Monoloq olan məktubda sual vermək və içəridə olan insandan necəsən soruşmaq ancaq məndən çıxar.
Ayxan sənin üçün çox darıxmışam, bu gün sənin ad günündə, bütün günü səni düşünürdüm...
Düz 1 il əvvəl səni 2 saata yaxın avtovoqzalda gözlətdiyim, sənin də məni gözləməyin, sonra Nicat gilin gəlyanxanasında çəkdiyimiz gəlyan, etdiyimiz söhbətlər hammısını düşünürdüm. Bir çox yerlərə məni yola salan və qarşılayan sən idin...
Elə axırıncı görüşümüzdədə... Sırtığcasına işindən edib məni hava limanına aparmağını boynuna qoymağım, tez bazar kafedə nəsə yeməyimiz, hava limanına çatdıqda mənim reysimin qeydiyyatının sonuna 5-10dəqiqə qalmışdı... Bilsə idim, o 5-10 dəqiqə ərzində sənə təhlükəsizlik qaydalarından o gədər məsləhət verərdimki... Yox bilsə idim onda maşınıvın açarların özümlə aparardım, bilsə idim qoymazdım hadisə olsun, amma bilmirdim, növbəti dəfə məni yola saldığın və növbəti dəvə qarşılayacağını düşünürdüm, ona görə sadəcə qucaqlaşıb sağollaşdıq... Bilsə idim...
Mən hələ təyyarədə olanda sən artıq evə çatmışdın, deyəsən hətta onda yavaş sür demişdim. Moskvaya çatanda birdə zəng edib çatdım hər şey yaxşıdır demişdim... Və bu bizim o gündən bu günə gədər olan axırıncı danışığımızdır...
Artıq gələnə yaxın düşdün yadıma, düzünü deyim - sessiyaya hazırlaşmayıb gedən və universitetində rüşvət olmayan tələbə kimi orda imtahanlardan başqa heç nəyi fikirləşmirdim, sessiyanı verdikdən sonra, sənə hədiyyə alırdım, zəng edib soruşmaq istədim, amma niyəsə zəng etmədim...
Gəlməyimə 3-4 gün qalmış, gecə MSNdə Xəyyamla danışırdıq... Ordan burdan, sonra birdən Ayxanla nə olduğunu bilirsən soruşdü, yox deyib, nə olduğunu soruşdum, pis şey, çox pis çey baş verib deyə mənə bu xəbəri göndərdi: http://www.1news.az/...2120030391.html. Həmən gecəni yata bilmədim, səhərə gədər eyni xəbəri ayrı ayrı saytlardan oxuyurdum... Axırda google axtarışı bir nəticə verdi, sənin əzilmiş maşınıvın şəkilini gördüm. O maşından sağ çıxmağın sevindirdi, indi içəridə olduğundan üzüldüyüm qədər sevinirdim.
Uşağlıqda əlini sındırdıqdan sonra dostlaşmağımız qəribə qəlsədə, indiyənə gədər ən yaxın dostum sayıram səni. Sən yeganə adam idinki gecə saat 2-3də zəng edib yuxudan durğuzub, qic bir şey təklif edərdim, ya zibil atmağa, ya məçidə gedib qəpik atmağa və ya sadəcə gəzmək istəməyimə... Bir birimizə gün ərzində etdiklərimiz, sən tanış olduğun qızlar mən pul atmaq istədiyim day daylardan (müştərilərimi belə adlandırırdım) söhbət açardıq. Demək olar hər şey haqqında danışırdıq...
Ramiz tutulanda bizim 16-17 yaşımız olardı, onda azadlıqdan məhrum olmağın nə olduğunu dərk etmədən, içəridə kitab oxuyub idman etmək üçün rahat yer olduğu haqqında danışırdıq... Ramizin içəridə qazandığı "blatdan", sinəsində "nakolka" edilmiş ulduzdan, oğru dünyasının ideoloqiyasına uyğun müəyyən naxışları yer almış təspeyindən çox danışardıq. Amma bir çox zaman gülə gülə, hətta hərdən özümüzündə hansısa iş üstündə ANSin cinayət işində göstəriləcəyimizi belə zarafatlaşırdıq.
Ramiz 2 il 8aydan sonra çıxdı... O çıxanda birinci və axırıncı dostumun ora düşməsini fikirləşirdim, bizi bir gün dəmir barmaqlıqlar ayırmasını heç düşünməzdim...
Yazdığım bir birini tamamlayamayan cümlələrdi, bəlkəmdə heç səndə başa düşməyəcəksən, amma sən içəriyə düşdükdən sonra içimdə olanları boşaldmağa ehtiyacım var idi. Bağışla yanına gələ bilmədiyimi, amma sən tutulandan hər gün yanında olmağ istəyim var idi...
Mən homoseksual deyiləm, amma səni çox sevirəm, po bratski=))
- Read more...
- 0 comments
- 2,333 views