Jump to content

Tusa

Almost members
  • Posts

    42
  • Joined

  • Last visited

Posts posted by Tusa

  1. Квалифицированная русская воспитательница с многолетним опытом подготовит вашего ребенка к школьному обучению. 

    Занятия комплексные, в программу входит:
    - развитие мелкой моторики и обучение письму; 
    - развитие речи, обучение чтению; 
    - развитие математических способностей: счёт, цифры, задачи, логика, геометрия для малышей, используя игровые формы; 
    - знакомство с окружающим миром; 
    - диагностика и коррекция познавательных процессов (внимания, памяти, мышления, восприятия).

    Провожу диагностику уровня развития и готовности ребенка к школе, консультацию и подбор индивидуальной программы развития всех процессов малыша по подготовке к школе.
    Помогаю детям 1-го класса заполнить пробелы в знаниях школьной программы
     и оказываю помощь с выполнением домашнего задания

    Занятия проводятся на дому у педагога, около метро с. Мемар Аджеми.

    По всем вопросам прошу обращаться по  номерам телефонов :

     (050) 676-75-53   (012) 530-23-81  Нина Николаевна

  2. Tresemme saci ukladka zamani 480 derece istiye qarşı qoruyan ve yumyumsaq eden sprey. Birinci defe idi ki alirdim ve cox beyendim. Mutleq ve mutleq yene alacam.

    Elf brow kit qaş paleti medium reng. Xosuma geldi, qaslari daha seliqeli etmeye komek edir heqiqeten. 

    Golden Rose Velvet Matte Lipstick 18 ve 26 nomreleri. 18 tund qirmizi rengdi ve ondan cox xosum gelir. 26 ise nude rengdi ve xosdu. Esas odu Velvet matte pomadalari dodaqda cox yungul otururlar ve uzun muddet silinmirler. Bir de oxuduguma gore paraben yoxdu terkiblerinde.

  3. Eger Dindarsinizsa ve Dini istiqametde Getmek isteyirsinizsa Qurani ve Diger Dini kitablari oxuyun. ve Islama aid olmayan hec bir kitab oxumayin ,cunki ister Qerb ve ister Sherq Psixologiyasi Tam olaraq Dinlerin eleyhinedir :)  amma gorunur sizin maraginiz bashqa istiqametdedir. Cox teessuf ki QErbin ve Sherqin en mudrik insanlari Ister islam, ister Xristianliq , Yehudilik , Buddizim, Induizm ve qalan 100lerle Dinlere Pis yanashir. yeni Dindarlarin teessufu ucun. 

     

    Buna gore de Sizin Islam dinine mensub oldugunuz halda Xristianlarin ve ya Dinsizlerin Kitablarini oxumaga bashlamaginiz umumiyyetle obsurddur. Ister Qerbin Felsefesi ,ister Psixologiyasi Dinlerin Dediyinin eksini deyir cox vaxt. buna gore de Size Xosh olmayacaq ne Osho , ne Ziqmund Freyd, ne Nitshe, ne Sokrat , ne Budda , ne Aristotel , ne Lao Tzi , ne de Qalan Qerb ve Sherq (Hindistan ,Chin) Felsefi ve Psixoloji ,Ezoterik Kitablarinin ideasi.  

     

    P.S. Men eslinde meslehet gorurem Oxumagi, amma bu sizi qiciqlandiracaq, chinki dinlere aid sert ve laglagi munasibet var

    Salamlar  :)

    Ilk öncə dusuncələrinizi etraflı izah etmeye, bolusmeye calisdiginiz ucun sagolun. Qeyd edim ki, mən butun tək Allahli, səmavi dinlərə xoş münasibətdəyəm. Ateistə belə sərt münasibətim yoxdur. Neqativ münasibətim ancaq satanistə ola bilər (Məsələn, qeyd etdiyim New Age Movement kitablarinin satanistlərin maraqlarina xidmət etdiyi barede məlumatlar var). Amma satanist olmaq istəyənin də bu öz secimidi, öz həyatidi. 

    Oxumagimin və maraqlanmagimin absurdluguna gələndə isə  :) mən sadece dünya üzrə bestsellerler siyahisinda ən öndə olduqlarina gorə bu tip kitablari yukleyib oxumusam. Umumiyyətlə bunlari dinlə əlaqəsi olmayan kitab kimi bilib oxumusam. Bu kitablarin Amerikanin yaratmaga calisdigi yeni dini cərəyanin kitablari sayildigini sonradan öyrənmişəm. Amma yene de oxumus olduguma hec peşman deyiləm. NAW-in nə demək oldugunu, nələri təbliğ etdiyini, bu yolla geden insanlarin psixologiyasini anlamaq baximindan cox maraqli oldu. Məncə, hansi dinə inanmagindan asili olmayaraq, insanin dunya bestsellerleri barede məlumatlı olmasi yaxsi seydi. Oxumaq kortəbii inanmaq deyil, ya da olmamalıdır. Oxumaq maraqlanmaqdir, onun baxisini anlamaga calismaqdir. Mən İslamda huzuru görmüşəm deye bu məni xosbəxt edir deye, bunun düz olduguna inaniram deye musəlmanam. Basqa kitablari da oxuyuram, məlumatli insan olmaq ucun, ferqli insanlari, medeniyyetleri, yanaşmaları anlamaq üçün, dünyagörüşü üçün.

    Bu arada sizin topic də o səbəbdən diqqətimi cəlb etdi ki, Oshonun kitablari dünya üzrə məshur kitablardandir. Onun kitablarindan da azi siz dediyiniz "Farkindalik"i oxumaq istəyirəm. Bəlkə də elə yeri gelmiskən indicə yukləyib oxumaga basladim :). Sizdən ise Osho ile maraqlanmis bir insan olaraq sorusmaq istemisdim ki, sizcə Osho və New Age arasinda bir elaqe varmi. Yoxsa inandiginiz bir seyi tənqid etmək olmayib niyyətimdə.

    Ehtiyatlı olmaqla bagli dediyim fikir isə belədir. Məsələn, mənim övladim İslamla bagli kifayət qədər məlumatlı olmasa bu kitablari onun ilk novbədə oxumasindan ehtiyat ederem. İstəyərəm ki, İslamı öyrənsin, nə oldugunu hiss etsin. Ondan sonra nə istəyir oxusun. İnsallah mövzunuzdan cox yayinmış olmadım postumda.

    Sonda deyim ki, axtarmagin yaxsi sey olduguna inaniram. Sizə də öz axtarislarinizda arzuladiginiz huzuru və xosbəxtliyi tapmaginizi diləyirəm. :rroza:  

    P.S.: Ən mudrik insanlarin dinə pis yanaşdığı barədə fikrinizlə razilaşa bilmirəm  :)

  4. Kişi de qadina, qadin da kişiye qarşı hörmətli olmalıdır. Kobudluq hec birinə yaraşmır. Qadin qadin kimi olmalıdır. Kişi də kişi kimi. Qadin kişiyə münasibetde hegemonluga calismamalıdi. Kişi də qadini nöker yerine qoymamalidi. "Золотая середина"nı tapmaq lazimdi.

    Amma, mence, kişinin qadinini qorumaq üçün dediyi her sözü de "azadlığın mehdudlaşdırılması" kimi qebul etmek düz deyil. Qisqancliga ve etibarsizliga esas vermemeye calışmaq lazimdi. Amma kisi de bilmelidi ki, ovuclarinda berk berk sixmaga calisdigin sey ovucundan axib geder. Elini ne tam aciq tutmalisan, ne de cox berk sixmalisan, yari aciq ))

  5. Söhbət ümumi əks cins nümayəndələrinin 90%-nə xas olan xüsusiyyətdən gedirsə, onda qadına şəxsi malı kimi baxma. Sözüm kobud səslənir, bilirəm, buna görə də qadınlardan üzr istəyirəm, amma əksər kişilər qadınla məhz belə rəftar edir. Ailə qurmaq ailə qurmaqdır, qadını boyunduruq altına keçirmək demək deyil. Qadın rəfiqələriylə görüşməməlidir, rəfiqə ev yıxır, qadın anasıgilə çox getməməlidir, birdən ona nə isə öyrədərlər, qadın evdən tək çıxmamalıdır, kimlə danışdı, telefonuna kimdən sms gəldi, kimdən zəng gəldi birinci kişi bilməli və hətta mesajı da birinci kişi oxumalıdır. Qadın taksiyə mindi????? Özü də tək????? Soxdu kişinin papağını yerə facepalm.gif qadın işləməsə də olar, onsuz da qadının gətirdiyi qazancın bərəkəti olmur. hm.gif Qadın ailənin problemlərini üstlənməməlidir, ailə tək kişiyə aiddir, özü həll edəcək, qadın qətiyyən narahat olmasın, işinə baxsın. 

    Bu siyahını uzatdıqca uzatmaq olar. Mən demirəm ki, qadın özbaşına hərəkət etsin, yox, əlbəttə necə zamanında qardaşının və atasının adını, şərəfini, hörmətini güdüb, eləcə də yoldaşının güdməlidir. Mən uşaq olanda həmişə deyirdim ki, ailə qurmayacam. Çünki o qədər qadın görürdüm ki, ailə qururdu, evdən addım atanda da ya yanına adam qoşurdular, ya da buraxmırdılar, elə bilirdim ki, qadın ailə qurdusa, həyat onun üçün dayanır. Böyüyəndən sonra anladım həyatı və bir də onu da anladım ki, ağıllı qadınla ailə qurmaq doğurdan da hər kişinin hünəri deyil. 

    Kişi taniyiram yoldaşına deyir aciq-saciq geyin menim xosum gelir basqa kişilər sənə baxsın. Bu onun xosuna gəlir. Kişi taniyiram özü evde elini elinin üstünə qoyub oturur və yoldasini gonderir basqalarinin evinde temizlik edib eve pul gətirməyə. Bəs bu yaxsidi? Qadinini pul qazansin deye ise gonderen kisi yaxsidi, yoxsa ailenin problemlerini ustlenen kisi? Hara gedirsen get, ne vaxt gelirsen gel deyen kisi yaxsidi, yoxsa isini gucunu atib seni getmek istediyin yere aparan kişi? Yanimizda qaygimizi ceken, evin problemini ustlenen, bize xanim olma sansi veren kisi varsa onun deyerini bilmeliyik, mence beledi.

  6. Господи, я в недоумении как можно верить ему. Они даже не встретились и общаются всего несколько дней и он якобы ее любит и женится на ней. Какая наивность. Он даже не разведенный я уверена. Нашел доверчивую и разведенную и хочет поразвлечься пару дней.

  7. Орел и решка когда в последний раз были тут, им спели 20 манат за ночь :)

    Да, но они также отметили что здесь чистота и комфорт хостела был на намного лучше чем в Европе. Учитывая это цена была не очень дорогая. Справедливости ради нужно отметить )

  8. Здравствуйте, хочу узнать где в Баку можно сдать экзамен APICS CSCP? И вообще возможно ли это? И буду рада если поделитесь любой информацией связанной с СSCP сертификацией. Имеет ли значение наличие данного сертификата для работодателей? 

  9. Allaha sukr, etrafimdaki kişilerde deyismesini arzuladigim bir sey yoxdu. Men onlari oldugu kimi sevirem :wub: . Heyat yoldasim, qardasim ve atam. Bir de balaca sirinim. Amma onu da demek lazimdir ki, onlar icmirler, cekmirler, hormetde qusur etmirler, mene yalan danismirlar ve meni sevirler )). Amma meselen, menimcun kisinin seliqesiz olmasi, ariq ve ya kok olmasi, zövqsüz olması bir problem deyil. Esas onun xasiyyetidir ve mene munasibetidir. Bunlardan da ilk növbede saygisi.

    Bir de dogru qeyd olunub ki, insan ozu istemedikce onu deyismek olmur. Hele ki kisiye öz isteyini imperativ formada dedinse uduzdun. Onu senin movqeyinin doğru olduguna ve ona lazim olduguna xosluqla ve sebrle, hem de bezdirmeden inandira bilsen onda deyismek qerarini ala biler. Ele olmalidir ki, qerari mehz ÖZÜ vermis sayilsin ))

  10. Verdiyiniz məlumata gorə cox minnətdaram. Maraqlidi Oshonun New Age Movement ile bir elaqesi var ya yoxdur. Bilirsiniz men de bir muddet "Secret", "Think and Grow Rich" tipli New Age Movement-in mehsur kitablari ile maraqlanmisam. Sonradan bu kitablarin esas meqsedinin insanlari Allahin, Yaradicinin oldugu fikrinden uzaqlasdirmaq oldugunu dusunmeye basladim. Bunlarda bir sira heqiqeten dogru fikirler soylenilir lakin cox ince noqtelerde insanlari Allahdan uzaqlasdiracaq ideyalar yeridilir. Evvel dunyaca en meshur kitablara hormetle yanasirdim. Indi ise bir sira meselerle maraqlandiqdan sonra bele kitablara ve muelliflere ehtiyatla yanasiram. Bilirsiniz, haminin dusuncesine ve secimine hormet beslemekle yanasi, shexsen mene ele gelir ki Allahin dediyinden ferqli seyleri deyen ve ya Allahi inkar eden istenilen cereyan insanlara neticede xosbextlik getire bilmez. 

  11. Isa Dora Waterproof Eye Liner. Artiq nece ildir ki istifade edirem ve cox memnunam.

    Qizlar, sadece melumatlandirma ucun deyirem ki, kosmetik vasitələrin əksəriyyəti saglamlıq üçün ziyandır və bir çox saglamlıq problemlərinə səbəb ola bilirlər. Bu linklərdə istifadə etdiyiniz kosmetikanin nə dərəcədə ziyansız oldugunu yoxlaya bilərsiniz. və ya özunuzə ziyansız alternativ tapa bilərsiniz: http://www.testcosmetic.com/

  12. Qonşularımız var və 3 ildən çoxdur bu mənzildə yaşayırıq. Yaxşı insanlardı məncə və heç bir şikayətim yoxdur onlardan. İnsallah ki, onların da məndən. Sadece mən şəxsi sahəm olmasını sevdiyimdən qonsularla salam və sagoldan basqa hec bir şəxsi munasibət qurmuram.

    Evimdə olanda rahat olmaq istəyirəm və hər an qonşunun gələ biləcəyi hissini xoşlamıram. Bu məni sıxacaq. Yaxınlıq edib sonra yaxından tanidiqda xoslamasam və məsafə qoymaq istəsəm artıq bu mənə əlavə problemə cevriləcək. Ona görə ki, ondan qacasi yerim olmayacaq )). Sonra kiminsə evimin icində olması, hər şeyi incələməsi sonra gedib basqa evlərdə məndən sohbət acması arzuladığım sey deyil.

    Uzun sözun qisasi qonsularla yaxınlıq etmirəm və halımdan cox məmnunam. Duzdu, yaxsi insanlar cixa bilər, yaxsi dostluqlar da alina bilər bəlkə daha yaxindan tanimaga calissam onları amma evimdə özumu tam rahat hiss etmə və haqqımda danışılmaması mənim üçün bundan daha önəmlidir.

×
×
  • Create New...