Jump to content

Sərxan Həşimov

Newbies
  • Posts

    26
  • Joined

  • Last visited

Posts posted by Sərxan Həşimov

  1. rus qızları.

     

    bizim qızlar özləri də bilmir ki, nə istəyir. tanışlıq saytlarında özlərini elə dartırlar ki - əslində heç normal savada malik deyillər, heç yerdə işləyib, bir karyera qurmayıblar, bir dəfə olsun bir kitabı vərəqləyib 10 səhifə oxumayıblar - götürüb yazırlar ki, "mən insan axtarıram, çünki yer kürəsində insan yoxdur". ancaq rus qızları belə etmir. normal danışa bilirsən, sən də öz işini bilirsən, o da. ağıllı söhbət də edə bilirsən, daha türk seriallarından fırlama romantika havası yaranmır. bizim qızlar münasibət qurmağı bacarmır. əksəriyyət ər çörəyi yeyəcəm adı ilə öz bakirliyini qoruyb, normal hisslərdən özünü məhrum edir. qısası, öyrənmək, oxumaq, karyera qurmaq, cəmiyyətdə özünə yer etmək istəmir və ən qısası düşünmək istəmir. hətta oxumuşları da.

  2. Потому что у нас неть свободомыслие в  индустрие, как и в другие отрасле искусство. А чем ты можеш говорить ? Об неаналогического развитие страна, коррупцием или невежественного обществом ?! Если у тебя нет даже минималного свобода, ты заблакирован и не можеш ничего реалного зделать.

                                                    the-work-of-art-is-a-scream-of-freedom-q

  3. 1. Müsəlmanlarin mitinq, demonstrasiya etmekleri düzgün deyil. Bu kafirlerin yoludur. Hicab qadağan deyil ki hicaba qarşı aksiya keçirilsin. O aksiya iran agentlerinin fitnesinden başqa heç ne deyil zennimce.

    2. Memurların dini savadı o avtobusda gördüyünüz 2 gəncin savadı qədərdir ona görə. Memurlar bashqa planetden gemeyibler ki, cahil camaatimizin numayendeleridirler de.

    3. günahsiz həbs olunan təkcə dindarlar deyil ki, dövlət harda cüzi də olsa təhlükə görür həbs edir. Ateist nidaçılar məsələn. Bədbəxtlərin evindən tankdan başqa hər şey çıxmışdı.

    4. Bizdə də var dini telekanal. Kanalın adı yadımda deyil, Amma bütün kanal dinə aiddir. Şiə məzhəbini təmsil edən kanaldir.

     

     

    Təkfirçilər AbuBəkr bağlanmamışdan əvvəl də var idi. Əbu Bəkrdə partlayış törədən də o təkfirçi -xəvariclər oldular. Elə o təkfrçi xəvariclərə görə əsl sələfilərin də adı batır. 

    Müsəlmanlar müsəlman olsalar heç bir problemləri olmaz. 

     

    Suallarımın heç birinə cavab vermədiniz. Verdiyiniz cavablara gəlincə:

    1. "Hicaba azadlıq" aksiyası hicaba qarşı yox, hicab qadağasına qarşı keçirilmişdi.

    2. Mədrəsə açılmasının məmurların dini savadı ilə nə əlaqəsi var bilmirəm. Məsələyə fransız qalmışam.

    3. Dövlətin vəzifəsi cüzi təhlükə görsə, insanları həbs etmək deyil, onların qarşısına onlar hiss etmədən maneələr qoymaqla həqiqəti axtarmaqdır. Dövlətin vəzifəsi qorumaqdır, həbs etmək yox. Nidaçılar haqqında elə düşünürsən, çünki AZTV-ə baxmısan. Əslində, Nidaçılar əsassız və yalan iddialarla, şərləmə ilə həbs olunmuşdular. Hamısını silah saxlama, mütəşəkkil cinayət təşkil etmə ilə həbs etmişdilər. Niyə göstərmədilər o silahları ? Və niyə hər hakimiyyətə qarşı danışan ya silah gəzdirən, ya da narkotik istifadəçisi çıxır ? Bundan başqa, Nidaçıların hamısı ateist deyil, onların arasında dindar olanlar da var. Atesit olmaq isə utanc deyil. İnsanları dini düşüncələrinə görə ayırmaq da irqçiliyin bir növüdür.

    4. Gözəl vurğuladınız. Var, əgər varsa şiə məzhəbini təmsil edən kanal var. Birlik kanalı yoxdur. Müxtəlif əqidələrin bir arada yer aldığını təmsil edən kanal yoxdur. Bu dediyiniz kanal isə olsa-olsa regional olar, ölkə miqyasında belə bir kanal yoxdur.

     

    Hər halda mən qeyd etmişdim ki, təkfirçilər partlayışdan öncə də var idi, ancaq bu qədər çox deyildi. Müsəlmanın müsəlman olması üçün xüsusi formul yoxdur, ya da belə bir həb yoxdur ki, onu atıb müsəlman olasan. "Çağrı" filmində müsəlmanlar öz dinini elan edəndə, yürüyüş edirlər Məkkəyə doğru. Mənə maraqlıdır ki, mitinq etmək, dinc aksiya keçirmək, ən azından öz fikirlərini çatdırmaq nə zamandan kafirlərin yolu olub ki ?

  4. Nədən boyun qaçırmaqdır? üstüörtülü danışırsız. Sözünüzün canının yazin..

    Azərbaycanda din azaddır. İslamı yaşamağı qadağan edən heç bir qanun yoxdur! Polisin özbaşınalığı faktları isə təkcə dini məsələlərdə deyil, ümumiyyətlə var. Polisimiz ümumiyyətlə qeyri-adi görünüşlü insanları saxlayır. 10-15 il əvvəl Azərbaycanda tanınmış rəssam var, onun qızını polis metroda saxlamışdı. Çünki qiz özü də rəssamlıqla və dizaynla məşğul olurdu, yaradıcı adam olduğu üçün geyimi də o dövr üçün qeyri-adi idi. Əgər özünə müsəlman deyən hər bir kişi peyğəmbərin sünnəsinə əməl edib saqqal saxlasa saqqal adiləşər, o zaman polis kimi saqqalını qirxacaq ki? Vaxt var idi adi hicab bağlayana "vəhabi" deyirdilər. İndi o qədər çoxalıb maşaAllah hicablılar adiləşib. İndi niqab taxanlara vəhəbi deyirlər. Elmləri olsaydı bilərdilər ki niqab vəhabi geyimi deyil, Fatimənin, Aişənin geyimidir. Sovetin dövründə məcburən kafir görünüşlü olmağa məcbur edildik. Sovetdən əvvəlki azərbaycanlılarda kişilər hamisi saqqallı, qadınlar niqablı olublar.

    Dini yaşamağa qoymayan cahil camaatdır dövlət deyil. Özünə müsəlman deyib, qızlarına hicab taxmaq istəyinə görə şiddət və təzyiq göstərənlər o qədər var ki.

    Sizi ümumiyyətlə nə islam maraqlandırır, nə də ki müsəlmanlar... Sizi siyasi reformalar maraqlandırır. ONA GÖRƏ DƏRK EDƏ BİLMİRSİZ Kİ MÜSƏLMANLARA ELMLƏRİNİ, İBADƏTLƏRİNİ GÜCLƏNDİRMƏK LAZİMDİR. Bura din və fəlsəfə bölməsidir. Siyasət haqda başqa mövzularda müzakirə aparın.

    Ümumiyyətlə heç bir ölkənin Konstitusiyasında dinləri qadağan edən bir qanun yoxdur. Qanunda sadəcə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olduğu yazılıb. Siz deyirsiniz ki, din azaddır. Mən sizə bir neçə sual vermək istəyirəm və istəyirəm ki, cavablandırasınız :

    1. Müsəlmanların Azərbaycanda sərbəst toplaşmaq azadlığı varmı ? (Hicab qadağası aksiyası zamanı olanlar əyani misaldır)

    2. Bu gün nə üçün sələflərə bir mədrəsə belə açmağa icazə verilmir ?

    3. Bir müsəlman ölkəsində 72 nəfər dindar necə həbs oluna bilər ? Həm də qondarma əsaslarla (72 nəfərin hamısının silah alverçisi, narkotik istifadəçisi olması, İran agenti, həm də dindar olması absurddur)

    4. Türkiyə sekulyar bir ölkə, ateistlərin ən çox olduğu ölkələrdən biri olduğu halda niyə orada İslam dininə aid telekanallar var, ancaq biz müsəlman ölkəsi olduğumuz halda bizdə bu yoxdur və icazə də verilmir ?

    Bu gün 5 saqqallı bir evə yığışsa, 1 həftə gəlib-getsə, onları maraqlanacaqlar, hətta polis şöbəsinə də çağıracaqlar və hətta arsız-arsız pul da tələb edəcəklər. Ən birincisi insanlar onlara nifrət və xovfla yanaşır. Hələ də saqqalın hər ölçüsünə görə pul verildiyini düşünənlər var. Avtobusda bir dəfə şahid olmuşam iki gəncin söhbətinə ki, biri o birinə deyir: Ermənilərdən sonra ən zəhləm getdiyim insanlar vəhabilərdir. Cəmiyyət savadsızdır, dezinformasiya ilə əhatə olunub. Cəmiyyətin bu gün də informasiya aldığı ən güclü KİV TV-dir. İnternet istifadəçisi çox olsa da, effektiv deyil. Ona görə internetin gücü hələ ki qənaətbəxş deyil. Heç əqidələr arasında tolerantlıq yaradan panellər də yoxdur.

    Dövlətin baryerləri var. Həm də onlara sərf edəcək şəkildə. Əbu-Bəkr məscidi partladılana, sonra bağlanana qədər Azərbaycanda təkfirçilik türklərin təbirincə desək belə had safhada deyildi. Hakimiyyət qorxurdu. Qorxurdu ki, onlar cəmiyyətdə müəyyən nüfuz sahibi olsunlar. Ona görə də vahid elm mərkəzini bağlatdı və onları bu elmdən məhrum etdi. Hakimiyyətin nəzarətsiz adlandırdığı, yəni öz adamlarından olmayanlara məxsus olan kapitalı nəzarət altına götürməsində yer alanlar arasında dindarlar da var. Əlbəttə onlar buna radikal və xəvaric adı qoyurlar.

    Bir də ki, reforma təkcə siyasətdə olmur. Əslində bu anlayış ilk dəfə elə dinin özündə yaranıb. Martin Lüther 16-cı əsrdə reformasiya, yəni kilsənin yenidən təşkil olunması fikrini irəli sürüb. Və onun fikirləri Xristian dünyası üçün pozitiv oldu. Mən İslam dininin yenidən təşkil olunması deyil əlbəttə ki, insanların öz dini azadlıqlarını bilmələrini və bunu tələb etmələrini istəyirəm. Sovet dövründə insanlar əksinə daha qapalı geyinirdilər və saqqal qırxılma təhlükəsi yox idi.

  5. YouTube'da bir aləm var. 

    Orda olan musiqi səsləridir ancaq.

     

    YouTube'da bir aləm var

    Çox az dinlənilir ordakı treklər

     

    YouTube'da bir aləm var

    Orda ancaq fəlsəfə və siqaret tüstüsü gəlir ağlına

     

    YouTube'da bir aləm var

    Orda izlənmə 1 milyonu keçmir heç vaxt

     

    YouTube'da bir aləm var

    Ora nə pleylist, nə də kanal daxildir

     

    YouTube'da bir aləm var

    Orda başlanğıc yoxdur

    Hər şey hər dəfə yeni treklə başlar

     

     

     

    https://www.youtube.com/watch?v=LiksD7nJREs

     

     

  6. Suriyada iraqda da terroru toreden qerbdir de ele. Abubakr bagdadi guya kimin mehsuludu? Qerbin. Avam muselmanlar da gedib qoshulublar ona. Islamda bash kesmek yoxdu. Shekillere baxin bash kesmek " sivil" avropalilarin usuludir.

    Muselmanlar niye zeifdi?? Halal marketde araq satirlar ona gore zeifdirler. Budu reformasiya? Muselman yeni ilde shampan partladir? Bu cur "reformasiyalara" chox misal chekmek olar. Ona gore ne qeder tovhidden ibadetden elmden uzaqdirlar muselmanlar bu cur qurban olacaqlar.

    Reformasiya azadlıqların, din üçün xüsusilə dini azadlıqların təmin olunması üçün görülən işlərdir. "Müsəlmanların zəifləyib", "Müsəlmanlar dindən uzaqlaşıb" kimi klişeləşmiş yanaşmalara "tövhid və elm güclənməlidir" kimi banal izahlar vermək bilə-bilə boyun qaçırmaqdır. Müsəlmanlar zəif və güclü hədis, əqidə, məzhəb, tövhid dartışmaları edirlər, ancaq öz azadlıqlarının təmin olunması üçün addım atmağa qorxurlar. Bu azadlıqlar "Niyə ölkədə məscid açılmasına icazə verilmir ? Açmaq istəyəndə də içinə silah, roket yerləşdirib, məscid sahibini atırlar içəri", "Niyə Azərbaycan müsəlman ölkəsi ola-ola, bir neçə il öncə Bakı İslam paytaxtı elan olunduğu zaman televiziyada bir dənə də İslam dinindən müzakirə-debat təşkil olunmuş bir veriliş yoxdur ? Teledebat bir qırağa, hələ din haqqında verilişlər də qalmayıb", "Niyə İslamı rahat yaşamaq olmur İslam ölkəsində ? Türkiyədəki kimi camaatlar və hər kəsin öz əqidəsinə uyğun bir sosial statusu yoxdur ?" "Niyə saqqallar məcbur qırxıldığı zaman müsəlmanlar etiraz edə bilmirlər ? " Nə üçün Əbu-Bəkr məscidi indiyə kimi bağlı qalıb ?" "Bəs dindarlar nə üstündə həbs olunub ?" qəbilindən olan suallar doğurur. Bu gün müsəlmanlardan əks əqidədə olan müsəlmanın qanını içməyə hazır olanlar var. Ancaq desən ki, filan sosial problem var, yığışaq həll edək, boyun qaçıracaq. Ölkənin siyasi həyatında isə müsəlmanların iştirak səviyyəsi sıfırdır. Nə var, nə var siyasətə qarışmıram, girmirəm təbiri. Azadlıqlar insan məfhumunu hüquq çərçivəsində insan edən fundamental dəyərlərdir. Fundamental hüquqlarını təmin etməyən insan bərabərliyi necə təmin edəcək ? (İslam dini həm də bərabərlik dinidir çıxarışı kimi) Bu gün müsəlman ölkələrində fundamental hüquqlar təmin olunmadığı üçün orada terror da olacaq, başqa anormallıqlar da. Terroru qərb təşkil edirsə, qadınların burnunun kəsilməsini, üzlərinə turşu atılmasını da Qərb təşkil edir ?

  7. Fransa Əlcəzairdə bir ildə (1945-ci il) 1.500.000 müsəlmanı vəhşicəsinə öldürdü demək sadəcə qəzəb və ikrah yaradır. Bu məsələdə Əlcəzairdə öldürülən müsəlmanları yox, Orta Şərqdə müsəlmanların "müsəlman"lar tərəfindən qırılmasını təşkil edən terror təşkilatlarının rolunu gündəmə gətirmək lazımdır. Müsəlmanlar niyə zəifdir ki ? İndi tövhid, İslam köklərinə qayıtmaq yox, reformasiya etmək-islahatlar keçirmək, İslam dinini öz daxilindən zədələyən terror təşkilatlarının maliyyə və silah mənbələrini kəsmək və buna imkan verən Qərb dövlətlərini qınaq obyektinə çevirmək lazımdır. 

  8. Terrora terrorla cavab vermək, baş vermiş terror hadisəsinə "yaxşı oldu" deyib bəraət qazandırmaq olmaz. Filankəsi vaxtilə belə qırğın etmişdi deməkdənsə, məsələyə faktlara yönəlik qiymət vermək lazımdır. Ayın 9-u xəbər agentlikləri CharlieHebdo hadisələri zamanı yəhudiləri soyuducuda gizlədərək ölümdən xilas etmiş Malili immiqrant Lassana Bathily-ini qəhrəman elan etdilər. Lassana MÜSƏLMANdır. Bəli, müsəlman. Humanist olmaq lazımdır və belə faktları, məsələnin gizli tərəflərini sorğulamaq lazımdır. Kauçi qardaşlarının keçmişi, videogörüntü nə demək idi ? Əgər bu insanların əvvəllər məhkumluğu olubsa, onlar necə diqqətdən yayınıb ?

×
×
  • Create New...