Jump to content

Scorpio_1

Almost members
  • Posts

    107
  • Joined

  • Last visited

Posts posted by Scorpio_1

  1. 1)Худаферин - образовалость из двух слов Худа и Ферин .Худа это одно из названий бога по тюрски (например имя Худаяр охначает Аллахяр) Ферин от слова аферин

    2) о всёх селах Джебраила ,Зангелана и Фузулинских районов вокруг этого древнего моста 95% азербайджанское население и здесь не живёт курдское население

    Кстати Магомед Асадов покойный генерал родом из Села Бахарлы Зангеланского района -азербайджанец

    Почему на этом форуме запутываете общество?

    Xuda sözü türkcədir??? Bəlkə bir balaca dəqiqləşdirəsiz bu məsələni???

  2. Что в переводе значит "курд"? По-тюркски "волк". И раз уже речь о врагах, откуда то, что "курды - потомки мидийцев"? Остальные, значит, прикочевали?

    На всей территории евразии испокон веков жили тюркские племена, как-то скифы, саки. И было выгодно государственной геополитике тогдашнего руководства дать приказ историкам разделить народ на индоевропейцев, кавказцев и тюрок. Язык способен видоизмениться буквально за столетие-два. Глосс создается в противовес тем, от которых обособлялись.

    Легенда о курдах гласит, что тюрки, ушедшие жить в горы, стали называть себя курдами. При Ататюрке четко обозначены как "горные тюрки". А теперь воюют против братьев на нашей земле. Или ПКК не террористическая организация наподобие тех, что у наших врагов? Ответьте, господа курды...

    Internetdə mason olduğu deyilən Mustafa Kamal çirkin siyasi məqsəd üçün nəsə deyibsə, bu deyilən bir fakt kimi qəbul edilə bilməz.

    Skiflərin türk olmasını isə heç də bütün dünya qəbul etmir...

    Легенда sözünün də sizin üçün tərcüməsinə baxaq deyirəm.

    1. Поэтическое фантастическое сказание (обычно религиозного содержания) . Фантастический рассказ, поэтическое предание о каком-либо событии или лице.

    2. Инструментальная пьеса повествовательного характера, часто воплощающая музыкальными средствами какое-либо народное предание.

    3. То, что кажется невероятным; вымысел, выдумка.

    4. Вымышленная с целью конспирации биография разведчика.

    Buna da baxın:

    http://youtu.be/37zlzB-3KEk

  3. Scorpio_1, maraqlı burasıdır ki, kişilər özündən aşağı hesab etdikləri qadınla uzunmüddətli münasibət qura bilmirlər, bu qadın nə qədər fiziki cəhətdən gözəl olsa da, maraq itir belə qadına. Amma kişi seçdiyi qadını özünə bərabər ya da üstün hesab etsə o qadından əl çəkən deyil ömür boyu))))

    Müəllifin situasiyası başqa məsələdir, mən fikirlərimi qeyd etmişəm.

    Mənim nəsil-nəcabətimdə ali təhsilsiz bir nəfər olmasa belə, savadsız bir insana yuxarıdan aşağı baxmaram, ola bilsin ki, o həqiqətən də daxilən zəngin biridir, sadəcə düşdüyü mühitdə onu yönəldən olmayıb... Az tanımıram həqiqətən savadlı, öz işinin mütəxəssisi, amma daxilən sıfır olan adamları, onlarla bir saniyə ünsiyyətdən ikrah hissi yaranır. Amma mən işimizdə xadiməmizlə də oturub söhbət edə bilirəm, inanın, onlardan da öyrənəcək şeylər var, yetər ki, hər bir insanın daxilinə nəzər salaq! Axı onların günahı yoxdur ki, həyat onlarla belə edib, onlar da bizim kimi ailələrdə böyüsəydilər, əminəm ki, qat-qat bizdən də dünyagörüşlü, təfəkkürlü olardılar

    Yox mən deməirəm ki, məsələn xadiməyə nəsə yuxarıdan aşağı baxmaq lazımdır. Necə siz eləcə də mən xadimə ilə və ya digər bu tip təhsil tələb etməyən işlərdə çalışanlarla normal münasibət qururam, gündəlik həyatda onları heç kimdən fərqləndirmirəm. Və həm də demirəm ki ali təhsili olanlar ideal mənəviyyat sahibidirlər. Sadəcə ailə quranda bu nüansın nəzərə alınmalı olduğunu deyirəm. Düzünü deyim, mənim təhsilim olmasaydı heç vaxt təhsilli qızla ailə qurmazdım, bunu qəbul edə bilməzdim. Qadının təhsilli kişinin təhsilsiz olması mənim nəzərimdə qəbul edilməzdir. Kişi qadından bir baş üstün olmalıdır:)))

  4. Siz eger eseblerinizi monitor qarshisinda idare ede bilmirsizse, onda uzbeuz mubahisenin neticesini tesevvur edin... Onun bashini ashagi eden "tehsilsizlik" faktoru hemishe bashina chirpilacaq... Chunki, siz onu ozunuze layiq bilmirsiz... Niye?...

    Chunki, o telebe olmayib?...

    "Telebechilik" gormeyib?...

    "Donerxanalarda", "Lahmacunxanalarda" vaxtini oldurmeyib?...

    Dersde muhazirelere qulaq asmaq evezine mobilde "nerd" oynamayib?...

    Dersden qachib, "kafelerde" chay iche-iche domino oynamayib?...

    Rushvet vermek tecrubesini muellimlere pulla qiymet yazdiraraq qazanmayib?...

    Uni.tin qarshisinda park yerinde mashininin yaninda "yekexana-yekexana" dayanib, siqaret chekmeyib?...

    O, butun bunlardan mehrum olub... Chox shey itirib, ele deyilmi?... Sizce butun bunlari yashamish "tehsilli" adlandirdigimiz shexsler ondan daha ustundu... Bele "diplomlu" biri gelecekde sizin butun maddi ehtiyaclarinizi qarshilaya bileceyine hech kim teminat verme bilmez...

    Yenə fikrim fikrinizdən fərqlənəsi oldu:)) Təhsilli adam tam olaraq siz deyən deyil. Savadsız təhsilli adam ən azından universitete daxil olmağı bacarmış biridir. Təhsilli adam 30 savadsız görübsə 10 nəfər də savadlı görüb. Təhsilli adam ən azı 4 il sürünərək diplom xətrinə də olsa univeristeti bitirmək məqsədinə çatmış adamdır. Təhsilli adam ali məktəb haqqında təsəvvürü olan adamdır. Təhsilli adam müəllimlə necə danışmaq lazım olduğunu görmüş adamdır...Daha bir şey də mənə maraqlıdır,( bəlkə də bir az eqoistlik kimi çıxır) təhsilsiz oğlan necə qəbul edə bilir ki, qız ondan nədəsə üstündür??? Bəlkə də təhsili olmadığına görə bunu tam dərk etmir..Məncə qız oğlandan yalnız zövqdə, gözəllikdə və mərhəmətdə üstün ola bilər vəssalam!

  5. ezizim bizim cemiyetimiz umumiyyetle duzgun qurulmayib. ne qeder onun bunun fikri ile yasamaq olar. ay o neyer nece baxar? bizimkiler xoslayir da cammatin isine qarismagi. men bir defe mektebde oxuyanda sinif yoldasim ile eve gelmisdim qonsu anama demisdi ki qizin oglanla gezir. menim qaynanam hemise deyir hec kime fikir vermeyin ozunuz ucun yasayin. insan ozu ucun yasamalidir ve ozu ozluyunde temiz olmalidir. yoxsa adamlar var min oyundan cixir amma ozlerini cemiyyetde ele gosterir ki ele bir bunlardan yaxshisi yoxdur.

    cinsi elaqe 2 nefer arasinda olur bu barede hec kim bilmemelidir. xaricde de qunde biri ile yatan qizlara pis baxirlar onlarda da normal aile deyerleri var. orda da bakirelik yuksek qiymetlendirilir. mence her seyin oz vaxti var 30 yasli qizin bakire olmasi normal hal deyil.

    Düzdür, baxıram sizlə heç kim razılaşmaq istəməsə də, qəbul etməliyik ki, Azərbaycan mentalitetinin də bu günkü düşüncələrə uyğunlaşmayan cəhətləri var. Biz həm deyirik qız bakirə olmalıdır, həm də deyirik ki qız yalnız müəyyən vaxta qədər qız oğlan üzünə həsrət qala bilər, çünki qızın da cinsi tələbləri var. Fikirlərimiz paradoks yaradır. Məncə qız ərə getməyibsə 30 yaşa qədər qız bakirəliyə dözməlidir, 30-dan sonra isə bir növ özü seçim edə bilər, 30-dan sonra konkret bir adamla yaşayan qadına mən normal baxıram. Yəni ki ərə getmək ümidi heç olmazsa 85-90 faiz itəndən sonra bunu etmək olar. Nişanlısı ilə olmağına gəlincə, məncə nişanlısı ilə cinsi əlaqə mənasız bir şeydir, onsuz nişanlısan da nə qaça qaçdır, tezliklə ərə gedib əvəzin 5-10 qat çıxarsan da:))) (Sən sözü ümumi mənada işlənib...)

  6. Ozum tehsilliyem munasibetde olduqum birinin ise tehsili yoxdu ilk taniw olanda mene tehsil aldiqini demiwdi, amma yeni oyrenmiwem ki, hech harda oxumayib.ona dehwet baqlanmiwam sadece sabahim meni qorxudur indi iwleyir sabah dunyanin iwini bilmek olmur bu iwden chixasi olsa diplomsuz hara iwe duzelecek? cawib qalmiwam hetta ayrilmaq fikrine duwmuwem etrafimda olanlar ali tehsil almamiw birine vermeyecekler meni bunu bilirem.siz nece ederdiz? amma tam semimii

    Təhsil insanın yetişməsi üçün önəmli faktorlardan biridir. Mən təshilli kişi və təhsilsiz qadından ibarət ailəni normal görə bilirəm, amma əksini təsəvvür etmək bir az çətin gəlir. Çünki kim nə deyir desin məncə ali təhsilli insanla ali təhsili olmayanın düşüncəsi, hərəkəti, davranışı və sair cəhətlərində fərq çoxdur. Ola bilər ki, o təhsilli dediyimizin savadı yoxdur, universiteti sürünərək bitirib. Amma ən azında bir auditoriya görüb ki bu özü də az şey deyil. Ali təhsili yoxdursa pul, şəraiti və sair əldə edə bilməyəcək fikirləri də düz deyil, ümumiyyətlə ali təhsil tam ayrı kateqoriyalı bir şeydir pul, iş isə ayrı. Birinin insanlar arasında davranışa, düşüncə tərzinə təsir tərəfi əsasdır, digərinin maddiyata. Əl qərəz ki, qız olsaydım və yaşım 26-dan az olsaydı, çalışıb ali təhslili olmayan oğlana getməzdim, amma sözsüz ki reallığı da nəzərə alardım ki, başqa bir alternativin olması ehtimalı nə qədərdir?

  7. Vallah men hec inanmiram da ki,sabah muharibe bashlasa kimse dayanib seyrci movge tutacag ve ya gacib harasa gedecek.Yox men mubahise etmirem ki,100% eli silah tutan ehali hamisi doyushe atilacag,her halda gorxag,dizertir muharibeler tarixinde hemishe olub ve olacag ve bizim millet de istisna deyil.

    Əvvəllər mən də müharibəyə və ya hərbi xidmətə getməyənə dezertir kimi baxırdım. Amma indi tam dəyişib fikirlərim. Oruda olan problmemləri hələ kənara qoyuram. Fikirlərimin dəyişməyinə əsas səbəb budur ki, gedib can qoyanların ailələrini gözlərimlə görürəm. Bu yaxınlarda bir şeyə rast gəldim. Bir yerde yemək yeyirdik, bir qadın ofisant idi. Vulqar geyimi və davranışı müəyyən şeylərdən xəbər verirdi. Oturduğumuz oğlanlardan biri buna çox baxırdı, digər dostumuz bundan soruşdu ki, olmaya tamahın düşdü? Bu cavab verdi ki, tamahım düşməyib, düşsə də heç vaxt onunla olmaram. Soruşduq niyə, cavab verdi ki, çünki, onu tanıyıram, onun əri vaxtilə müharibədə şəhid olub, ondan sonra bu qadın bu yola düşüb...Bəlkə də əri sağ olsaydı heç belə olmazdı...

    Hər şey qadından asılıdır və sair buna bənzər fikirləri deyə bilərsiz, amma fakt budur ki, əri müharibədə şəhid olub, qadın isə biçarədir və uşaqlarını böyütmək üçün artıq bu hala gəlib...Və ya qonşumuz var, oğlu şəhid olub, amma bu gün zülmlə dolanırlar..Bunu gözlərilə görən gedərmi müharibəyə? Mən bilsəm ki, evdə qoyub getdiyim adamlar maddi çətinliklər içində zülmlə yaşayacaqlar mən ölsəm, uşaqlarım fəxrlə yox, utana utana deyəcəklər ki atam yoxdur, müharibədə ölüb, uğrunda öldüyüm dövlət onlara normal baxmayacaq, qayğısına qalmayacaq heç gedərəmmi? Kim gedər, siz gedərsizmi? Mən heç vaxt müharibədən, səngərdən qorxmamışam, bilmişəm ki gec tez hamı öləcək, amma həmişə geridə qalanları fikirləşmişəm. Dildə pafosla və ritorik sözlərlə danışmaq asandır, amma əməl çətindir..

  8. рустамова 87, birincisi men wam tutmuram, sizin praktikan ise xeberim yoxdur

    ikincisi ehtirasla sevgini sehv salmayin, ehtiras sevgide olur, amma sevgisiz de olur

    ucuncusu men bele duwunurem ve haqq qazandirmamaq oz haqqimdir, size izah elemeyecem

    dorduncusu siz sevgisiz nigahlar gormusuz, cehiz men ne bilim mawin ve s gore neler baw verib oz yerinde, amma sevirem deyib her yoldan kecenin yataqina atilmaq kiminse nigahinin pul prinsipile (guya) qurulmasi ile muqayisede yuksek gorulmeyecek onsuz da, en azi menim ve men duwunceli insanlarin gozunde.

    qeribedir, yataq sen deme esl sevgi gostericisi imiw, nigahsa her weyi korlayirmiw ve sen deme camaat ancaq pula gore evlenirmiw etimtekuldu

    Məncə siz bir azca emosional yanaşdız məsələyə, rustemova_87 yeqin ki pis bir şey demək istəmirdi sizə, sadəcə söz gəlişi yaxşı olmayan bir söz dedi və nəzərə almadı ki bu sizə xoş gəlməyə bilər...Məncə o məsələyə digər bir mental prizmadan baxır ona görə də ziddiyyət yaranır. :)))) Duşmən deyilsiz, azərbaycanlısız, qırmıyın bir birinizi:)))

  9. charodeyka, siz indi olan boshanmalarin statistikasindan agahsinizmi? gunu -gunden onlarin sayi artir, budurmu sevginin subutu? [eger olchu nigah ile aparilirsa]\

    niye ki sevdiyini dirnaq ichinde qoyursunuz,evvela dushunmurem ki kimise onlari qinamagha haqqi var, belke de doghrudan sevib, siz ki sham tutmasiniz, insan nigahda da seve biler, sevgi kechse ayrilacaq, seks , daha doghrusu onun konkret olaraq ne vaxt bash vermesi insanlarin ayrilmasina sebeb olmur (seks oz-ozluyunde sebeb ola biler, kishilerin xeyaneti chox vaxti qadinin onu tam qade etmemesinden bashlayir.), yuxarida kimse konkret misallar gostermek istedi, ama burda ayrilighin sebebi vaxtindan qabaq olan seks yox, elaqede oldughun adamin anormal xasiyyeti idi, bele olan halda ise insan aile qurub da ayrilacaq, toplananlarin sayini deyishmekden ise cem deyishmir.

    seks gec -tez olacaq, nigahdan qabaq ya sonra , bu onemli deyil, daha onemlisi bu iki , chox vaxti bir -birine yad olan gencin bir -birile yashaya bileceyidir [yaxud eksine], bu ise tamam bashqa meseledir.tebii ki adam hemishe isteyer ki ughursuzluq ondan yan kechsin, teessufler olsun hamida bu alinmir...

    Nigah sevginin subutu deyil... bir olkede ki her kes ilk once oghlanin hansi mashinin, evinin harda olmasinin, valideynlerinin harda ishlemesinin (eyni sozler qiza da artiq etmek olar, oghlanlar da varli qiz dalinca qachirlar), toyun ne qeder boyuk olsa yaxshi olmasinin, ve umumiyyetle oghlan lazimi qeder qiza qizil hediyye ede bilmemesinin az qala exlaqsizlik sayildighi bir yerde nigahda muqeddeslik gormek menim uchun chox qeribe gorsenir. [cehiz-mehizle olan isteriyani day demirem, bir refiqemin dostu qizini verince sozun heqiqi menasinda deli olmushdur [hetta xestanaya dushdu], ne var, ne var , qizindan 'camaat eskik fikrileshmesin', ele bil qab-qacaq onu daha da xoshbext edecek] .

    Xanim, sizi təcili olaraq Avropaya və ya Amerikaya göndərmək lazımdır:))) Siz Azərbaycan mühitinə adaptasiya olmaq istəmirsiz:))

    İzah etməyə çalışım ki, niyə nigah sevginin sübutu sayılır. Adi bir şeyə diqqət edin, oğlan hansısa qızla tanış olanda 90 faiz halda sadəcə vaxt keçirmək və ya cinsi hisslər üçün tanış olur. Amma vaxt keçir, qız onun xoşuna gəlirsə, onun mənəvi (fiziki yox) tələblərini ödəyirsə bu hisslər sevgiyə çevrilir və hər şey qaydasında gedərsə nigah baş verir və ailə qurulur. Bu isə sübut edir ki, cütlük bir birini sevirmiş və ona görə də nigah baş verdi və ailə quruldu. Qısacası sevgi mənəvi bir hissdir və bunun da əsas sübutu ailə qurmaq ola bilər. Heç kim, pastel üçün ailə qurmur, ailə quranda oğlan və ya qız qarşı tərəf pasteldə necə olar sualını birinci sıraya qoymur, çox vaxt da heç ümumiyyətlə bu sual barədə düşünmür. Ailə mənəvi dəyərlər üzərində qurulur Azərbaycanda. Əgər elə olmasaydı, indi çox adam pornoulduzla ailə qurardı da.

    Burda pul üçün və ya digər maddi şeylər üçün evlənənləri nəzərə almadım, çünki mənim nəzərimdə nə çox pullu olmaq nə də acından ölmək xoşbəxtlik deyil. Yazırsız ki, hər kəs maşın, ev, pul və s şeylər marağındadır, amma elə deyil, bu dediyiniz ər naminə ərə getmək və ya işləməyib hazırın naziri olmaq istəyən tiplərə aiddir. Mənim çox yaxın bir tanışım var, tələbə olan vaxt bir qızı sevirdi,nişanlandı, nişanlandığı qız da görünüşcə çox gözəl bir qız idi (yəni ki o qədər gözəl və ağıllı qız idi ki, onun evdə qalmaq ehtimalı sıfıra çox yaxın idi) , oğlan isə adi bir oğlan idi,normal savadlı , oxuyan, bir az da dalaşqan..Oğlanın ailəsi də imkanlı deyildi, adi müəllim ailəsi idi. Oğlan heç yerdə işləmirdi, heç əsgərlikdə də olmamışdı. Amma onlar nişanlandılar, iki il keçdi, oğlan əsgərə gedib gəldi evləndilər. Oğlan evlənən vaxt, o cür savadına baxmayaraq, iş tapmadı, ailəsini saxlamaq üçün adi fəhlə işlədi, nə bilim haralarda işlədi...Valideynlərilə qaldı, nə pulu vardı nə maşını nə heç nəyi. Amma vaxt keçdi, işləri qaydasına düşdü oğlanın, indi bir böyük bir müəssisənin rəhbərliyində yer alır..Evi də var maşını da var normal yaşayışı da, Ailəsi uşaqlıarı ilə normal yaşayırlar.

    Yadıma Təhminə və Zaurdan bir fraqment düşdü, orda deyir, əgər kişi ilə qadını ehtirasdan başqa bir şey birləşdirmirsə, bunun axırı yoxdur...

  10. niye riyakarliq ki? meyer seven insan geleceyi duwunmeli deyil? bilirsiz ne qeder qiz niwan filan olmadan bele "sevdiyi" ile elaqede olur, sonra sevgi kecir ayrilir ve o yene de sevir ve eyni wey tekrar olur? ( insan heyatda bir nece defe awiq ola biler, seve biler ve ya awiq olmani sevgiyle sehv sala biler, qinanilasi deyil)demek onlar da desin ki sevirdik etdik de? onlar da desin ki sevirsizse niwan ve toyu gozlemeyin, riyakarliqdir, saxtakarliqdir, biliriz onlar bunu cox urekle, nece lazimdi izah edirler ve hemiwe de adini "severek etmiwik" deyirler, amma men buna haqq qazandirmiram, cunki yataq sevgi subutu deyil, amma nigah sevgi ve deyer verme subutudur

    Sevgi gozel hissdir, amma yaxwi olar ki insanda sevgi zamani bele saqlam mentiq qalsin, bu sevgini daha da gozel eder, heyatdir, inanin ki her wey olur, sabahi kimse bilmez, teki sabahalar hemiwe gozel olsun musulman:

    Sizin niwanliniza ise aferin :rolleyes: size de menden :rroza:

    Bəyənilsin :aappll: məxsusən də: nigah sevgi ve deyer verme subutudur

  11. Bilirem, kimese gore geri dushuncelilikdi, kimese gore hisslerin bogulmagidir. Amma en azindan bu onun fikridir ve bu fikirde mentiq var. Yaxinligi neyese gore etmeye bilersen. Amma hemin "ne ise" "birden Sevdiyim insan oler, men novbeti kishiye nece ere gederem?" kimi fikirler menim tuklerimi biz-biz edir... Ye'ni ozumu mehz buna gore saxlayan insanlar var?... Onda gor ne qeder qiz nece de saxta ve riakardir...

    Yox, bu saxtakarlıq və ya riyakarlıq deyil. Heç kim istəməz ki sevdiyin insan ölsün. Amma sevirik deyə heç nə fikirləşməli deyilik məntiqini qəbul edə bilmirəm. Məncə heç bir sevgi insanın öz gələcəyini düşünməyinə mane olmalı deyil, insan bu gücü özündə tapmalıdır, sevdiyini bir qeyri adi və əvəzolunmaz varlığa çevirməli deyil...Əl qərəz ki, çox normal fikirdir ki, qız düşünməlidir ki, birdən sonra nə isə olsa, ayrılsaq və ya digər bir əmma çıxsa...Nəbilim bəlkə də yaş öz sözünü deyir, buna görə fikirlərimiz fərqlidir. Bəlkə də 20 yaşım olan vaxtlar mən də sizin kimi fikirləşərdim.

  12. Herenin oz prinsipi var. Her cutluk neyese gore "lazim deyil" dushunur. Bezileri, adet-enene, digerleri hamilelik qorxusu... Amma "Nishanliya nese olar, men sonra nece ere gederem" kimi dushunceler Sevgiye yarashmir...

    Elə insanlar var ki, hissləri ağıldan daha üstün sayırlar, elələri də var ki ağılı və mənafeləri hisslərdən daha üstün sayırlar. Postlarınıza baxıram daim birinci yerdə hisslərdir. Amma yaddan çıxarmayın ki, heç bir hiss əbədi deyil.. Nə isə, fəlsəfə açmayıb burda, qısaca deyim, mənim fikrimcə toydan əvvəl azərbaycanlı cütlüyün intim münasibəti yolverilməzdir. Adama deyərlər noooolub, dünyanın axırıdır?:))))) Bu bir yana, yuxarıda deyilən kimi, cütlüyün bir tayı təsadüfən ölsə, və ya ayrılsalar və s. Kim nəyə qarantiya verə bilər ki? Səhər o qadın cəmiyyətdə normal qarşılanacaqdmı? Vallah, mən elə bir qız tanıyıram, nişanlısı ilə olub, sonra isə ayrılıblar..Sonra qız bir neçə dəfə bir iki oğlanı aldadıb ərə getmək istədi, məsələnin zibili çıxdı, hər dəfə münasibət intimə çevrildi və...Nəticədə bu gün həmin qız bir nəfərlə yaşayır, həmin adamın 40 yaşı var və evlidir...Qız hərdən kənaraçıxmalar da edir...Qısacası qız bədbəxt oldu..

    Deyirəm də, vaxt vardı telefonda danışan qıza pis baxırdılar, vaxt keçdi normal baxdılar, vaxt vardı göruşənə pis baxırdılar, vaxt keçdi normal baxdılar,, vaxt vardı öpuşənə pis baxırdılar, vaxt keçdi normal baxdılar, vaxt vardı opuşdən daha artıq olana pis baxırdılar, vaxt keçdi normal baxdılar, indi isə deyəsən növbə bakirəliyindir...

  13. Menim atam Qarabag muharibesinin ishtirakchisi, veterandir. Indiyedek bize neyin, nece oldugunu haqda hech ne demeyib, hech men sorushmuram da. Chunki, istemir biz bilek, melumatli olaq. Bir sozle, keshfiyyatda olub.

    Muharibe bashlasa ordunun ustunde hamidan birinci gedenlerden biri de atam olacaq. Amma men bunu istemirem, menden asili olsa, men ne onu, ne de Iraqda xidmet etmish, muharibe olsa, memnuniyyetle ishtirak etmek fikri olan hech vaxt nishanlimi buraxmaram. Niye? Sebebler o qederdir ki? Guya Qarabag qayitsa, ne olacaq ki? O vaxt qayitsa idi, bir istisi, soyugu olardi. Indi ise, qachqinlarimiz da lap ela yashayir, artiq oyreshmishik, her sheyi duzub qoshmushuq ki, hamiya "bir tike" chorek chatsin. Muharibenin muqabilinde ne qeder aile bascisiz, ne qeder korpe atasiz qalacaq. Bax bu ise bize lazim deyil.

    Men bir tek onu bilirem ki, herenin bir taleyi var. Qarabagdan mecburiyyet qarshisinda qachmish insanlarin yerinde tebii ki, hech kim olmaq istemezdi. Onlarin nelerden kechdiyini hech kim tesevvur ede bilmez, bunu gerek ancaq yashayib, anlayasan. Men de balaca olanda Qarabagdan olan butun lent yazilarina baxib, axmaq kimi aglayirdim, dushunurdum ki, vaxt gelecek, muharibe olacaq, ele men ozum de gedecem. Amma zaman kechir, insan boyuyur, melumatli olur. Ve sadece bugunki shehid ailelerine baxib, insan oz canindan kechmek istemir. Insan dushunende ki, anani-bacini-sevgilini kimin umidine qoyub, gedeceksen, onlarin burda bashina ne oyun achacaqlar, adamin tukleri biz-biz olur.

    Ona gore de menim hamiya meslehetim, oz heyatinizi yashayin! :) Insan heyata xoshbext olmaga gelir. Insanin veteni ise Sevdiyi insanlarla xoshbext olacagi yerdir. Gelin, sentimentallashmayaq, muqeddeslik ve ya veten borcu :nettt: Bunlar hamisi, tarix boyu ordu bascilarinin boyuk kutlenin etdikleri isin duzgun olmasina inandirmaqcun istifade etdikleri kelmelerdir. Ona gore de tehsil alaq, sevek-sevilek, sehayet edek, bacardigimiz kimi yox, istediyimiz kimi yashamaga chalishaq :rroza:

    Səmimi deyilən fikri alqışlamağa dəyər. Çoxlarını görmüşük ki, üzdə bir vətən deyəndə ağzından da beşi tökülür. Amma o səngərlərdə öz əsgər yoldaşına elə zülm edir ki, heç erməniyə elə zülm eləməz. Mən də orduda pozitsiyada olmuşam, zabit olmuşam. Orduda gördüyümüz nə olub? Yuxarı rütbəlinin aşağı rütbəlini bezdirməsi, daim həbsxana qorxusu, daim əsgərin nəsə oğrulayacağından nəsə bir mərdimazarçılıq edəcəyindən ehtiyat...Müharibədən sonra cəbhə bölgəsində xidmət edənlər bilər yəqin, orduda nə əsgər nə zabit ermənidən qorxmur, hamı özündən böyük rütbəlilərdən, osobistlərdən, zampalitlərdən, prokurorluqdan, silah xidmətindən, əşya xidmətindən, briqada komandirindən, nəbilim korpus yoxlamasından nazirlik yoxlamasından daha çox qorxur. Hamı qorxur ki, nəsə bir hadisə olsa gunahin oldun olmadi hamini prokurorluga cagirib pul alacaqlar, bir iki nəfəri də tutacaqlar.. GSMşik benzin oğurlayır, əşya xidmətinin giziri forma botinka satır, silah xidməti güllə əskikliyindən qazanır, ərzaq xidməti ərzaqdan qisacası kimin əli nəyə çatdı...Hər şey görüntü üçün olunur, amma içi boşdur. Səngərlər qazdırıb mövqeləri irəli çəkdirdilər, boş yerə neçə adam öldü, amma bir çox yerlərdə də "pokazuxa" üçün yaxşı mövqedən pis mövqeyə keçdilər ki, desinlər ki səngərləri qabağa çəkdik...Qaçqınlara gəlincə, orda neçəsi vardı ki, Tərtərdə yaşayırdı ailəsi, özlərini başqa rayona qeydiyyata saldırırdılar, sonra da elə edirdilər ki gəlib Tərtərdə arxa bölmələrdə xidmət etsinlər...Mənim çoxdur qaçqın qohumlarım, inan ki hamısı uşaqlarını Bakıya saldırıb ya da ki hərbi bileti pulla alıb. Düzdür, onlara niyə qaçıb gəldin demək düz deyil, çünki keflərindən gəlməyiblər. Sadcə bir çoxu var ki, bura gəlib şəhər, pul və ya digər şeylər görüb bir çox mənəvi baryerlərini itiriblər ki, onlar da qaçqınlar barədə mənfi fikir yaradır. Amma qaçqın da bizlərdən biridir və onlara düşmən kimi yanaşmalı deyilik, sadəcə özləri yerlərini bilməlidir, daha qızıl dişlərini parıldada parıldada gəzib üzlülük, daim ummaq kimi şeylərdən əl çəkməlidirlər, şəhərə adaptasiya olmalıdırlar. İki il orda səngərlərdə oldum, həqiqi vətənpərvərə rast gəlmədim, tək tük potensial qəhrəmanlıq göstərə biləcəyinə ümid etdiyim əsgərlər oldu yalnız. Bu fikrim də həmin əsgərləri mənəvi hisslərinə əsasən formalaşmışdı.

    Bu dediklərim 7-8 il əvvəl gördüklərim idi. Mən orduya qədər əsl vətənpərvər idim, hətta müharibənin başladığı günə bir heyvan kəsəcəyimi deyirdim....Amma orduda olmağım bu fikirlərimi çox alt ust etdi. Türklərdən xoşum gəlməsə də onların ordu quruculuqlarının çox yaxşı olduğunu deməliyəm. Türk ordusunda belə bir şey var, tabelikdə olan öz komandirinə məruzə edir, komandir təşəkkür edərim deyir, o isə sağ ol komtanım deyir. Bizdə isə yuxarı rütbəlilər bircə şey bilir ki, tabeçiliyində olanda bir səhv tutub ayı kimi bağırsın ki, bu nə məruzədiiiiir:)) Türklər təlimi sərbəst şəkildə keçir, bizdə isə "smirna":)) Bəlkə indi düzəlib, ruslar demiş, ümid sonda ölür. Şəhid ailələrinin gününə baxın indi, əksəriyyətinin halı nədir? Gedib müharibədə canından keçənlər onların ailələrinin dövlətdən aldığı nədir? Deyək ki, vətənpərvər olub getdik döyüşə və öldük, bəs evdə qalanlarımizı dövlət bizim kimi saxlayacaqmı? Məhz buna görə də müharibə olsa yəqin ki, yayınmaq üsulları fikirləşməli olaram mən də.

  14. Başa düşmədim sizi. Siz onun vilayətlər, respublikalarla bir sırada yazılmasına irad tutursunuz, yoxsa böyük hərflərlə yazılmasına? Böyük hərflərlə yazılmalıdır axı. Çünki təşkilat, qurum, birlik adları böyük hərflərlə yazılır. Yanlışım varsa, düzəldin. :unsure:

    Böyük hərflərlə yazılmağına düzdür, böyük hərflərlə yazılmalıdır, təşkilat qurum və s böyük hərflərlə yazılır. Amma bu, Nazirlər Kabinetinin qərarında 30-cu bəndə deyil, növbəti bəndə misal olmalıdır. 30-cu bənddə sırf ölkə diyar adlarına misallar olmalıdır. İradım qərardakı diqqətsizliyə və qərara gözüyumulu qol çəkilməsinədir.

  15. Havadarlig nedir?Komeklik?

    под покровительством-mesel ucnun "arvad erinin nezareti altindadir",duzgun gelmir,"eri arvadina havadarlig eDIR",duzgun gelmir,"arvad erinin himayesi altindadir",bir balaca duzgun gele biler.

    Himayenin degig meNAsi nedir?yeni ki,mesel ucun "ana boyuk oglunun himayesi altindadir"-yeni ogul anaya her terefli komek edir?

    Havadarlıq - köməklik sözünün pis bir iş haqqında işlənməsidir demək olar ki...Məsələn tez tez deyirlər, "Rusiya ermənilərə havadarlarıq edir" ..Yəni ki ermənilərin böyük böyük danışmaları arxayın hərəkət etmələri üçün onların arxasında dayanır.

    Konkret siz deyən cümləyə gəlincə, arvad misalında hərfi tərcümə edilirsə himayə sözü işlənməlidir. Bədii tərcümə gedirsə söhbətin hansı "pokrovoitelstvo"dan (maddi, mənəvi və s) getməyindən asılı olaraq başqa sözlər işlənə bilər. Böyük oğul misalında isə məna budur ki, ana ya maddi cəhətdən ya təhlükəsizlik cəhətdən ya ev cəhətdən (həmçinin ayrıca olaraq nəzərdə tutula bilməsə də bu iksi ilə birlikdə "mənəvi" cəhətdən də ola bilər) böyük oğlun dəstəyi altındadır. Amma adətən bu cümlə maddi cəhət mənasında işlənir

  16. 30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.

    Diqqətsizliyə bax...Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adları....və misal olaraq da Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Şəhər İcra Hakimiyyəti mən biləni nə ölkə deyi, nə muxtar respublika deyil, nə vilayət deyil, nə də diyar deyil. Niyə bəs böyük yazılıb bu qərarda? Cavab: Çünki diqqətsizlik edib bir bənd aşağıya aid olanı bu bəndə yazıblar...Kim nəyə gəldi qol çəkir e deyəsən...

  17. Men inanmiram ki, her kishi oz xanima xeyanet etsin. Bu xeyanet de deyil. Bu sadece ozune hormetsizlikdi. Her halda Az.da. Xarici olkelerde qadinin diger kishilerle intim munasibetde olmagi uchun onun hech de exlaqsiz olmagi lazim deyil. Amma Az.da bunu butun hallarda demirem, ekser hallarda pozgun qadinlar edir. Pozgun qadinlarin terifini de siz ozunuz, bir kishi olaraq, hamidan yaxshi bilersiz. Ona gore deyirem ki, "cemiyyetin artigi" sayilan exlaqsizlarla mutemadi yaxinliq eden kishi, beli, menim nezerimde chox iyrencdi. Chunki, senin qadinin senindi. O uzdeniraqlar ise haminindi. Her yoldan kechenin, her ureyi isteyenin, puluna minnet. Sen de hemin qadina toxunursan, hech xeberin olmadigi minlerler (belke de daha chox) bashqalari da. Her yeniyetme cavan oglan bunu ne vaxtsa etmelidir, kimlese, necese olmalidir. Amma evli olub, heyatindan en onemli anlardan birini mehz seninle bolushen qadinini gozuyolda qoymaq..... Mence, siz anladiniz ki, menim sozlerimin qisqancliga hech bir aidiyyati yoxdur

    Xanım, sizcə Azərbaycan kişilərinin neçə faizi həyat yoldaşına xəyanət edir? buna düzgün cavab versəz, Azərbaycan kişilərinin neçə faizini iyrənc və murdar adlandırmağınızı görmüş olarsız. Və həmçinin mən pul qarşılığında görüşənlər barədə danışmadım, sadəcə kişinin həyatında olan ikinci qadın nəzərdə tutdum. Düzdür o ikinci qadında adətən nə vaxtsa kimlə və ya kimlərləsə görüşmüş olur, amma daha hər yoldan ötənlə və minlərlə insanla olmur. Üstəlik də mən qeyd etdim ki ehtiras kişiyə güc gılirsə, nəfsinə hakim ola bilmirsə bacarırsa gizli etsin, daha şübhə yaratmasın, gizli edə bilmirsə canı çıxıb otursun yerində, həyat yoldaşının qanını qaraltmasın.

    Qısacası özünüz özünüzü aldatmayın xanım, ikinci dəfədir deyirəm, inşallah ailə qurun, müəyyən vaxt keçsin, burda olsaz danışarıq. Çox istərdim ki, həyat yoldaşınız siz istəyən kimi olsun, amma həqiqəti zaman göstərəcək...

  18. Mence, heyatinda ilk kishi oldugu qadinini evde atib, hansisa "tecrubeli gozelche" ile vaxt kechiren kishi dunyada en iyrenc ve murdar varliqdi pukkee: Insan oz vucudune nechesi ile bolusher axi? Kishi olanda ne olar ki? Ye'ni kishilerin shuuru hemishe onlarin instinktine yenilir? Onda heyvandan ne ferq oldu? Heyatinin en yaddaqalan gununu seninle bolushen, gul kimi ovladlar bexsh eden qadin kishinin bashinin taci olmalidi. Bunu derk etmeyen kishi, demek ki, hele formalashmayib. Hele kishi adlanmagi da tezdi :angry:

    Qisqanclığın ən yüksək həddi :) Azərbaycanda xəyanət edən kişilərin faiz nisbətinə baxsaq və sizin fikrinizi nəzərə alsaq, Azərbaycan kişilərinin çox böyük əksətiyyətini iyrənc və murdar hesab etməli olarıq. Bilirəm qadının kişinin xəyanətini qəbul etməsi çətin məsələdir, amma məncə kişi ehtirasına güc gələ bilmirsə, o halda elə etməlidir ki, qadının bu məsələlərdən xəbəri olmasın. Bunu da bacarmırsa canı çıxıb otursun yerinde. Qısacası əmin olmayın ki həyat yoldaşınız sizə heç vaxt xəyanət etməyəcəkdir, əgər o güclü dindar deyilsə.

    Yadıma bir şey düşdü. Uşaq vaxtı rus dilində bir multfilmə baxmışdım, orda bir mahnı vardı, məsəli kişilərdən çoox uzaq, bir misrası belə idi:

    Собака бывает кусачей

    Только от жизни собачей

    Только от жизни, от жизни собачей

    Собака бывает кусачей.

    Həyat belədir...

  19. wexsen menim ucun qebuledilmezdir ki kiwi xeylaqi aile qurur, tecrubesiz xanimini nedese onu temin etmemekde suclayir, adama deyerler ilk olmaq istedin, ecceb eledin, ele ise buyur bu temiz kaqiz uzerinde boyayla gozel resm cek, belke duz demirem?

    Bəyəndim:)))

  20. siz deyirsiz qiz bakiredirse o demek deyilki temizdi,yaxsi oglana bir qiz goster aile qurmaq ucun ve deki bu qiz bakire deyil,hansi oglan o qizi alar????belke forumda kimse alar?

    Bəli mən deyirəm ki, qızın bakirəliyi onun təmiz olması demək deyil. və mən demirəm ki, qız bakirə deyilsə, bu təmiz qızdır. Təmiz qız anlamının anlaşılmasını istədim.

    Bakirə olmayanla evlənməyə gəlincə isə, bu günkü fikrimdə Azərbaycan mühitində ilk dəfə evlənən subay oğlanın bakirə olmayan qızla (daha dəqiqi cinsi əlaqədə olmuş qadınla) evlənməsi düzgün deyil və bunu dəstəkləyirəm. . Amma bilmək olmaz ki 15 il sonra da eyni şey düşünəcəyikmi?

×
×
  • Create New...