Jump to content

_nil_

Members
  • Posts

    639
  • Joined

  • Last visited

Posts posted by _nil_

  1. Федерация Велоспорта Азербайджана объявляет

    Набор в секцию велоспорта девочек и мальчиков в возрасте с 13 лет и старше (2000 г.р. и старше)

    Все занимающиеся обеспечиваются велосипедами.

    Перспективные спортсмены получают право участия в соревнованиях внутри страны с последующим участием в международных сорвнованиях в составе сборной.

    Тренировки проводятся на территории недавно сданного в эксплуатацию Велопарка и на Республиканском Велотреке.

    Занятия проводит тренер с Международным Сертификатом.

    Занятия абсолютно бесплатны.

    Контактный номер телефона: 051 593 38 33

     

     

  2. sene demek isteyirem ki, adam deqiq olmalidir her ishde,eyni zamanda mesuliyyetli. Heyatinda ne qederki 'yeqin', 'calisaram', 'baxaram' kimi qeyri-qeti fikirlere sahib olsan hech neye nail olmayacaqsan, qarsindaki insanda ozune qarsi xosh teessurat yaratmayacaqsan. Ona gore de evvelceden yaxsi dusunub qerar ver. Ya gelecem,bu ishi hell edeceyem de ve hell et ya da tam eksini de. Amma gelerem,baxaram deme. Ne de yaxsi deyib sonra bele ele oldu alinmadi deme. Adam sozunun ustunde durar. Adam ol biraz

  3. Bəşər tarixində ən adlı-sanlı poliqlotlardan biri 18-19-cu əsrlərdə yaşamış olan italiyalı kardinal Cüzeppe Meççofanto 39 dildə danışa bilirdi, təxminən elə bu qədər dili də başa düşürdü, lakin danışmırdı, baxmayaraq ki, İtaliya sərhədlərini heç vaxt tərk etməmişdi. Bir dəfə o, yeni bir dili 1 gecəyə öyrənmişdi ki, yad millətin nümayəndəsi olan cinayətkarın ölüm cəzası öncəsi tövbəsini qəbul etsin.

  4. Bugün təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində məhz insan beynini kütləşdirən TV xəstəliyi var. Çox təəssüf ki, TV yarandığı günkündən fərqli olaraq bugün bizi sadəcə olaraq geriyə aparır. Çünki, TV-də izlədiyimiz hər hansı bir xəbəri özümüzdən asılı olmadan olduğu kimi qəbul edirik və bu ictimai hadisələrə bəzi qüvvələrin təsir etməyinə kifayət qədər kömək edir.

    Bu yaşıma qədər həmişə öz bilgisayarımın başında öz vaxtımı keçirmişəm. Sadəcə axşam yeməklərində ailəylə birlikdə masa ətrafına toplanarkən izləyirəm TV-ni və elə həmin vaxtlarda da bir-biriləri ilə qırğına çıxan müğənnilər ya da bası-bağlayan məmurlardan başqa heç kimə rast gəlmirəm. Ümumiyyətlə mənasız “show”lardan başqa TV-də heç nə olmadığını tam əminliklə deyirəm.

    Hərdən düşünürəm ki, məsələn yaşıdlarımın əksəriyyət mənim etdiyimin əksini edirsə mən nə qazanmışam və ya nə itirmişəm? Nəticə etibarı ilə deyə bilərəm ki, mənasız və məntiqsiz “show”lardan uzaq düşməkdən başqa heç nə itirməmişəm. Qazandığım çox şeylər saya bilərəm: Yeni dostlar qazandım, daha çox məlumatlar öyrəndim, bir xəbəri müxtəlif xəbər mənbələrdən öyrənib onları müzakirə etmək şansı qazandım, görüntü yaddaşı olmadığı üçün burda düşünməyə məcbur oldu beynim və artıq hər hansısa bir xəbəri rahat analiz edə bilirəm, TV-də verilməyən xəbərlərdən agah oldum, daha çox kitab oxumağa vaxtım oldu və sair….

    Deməli məhz digər gənclər hansı ki, həyatında TV-yə üstünlük verirlər deməli çox şey itiriblər! İlk başlarda marağımız TV yanında ola bilər amma həqiqətən də bunu bir həftə öz üstünüzdə yoxlayın TV-yə ümumiyyətlə baxmayın, əvəzinə başqa məşğuliyyətlər tapın və sonra həmin həftə nəyi itirdiyinizi və nəyi qazandığınızı öz-özlüyünüzdə analiz edin.

    Bunlarla yanaşı qəbul edək ki, günümüzdə bir çox insanlar, dostlarımız məhz TV “əsir”liyinə məhkum olub. Amma hal-hazırki günümüzdə İnternet TV-yə olan bağlılığı azaltmağa başlamışdır ki, bud a sevindirici hallardandır. Çünki İnternetdə daha çox Azərbaycan gəncinin olması bizlər arasındakı bağların, əlaqələrin güclənməsinə kömək edər.

    Axtarış zamanı “The Simple Dollar” saytının bu mövzuda hazırladığı yazıya rast gəldim və mənə maraqlı gəldi: "TV izləməmək üçün 10 səbəb və əvəzinə edilə biləcək 10 məşğuliyyət"

    Niyə TV izləməməliyik?

    Kabel TV-yə maraq və əlavə xərc və əlavə şüa ziyanı.

    Elektrik

    Günahkarlıq hissi

    Reklamlar

    Başqa şeylər üçün daha az zaman

    Stres

    Yeməyə marağın azalması

    Sağlamlığın pozulması / obezite

    TV yerinə nə edə bilərik?

    İdmanla məşğul olmağa başlayın

    Yemək bişirməyi öyrənin

    Həmişə oxumaq istədiyiniz bir kitabı oxuyun

    Özünüz üçün ikinci bir iş tapın əsas işdən başqa

    Sosyal olun

    Üniversitetlərinizin xüsusi proqramlarına üzv olun

    Özünüzdə olan yeni bi qabiliyyəti kəşf edin və ya bir hobi seçin

    Özünüzə böyük bir layihə hazırlayın

    Yığılıb qalmış işlərinizi tamamlayın

    Müxtəlif dünya psixoloqlar tərəfindən araştırmalar nəticəsində aydın olmuşdur ki, müəyyən müddət sonra TV-nin əsirinə çevrilən insanlar kifayət qədər çoxdur və bu halda ən aşağı ehtimalla TV-lər insane həyatının 9ilini işğal etmiş olur.

    Bu mövzuya diqqət çəkmək üçün dünya ölkələrində bu mövzunu dəstəkləyən insanlar 1995ci ildən bu günə qədər aprel ayının son həftəsini TV-lərini söndürürlər və istifadə etmirlər. Əvəzində isə öz dostlarının evərinə qonaq gedirlər və bir-birləri ilə müxtəlif mövzularda söhbətlər edir, pikniklər edir, öz övladlarını müxtəlif tamaşala aparır və sair bunun kimi gündəlik həyatda etmədiklərini, insanları bir araya gətirə biləcək görüşlər təşkil edirlər.

    Mən əslində ümumiyyətlə TV izləməyin demirəm. TV həyatınızda sizi əyləndirə biləcək, sizə xəbərləri daha dolğun çatdıra biləcək ən mükəmməl vasitədir. Amma o vaxt ki, Azərbaycandda həqiqətən bütün xəbərlər olduğu kimi, çatdırılsın, məmurlar jurnalistlərə Ə deyərək müraciət etməsin, daha səviyyəli, intelektual əyləncə proqramları yaradılsın və sair... Amma məslən bugünkü TV-ni izləyə biləcək bir insan necə bu ehtiyaclarını doyura bilər görəsən? Məncə heç cürə..!

    Məncə TV-ləri bağlayın və gözlərinizi açın...!

  5. Məsələn belə bir "strategiyaya" sahib insanlar var:

    Tənqid olunan kimi, həmin tənqidi "yer üzündən silmək" üçün, daha çox insanın görməməyi üçün əllərindən gələni edirlər. Nəbilim statusu silirlər, linki silirlər, adlarını silirlər, block edirlər falan.. Belə insanlar inkişaf edə bilməyən insanlardır əslində. Əsil inkişaf tənqidə açıq olan insanlardır. Tərifi hamı qəbul edir.

    Belə çox tərif eşitmək istəyirsinizsə ölün, hamı yasınıza gəlib xoş söz deyəcək ;-)

×
×
  • Create New...