Jump to content

content

Newbies
  • Posts

    20
  • Joined

  • Last visited

Posts posted by content

  1. Вопрос про присадки для дизеля.

    У  нас, в магазине куча разных очистителей форсунок, присадок  как Liqui,Moly, Hi-Gear и Mannol .Подскажите пожалуйста стоит ли заливать очистители форсунок, присадок.

    Mercedes E270 CDI можно лить присадку Ликви Моли для очистки топливной системы дизеля? 
  2. Подскажите советом.

    Первые минут  езды последнее время присутствует в салоне слабый запах жженого масла или отработанных газов (я точно не разбираюсь в этом). При длительной езде все пропадает. Затем опять появляется но не всегда. Машина Mercedes E270 2001 год. Что может быть такого? Думал может масло где поддтекает и потом выгарает. При длительной стоянке никаких масленных подтеков на асфальте нет и в двигателе уровень масла не падает.

  3. Əslində ölkədə yanacaq doldurma məntəqələrinin yanacaqla bağlı keyfiyyətinə,standartalara uyğun olub olmamasına xüsusi səlahiyyəti olan "Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi" nəzarət etməlidir.Vaxtı-vaxtında yoxlamalar,monitorinqlər keçirərək bu Yanacaq Doldurma Məntəqələrində qiymətləndirmə və labarator nəticələri göstərməlidir.Belə olduğu halda həm istehlakçıların hüquqları təmin olunmuş olur,həm də ki,yanacaq satan şirkətlərin öz istehlakçılarını itirməmələri üçün keyfiyyətli məhsul satmağına stimul yaradılır.Amma vəziyyət necədir?Vəzəiyyət belədir ki,ayrı-ayrı vətəndaşların maraq və şikayətləri əsasında bu kimi tədbirlər araşdırılır.Qalan "yoxlamalar" isə hamıya bəlli olan formal xarakter daşıyır.sadəcə adı olur yoxlama.Amma nəyi yoxlayırlar,necə yoxlayırlar heç kimə məlum deyil.Məhz buna görə də Ynacaq Doldurma Məntəqələrində sözün əsl mənasında "özbaşınalıq" baş alıb gedir.Məyər bilmirlərmi ki?

    1)A92 və ya dizel kimi oktan ədədi aşağı olan yanacaqlara asiton qarışdıdılır?Adi 100 lt A92 benzininə 3 litr asiton qarışdıranda A95 benzinin oktanını əldə etmək olur.Asiton isə benzindən ucuzdur və beləcə benzinin maya dəyəri aşağı düşür.Çoxumuz da asiton qarışığı olan yanacağı dolduranda mühərriyin səsinin azalması,detonasiyanın azalamasına görə yanacağın keyfiyyətli olmasına aldanırıq.səhəri isə oktan ədədi qəfil yoxa çıxır))

    2)Yanacağ depoya boşaldılarkən onun tərkibinə əlavə kimyəvi maddələr qatılır.Bu maddələr nədir?Tərkibi nədir?Niyə qatılır?Gəlir hara gedir?))

    3)Niyə şlanqların uzunluğu standartlara uymur?Ona görə ki,aparatdan çıxan yanacaqın bir qismi şlanqlarda qalır və geriyə sovrulur.Halbuki bu sayğacda hesablanır.İndi sual verirəm nəyə lazımdır bu boyda anakonda uzunluqunda şlanqlar?))

    4)Öncədən litrəyə və qiymətə görə kəsim edən avtomat sayğacların iş prinsipini məyər bilmirlər?"Kafisent" deyilən bir anlayış var.Nədənsə YDM -də işləyənlər bu sözdən xoşları gəlir))

    5)Hamıya məlumdur ki dizel yanacağının tərkibində  su olur.Dizel saxlandıqda ondan su ayrılır və aşağı hissədə yığılır.Standart üçün isə kinemtaik özlülükdə temratura görə setan dəyərinin normasıdır ki,bu da suyun olmaması şərtidir.İndi deyin görək bu yanacaq doldurma məntəqələrərində bu standartlara baxan varmı?Bəlkədə illərdir o iri çənlərdə kifayət qədər su yığılıb və ya yığılan su dizelə qarşıq formada operatorlara ötrülür.

    Bu siyahını uzatmaq da olar amma məsələ bu deyil.Bir tərəfdən də özümüzü qınayıram ki,bir iki YDM-in bu hərəkətinə görə ordan heç kim benzin doldurmasa bəlkə bir az özlərini düzəldərlər.İstehlakçı kimi bizim hüquqlarımızdan biri də təklif olunan əmtəədən imtinadır.
  4. Bu gün bir tanışımın məsləhəti ilə dizeli Zooparkın yanındakı "İST Petrol"-dan doldurmağı qərarlaşdırdım.Maşından düşər düşməz, operator nə qədər dizel dolduracağımı soruşdu.Dedim ki,sən doldur mən sənə nə vaxt desəm dayandırarsan...Bunu deyən kimi o tərəfdən nəzarətçi gəlib çıxdı ki,qətiyyən olmaz!Aramızda mübahisə düşdü.Deyirəm ki ay kişi nə üçün olmaz?Deyir ki,ya konkret məbləğ deməlisiz yadakı tam bak dolmalıdır.Səbəbini bir neçə dəfə soruşsamda eyni cavab aldım.Olmaz vəssəlam.Əsəblərimi qorumaq üçün bu adamla mübahisəni dərinləşdirməməkdən ötəri biraz dizel doldurub çıxdım.Artıq hər şey məlumdu...Deməli bunlar da konkret olaraq öncədən proqramlaşdırılmış,məbləğ və ya litrə görə kəsirlər.Dizelin keyfiyyəti isə bilinmir.

  5. Sizdən bir şey də soruşmaq istəyirəm.Maşının salonunda azacıq da olsa naqar hiss edirəm.Bu gün bir servisə apardım dedilər ki,öncə qabaqda motora birləşən yerdəki dairəvi praklatkanı dəyişmək lazımdır.Daha sonra isə dedilər ki,maşında katalizatorun imi boşdur və orta qazanlarda dolub.Təklif elədilər ki,başqa maşından çıxarılmış katalizatoru quraşdırmaq və başqa maşından çıxmış orta qazanları dəyişdirmək.
    Katalizatorun qiyməti işlənmiş-150 azn
    Orta qazanlar-30 azn
    Sizcə bu doğrudurmu?
    Maşın E270 -2001 ci il

  6. Знаком с поставщиком MOTUL. Даже более знаком с их дилером из Росии. В баку дистрибюторы, дилеры в россии. MOTUL производят только во франции. Поставщики также следят и за рынком чтоб подделок не было. Поэтому и точек продаж не много, чтоб легче контролировать.

    Motul yağını satan şirkət öz yağının orjinallığını saxta ilə müqayisədə necə müəyyən edir?Məsələn,bir vaxtlar dedilər ki,ən yaxşı və keyfiyyətli yağ "EUROLUB" yağlarıdır.Amma 5000 km-dən sonra yağın keyfiyyəti aşağı düşdü.Həmçinin "EUROLUB" yağlarının orjinallığını kanistrdə olan alt qapaqların olması ilə də fərqləndirirdilər.Amma mən açanda orda elə bir qapaq görmədim.Daha sonra servislərdə "Q8" bahalı yağlar təklif olundu və 8000-10000 km zəmanət verirdilər.Amma sonra nədənsə onları da dəmir baçoklardan satmağa başladılar.Bilmək olmadıki bu yağ saxtadı ya orjinal.Odur ki,bu yağ məsələsində distrubutor olan firma orjinal malın orjinallıq meyarını açıq aydın göstərməlidir.MOTUL yağları barəsində isə heç bir söz deyə bilmirəm hələki.Çünki nə istifadə etmişəm nədəki onun qutularını görməmişəm.

  7. Salam/

    Təbrik edirəm - sağlıqnan istifadə edin.

    O ki qaldı mühərrik yağlarına əvvəla onu deyim ki, Motul yağları yanız bir zavodda Fransada istehsal olunur və oradan idxal olunur. Bu yağları bizim servisdə aldıqda onların orijinal olmasına əmin ola bilərsiniz.

    Əkər əvvəllər 10-40 yaı törülübsə eyniqaydada Sidə davam edin. Belə ki Motulda 6100 Sinergi 10-40 yağıSizin avtomobil üçün ən məsləhətli yağdır: 5 litri - 41 manat, 4 litri - 36 mant və 1 litri - 10 manata. Filtr - 5 manat. Usta haqqı - 8 manat.

    Motoru yuyan əlavələri və Molobden qatqılarını əlavə etməyə məsləhət görmürəm - maşının yürüşü çoxdur, problem yarana bilər. Belə ki Moliden  Disulfit motor yağında sulfat turşusunun əmələ gəlməsinə təkan verir və yağın "ömrünü" azaldır (4000-5000 km). Yuyucu qatqılar isə cox cirkli mühərriklərdə isə karterdə yerləşən yağ kəfkirinin ağzını yuyulan hissəciklərlə tuta bilər.

    Motul yağlarında lazımi qatqıları yetəri miqdarda var və bu qatqılar mühərriki istismar zamanı tədricən təmizləyir və qoruyur.

    Öncə çox sağ olun.daha sonra isə xahiş edirəm ki,dediklərimi anlayışlı qəbul edəsiniz.Bir çox yağ düstrubutoru olan firmaların əksəriyyəti satdıqları yağların orjinallığına inandırmağa çalışırlar.Bir vaxtlar "EUROLUB" alman istehsalı olan yağları çox təriflədilər.Orjinallığlna və yağ qapaqlarının altına diqqətli olmağa çağırdılar.Mən də bu yağdan aldım amma kanistrin qapağının altında heç bir qapaq görmədim.5000 km-dən sonra isə yağın keyfiyyəti dəhşətli dərəcədə pisləşdi.Bir servisdə mənə 8000-10000 km zəmanətlə "Q8" yağını məsləhət gördülər.Sadəcə onlarada etibar eləmədim və qiyməti baha olduğu üçün seçim etmədim.

    Siz də qeyd etmisiniz ki,MOTUL yağının orjinallığına servisdə əmin ola bilərsiniz.Yaxşı deyə bilərsinizmi ki,bu orjinallıq nə ilə ilə fərqlənir?

  8. Azərbaycanda ən problemi məsələlərdən biri də bu yağ distrubuturları ilə bağlıdır.Mən bu yaxında almaniyaya gedib gələn birisi ilə söhbət edərkən dediki,mən ancaq yağı özüm Almaniyadan gətirirəm.Azərbaycana ümumiyyətlə rəsmi distrubutorluğu olan heç bir şirkət Almaniyadan yağ gətirmir.Sadəcə Alman texnolojisi əsasında hazırlana bilən yağlardır.Onu da hələ bilmək olmaz.Məsələn Radius mərkəzində də idda edirlər ki,LIQUI MOLY Almaniyadan gətilir.Eynən Motul ,Megun da bu iddiaları edir.

  9. Salam.Mən də w210 E270-2001-ci il 251000 km yürüşü var.Maşını təzə aldığım üçün istəyirəm ki,yağını və lazımi filtirlərini dəyişim.Məndən öncə 10\40 töküblər.Amma bəziləri deyir ki,öncə motoru yuyucu ilə yusunlar sonra isə molibden tərkibli 5\40 yağı töküb 10000 km sür.Bilmək istəyirəm ki bu doqğurdanmı belədir?
    Xahiş edirəm yağın və filtirlərin qiymətini yazasınız.Birdəki Motul yağları haranın istehsalıdır və orjinal olmasını necə müəyyən etmək olar?
  10. Salam.Forumda bütün postları oxudum.Dəyərli məsləhətlər çoxdur.Mən təzəlikcə w210 E270 almışam.İstəyirəm ki,yağını dəyişim.Mənə məsləhət gördülər ki,yağı dəyişmədən öncə motoru "yuyucu" ilə yuyun.Sonra isə "molebden" tərkibli  LIQUI MOLLY 5/40  yağı töküb 10.000 km sürün sonra isə 5\40 LIQUI MOLLY tökərsiniz.Maşının probeqi 250.000 km-dir.Sizin praktikanıza görə bu nə dərəcədə doğrudur?

  11. Əssələmu aleykum.
    Çox təəssüflər olsun ki,əməllərin zahiri,ibadətlərin zahiri o qədər bizləri işğal etdiki əməlin axirət savabını,ibadətin ixlasını unutduq.Hər şey sanki içi boş lakin zahirdə dolu kimi görsənən bir hala çevrildi.Təbiki şeytanın da istədiyi bu deyildimi?!Necəki bu gün islamın 5-ci şərti olan Həcc ibadətini yerinə yetirənlər həccə getmədən onun əhkamlarını dəqiq bilməyərək,mahiyyətini anlamayaraq sadəcə "palaza bürün elnən ürün" şüuru ilə gedib gəlirlər.Gələndən sonra ordakı müsəlmanların eyiblərini dillərinə alıb özləri də bilmədən qeybət girdabına girirlər.Qaldı ki "həci tituluna" bu artıq absurd bir məsələdir.Həcilər sadəcə həcc ziyarəti zamanı çağrıla bilər.Amma nə etmək olar ki,hələ islamın əhkamlarından,şəri qaydalardan xəbərsiz olan insanlara bunu başa salmaq elə də asan deyil.Çünki "dədə-baba" dinindən ayrılıb ,İslamın həqiqi meyarlarına üz tutmaq üçün də "el qınaqından" yaxa qurtarıb Allahın qınağını etiqadının hakimi etməlidir.Bax bu zaman hər şey qaydasına düşəcəkdir.Ən dəhşətlisi isə budur ki,din adına insanlara təlqin edilən ziyarətlərdir ki,bunun heç bir şəri dəlilləri yoxdur.Məsələn,Kərbala ziyarəti,Məşəd ziyarəti...Pirlərin ziyarəti.Amma baxırsan ki,nə qədər səmimi olan insanları bu cür dinin tələb etmədiyi bir ziyarətləri fərz halına gətirib insanların pullarını alıb,əməllərini isə zay edirlər.Mən başa düşürəm ki,bu sadəcə dini bilgisizliyin və cəhalətin təzahürdür.Bunun başqa tərəfi yoxdur.Amma indiki bir dövrdə informasiyanın geniş olduğu bir məkanda bu cür primitiv şeyləri bilməmək qəbahətdir.Dinimizi doğru dürüst öyrəndikcə görəcəyik ki,həqiqətən də bu Kərbalayi,Məşədi,Həci kimi titullar ibadətin ixlasına zərbə vuran amillərdir.Məyər ibadət Allah üçün edilmirmi?Özümüzə "həci" deməklə həcc ibadətini yerinə yetirdiyimizi insanlaramı göstəririk?Axı biz həccə getmmişdən öncə bunu Allah rizası üçün etmişdik!..

×
×
  • Create New...