Jump to content

1001_geca

Newbies
  • Posts

    30
  • Joined

  • Last visited

Posts posted by 1001_geca

  1. Her bir kes bu suala muxtelif cavab yaza biler.ve her bir kes yazdigi fikirler de tamamile haqli olacaq. Buna sebeb xarakterlerin, heyata baxishlarin muxtelifliyidir. Bir insan uchun var-dovletin , mashinin olmasi xoshbextlikdirse diger insan uchun bu xoshbextlik balaca evinde can sagligi ile bir tike choreyini rahat yeye bilmekdir ve yaxud 1insan uchun xoshbextlik yuksek vezife tutmaqdirsa, diger insan uchun en ashagi vezifede halal maash qazanmaqdir ve s. Umumiyyetle her kes neyese sahib olduguna gore xoshbextdir. ALLAH her kese digerlerinde olmayan ustun bir cehet ve her bir kese heyatda yashaya bilmesi uchun ruzu vermishdir. Dilenchinin, shikestin, yoxsulun, hetta dunyaya yeni gelmiw korpenin de ruzusu evvelceden verilir. Sadece bezi insanlar sahib olduqlarinin vacibliyini, onemliliyini anlaya, onlari deyerlendire bilmirler... Mene gore en boyuk xoshbextlik her gun saglam olmagdir.oyanaraq uzunme dushen gun ishigin gore bilmeyimdi. Heyatda sevdiyin, seni basha dushen, qaygina qalan insanlarin varligidir. Insani geleceye baglayan umidlerin olmasidir. Mehriban, sevinc ve seadet dolu aileye sahib olmaqdir. .Varligi ile seni heyata baglayan, her bir sozune bele xoshbext olacagin sevdiyin bir insanin olmasidir.Men deyerdim ki,en boyuk xowbextlik sahib oldugun en kichik, xirda bir shey uchun bele ALLAHa shukur ede bilmekdir. Bagishlamagi; pisliye bele yaxshiliqla cavab vermeyi, hormet etmeyi; yardim isteyene komek elini uzada bilmeyi bacarmagdir .1sozle fikrimi tamamlayim... xoshbextlik xoshbext oldugunu derk ede bilmekdir...

  2. Keçmişdə bir qaniçən, istilaçı hökmdar vardı.Işi-peşəsi müharibə eləmək, ölkələri viran qoymaq, çapıb-talayıb qənimət yığmaq, xəzinəsini qızıl-gümüşlə doldurmaq idi. Bu xəzinənin qəribə bir sirri... vardı. Qapısı ancaq çöldən açılırdı. Açarın biri hökmdarda, o birisi isəxəzinədarda idi. Qapı gərək ehtiyatla açılaydı. Örtüldüsə onu içəridən açmaqmümkün deyildi. Padşah bir gün yenə böyük qənimətlə səfərdən qayıtmışdı.Xəzinədəki daş-qaşa, qızıl-gümüşə, zəngin sərvətə tamaşa eləmək üçün xəzinəyə yollandı. Sirli qapı hökmdarı məşğul eləməyə başladı: “Görəsənnə səbəbə qapı örtülür, ama açılmır?”. Bu fikir içində padşah xəzinəninqapısını açanda ehtiyatsız tərpəndi. Qapı örtüldü. Heç kəsin xəbəri olmadan o içəridə qaldı.Bir gün, iki gün, üç gün keçdi. Padşah aclığa tab gətirə bilmirdi. Gördü ki, burda qalıb öləcək. Oğluna belə bir məktub yazdı:“Oğul, ALLAH anlayandır. Taleyim elə gətirdi ki, ölkələr fəth eləyən atan xəzinədə acından öldü. Bu qədər qızıl, daş-qaş bircə həftə məni yaşada bilmədi.Bir xəzinə bir çörəyi əvəz edə bilmədi. Indi başa düşdüm ki, bundan ötrü bu qədər qan tökməyə dəyməzmiş. Ölkəni sülhlə idarə elə. Daş-qaş, qızıldan, var-dövlətdən ötrü müharibə eləmə, qan tökmə.Xəzinəni boş saxla. Təki anbarların taxılla, təknələrin çörəklədolu olsun. Qızıl insanı yaşada bilməz, çörək yaşadar. Qızıl yeyilməz, Çörək yeyilər...

    Dogurdanda corek nemetlerin en wirinidir.Her xalqin,her milletin oz metbexinde corek ozunemexsus yer tutur...

    Shukur Allaha Azerbaycanda corey boldu amma qedrini bilmirik, mence her kes ozune ailesine lazim olan qeder corey alsa bu qeder isrfciliq olmaz. Rəsuli-Əkrəm (s) buyurdu:“Ay Allah, çörəyi bizə mübarək elə, onu bizdən ayırma; əgər çörək olmasa,namaz qılmarıq, oruc tutmarıq, Allahın vacib etdiyi əməlləri yerinə yetirə bilmərik”.Həzrəti-Əli ələyhis-səlam buyurub:“Çörəyə hörmət edin; Allah-təala onu asimanınbərəkətlərindən bizə nazil edib, yerin bərəkətlərindən göyərdib”.Soruşdular ki, ona necə hörmət edək? Buyurdu: -“Onu bıçaqla kəsməyin və ayaq altında tapdalamayın”.İmam Cəfər Sadiq (ə) buyurub:“Bədən çörək üzərində qurulub”.Həqiqətən, insanın əsas qidası çörəkdir və heç bir şey onu əvəz edə bilmir. Görünür, bu da babamız Adəmin işi ilə əlaqədardır.Umumiyyetle

    dini və tarixi faktları bir kənara qoysaq, bu gün çörək insanlıq üçün həyatda qalmağı, əməyi, alın tərini və bölüşməyin simvoludur.Unutmayaq ki,heqiqeten de coreksiz heyatin axi dadi yoxdur...

  3. Ey mənim gözlərimin gedən nuru, işığı, İndi niyə gəlmisən?

    Ey xatirələrimin bəzəyi,yaraşığı, Indi niyə gəlmisən?



    Gözlərim yollarına dikiləndə hardaydın?

    Həsrətindən göz yaşım töküləndə hardaydın?

    Gecələr yuxum ərşə çəkiləndə hardaydın?

    İndi niyə gəlmisən?

    Sənsiz bu sevən ürək nələr çəkir,bilmədin…

    Sevincimi bölərdin, kədərimi bölmədin…

    Öldürdün sevgimizi, dəfninə də gəlmədin…

    İndi niyə gəlmisən?



    Səni qara günümə bu ağ saçmı gətirdi?

    Vaxtdakı qovhaqovmu, qaçaqaçmı gətirdi?

    Həqiqi məhəbbətə ehtiyacmı gətirdi?

    İndi niyə gəlmisən?



    Sənlə getdi sevincim, söhbətim, sözüm mənim,

    Səndən ayrı düşəli gülmədi üzüm mənim,

    Dar günümdə gələydin, ay canım, gözüm mənim,

    İndi niyə gəlmisən?
     

     

     

    Haci Arif Buzovnali.

  4. Ayrılıq anları yetişir, gülüm, Gəl o bir cüt qara gözündən öpüm.

    Qəhər boğur məni, söz tutmur dilim, Yanağından öpüm, üzündən öpüm.



    Son dəfə dolansın boynuna qolum,

    Bahar buludu tək boşalım, dolum,

    Susma, bir söz söylə, qurbanın olum,

    Dodağını öpən sözündən öpüm.



    Nə əlim yetişir göyə, nə ünüm,

    Həsrət buludunda tutuldu günüm,

    Sən get, mən ardınca kölgəyə dönüm,

    Düşüb addım-addım izindən öpüm.



    Arifəm, heç nəylə olunmaz əvəz,

    Şirin gülüşündən apardığım həzz,

    Gül dodaqlarının yerini verməz,

    Qönçə dodaqların yüzündən öpüm.

       

    Haci Arif  Buzovnali.

  5. Dolub dərdü qəminlə bağrımın başı daşır sənsiz.

    Hesabın sorma saysızdır, qəmim başdan aşır sənsiz.



    Səadətdən, məhəbbətdən həmişə dəm vuran könlüm

    Xəyalınla gecə-gündüz kədər, qəm paylaşır sənsiz.



    Səninlə hər qəmi dəf etməyi adət edən qəlbim

    Fərağından gələn min bir əzaba qatlaşır sənsiz.



    Bütün dünyaya mən düşmən kəsildim, kimsəsiz qaldım

    Bu üzdən ruzigarım get-gedə ağırlaşır sənsiz.



    Görüm viran ola bir vaxt dolaşdığmız çəmənzarı

    Həyasızmış yaman gül açmağa hazırlaşır sənsiz.



    Məni tərk etdiyin gündən nə hala düşmüşəm gəl gör

    Gözüm görmür, dilim söz tutmayır, əqlim çaşır sənsiz.



    Gülərüz gördüyün Arifdən indi bir əsər yoxdur,

    Nigaran gözlərində sənli anlar ağlaşır sənsiz

     

    .

     

    Haci Arif Buzovnali

  6. Ey ürək Imtahan etdi səni eşq ilə dövran, ey ürək,

    Varlığın atəşə yandıqca dedim, yan, ey ürək.



    Səni Allah mənə vermişdi ömür sürmək üçün,

    Öz əlimlə elədim ömrümü viran, ey ürək.



    Sən vücudumda şah idin, yada əyməzdin baş,

    Mən vəfasızlara etdim səni qurban, ey ürək.



    Daşürək dilbərə verdim səni, sən də daşa dön,

    Bu cahan adlı yeri et mənə zindan, ey ürək.



    Haqlısan, vurma, döyünmə, al əlimdən ömrü,

    Məni torpaqlar içində elə pünhan, ey ürək.



    Sevdiyindən diləyin bircə vəfa idi, vəfa

    Bivəfa etdi səni möhnətə ünvan, ey ürək.



    Zahiri huri olan iblis imiş batində,

    Bu cəhənnəmdə tapılmaz sənə dərman, ey ürək.



    Tərk edib cismini birdəfəlik Arif getdi,

    Sahibindən daha sən qalma nigaran, ey ürək.

     

     

     

     

    Hacı Arif Buzovnalı 

  7. Gəl söyləyək can, sən mənimçün, mən səninçün.

    Kəşf edək hər dərdə dərman, sən mənimçün, mən səninçün.



    Gəl keçək cism ilə candan, baş verək eşqin yolunda,

    Eyləyək dünyanı qurban sən mənimçün, mən səninçün.



    Köz çəkib eşqin odundan qovrulaq vəsl atəşində,

    Gah yanım mən, gah da sən yan, sən mənimçün, mən səninçün.



    Mən vəfalərlə verim can, sən cəfalərlə silahlan,

    Gəl açaq eşq içrə meydan sən mənimçün, mən səninçün.



    Ağlayım şəbnəm kimi mən, sən gülümsə qönçə gül tək,

    Gəl olaq gülzara mehman, sən mənimçün, mən səninçün.



    Arifəm, hər lal baxışda eyləyək zahir məhəbbət,

    Kəşf edək sevdanı hər an, sən mənimçün, mən səninçün.

     

     

    Hacı Arif Buzovnalı 

  8. Yadinda qalibmi son goruşumuz
    O gunu duşunmek yaman aqirdi
    Hemin gun gözelim göruşende biz
    Bilmirem nedendi yaqiş yaqirdi

    Qara keder imiş gelecek bize
    Bizse duşunmeden deyib gulerdik
    Belke goyler bizim qismetimize
    Baxib aqlayirdi hardan bilerdik

    Yaşayir eşq ile gunun her anin
    Bizim seven qelbler eşq hevesinde
    Sen deme o göyden duşen damlanin
    Min keder var imiş her denesinde

    Eceb yaqiş idi o yaqan yaqiş
    Biz xelvet astadan söhbet edirdik
    Gözlerde eşq dolu sevdali baxiş
    Birde saf eşq ucun niyyet edirdik

    Bir sükut cökurdu susurduq herden
    Ürek öz yarini arzulayirdi
    Hundur bacalardan süzulub duşen
    Tekce o damcilar picildayirdi

    Bize pay getirib qemin damlalar
    Ayriliq zulmunu asan sanirdi
    Torpaqa düşerek hemin damlalar
    Belkede min yere parcalanirdi

    Dedin daha gecdi gedirem Vüsal
    Anam nigarandi lazimdi gedim
    Mense hey deyirdim bir az daha qal
    Sense üz cevirib helelik dedin

    Sen getdin itdikcen gözumden gulum
    Baxaraq arxanca izledim seni
    Dedim göruşerik yeqin sevgilim
    Her gun hesret ile gözledim seni

    Yene yaqiş yaqir yene damlalar
    Derd zülüm getirib yoxsa merhemet
    Yene göy üzünde qara bulud var
    Amma ne sen varsan ne o mehebbet

    Vüsal Zaman

  9. Sen gedeni o örtduyun qapi sesi qulaqimda.
    Kecse iller o ses qalar xatireler varaqimda.
    Mene seni xatirladir gelen her bir qonaqimda.
    Sen ebedi getmemisen umid yeri qalib mende.

    Duwunurdum sensen gelen her qapimiz döyulende.

    Bu dunyanin wad gunu az qemli gunu coxdu dedi.
    Onsuz zulumden ezabdan ureyimiz toxdu dedi.
    Yene döyuldu qapimiz senden xeber yoxdu dedi.
    Bir idise min derd oldu min qem oldu bu bedende.

    Duwunurdum sensen gelen her qapimiz döyulende.

    Bu dunyanin sen deme hec yox imiw ki ehtibari.
    Qem qusseymiw hesret imiw bu heyatin dövlet vari.
    Men xebersiz qapimizi döyur yaqiw damcilari.
    Sen yaqiw tek yaxin deyil dolanirsan yene gende.

    Duwunurdum sensen gelen her qapimiz döyulende.

    Bu dunyada tek bir arzum tek isteyim dileyim sen.
    Bir gun sen döy qapimizi acim görum meleyim sen.
    Men seni cox sevdiyimden sanirdim ki ureyimsen.
    Ehtibarsiz cixarsanmiw ay sevdiyim deme sende.

    Duwunurdum sensen gelen her qapimiz döyulende.

    Sen kedersen keder menle menle olan birge sensen.
    Men ele zenn eyliyirdim görduyum her kölge sensen.
    Her qapimiz döyulende boylanirdim belke sensen.
    Iller kecdi sen gelmedin saclarima duwdu den de.

    Duwunurdum sensen gelen her qapimiz döyulende.

    . Vusal. Zaman

  10. Gedirəm, gözlərimi bağla mənimçün bu gecə
    Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.

    Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,
    Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.

    Əcəl almış məni ağuşuna, yox fərqi daha,
    Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.

    Qəmi təklikdə yedin hər gecə məndən gizlin,
    Doymusansa, azacıq saxla mənimçün bu gecə.

    Ağlayıb yolma saçın, yox, eləcə yas saxla
    Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.

    Fəhminin ömrü bitir, bir də uzat əllərini
    Son dəfə gözlərimi bağla mənimçün bu gecə.

    • Like 1
  11. Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
    Getsəydi, bu dünyanı beş-on şeyrə satardım,
    Dünyanı beş-on şeyrə satardım
    və yatardım.

    Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
    Əvvəl acı dərman kimi ehmalla dadardım,
    Dərman kimi ehmalla dadardım
    və udardım.

    Bir qırmızı paltarlı qadınçün gecə yarı
    Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
    Yanğıyla yuxumdan oyanardım
    və yanardım.


    Son dəfə mənimçün gözünün yaşı axardı,
    Göz yaşını son dəfə öpüşlərlə silərdim,
    Son dəfə öpüşlərlə silərdim
    və ölərdim.

    Bir gün səni də yadlara xoşluqla verib mən
    Sonra durub ardınca xəcalətlə baxardım,
    Ardınca xəcalətlə baxardım
    və baxardım.
     

     ILQAR  FEHMI..

    • Like 1
  12. Yenə xatırlayacaqsan bu evi
    Yenə də zəng edəcəksən: Gəlirəm
    Yenə də yalvaracaqsan: Gözlə,
    Heç yerə getmə, bu günlük səninəm.

    Yenə kölgən cızacaq pəncərəmi
    Girəcəksən elə bil öz yuvana,
    Yenə palton düşəcək qollarıma
    Yenə çantan uçacaq boş divana........

    Yenə sakitcə yumub gözlərini
    Kürəyin söykədəcəksən sinəmə
    Yenə guya unudub sözlərini
    Deyəcəksən ki, demə, heç nə demə......

    Yenə dinməz dayanıb bir müddət
    Arxadan boynuna ahlar səpəcəm
    Saçını sonra səliqəylə yığıb
    Çiyninin ağ dərisindən öpəcəm.......

    Ağ belindən götürüb əllərimi
    Yenə bərk-bərk sıxacaqsan döşünə
    Yenə də tuş gələcək lal baxışım,
    Al dodaqlarını sıxmış dişinə.......

    Sinən aramsız enib qalxınca
    Mən gedib bağlayacam çöl qapını.
    Söndürülmüş siqaretlərlə yenə
    Birbəbir dolduracam külqabını.......

    Yenə də seyr edəcəm dinməzcə
    Çiyinindən sürüşən köynəyini,
    Yenə də gözləyəcəm tez soyunub
    Tələbeeeeep lampanı söndürməyini........

    Yenə qoynumda bu çılpaq bədənin
    Sübhəcən çırpınacaq, ağlayacaq
    Yenə dırnaqların ac qırğı kimi
    Sinəmi, boynumu cırmaqlayacaq.......

    Yenə qışqırtın, iniltin qopacaq,
    Sıxacam ağzını ovcumla yenə
    Qonşuda xeyli qulaq şəklənəcək
    Ehtirasın bu həyasız səsinə........

    Yenə həzzin çatacaq son həddə
    Bədənin od tutacaq, allanacaq……
    Sonda halsız düşəcəksən yatağa,
    Ayağın çarpayıdan sallanacaq........

    Yenə titrək həyəcanlı səslə
    Açacaqsan mənə öz hisslərini,
    Yenə də axtaracaq süst baxışım
    Bədənində yad öpüş izlərini.........
    ..
    Yenə də inciyəcəksən məndən
    Deyəcəksən: Soyuyub ehtirasın.
    Yenə xatırlayacaqsan bir vaxt
    Bizi uydurmaş o şəhvət havasın.......

    Yenə laqeydliyimdən usanıb
    Əsəbi yellədəcəksən əlini,
    Sanki qəsdən məni cırnatmaq üçün
    Yenə tərifləyəcəksən ərini.......

    Bezib axır susacaqsan, birdən
    Yenə də yastığa çırpıb üzünü,
    Dözməyib gəldiyin üçün bu evə
    Yenə lənətləyəcəksən özünü.......

    Yenə də hönkürəcəksən xeyli
    Nəmli yastıq udacaq göz yaşını,
    Sonra sakitləşəcəksən azacıq,
    Ah çəkib qaldıracaqsan başını,.....

    Yenə qalxıb yığacaqsan yerdən
    Səpələnmiş təzə pal paltarını,
    Geyəcəksən yenə tənbəl-tənbəl
    Əyninə köynəyini, şalvarını.......

    Qapıda bir də yumub gözlərini
    Kürəyin söykədəcəksən sinəmə,
    -Sənə mən ömrümü bəxş eylərdim
    Bircə yol barı desəydin - ELƏMƏ…........


    Ilqar Fehmi



     

    • Like 1
×
×
  • Create New...