Jump to content

VugarPashazade

Almost members
  • Posts

    68
  • Joined

  • Last visited

Posts posted by VugarPashazade

  1. Paluxin, Mirzə Fətəli, Tolstoy,.... bütün məhəllələrdə camaat bugünki toplşamadan danışır. 

     

    Az qalıb, iki saatdan sonra toplaşırıq. Özünmüzü ələ alaq. Forumda, toplantıda ara bulandıranları iqnor edək, fikrimizi öz işlərimizə cəmləyək. Televiziya kanallarına arqumentlərimizi söyləyək. Qəzəblənib özümüzdən çıxsaq o dəqiqə dağıdacaqlar toplaşmanı. Və heç nə də deyə bilməyəcəyik müsahibədə. 

     

    İğtişaşlara uymayaq.

     

    Arqumentlərimiz:

     

    1) pul istəmirik, bu ərazidə ev verin.

     

    2) ev yoxdur tikin.

     

    3) köçürülmə planı hazırlansın.

     

    4) ictimai iclaslar keçirilsin, səlahiyyətli məmurlar sakinlərin qarşısında hesabat versin, tələblərimizə qulaq assın və köçürülmə planında bunlar. nəzərə alsın.

     

    5) bazarda inflyasiyanın qarşısını alısın. yoxsa 5000 verilsə də yenə ev ala bilməyəcəyik.

     

    6) divarların sahəsini nəzərə alsınlar və ya bizə alacağımız evdə divar satılmasın.

     

    7) evi balaca olan minlərlə ailə var. bunlar nəzər alınsın.

     

    Köçürmə işlərinə yenidən baxılsın !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Raziyam ki evveljeden hazirlashmag lazim idi. Amma o deyilen mikrarayonu sheherin merkezinde salmag alinmayajag. Yer yoxdu. Bax eger movjud mikrarayonlar hansi ki xestelik menbeyidi, vaxtinda sokulub yerine 16 mertebeler salinsaydi indi sovetskini ora kochurmek olardi. Bu gunsiz deyen yashayish yerleri masazirda salinir. Elbetde ki, sheherin merkezinden ora kochmek hagsizligdi.

    Amma sizinle razi deyilem ki o erazilerde az adam yashayir. Ele mehleler var ki, 5 ji nesil artimimgedib orda. Hele vereseleri demirem. Bu gun mehkeme n geder ish achilib. Hami bash galdirib ki, menim dede baba mulkum olub mene de pul dushur. Bu helem bashlangijdi. Hele ki pulu anjag kutgashenli kuchesine teref yashayanlara bashlayiblar vermeye.

     

    Yasamalda 5 Sovetski qədər yeri yerləşdirmək olar çox mərtəbəli binalarda.

     

    Şərtdir mi 10 000 evi birdən birə yerlə-yeksan etsinlər ? Əvvəlcə müəyyənləşdirsinlər neçə ailə ev tələb edir. Bu rəqəm dəqiq məlum olandan sonra şəhərin mümkün olan yerlərində mövcud olan binalara köçürülsün ailələr, qalan hissə ailə üçün isə bu ərazidə mümkün olan yerlərdə binalar  tikilsin və sakinlərə paylanılsın. Axı bu mümkündür. Bu nağıl, röya, xəyal, yuxu deyil. Dövlətimiz nəinki Sovetski ərazisi üçün, bütün Yasamal rayonu üçün evlər tikməyə qadirdir!

     

    Birinci mərhəldə Qış parkının xəttinə düşən evlər söküləcək. İlk öncə Qış parkının xəttinə düşən ərazidə ev tələb edən ailələrin sayı müəyyənləşdirilsin. 

    İkinci, üçünüçü....beşinci  mərhələyə düşən ərazilərdə ev tələb edən ailələr də müəyyənləşdirisin. 

    Sonra hesablansın bu ərazidə nə qədər boş mənzil var. 

    İlkin olaraq həmən boş mənzillərə 1ci mərhələyə düşən ailələr köçürülsün, o ərazi başlansın sökülməyə, tikilməyə.

    Paralel olaraq ev çatmayan ailələr üçün bu ərazidə mümkün olan yerlərdə binalar tikilsin. Və hissə hissə ailələr köçürülsün. Küçə-bə-küçə hazır olan evlərə ailələr köçürülsün və bundan sonra  bu ərazilər də sökülsün, tikilsin. İstənilən halda dövlət istəsə öz vətəndaşını razı salar. AMMA İSTƏMİR!!!! (((((((((((((((((((((((((((((((((((((((((((

     

    Sadəcə olaraq özlırini işə vermək istəmirlər. İnsanların öz haqqlarını tələb edə bilməməyindən istifadə edib evlərini uçururlar

     

    http://www.youtube.com/watch?v=BJjC3_4hHWM

  3. Samki ermənilər bizi evimizdən sürgün edirlər. İnsan da heç anasnaı yaşda qadına qarşı belə o...raşlıq edərmi ? Allahınızdan qorxmursuz ? Günahdır, onun ah-naləsi yerdə qalmayacaq. Mütləq sizin ya övladlarınızın qarşısına çıxacaq bütün bunlar!!!

     

    http://www.youtube.com/watch?v=BJjC3_4hHWM&feature=youtu.be

  4. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

     

     

    bənd 2.11.2.  

     

    Xərclərin istiqamətləri                      Xərclərin məbləği

    Tikinti                                              6.262.776.128,0 manat (6 milyard iki yüz altımış iki milyon yeddi yüz yetmış altı min yüz iyirmi səkkiz)

     

    Azərbaycan Respublikasının 

    Ekologiya və Təbii

    Sərvətlər Nazirliyi                             7 798 127,0 (7 milyon ........)

     

    Elm xərcləri                                      146 815 903,0 (146 milyon ....)

     

    Müdafiə                                            1.637.362.284,0 ( 1 milyard .....)

     

    Milli təhlükəsizlik                                106.318.488,0 (106 milyon ......)

     

    Təhsil                                                  1.653.445.192,0 (1 milyard ......)

     

    Səhiyyə                                                725.586.166,0 (725 milyon .....)

     

    ______________________________________________

     

    Tikinti xərcləri ( 6.262.776.128,0) bölünür:

     

    Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)    5 260 000 000,0
     
    Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi
    üçün idman infrastrukturlarının yaradılması,
    hazırlıq və digər təşkilati işlərlə bağlı xərclər            1 000 000 000,0
     
    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi  2 776 128,0
     
    ___________________________________________________________________________
     
    Tikintiyə bu qədər vəsait ayrılıb. Nəyə görə biz sakinlərə belə haqsızlıq göstərilir ?????
     
  5. Vaxt-ashiri bele kochurmeler hemishe olub Bakida. Men ushag olanda bizim binanin gabagindaki dagli mehllelerin sokduler. O aglayan jamaatin uzu indiyenejen yadimdadi. Guneshliye ve ehmedliye kochurtduler o vaxti jamaati.

    Hech kim oz yurdundan getmek istemir, ne daxmadan ne saraydan. Galdiki siz deyen kimi yerbeyer etmek, o bugun realligi ile mumkun deyil. O erazide o geder de ev tikilmeyejek ki hamiya yer chatsin. Tikilse de artig statusu bashga olajag, yani kasib kusub mali olmayajey. Umumiyyetle Bakida bu gun ev gitligi var. menzil fondu yoxdu. Lap bu gun hokumet desin ki, 1500 yox 2500 verin jamaata. Inanin ki, yene chatmayajag ev. Bazara da o geder pul buraxsalar 5-10 neferin elinde olan evler yene galxajey.

    Allah komeyi olsun haminin, her halda bir chare tapilar. Amma 10-15 ilin perspektivine baxanda ele Bakinin merkezinden uzaglashmag yaxshidi. Onsuz Bakilig galmayib daha Bakida.

     

    Bilirsiz, burada problemlərin yaşanması nədədir ? Yuxarıda qeyd etdiyim qeyri təşkilatçılıqda. Əgər sökən komissiyda hər şey araşdırılsaydı bugünki vəziyyətə gəlib çıxmazdı. Bu Bakıda ən böyük layihələrdən biridir. 10 000 ev, 40 000 sakin yaşadığı evdən köçürülür. Axı necə ola bilır ki, Respublika əhəmiyyətli bu böyük layihə incəliklərinə qədər araşdırılmasın ? 10 000 sakinə pul verib demək olar mı ki, "get harada istəyirsən ev tap, al" ? Təbii ki, hər şey əvvəlcədən araşdırılmalı idi. Düşünmürdülər ki, bazara birdən-birə 10 000 real alıcını buraxdıqda evlərin qiyməti avtomatik bahalaşacaq ? Misal üçün 30 000 manat pulu var sakinin. 30 000 manatlıq evlər isə bahalaşıb olub 33 000 - 40 000. Bu kasıb camaat haradan tapsın 3000-10 000 manatı ki, hedib özünə ev tapsın ? Əgər bazarda ev qıtlığı varsa lazım deyildimi ki, ilk öncə mikrorayonlar salınsın və sonra kütləvi sürgünə başlanılsın ? Belə alınır ki, hamı getməlidi borc-xərc etməlidi, oğurluq yolu ilə pul tapmalıdı yaşamağa ev almaq üçün. Belə olmaz. Bü zülmdür vətədaşlara qarşı. Nəzərə alın ki, bu ərazilərdə böyük sahədə sahədə az sakin yaşayır. yəni, sakinlər əsasən bir mərtəbəli evlərdə yaşayırlar. bir mərtəbəli evlərin yerinə ev tələb edən sakinlərə bu ərazidə evlər tikilərdi və hamı ora köçürülərdi. bunu etmək axı çətin deyil. 

  6. Bütün aparılan işlərdən açıq-aydın görünür ki, bu işlər təşkil olunmayıb. Qaraçı üslubunda bizə yanaşaraq (heç bir hüquq nəzərə alınmadan) evlərimizə özbaşına qiymət qoyublar, istədik-istəmədik pulu köçürdürlər bank hesabına və atırlar evdən bayıra. Bu işdə nə Konstitusiya, nə digər hüquqlarımız, nə real bazar qiymətləri, baş verə biləcək inflyasiya və s. heç nə nəzərə alınmayıb. Sanki biz buralara dünən gəlib qeyri qanuni evlər tikmişik. Və bizə 500 AZN də kompensasiya verilsə biz milyonlar dəfə təşəkkür edib, baş əyib evlərimizdən çıxmalıyıq. Bəli, bəli, məhz bü cür bizə yanaşılır və bu üsulla büdcədən  vəsait ayrılıb.

     

    Əslində isə:

     

    - Sakinlərin sayı ilk öncə müəyyənləşdirilməli idi (pul vermə işləri başlasa da bu statistika heç bir məmurda yoxdur. biabırçılıqdı sadəcə olaraq!!!)

     

    - Evlərin sayı ilk öncə müəyyənləşdirilməli idi 

     

    -  Real bazar qiymətləri (1; 2 otaqlı evlər üçün) müəyyənləşdirilməli idi

     

    - Evlərin sahələri qruplara bölünməli idi (sahəsi 60 kv.m-ə qədər olanlar, 60-100 kv.m olanlar, 100 kv.m-dən artıq olanlar, təmirli, tımirsiz olanlar)

     

    - 1;2 km radiusda olan boş evlərin sayı müəyyənləşdirilməli idi

     

    - həmən evləri tikən şirkətlərlə müqavilələr bağlanmalı idi

     

    - insanları kirayə evlərdə yerləşdirmək üçün evlər müəyyənləşdirilməli idi

     

    - qoca insanlar nəzərə alınmalı idi

     

    - inflaysiya nəzərdə tutulmalı idi (necə ki, artıq evlər bahalaşıb!!!)

     

     Bütün bunlar hesablanmayıbsa büdcədən hansı hesabatlarla vəsait ayrılıb ? 

     

    "1000 manat kirayə pulu + qəpik-quruş kompensasiyanızı götürün və harada, necə ev tapırsız tapın, bizlik deyil". Hər şey belə hesablanılıb, hər şeyə belə yanaşılıb. Yazıq sakinin, vətəndaşın kimdi aqibətini düşünən. Bu işləri düşünməyə sərf etdikləri vaxta ondansa hesablayarlar ki, pulları SOL tərəfə necə yuyaq, necə qara pulları yiyək. 
  7. А почему не сделать так, как сделали на проспекте Гейдара Алиева. Выслели - выдали на 2 года денег на проживание в качестве квартирантов и через 2 года заселят в новый дом, который будет построен на месте тех домов?

     

    Çünki yerli camaatı istəmirlər burada qalsın. Baş planda açıq aydın görünür ki, nə qədər yeni binalar tikiləcək Sovetski ətrafında. Amma nə faydası ? yerbəyer etmirlər bizi burada. İstəsəydilər H. Əliyev pr.də olduğu kimi bizi kirayə evlərə köçürərdilər. Binalar hazır olandan sonra qayıdardıq  öz məskənimizə. 

  8. Кому уже дали деньги? Кого выселяют? есть тут такие? Деньги уже по 1500 перечислены на счета?

    Потому что недавно от одной серьезной строительной кампании слышал инфу. Но пока как-то не вяжется все это..

     

    2000-ə yaxın evin qeydiyyatı aparılıb. 45 nəfərin bank hesabına pul köçürülüb. 

  9. Mənim evim cəmi 33 kvadratdır. Evim təmirlidir. Hamamı, tualeti evin içindədir. Bəli, sahə balacadır. Amma artıq mən burada yaşamağa öyrəşmişəm. Çünki övladlarım universitetə (Qərb Universiteti) və işə (Elmlər metro st yanında) piyada gedib gəlirlər. Hər axşam piyada Bulvara gedib gəlirəm. Qonşularımla uşaqlıqdan bir yerdə böyümüşəm. Bir evli kimiyik hamımız. Mənə 49 500 AZN pul verilir. Mən  harada bu məbləğlə ev ala bilərəm ? Şəhərdə yaşamağa öyrəşmiş adam bu yaşda kəndə köçüm ? 

     

    5 il bundan qabaq da 1500  verilirdi indi də. Bu ədalətlidir ? Bəs inflasiya, bahalaşma ? Bu ərazidə real ev qiymətləri hara olsun ???

     

    Qonşuluqda heç kim nəinki razıdır, hətta heç kim evinin sənədlərini jekə təqdim belə etməyib. Mütləq bu məsələ yenidən, köklü olaraq, əmlak bazarının ekspertlərinin iştirakı ilə, sakinlərin iştirakı ilə araşdırılmalıdır. Evlər ədalətli olaraq qiymətləndirilməlidir (evin dəyəri, sahəsi, təmiri ədalətli hesablanmalıdır). 

     

    Ev istəyənlərə evinə uyğun ev verilməlidir, ev istəməyənlərə isə həmən ərazidə sökülən evə uyğun ev ala biləcək məbləğdə kompensasiya ödənilməlidir. Cari ayda bu ərazidə 1 otaqlı ev 80 000 manatdır. 

     

    80 000 hara 49 500 hara ? Mədəni sürətdə deyilir ki, köç kəndə.

  10. Sovetskidə artıq hər tərəfdə divarlara yapışdırılmış "Hövsanda 10 sot torpaq sahəsi", "Lökbatanda 2 otaqlı ev", "Sarayda torpaq sahəsi",... elanlarını görə bilərsiz. 
     
    Çox gözəl siyasətlə evlər sökülür. Yəni Sovetskidən əlinizi üzün, Sizin üçün Hövsanda yerlər nəzərdə tutulub!

     

    Hövsanda "Bakılı məcburi köçkünlər" üçün artıq yer ayrılıb. 

     

    Yaman siyasət aparılır. 

  11. Bir neçə il bundan qabaq Yeni Günəşlidə Fatimeyi Zəhra məscidini sökmək qərarı verilmişdi. Yeni Günəşli Sovetskidən uzaq olmağına baxmayaraq Sovetskidən bir çox insanlar məscidin sökülməsinə qarşı çıxmışdırlar. Təqribən o zaman 3000 nəfər yığışaraq etiraz etdik və söküntünün qarşısını aldıq. 

     

    Ümüd edək ki, bu səfər də insanlar birlik göstərib hüquqlarını qoruya biləcəklər. 

  12. Hər birimiz sabahki toplaşmada  sakitliyə riayət edək. Kobudluq olsa hər şey alt-üst olacaq. Ara qatanlardan uzaq olaq, heç kəsə uymayaq və  toplaşmada təmkinli iştirak edək. 

     

    Əgər toplantıya gələcək sakinlərdən kimisə polis bölməsinə aparsalar hamımız onun azadlığı uğrunda birlikdə çalışaq. Heç birimiz cinayət tərkibli addım atmırıq ki, bizi polis bölmələrində saxlasınlar. Buna əsas yoxdur. 
  13. Yaşar Nuri, Abdulla Şaiq, Müslüm Maqomayev, Çingiz Mustafayev -in vaxtı ilə yaşadığı məhəllələr bir azdan buldozerlərin altında yerlə bir olacaq. 

     

    Burada onlarlara tarixi, memarlıq, mədəniyyət, monumental, xatirə abidələri mövcuddur. Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Mədəniyyət və Turizm Nazirliyi isə susmağa üstünlük verir. 

     

    Bu qədər dəyərli abidələri necə sökmək olar axı ??? (((((((((((((((((((((((((((((

    Tarixi qorumaq lazımdır silmək YOX!

  14. 16.02.2014 tarixdə sərbəst toplaşmaya gələn sakinlərdən bötük xahiş! Bu mitinq deyil! hər birinizdən xahiş  olunur ki, hamı özünü təmkinli, səbrli, qeyri aqressiv aparsınlar. bizim burada toplşamağımızın səbəbi kollektiv məsləhətləşmə, KİV vasitəsilə səsimizi xalqa çatdırmaq, birlikdə müraciətlər hazırlamaqdır. əgər hər hansı lazımsız hərəkətlər törədilsə biz birlikdə heç nə edə bilməyəcəyik. toplaşmanı dağıdacaqlar və bizə qarşı ikinci dəfə polislər tərəfindən zorakılıq törədiləcək. 

     

     

    1796638_602513926485680_207023244_n.jpg

  15. Azərbaycan Respublikasının Konstitusiyası

    Maddə 49. Sərbəst toplaşmaq azadlığı

    I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

    II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
×
×
  • Create New...