Jump to content

Satici-man

Almost members
  • Posts

    80
  • Joined

  • Last visited

Posts posted by Satici-man

  1. Salam, forum əhli.

    Maşınım c180, 1999-cu il. 2000 model, tiptronikdir.

    Maşını Azərbaycana gələndən məndədir. Sürməyə başlayandan ilk dəfələrdə 92 tökürdüm. Motordan bəzən qaza basanda çaqqıltı səsləri gəlirdi. Ustalar dedilər ki, benzindəndir. Ondan sonra uzun müddət 95 tökdüm, heç səs gəlmirdi. Arada 92 tökəndə yenə də gəlirdi. 2016 sentyabrdan 92 tökürəm, həmin səs yenə də bəzən dikə qalxanda, bəzən düz yolda aşağı sürətlə gedəndə qazı buraxıb təzədən basanda gəlir, yəni çaqqıldayır. Bu səs istər-istəməz məni narahat edir. Ancaq fikir vermişəm, 2 və yuxarı motorlarda gəlmir, deyəsən. Bunu necə düzəltmək olar? 95 benziin də qiyməti eldir ki, adamın gücü çatmır. Bununla bağlı təcrübəsi olan varsa, yazsın zəhmət olmasa.

     

  2. On 8/19/2015 at 0:38 PM, P{eace}DATA said:

    rspasha

    akkumulatoru ayirin ve 5 deq sonar tezeden goshun. bu problem tormoz sisteminde gerginlikin deyishmesi/ashagi olmasindan xeberdarlig verir. ege =r bu birdefelik bir haldi sa duzelmelidir.

    amma akkumulatoru goshanda adaptasiya yaddan chixmasin

    Salam, qardaş. Bir məsəlni soruşmaq istəyirəm. Akkumulyatoru ayırandan sonra təkrar qoşanda adaptasiya olumalıdır? Bu necə olur və edilməsə nə kimi problemlərə səbəb olur? Əvvəlcədən təşəkkür edirəm . (Məndə c180 1999-dur. 2000 model)

  3. On 6/8/2017 at 6:26 PM, Akkuli said:


    menim masinimda birden ikiye ve ya ikiden uce kecende hecne hiss olunmurdu. Sadece ayagimi qazdan cekende ele olurdu.
    Menim dostumun masininda birden ikiye kecende talcoklar olurdu. Yagini deyisdi duzelmedi. Getdik Tiblise orda teze kimi karobka aldiq,masina ustanovka eledik.usta dedi detal xarabdi. adini deqiq bilmedim( kulisis ve ya kluis) olmalidi.onu deyisdik. Duzeldi. Talcoklar itdi. Sekline baxanda bileceksiz.106d36d1e8ce376fba104a74c772c774.jpg

    Salam, qardaş. Mənim maşınımda başqa cür olur. ayaımı qazdan çəkəndə və tormoza basıb maşını yavaşladanda bəzən 2-dən 1-ə keçəndə elə bil tolçok olur, maşını nəsə vurur. Amma bilmirəm bu nədəndir. Siin də göstərdiyiniz kimi həmin detaldan ola bilər? 

  4. On 3/14/2017 at 0:08 AM, anardroid said:


    Akkum. da olcdum 12V-dan ashagi olmur. 100'lukdu, mashinda da elave maqnitofon, usilitel filan yoxdur. Yeni 1-2 gunle boshalmaz, generatordan zaratka az getse bele. Men bildiyime gore 13.8V minimum olmalidir generatordan gelen. Yeqin kimse olcdurub oz mashininda, paylashsin deqiqleshdirim ishimi)

    Salam, qardaş. Mənim maşınımda da (c180- 1999) buna bənzər problem olurdu, uzaq işıqları yandıranda bir də gördün bütün işıqlar 1 saniyə içində yanıb sönürdü, maqnitofon sönüb yanırdı, bəzən yaxından uzağa keçirəndə işıq zəifləyib güclənirdi. Akkumulyatoru onda ölçdürmüşdüm, deyəsən 14.5 idi. Usta da dedi ki, belə olmalıdır, normaldır. Amma o məsələnin nədən olduğunu tapan olmadı. Bir müddət sonra həmin problem öz-pzündən ortadan qalxdı. Mənə hələ də naməlumdur ki, problemin kökü nə idi.

  5. Hər kəsə salam.

    Mənim tanışımın jetta 2000-ci il, 2 motor maşınında belə bir problem olub. 

    Deməli, motor yağının işığı yanırdı. Neçə dəfə ustaya demişdi, usta da demişdi ki, sür, ediləcək bir şey yoxdur. Bir müddət sonra gözlənilən oldu, yəni motor getdi. Sonra ustaya apardı, usta motoru yığdı, maşın işə düşdü, amma bir müddət sonra yenə işıq yanmağa başladı. Usta bu müddət ərzində də maşının bir neçə şeyini dəyişdi, bundan sonra düzələcək deyə-deyə. Amma hələ də o problem davam edir. Kim bilər, nədən ola bilər? Bildiyiniz super usta var? 

    Əvvəlcədən təşəkkürlər.

  6. 13 minutes ago, CekpeT said:

    В Баку, на Бабека, есть много мест, где занимаются этим. Какой ставить, определит на месте мастер, по мощности двигателя.

    Точной информации насчет цены у меня нет, пламягасители насколько я слышал, стоят порядка 70 манатов.

    Qardaş, məlumatın üçün də təşəkkür edirəm, sağ ol. 

    Bu işlə məşğul olan peşəkar, işində məsuliyyətli, gördüyü işə qarantiya verən, başdansovdu iş görməyən usta tanıyan varsa, bir zəhmət yazsın.

     

  7. 32 minutes ago, CekpeT said:

    Если внутренности катализатора не расплавились, их можно промыть. Хотя, у нас такого не делают. Мастерам выгоднее забрать у вас внутренности, которые содержат платину.

    Турки собирают внутренности катализатора из сеток.

    Как вариант, можно поставить пламягаситель.

    Plamyagazitel hardan tapmaq olar? Mən Naxçıvanda oluram, əminəm ki, burada elə şey yoxdur. Olsa-olsa Bakıda olar. Ancaq yerini bilmirəm. Bir də hər hansı bir plamyagazitel gedir, yoxsa maşına görə fərqlidir? Bir də əgər bilirsinizsə, qiyməti neçəyə olar təxminən?

  8. Salam, dostlar.

    KAtalizatoru boşaldılmış maşından səsin azalması üçün nə məsləhət görürsünüz? Təzə katalizator bahadır. Heç kəs buna yaxın durmur. İşlənmiş də ki, nə vəziyyətdə olduğu bilinmədiyi üçün, tezliklə yenə tutulacağı üçün məsləhət görmür bəziləri. Deyirlər, səsi azaltmaq üçün katalizatorvari nəsə bir şey yığırlar. Belə şeylə rastlaşan və ya istifadə edən olub?

  9. 21 hours ago, porridge said:

     

    http://mercedes-assist.ru/mercedes-w202/mercedes-benz-1309-10.m_id-209.m_id2-.html

    Diqqətlə oxuyun lazımınız olar. Əsasən ikinci cədvələ diqqət yetirin. Cədvəldə oporniklərin minimal mümkün qalınlığı öz əksini tapmışdır. Sizin avtomobilinizdə qabaq disklərin 23 mm qədər, arxaların isə 7.6 qədər yeyintisi məqsədəuyğundur. Ondan artiq yeyinti təhlükəlidir və diskin dəyişilməsi zəruridir.

    Qardaş, bu gün Bakıdakı tanışım vasitəsilə Ştutqard mağazalarının birindən soruşdurdum tormoz disklərini, Febi və Swag firmasından olanların cütü 75 azn, Rood House və Remsa firmasından olanların cütü 65 manat. Bocsh, Zimmerman, Tekstar və s. yox imiş. Bunlardan hansı məsləhətlidir?

     

    • Upvote 1
  10. 12 hours ago, porridge said:

     

    Təbii ki əlnən ölçsəz düzgün olmayacaq. Ən azından adi bir xətkeşdən istifadə etmək olar))))

    Yəni, nəzərə alsaq ki qabaq yenisi normativlərə uyğun 25mm olmalıdır, 23 mm qədər yeyinti  - 2 mm mümkündur. Ondan artıq təhlükəlidir. Arxalarda normativ 9 - yeyinti mümkünlüyu 7.6 qədər, yəni 1.6 mm.

    Deməli, təxminən 3 mm-ə yaxın qabaqlar gedib, 1 mm-ə yaxın və ya 1 də arxalar. BUrdan soruşdum, tormoz disklərindən "Meyle" firmasının var idi ikitərəfli aynası 55 azn, "master" firmasının 1 tərəfli aynası 40 azn. Mənim maşınımdakı 1 tərəflidir. Amma bu firmalar haqqında heç eşitməmişəm. Bu barədə eşidən varmı? Bir də siz göndərdiyiniz cədvəldə 29 mm yazılıb. Mən baxdım, bunun təzəsi heç o qədər olmur. Bəlkə, 29 mm ikitərəfli aynalar üçündür? Nəsə bu hissə mənə aydın olmadı.

  11. 1 minute ago, porridge said:

     

    http://mercedes-assist.ru/mercedes-w202/mercedes-benz-1309-10.m_id-209.m_id2-.html

    Diqqətlə oxuyun lazımınız olar. Əsasən ikinci cədvələ diqqət yetirin. Cədvəldə oporniklərin minimal mümkün qalınlığı öz əksini tapmışdır. Sizin avtomobilinizdə qabaq disklərin 23 mm qədər, arxaların isə 7.6 qədər yeyintisi məqsədəuyğundur. Ondan artiq yeyinti təhlükəlidir və diskin dəyişilməsi zəruridir.

    Təşəkkürlər, qardaş. Sağ ol. Gərək, dəqiq yoxladım. Minnətdaram. Elə əllə olan şey deyil, deyəsən. 

  12. 2 minutes ago, CekpeT said:

    Скрипят колодки. Тормозные диски можете сами на ощуп проверить. 

    И снова повторюсь, лучше покупайте новые. Бош стоит 30 манатов штука, за новую, стоит из-за этих денег рисковать своей жизнью? 

    Nakladkalar təzə dəyişilib. ATE (səhv yadımda qalmayıbsa) qoydurmuşdum. Təbii ki, təhlükəsizlik hər şeydən daha əsasdır. Orijinal BOCSH-dursa, dəyər. Özüm necə yoxlaya bilərəm? Mən baxdım, diskin aynaları hardasa 4-5 mm içəri doğru yeyilib.

×
×
  • Create New...