Jump to content

MasterMaN

Newbies
  • Posts

    8
  • Joined

  • Last visited

Posts posted by MasterMaN

  1. Just now, gapgara said:

    Kurslar elə də keyfiyyətli olmur, yaxşı olar ki, 9-10-cu sinif şagirdləri ilə işləyən repititorlarla hazırlaşasız. İnstitut müəllimləri də hazırlaşdırırlar, amma onlar bir az baha hazırlaşdırırlar.

    Məndə elə düşünürəm. məsləhətlərə görə təşəkkür.

  2. Just now, gapgara said:

    Tanıdığım bir insan var, adı security işləyirdi, savadı öz yerində bakalavr idi, siyası əqidəsinə görə işədən uzaqlaşdırdılar. bir neçə il evdə ibtidai sinif uşaqlarını hazırlamaqla məşğul oldu. İngilis dili də çox yaxşı idi. Boş vaxtlarını bada vermədi, çalışdı-çalışdı sonda Dövlət İdarəçılık Akademıyasını magistr kimi 2 il öncə, 36 yaşında oxuyub başa vurdu. Mənimlə oxuyan məndə 2 yaş böyük qızlar olub, 5-6 yaş böyük oğlanlar olub. Amma heç vaxt yaşla əlaqədar söz-söhbət olmayıb qrupda. Məndən 5 yaş böyük qrup yoldaşım həm də otaq yoldaşım olub, dostlaşmışıq, indi də ailəvi dost münasıbətimiz davam edir.  

    Oxumaq heç vaxt gec deyil, maraq və istək olsun. İstək olsa məqsədə çatmaq olur. Ətrafdakıların münasıbətinə gəldikdə isə hər şey insanın özündən asılıdır.  

    təbii ki hərşey iradədən aslıdır. Birdə Dediyim ki birçox şeyi unutmuşam deyə inamsızlıqlarım var. Mənə nə tövsiyə verərdiz hazirlig kurslari ya müəllim yanına getmək ?

  3. Just now, gapgara said:

    Amerika olmayıb hara olur olsun. İnsan qarşısına məqsəd qoyanda cəhd edib məqsədinə çata bilir. Söz xatirinə, mövzu xatırinə fikir eşitmək istəyirsizsə bu tam başqa bir şeydir. 

    İndi qəbul olmaq üçün ən azı 1il 5 repititor yanında hazırlığa getmək lazımdır. Məktəbi əlaçı da qurtarsanız orta məktəb savadı köməyə çatmayacaq. Bu qərarı isə sizin yerinizə heç kim qəbul edə bilməz. Özünüz nə istədiyinizi daha yaxşı bilərsiz. Oxumaq, təhsil almaq qarşıya məqsəd qoyulsa kompleks, filan boş söhbətlərdir. 

    sizcə bu forumda qeydiyyatdan keçib bu mövzunu açmışam söz xatirinə? burda söz vəya mövzu xatirinə ediləsi birşeylər yoxdu. hər halda söhbət mənim gələcəyimdən gedirsə bunu əsla bə əsla reklam xarakterli olaraq istifadə etmərəm. O, ki qaldi orta məktəb savadına təbii ki bununla nəsə etmək mümkün deyil və hətda o döv öyrəndiylərimdə sürətlə yaddan çıxır yani yenidən ən az 2 illik hazırlıq və s. lazımdır. mənimdə bu mövzunu açmaqda səbəbim digər insanların məsləhətlərini dinləməkdir öz yolumuda həmən məsləhətlər əsasında seçməyi düşünürəm hər halda həyat praktikası deyilən birşey var onu yaşayanlar bilir.

    • Upvote 1
  4. Just now, gapgara said:

    103 yaşında məzun oldu

    Amerika Birləşmiş Ştatlarında yaşayan yaşlı bir qadın hamının diqqət mərkəzində düşməyi bacarıb.

    ABŞ-ın Viskonsin ştatının 103 yaşlı sakini Meri Hant 90 il əvvəl yarımçıq qoyduğu təhsilini tamamlayıb. Bu barədə "NYDailyNews” xəbər yayıb. 
    Xəbərdə bildirilir ki, yaşlı qadın "River Valley” liseyindən məzun olaraq gənc yaşlarında ala bilmədiyi diplomu əldə edib.
    Yaşlı qadının illər əvvəl təhsili yarımçıq qoymasına səbəb isə ailədəki vəziyyətləri olub. Belə ki, özündən yaşca balaca olan səkkiz bacı və qardaşlarının qayğısına qalmaq çətin olduğu üçün ailəsinə kömək etmək məqsədilə liseyə getməyib.
    "Bunu həmişə etmək istəyirdim. Əvvəllər imkanım yox idi, amma indi – 100 il sonra bu fürsət yarandı və məndə alındı”, - deyə hant bildirib. 

    http://xeberle.com/dunya/10648-103-yasnda-mezun-oldu.html

    1429160859_88445.jpg

    Müəllim ora Amerikadı bura isə Azərbaycan məncə fərq yerlə göy qədərdi.

  5. 14 minutes ago, Igolka said:

    Men evvelki postumda da razılığımı bildirdim.Gelin qebul edek ki,yaşından asılı olmayaraq zarafatın heddini ve yerini bilmeyenler var.Bunu görüb göz yumanlar da.

    Lakin bu axı çoxluq teşkil etmir.Bu da behane deyil axı tehsil almamağa.Özünü ve sözünü iş yoldaşları arasında bilmeyenler de az deyil.İndi işlemeyek biz? 

    Her insanın bir yolu,bir meqsedi var.Bu yolda irelilemek üçün bütün baryerleri keçmek ve bezi şeyleri iqnor etmek lazımdı.

    Qerar sizindi elbet ki.

    Men çox vaxt fikirlerimi tam çatdıra bilmirem,biraz çetinlik çekirem.Yene de bacardığım qeder yazdım.

    Menimle 30+ lar da oxuyur.

    Uğurlar.

    Xeyr məncə əksinə fikirlərinizi çox gözəl bir şəkildə çatdırdınız və mənə bu məsələdə cəsarət birazda stimul verdiniz. Bütün məsləhətlərinizi nəzərdən keçirəcəyəm. Təşəkkürlər!

    • Upvote 1
  6. 11 hours ago, Igolka said:

    Ali tehsil müessiselerinde her yaşda telebe tapmaq olar.Bundan niye utanırsınız ki? Gör ne güne qalmışıq ki,oxumaq üçün yaşımızdan utanırıq.

    Sizin dediklərinizdədə həqiqət payı var amma eyni zamanda şərhlərdə ki digər xanımdə olduqca aktual olan mövzulara toxundu. Mən özüm 4 il əvvəl peşə-ixtisas məktəbini bitirmişəm və ordakiların çoxusu 16-18 yaş arasındakı yeniyetmələr idi ki nə oyunlardan çıxdıqlarını öz gözlərimlə görmüşəm. Yani əgər digər xanımın dediyi kimi universitetdədə eyni abu-hava olacaqsa mən o abu-havanı yenidən yaşamaq istəmirəm. Əgər təhsilə dəvam etsəm düşünürəm ki bu mənim bütün əsəblərimi tarıma çəkəcək ifadəmə görə üzr istəyirəm amma 4 il ərzində uşaq-muşaqa baş yormaq da böyük məharət və səbr tələb edən bir işdi. Bəlkədə yanılıram ola bilssin unilərdə vəziyyət tamam fərqlidi, yani gənclik baxımından  ən azından kollec və peşə təhsillərini bildiyim üçün unidə eyni vəziyyətinin olmamağını ümid edirəm. sizin unidə ən yaşlı tələbənin necə yaşı var idi?

  7. Salam,mənim 23 yaşım var orta məktəbi 6 il əvvəl attestat ilə bitirmişəm amma çox təəssüf ki müəyyən şəxsi problemlərdən dolayı ali məktəbə daxil ola bilmədim. İndinin özündə isə çox böyük bir həvəs ilə yarıda qalmış təhsilimi dəvam etdirmək istəyirəm ki amma bəzi amillər buna təkan vermir. Ən başlıca səbəb isə budur ki özümdən yaşda kiçik olanlarla təhsil almaq barəsində biraz kompleksim var,axı hər halda özümdən 6-7 yaş kiçik olanlarla oxumaq insana çox çətin gəlir. onların sənə münasibəti və s.. Təhsilimi dəvam etdirmək mövzusunda qarşıma çıxmış ikinci maneə isə bu məsələdə özümə inamsızlıqdır. Bu inamsızlıqında əsas məğzi isə uğursuzluq hissidir. Belə deyək orta məktəb dövrü öyrəndiyim məlumatların bir çoxu yaddaşımdan bu 6 il ərzində silindiyi üçün giriş imtahanlarda uğursuzluqa düçar olmaqdanda çəkinirəm. Siz mənə bu barədə nə məsləhətlər verə bilərsiz? Xahiş edirəm dəyərli fikirlərinizi mənimlə bölüşün.

    • Upvote 1
×
×
  • Create New...