Jump to content

Abdullah2

Newbies
  • Posts

    1
  • Joined

  • Last visited

Posts posted by Abdullah2

  1. Şeytan istehsalı olan siqaretin hökmü

    Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun iki cahan gövhəri Muhammədə (s.ə.s). Daha sonra: Mövzu tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş olan yarpaqlardan hazırlandıqı siqaret və bunu günümüzdə düzgün dəyərləndirə bilməyənlərin cəmiyətdə, ələlxüsusda islam kəsimi yanında yanlış düşüncə formalaşdıran kəslərin təhlükəsi haqqındadır. İslam düşünürlərinin siqaretə qarşı mübarizədə aktiv və izləməli olduqları xəttin eyni qaynaqa söykənməsi vacib olduqu bir zamanda zehinlərə yanlış toxum əkmək yada şüur altı insanlara xəfiflətmə proqramı yükləmək qəbul edilməzdir. Bildiyiniz kimi tütün müxtəlif vasitələrlə burunotu, qəlyan və sairə ilə çəkilə bilər. Tütün istər qəlyan, istərsə də müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar, nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirlərin qarşısını ala bilməz. Lakin biz bu haqda daha sonra ətraflı yazacağıq. Əvvəla onu qeyd edək ki, siqaret kimi bənzəri pisliklər sonradan ortaya çıxdıqı üçün əhli sünnət bunu şəri qavramlara əsasən bəzi məsələlərə qiyas edərək üzərində ictihad etmiş və hökmü haqda yekdil rəyə müvafiq olmamışlar. Siqaret çəkmə barədə alimlər ixtilaf (ictihad) etmiş bəziləri məkruh bəziləri isə bunu haram saymışlar. Bu pisliyi halal sayanların hökmü biz sələfilərə görə rədd edilir və batil kimi dəyərləndirilir. Baxmayaraq Əhli sünnət Alimlərindən Mustafa ər Ruheybani, İmam əl Bəcuri, Muhəmməd Aliş, Əl Munəvi və digərləri bunu haram saymamışlar. Hətta İmam əl Bəcuri özü də çəkərdi. Əslən bu anlaşılandır. Lakin günümüzdə bu artıq öz şəklini dəyişdirmişdir.

    Birincisi: Nəhəng siqararet şirkətləri və bu zəhərin üzərində mafiozluq edən din düşmənləri, kütləvi şəkildə müsəlmanların həm tibbi həm də sosial iqtisadi sahələrinə ciddi təsirlər edərək bundan özlərinin əldə etdikləri külli miqdarda toplanmış gəlirləri islama və ümumən də cəmiyyətə qarşı yönəldərək fikri və maddi zərbələr endirir bununla da sahiblərinin (şeytanın) missiyasını yer üzündə icra edirlər. Və bu fəsadın necə bir əzəmətli ölçü daşıması haqda şübhəmiz yoxdur. Hər il milyonlarla can və milyardlarla vəsait itgisinə səbəb olan siqaret Avropaya Amerika qitəsindən gəlib. 1492-ci ildə Kolumbun bu qitəni kəşf etməsindən sonra bəşəriyyəti girdabına salan bu məlum bəla ortaya çıxdı. Kobud formada bükülmüş siqareti ilk dəfə səyahətdən qayıdan dənizçilərdən biri çəkdi. Onu “şeytana təslim olmuş” adı ilə ömürlük həbsə məhkum etdilər. Siqaret əvvəllər  tütün yarpağına, daha sonra da incə kağıza sarılaraq istifadə edilib.
    İlk siqaret fabriki 1830-cu ildə İspaniyada, 1845-ci ildə Fransada qurulub. İngilislər siqareti ilk dəfə Krım Döyüşündə (1853-1856) Osmanlı əsgərlərində görüblər. 1965-ci ilə qədər siqaret istehlakı yüksəliş meyli göstərdi, amma insanlar onun zərərləri haqqında məlumatlandıqca istehlak tədricən azaldı. Amma bu azalma qısa bir müddət sonra siqaret istehlakının sürətli yüksəlişi ilə əvəzləndi. Hazırda bütün dünyada bu bəlaya təlabat böyükdür. İnkişaf etməkdə olan ölkələrdə siqaret istehlakı günü-gündən artır. Siqaret tütün və kağızın, o cümlədən kağızı yapışdırmaq üçün istifadə edilən “poli vinül asetat” adlı yapışqan və “sellüloza asetat” əsaslı bir filtrin birləşməsindən yaranır. Texnologiyanın sürətlə inkişafı və hər gün yeni bir şeylər kəşf olunan dünyada siqaret istehsalında da irəliləyişlər edilir. Son illərdə tütünün tərkibindəki nikotinin miqdarını artırmaq, daha “yaxşı” siqaretlər istehsal etmək, cürbəcür dadlar əldə etmək üçün dünya ölkələri bir-biri ilə yarışa girib. İndi siqaretin tərkibinə müxtəlif qatqılar- kimyəvi maddələr qataraq insanın ondan asılılığını maksimum həddə çatdırırlar. Zənnimcə statistikaya nəzər salmağa da ehtiyac var. Bu gün dünyada hər dörd nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan siqaret çəkir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər il tütün məmulatlarından istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir. Dünyada ən çox siqaret istehsal edən ölkə, kişilərin 60%-nin, qadınların isə 8%-inin siqaret çəkdiyi Çindir. Bu ölkədə 385 milyon siqaret çəkən yaşayır. Bununla əlaqədar olaraq hər il Çində 750 000 insan siqaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir. Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Bu il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən yarım milyon adamın öldüyü bildirilir.

    İkincisi: Əbu Abdullah ən-Numan İbn Bəşir (r.a) rəvayət edir ki, Nəbinin (s.ə.s) belə buyurduğunu eşitdim: "Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu iksinin arasında şübhəli şeylər vardır ki, insanların əksəriyyəti bunların (hökmünü) bilməzlər. Kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Kim də bu şübhəli şeylərə duşərsə (əməl edərsə), harama düşmüş olar. Necə ki, qadağan olunmuş bölgənin ətrafında (qoyunları) otaran, lakin o, qadağan bölgəsinə (qoyunların) girməsinə əmin olmayan çobana bənzəyir. Həqiqətən hər bir hökmdarın qadağan bölgəsi vardır. Allahın qadağan bölgəsi isə Onun haramlarıdır. Həqiqətən də insan bədənində elə bir ət parçası var ki, əgər o, islah (sağlam) olarsa bütün bədən islah (sağlam), əgər xəstə olarsa bütün bədən xəstə olar. Həqiqətən o, qəlbdir".

    (Buxari 52; Müslim 1599)

    Əslində əql sahibləri üçün bu hədis məhz elə həm zahirən həmdə batinən dəlildir. İnsan dinin və islam kəsiminin kütləvi olaraq qorunması üçün şübhəli şeylərdən çəkinməlidir.Çünkü şübhəli məsələlər əksər vaxt hədisdə varid olduqu kimi harama müvafiqdir.Həsən İbn Əbi Talib (r.a) deyir ki, Nəbidən (s.ə.s) bu kəlimələri yadda saxladım: "Səni şübhəyə salan şeylərdən uzaqlaş, (çalış) səni şübhələndirməyən şeylərə tərəf yönələsən.

    (Nəsai 5711. Şeyx Albani Səhihul Cəmi 3372)

    Şeyx Şeyx Əbdül-Muheymin Əbu Səmh deyir ki, Abdurrahmən ibn Nasir əs-Sədiyə siqaret çəkməyin hökmü barədə verilən suallara nəzər saldım və cavabının həm müxtəsər həmdə faydalı olduquna şahid oldum. Əgər hər hansı bir şəxs bu mövzu haqda geniş danışmaq istəsə, o buna kifayət qədər dəlil gətirə bilər, Misal üçün Nəbi (s.ə.s) demişdir: “Qiyamət günü Adəm övladından cavanlığını necə keçirməsi, həyatını nəyə sərf etməsi və malını haradan qazanıb, nəyə xərcləməsi barədə soruşulacaqdır.”Uca Allah buyuurur: “Yeyin, için lakin israf etməyin. Çünki Allah israf edənləri sevmməz.” Həmçinin buyurur: “(Mal-Dövlətini əbəs yerə) sağa-sola səpələmə.” Əgər Uca Allah mübah əməllər barəsində belə buyurursa, görün mal-dövlətini haramlarla israf edənlərin halı necədir?! Siqaretin zərərli olmasına gəlincə isə bu hər kəsə məlumdur; xoşagəlməz qoxu, iştahın olmaması, şəhvətin zəifləməsi və sairə.

    Üçüncü: Siqaretin tibbi yöndən böyük zərəri var. İslam dinində nə özünə nədə ətrafa zərər saçmaq kimi anlayış yoxdur.
    Şeyx İbrahim Əbdülbaqi özünün “əl-Bəyan” əsərinin 122-ci səhifəsində yazır: “Təcrübəli fizik, görkəmli alim İsmail Rüşdü tütün haqqında demişdir: Bu bitgini tətqiq etdiyimiz zaman məlum olmuşdur ki, onun tərkibində zəhərli bir maddə vardır. Həmin maddənin iki damlası itin, beş damlası isə dəvənin ölümünə səbəb ola bilər.” Bir çox insanlar isə siqaretin bu cür zərərli olmasına baxmayaraq ondan istifadə edirlər. Həmçinin Tibb elmi sübut etmişdir ki, siqaret çəkmək ürəyi, ağciyərləri zəiflədərək öskürək yaradır, mədənin fəaliyyətini zəiflədərək iştahanı öldürür, göz xəstəliklərinə səbəb olur, üstəlik əsəb sistemində gərginlik yaradır. Belə hesab edirəm ki, bəşəriyyətin yaranma tarixindən günümüzədək insan siqaret kimi heç bir düşməninə təslim olaraq onun qarşısında boyun əyməyib. Bu iyrənc adət insanı özünə əsir edərək onun əzəmət və qürurunu yerlə bir etmişdir. İstər sıravi insanlar, istərsə də həkimlər, öz elmləriylə aləmə nur saçan alimlər bu bəlaya mübtəla olmuşlar. İnsanlar elə düşünür ki, əgər siqaretdən az istifadə olunarsa onun insana ziyanı olmaz.

    Qeyd: Siqaretdə olan zəhərlərdən bir neçəsi: 
    Ø Polonium - 210 (kanserogen), 
    Ø Radon (radiasiya), 
    Ø Metanol (raket yanacağı), 
    Ø Toluen (zəhər), 
    Ø Kadmiyum (akumulyator metalı), 
    Ø Butan (Balon gazı), 
    Ø DDT (böcək öldürücü), 
    Ø Hidrogen Sianid (gaz kameraları zəhəri), 
    Ø Aseton (lak silen), 
    Ø Naftalin (güve qovucu), 
    Ø Arsen (siçan zəhəri), 
    Ø Amonyak (tualet təmizleyicisi) , 
    Ø Karbon (Monoksid gazı), 
    Ø Nikotin 
    Ø və 3.885 toksik maddə. 
    Ø Son olaraq ciyərlərimizdə meydana gələn qatran (asfalt).

    Siqaretin həzm sistemi ilə əlaqədar fəsadları

    1) Siqaret çəkmək iştahanı pozur.
    2) Həzm prosesini çətinləşdirir.
    3) Dişləri saraldır.
    4) Mədə yarasına səbəb olur.
    5) Dodaq, dil və qida borusu xərçənglərinə səbəb olur.

    Siqaretin tənəffüs sistemi ilə əlaqədar fəsadları

    1) Öskürək və bəlğəm əmələ gətirir.
    2) Xroniki bronxitə və emfizemaya səbəb olur.
    3) Qırtlaq və ağciyər xərçəngləri siqaret çəkənlər arasında daha çox müşahidə edilir.
    4) Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ gəlməsinin 90%-nin səbəbi siqaretdir.

    Siqaretin qan dövranı sistemi ilə əlaqədar fəsadları

    1) Damar divarlarının elastikliyinin azalmasına səbəb olur (ateroskleroz).
    2) Damarlarda tıxanmalar əmələ gətirir. Qanqrenə səbəb olur.
    3) Beyni qidalandıran damarların elastikliyini azaldır ki, bu da iflic kimi hadisələri yaradır.
    4) Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Siqaret çəkənlər arasında, həm infarkt, həm də infarktdan ölüm hadisələri çəkməyənlərlə müqayisə də 10 dəfə çoxdur.

    Siqaretin əlavə fəsadları

    1. Hafizə zəifləyir.
    2. Əhval-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir.
    3. Dəridə qırışıqlar yaranır.
    4. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu, hətta ölü doğuşların ehtimalı artır.
    5. Uşağını əmizdirən analarda nikotin ana südü vasitəsilə körpəyə də keçir.
    6. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir.
    Siqaret çəkməyin zərərləri, şübhəsiz ki, burada göstərilənlərdən daha çoxdur. İndiyə qədər siqaret çəkməyin faydasını heç kimi görməmişdir.

    Dördüncü: Siqaret buna halal deyib çəkən yaxud bunu nemət bilənlər üçün bir bəladır. Nemət və istidrac fərqli şeylərdir. Hər ikisi Allah Subhanəhu Təalə tərəfindən insanlara verilir. Nemət Rəbbin quluna olan xeyirdir. İstidrac isə nemət kimi görünən amma qulunu yavaş-yavaş zəlil edəcək şeydir.İstidrac (İstidrac sözünün kökü DRC birləşməsindən yaranıb.Dərəcə, dərəcat, mədaric, tədric, istidrac. Yəni dərəcə-dərəcə,addım-addım,tədriclə əzaba yaxınlaşdırılma) siqaretdə bu qəbildəndir. Yavaşı intihardır.
    Şeyx İbrahim Əbdülbaqi üçüncü bəndin davamında bir məsələyə də toxunaraq deyir ki: "Lakin son illərdə aparılan elmi araşdırmaların nəticələri sübut edir ki, hətta bircə ədəd siqaretin verdiyi ziyan insanın ağlına gəlməyəcək dərəcədə böyükdür. Həmin araşdırmalardan birinin nəticələrini sizin nəzərinizə çatdırırıq. Tanınmış alim Deymond Palmer Con Hokenz Universitetində iyirmi min nəfər siqaret çəkənin səhhətiylə bağlı xüsusi hesabat dərc etmişdir. Həmin hesabatda o, həmin insanların sağlamlıq durumu və məruz qaldıqları xəstəlikləri qeyd etmişdir. Onun bu təcrübəsi 1919-cu ildə başlamış və 1940-cı ilədək davam etmişdir. Nəticələr isə aşağıdakı kimidir: “Siqaret insanın ömrünün qısalmasına səbəb olur. Siqaret çəkməyənlər az miqdarda siqaret çəkənlərlə müqayisədə daha çox ömür sürürlər. Az miqdarda çəkənlər isə çox çəkənlərdən (nisbətən) daha çox yaşayırlar.”

    Şeyx Abdurrahmən İbn Nasir əs-Səadi buyurur: Siqaretin çəkilməsi, alışı və satışı, habelə bu işdə başqasına kömək etmək caiz deyildir! Müsəlmana siqaretin həm çəkilməsi, həm də satılması qadağandır! Bunu edən digər günahlar kimi səmimi qəlb ilə Allaha tövbə etməlidir. Buna Kitab və Sünnə dəlalət edir. Siqaret insanın dininə, orqanizminə və büdcəsinə zərər verdiyi üçün haramdır. Əgər sadalağıdımız bu üç şeydən biri olarsa, şəriət onu haram edir. Bəs, elə isə, üçü də bir yerdə olarsa necə?

    (Siqaret çəkməyin şəri hökmü, Dasuq, h.1376)

    Qeyd: “Özünüz-özünüzü öldürməyin, həqiqətən Allah sizə qarşı
    mərhəmətlidir.”(ən-Nisa, 29).

    Beşinci: Siqaret pis şeylərdəndir.İnsanın ən böyük düşmənləri onun öz nəfs və ətrafında olan şeytani ordulardır. Bu düşmənlər hər an müxtəlif yol və üsullarla, ssenarilərlə hücum edərək insanın əlindəkini qapmaq, onu əsir etmək istəyirlər. Ona görə də insan gərək heç zaman həssaslıqını, ayıqlığını əldən verməsin.
    Allah qurani kərimdə buyurur ki “Onlara murdar (pis) şeyləri haram edər.” (əl-Əraf, 157).

    Təbi ki insanın günah və nəfsin istəklərindən, həmçinin şeytanın vəsvəsəsindən qorumaq üçün kifayət qədər güclü müdafiə sistemi var, Allah Təala bu gücü, bu sistemi yaradılışdan insanın fitrətinə yerləşdirmişdir. Allah təmiz olan şeyleri halal, pis və çirkin işləri haram qılmışdır. Siqaretdə pis və çirkin işlərdəndir "O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır." (Əli İmran 30)

    Sigaret çəkməyin haram olduğu fikrini müdafiə edən elm sahibləri, Şəhr ibn Havşebin Ummu Sələmə anamızdan naql etdiyi "Nəbi (s.ə.s) musqir və muftir hər şeyi qadağan etdi" Hədisinə dayanaraq verdikləri hökmün dəlilə müvafiq olduqunu sübut etmişlər.Hədisin mətnindəki "Müftir" kəliməsini, İbn Əsir, "çəkildiyi zaman vücuda hərarət verən; orqanlarda əzginlik, güc azalması, göz qapaqlarında ağrı və zəifləmə meydana getirən şey" deyə açıqlamaqdadır. Bilavasitə aslılıqı olmayanların üzərində tütünün təsiri incələndiyi zaman, vücutda bir gərginlik, göz qapaqlarında ağırlıq (ə ya aqrı) halı, bunun çatdıqı hər bir orqanda bir boşalma olduqu açıq-aydın müşahidə olunmaqdadır.

    Altıncı: İlk dövrün alimləri siqaretin zərər və ölçüsünü təsbit edə bilmədikləri üçün buna tənzihən sonra isə təhrimən məkruh dedilər. İndi tibb bu bəlanın açıq şəkildə zərərli olduqunu isbat etdiyi həm də küfr əhlinin bu pisliyi manapoliya edərək müsəlmanlara qarşı iqtisadi yöndən divan tutmalarını nəzərə aldıqları üçün.Yəni məsələnin həm bu həm israf həm tibbi nöqteyi nəzərdən həm də kütləvi zərərini ələ aldıqları üçün ittifaqa yaxın görüş bunun haram olmasını təsdiq edir.

    Həmçinin bəziləri iddia etdiki, buna haram deyən alimlər az olmuşdur.Halbu ki bu yalandır.Kifayət qədər buna haram deyən alimlər olmuşdur.Son dövrün elm adamlarından Muhəmməd əl-Həmid deyir ki "Heç şübhə yox ki, tütün, xəbis bir şeydir. Onu davamlı çəkmək, özünü təhlükəyə atmaqdır. Bu səbəblə özümü bunun haram olması hökmünə meyl edən gördüm."

    Həmçinin bunun haram olduqu görüşünü təsdiq edənlər sırasında mübarək dəvətçi Şeyx Muhamməd İbn Abdulvahhab, Hamd İbn Nasır İbn Mamər,Şafilərdən Nəcmuddin Əl Qazzi və sairlərdə var.



    Qeyd    Tütünün tərkibində 4000-ə qədər zərərli maddə var: nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı və s. 
    Nikotin - narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini əmələ gətirə bilər, az dozada isə hafizəni zəiflədir, başağrıları və yuxu pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin sistemə, xüsusilə böyrəküstü vəzə təsir edərək adrenalin ifrazını artırır. O isə damar spazmı törədərək, arterial qantəzyiqini yüksəldir. Yaşlı və təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir! Bununla iş qurtarmır: adrenalin ürək üçün "qamçı" rolunu oynayaraq, onu sürətlə döyünməyə məcbur edir. Nəticədə, ürək əzələsi yorulur, haldan düşür və vaxtından tez qocalır. Bu isə ürək infarktı üçün zəmin yaradır. İnfarkt keçirmiş şəxslər üçün siqaret çəkməyə davat etmək növbəti infarktı gözqabağına gətirmək deməkdir. Adrenalin periferik damarları daraltdığı üçün orada axan qanın miqdarı azalır və qidalanma pozulur ki, bu da axırda əl və ayaqların qanqreni ilə sonuclanır. Siqaretin ən ağır fəsadlarından biri olan obliterasiyaedici endarterit nəticəsində ətrafların amputasiyası belə əmələ gəlir. Bundan başqa, nikotin xoşagəlməz acı dadı ilə həm də mənfi emosiya yaradır. 


    Salahuddin (YouTube Halallywood media)

×
×
  • Create New...