - 12:49, написал:

    Hörmətli Eester.

    Əgər Müqəddəs Kitabda eyni məlumat haqqında 2 fərqli fikir varsa, bu onun təhrif olunduğunu göstərir yoxsa yox?

    Konkret cavab yazın zəhmət deyilsə....

    Bildim. Birini yazdınız Ester xanım cavablandırdı. Hansı ayələr sizdə şübhə yaradırsa, bala-bala yazın, imkan daxilində müzakirə edək. Forum da elə onun üçündür.

    Bir xahişim də var, zəhmət olmasa, hansı mövqedən çıxış etdiyinizi qısa yazın bilim. Hansı istiqamətdə diskussiya aparmaq asan olsun deyə. Öncədən təşəkkür edirəm

  10. Sizdən 110-cu postu yenidən oxumağı xahiş edirəm.

    İncildən ayələr gətirməyə isə ehtiyac yoxdur. Bu batan insanın son sıçrayışlarını xatırladır. Demirəm batırsız sadəcə məndə elə təəsurat oyadır.

    Ayə İsa Məsihin Allahın oğlu olduğunu göstərmək üçün yazmışam. incildə bu barədə onlarla ayələr vardır. Təəsüratınız yanlışdır.

    Həmin postunuzu zəhmət olmasa kopy edin buraya. Vaxt tapıb baxaram.

  11. "Bütün camaat vəftiz olunarkən İsa da gəlib vəftiz olundu. O, dua edərkən göylər açıldı və müqəddəs ruh cismani şəkildə, bir göyərçin kimi onun üzərinə endi və göydən bir səs gəldi: Sən Mənim sevimli Oğlumsan; səndən çox razıyam".

    İsa xidmətə başlayanda təqribən otuz yaşında idi.

    LUKA 3:21-23

  12. Kainan adının olmaması aydın bilinir. Onun təhrif olunduğu açıq görsənir.

    Fikir verək Luka 3:37.

    37. Мафусалов, Енохов, Иаредов, Малелеилов, Каинанов,

    Buradakı Kainanın adının səhvən ya da bilərəkdən Luka 3:36-ya əlavə edildiyi görünür.

    Burada əslində söhbət səhvin və ya təhrifin hansı səbəbdən olmağında deyil, əsas 2 ayə arasında uyğunsuzluğun olmasındadır. Və bütün (ya da əksər) İncil kitablarında da bu səhv gedir və belə də təbliğ olunur.

    İncilin dəyişdirildiyinə dair digər misallar gətirməyə ehtiyac var, yoxsa bu bəs edər?

    İncil bütöv bir kitabdır, ilk dörd bölməsi "Müjdə"lərdir. Bu uyğunsuzluq qətiyyən İncilin dəyişdirildiyini göstərmir. Digər "uyğunsuzluqlar" da eləcə. Məlumat sizi qane etmirsə o, başqa məsələ. İncil Allahın bəşəriyyəti xilas etmə tədbirini tam açıqlayır və iman yolunu göstərir insanlara.

  13. Bura da baxa bilərsiniz, daha genişdir.

    http://biblia.org.ua/help/cross.html

    Düzdür, xaç formasında dirəyin üzərində edam edilib.

    Распятие sözü nahaq yerə belə adlanmır ki...

    ≪Işgəncə dirəyi≫. Yunan sözü olan staurosla büutpərəstlərin Məsihdən bir neçə əsr əvvəlibadətdə işlətdikləri xaç arasında əlaqə olduğuna heç bir süubut yoxdur. Klassik yunan dilində stauros şaquli dirəyi, payanı və ya evlərin təməlində qoyulan süutunu bildirir. Stauroo feli payalarla çəpər çəkməyibildirir. İncili yazanlar üumumişlək yunan dilində (koyne) yazmışlar və stauros söozünü bir-birinə çarpaz bərkidilmiş dirəklər yox, klassik yunan dilində olduğu kimi, adi dirək və ya sütun mənasında işlətmişlər. Bunun əksini göstərən süubutlar yoxdur.

    Bir lüğətdə stauros sözünün mənasına belə izahat verilir: ≪STAUROS əsasən, dik dirəyi və ya sütunu bildirir. Onun üzərində cinayətkarları edam edirdilər. Nə stauros ismi, nə də dirəyə və ya sütuna bərkitmək mənasını verən stauroo feli, kilsə rəmzi olan iki çarpaz dirəyin əmələ gətirdiyi xaçı ifadə etmir. Xaç öz mənşəyini qədim Xaldeyadan götürüur. Xaç həm bu ölkədə, həm də ətraf ölkələrdə, misal üçün, Misirdə Tammuz allahın rəmzi kimi istifadə edilirdi (Tammuz adının birinci hərfi olan mistik Tau hərfi formasında)≫.

  14. Sadəcə olaraq, Qədim Romada İsadan çox-çox əvvəllər də edam növü kimi insanları çarmıxa çəkirdilər, İsa peyğəmbərin çarmıxa çəkildiyi gün orada daha 2-3 nəfər çarmıxa çəkilmişdi. Sadəcə İsanın tarixdəki fərqli yeri və rolu ondan sonra xaça da fərqli baxışlarla baxmağa səbəb oldu. Konstantin bütpərəst olsa da, bu ona xristianlığı rəsmi din elan etməsinə mane olmayıb.

    İsa Məsih xaç üzərində yox dirəyin üzərində edam edilib. Allah ibadətdə heç bir rəmzi qəbul etmir. Bütpərəstlik Allahın gözündə pozğunluq kimi bir şeydir. Dinlər isə Allahın əleyhinə gedir, başda xristianlıq olmaqla.

  15. İsa Məsihyer üzünə bəşəriyyəti Adəmin günahından xilas etmək üçün göndərilmişdi. O, əvvəllər göydə mələk olmuşdur Sonra Allah onun həyatını Məryəmin bətninə köçürmüşdür. O, yerdə insan kimi doğulan gecə Allah mələklərini göndərmiş və dağda qoyun sürülərinin yanında oturmuş çobanlara xəbər vermişdi: "Bu gün Davudun şəhərində sizin Xilaskarınız, Ağamız Məsih doğulub". Allah İsa Məsihi dünyaya xilaskar kimi göndərmişdi. İlk xəbəri isə sadə adamlara, çobanlara bildirmişdi.

    Burada daha bir maraqlı moment var. Xristianlar Milad bayramını Məsihin doğum günü kimi qeyd edirlər. İncildən göründüyü kimi Məsih yerdə doğulanda çobanlar dağda açıq havada idi, qoyunlarrın yanında. Dekabr ayında,necə deyərlər qışın oğlan çağında dağda açıq havada gecələmək müşkül məsələdir, xüsusilə qoyunlar üçün, qoyun çox zərif heyvandır və soyuğa davamı yoxdur. Adətən bu vaxtı qoyunları xüsusi düzəldilmiş pəyələrə salırlar. O ki qaldı müasir milad bayramı qədim bütpərəstlikdən gəlmə bir mərasimdir. Qədimdə farslarda olub həmin tarixdə (25 dekabr) bayram, sonar romalılar mənimsəyiblər və daha sonar keçib xristianlığa.Xilas olmaq üçün miladı qeyd etmək yox İsa Məsihi xilaskar kimi qəbul etmək gərəkdir.

  16. Ümumiyyətlə xaç xristianlıqdan çox-çox əvvəllər mövcud olub, misal üçün qədim Misirdə. Onlarda xaç əvvəlcə T vari idi, yəni baş hissəsi yox idi. səhv etmirəm sə, Tommuz adlanırmış. Sonralar üst tərəfinə o əlavə edilir. Bu məhsuldarlıq, yaxud artım rəmzi idi. Xristianlığa isə xaçı ilk dəfə Roma imperatoru Konstantin gətirib. Maraqlıdır ki, Konstantin özü bütpərəst olub

  17. allah pisliyi yox edecek yazmisiz.seslenmesi gozeldi amma gorduyumuz realliq tamam basqa sey deyir.eksine getdikce pislikler coxalmaqdadi,onu toredenler ise neinki cezalanmir hetta gunu gunden ciceklenir.facepalm.gif

    Salamlar.

    Bunu düz qeyd etmisiniz. Bu günləri dünya sanki məhvətindən çıxıb, kəlləmayallaq gedir. Bəşəriyyətin minilliklər boyu topladığı bütün dəyərlər tapdanır, məhv olub gedir. Bu barədə MK-da peyğəmbərlik edilmişdi: "Bunu bil ki, axır günlərdə son dərəcə ağır bir zəmanə gələcək. Çünki insanlar xudbin, pulpərəst, özünü öyən, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, tərs, böhtançı, təmkinsiz, zalım, yaxşılığın düşməni, xain, öz bildiyini edən, lovğa olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər" "Pis adamlar və föröldaqçılar isə aldadıb aldanaraq daha da pis işlər görəcəklər". Fikir verin peyğəmbərlik "axır günlərdə" ifadəsi ilə başlayır. Deməli bu pis dünyanın sonuna lap az qalıb.

  18. Quranı xəlifə Osman (sübutsuz filansiz) yazdırıb deməklə siz deməli başqalarinin üstünə qalxirsiz.?eyni suali sizə də ünvanlaya bilərəm. Allahdan qorxmursuz.? Sizin öz kitanizdaki ayəni inkar etdiyinizi hər ikinizə qonşu mövzularin birində göstərmişdim,amma səs verən olmadi,nə isə.

    Müakirədi də edirik.) Mən axi aqressiyali post yazan deyiləm..

    Offtoplar üçün üzrlü sayin yoldaşlar..

    Azda mübahisə eləməyi xoşlamıram. Ümumiyyətlə mənim müsəlmanlarla, yaxud Quranla işim yoxdur. Rəğbətim var, ələlxüsus təvazökar bəndələrə. Osman barədə ona görə yazdım ki, İsa peyğəmbər demişkən " Niyə qardaşının gözündəki çöpə baxırsan, amma öz gözündəki tiri görmürsən?" (Xətrinizə dəymək üçün yazmıram bu ayəni.) Sübutları isə siz məndən də çox bilirsiniz.

    Heç bir ayəni inkar etmirik. Növbəti dəfə təklif edirəm açın post o mövzuda imkan dairəsində müzakirə edək xırda-xırda. Əgər mövzuya aidiyyatı olmayan postda yazsanız cavab gözləməyin.

    Qayıdaq mövzuya. Əbədi həyat barədə MK-da fərqli anlayış vardır. MK bildirir ki, ilk insan Adəm yerdə yaşayıb, qəsdən günah işlədiyi üçün əbədi yaşamaq hüququndan məhrum edilib. Amma Yaradan Allah lütfü və məhəbbətindən irəli gələrək Adəmdən ölümü miras almış insanlara əbədi həyat bəxş edir , özü də bu Yer kürəsində, yeni bir sistemdə. İndiki dünya düzəni (sistemi), bu düzəni düzənləyən Şeytanla bir yerdə yox edləcək. Allah saleh saydığı bəndələrinə isə yeni sistem və bu sistemdə əbədi yaşamaq hüququ verir. İki kəlmə ilə desək bu belədir.

  19. Azda, sizin iki postunuza bir yerdə cavab verirəm. Ən birincisi xahiş edirəm bir qədər hisslərinizi ələ alın və başqalarının üstünə qalxmayın. əgər fikir mübadiləsi aparmaq istəyirsinizsə, buyurun.

    İndi keçək sualınıza

    Bəs kitabin birinə inanib digərinə inanmadiqda,məsələn sizin kimi.

    Bir kitab özündən əvvəlki kitabları təsdiq etdiyini iddia edir, özü isə əksər məsələlərdə həmin təsdiq etdiyi kitabla daban-dabana zidd gedir. Ona görə də belə bir məcburiyyət yaranır.

    rovşan sizin nikinizdi.?Mən bu haqda yazmişam,hər ikinizə sual da vermişəm sərf etmədiyindən cavabsiz qoymusunuz.Mən incili inkar eləmirəm,necəki Qurani-Kərim inkar etmir.Təhrifi də açiq aydin görmək olar. Sadəcə olaraq mövcud İncillərin dəyişikliyə uğradığını, düzəldildiyini, təhrif edildiyini və bu mətnin Tanrıdan gələn vəhy olduğuna inanılmasını qeyri-mümkün edəcək şəkildə pis tərcümə edildiyini görmək olar.Fərqli xalqların dilləri ilə bizə çatan İncillər, mətnlərin içərisində var olan səhvləri bizə göstərir. İncil, Hz. İsaya Allah Təala tərəfindən vəhy edilən ilahi bir kitabdır. Quran-ı Kərim, İncilin Hz. İsaya vəhy edilən ilahi bir kitab olduğunu dəfələrlə xəbər verir.Bu yazdiğima əsasən də demək olar ki, Qurani - Kərim Əsl İncili İnkar Etmir.. Bəs i əsl İncili harda saxlayirlar.?

    Kitab vəhylə çatdirilibsa nə səbəbdən ruhlar vasitəsilə yazildiğini deyirlər.?Niyə Məhz Hz.İsa bu Kitabi yazmağa qərara gəlməyib,öldükdən sonra ruhu vasitəsilə çatdirilib.?Bu nə dərəcədə inandiricidir.?

    Prosta xristianlar davamlı onun geri dönəcəyini gözlədikləri üçün onun dönüşü gecikincə heç olmazsa ağıllarında qalan İncil ayələrini yazıya keçirmə sevdasina düşüblər,həvariləri də başlayiblar İsanin ağzindan bir-iki məlumati da əlavə edərək düzüb qoşaraq bu günki əlimizdə olan İncili yazmağa.

    Elə mən də şərhi sizə ünvanlamamışdım. Nə isə

    Zəhmət olmasa deyin görək siz hansı İncili inkar etmirsiniz? Harada gizlədirlər o, İncili? Haqqı qəbul etməkdənsə gündə bir uydurma atırlar ortaya. 20-30 il bundan öncə bu iddia heç yox idi. Sonra türk ruhaniləri atdılar ortaya ki, guya Tövrat, Zəbur, İncil büsbütün təhrif edilib və guya Quran belə deyir. Quranı oxuyanlar, orada təhrif barədə bir kəlmə belə olmadığını deyəndə başladılar "remix" oxumağa, bəs sən demə tam dəyişdirilməyib, müəyyən yerləri dəyişdirilib. indi də siz yazırsınız bu növbəti "lətifələri". Allahdan qorrxmursunuz yoxlamadığınız,bir şeyi deməklə?

    Onu bilməlisiniz ki, İsa peyğəmbər heç nə yazmayıb, elə Məhəmməd də. Quranı xəlifə Osman yazdırıb, özünüz də məndən yaxşı bilirsiniz.

    Və yenə də sizdən xahiş edirəm, İncil-Quran (təhrif flan) məsələsi üçün açın yeni post camaat öz fikrini bildirsin. hər dəfə mövzunu "çevir tatı, vur tatı" eləməyin

×
×
  • Create New...