Jump to content

ya Hu!

Newbies
  • Posts

    9
  • Joined

  • Last visited

Posts posted by ya Hu!

  1. В 07.07.2012 в 23:05, Yusif Qasimov сказал:

    sufizm haqqinda bilen her kes oz fikrlerini boluwsun

    1. Е.Э.Бертельс. Избранные труды. том-3. "Суфизм и суфийская литература". Mən bilmirəm bu müəllifin kitabları az. dilində var ya yox amma burda bütün sufi ordenləri barəsində çox geniş məlumat verilib. 2. Идрис Шах. "Суфии" . Əgər rus dilində oxuyursunuzsa hər ikisinin elektron versiyası internetdə var

  2. 51 минуту назад, Slay сказал:

    Pis həyat tərzi insanda pis əxlaq formalaşdırır. Sonra bu pis əxlaq vərdişə çevrilir. Bu fikirlərinizlə razıyam.

    Məndə davam eliyim. Bilirik ki, vərdişlər bizim köməkçimizdir. Hərəkətlər vərdiş halına keçəndən sonra avtomatlaşır. Artıq hər dəfə həmin hərəkətləri icra etmək zamanı hər dəfə diqqətimizi  tamamamilə onlara fokuslamağa və məşğul etməyə ehtiyac qalmır. Hərəkətlər vərdiş olaraq avtomatik icra olunur. Əxlaqda isə vəziyyət dahada mürəkkəbdir. Çünki əxlaq formalaşdıqdan sonra xasiyyətə çevrilir.(xasiyyət isə şüuraltında möhkəmlənmiş vərdişlər toplusudur) Xasiyyət isə qərar vermə prosesində  çox vaxt ağıl  və iradədəndə güclü dominantlıq edir.

    Demək insan həyatda xeyir tapmaq və xoşbəxt yaşamaq  üçün öz əxlaqını  ümumbəşəri birgəyaşayış normalarına uyğun formalaşdırmalıdır.Sizinlə razıyam ki, özünü tərbiyyəni qarşısına məqsəd qoyan çox çətində olsa pis əxlanı düzəldə bilər. Bu prosesdə xasiyyət dəyişilir.Neçə illərnən formalaşmış vərdişlər dağılır, yeni struktur qurulur.  Bu şəxsiyyətin mənəvi transformasiyasıdır.  Dində tövbə etmək məhz budur.Çoxları elə bilir günahlarıvı etiraf edib tövbə deyirsən qurtardı getdi. Tövbə etmək dəyişilmək deməkdir. Nəfslə cihad yəni müasir psixoloji dildə desək şüuraltını pisliklərdən təmizləyib saf vərdişlərlə möhkəmlətməkdir.

    hələlik bu qədər.

     

     

    Əlbəttə bütün fikirləri davam etmək yaxşıdı, lazımdır da. Bu binöv birgə özünüanaliz, özünütəhqiq üsuludur. Ümumiyyətlə forumda kimi isə öyrətmək ya kimdən isə öyrənmək məqsədi yanlışdır, bura sadəcə səmimi söhbət, düşüncələrlə paylaşmaq üçün yaradılmış bir məkan kimi baxıram. Sağ olsunlar zəhməti çəkib bunu yaradıblar. Dərin minnətdarlıq!!! Mayın beşinə kimi burdayam sonrasın bilmirəm. Mənim dağlarım darıxdılar yəqin ki mənimçün.😊

  3. 3 часа назад, Slay сказал:

    Filmə yenidən baxdım.

    Məncə Nəsiminin dünya görüşü panteizmə uyğundur. Filmdə göstərilir ki, hirufilər axirəti inkar eliyirlər.(Cənnətdə cəhənnəmdə bu dünyadadı deyirlər.) Amma bununla belə onların gözəl əxlaqı fikirləridə var.Misal üçün ustad Nəimidən soruşurlar ən böyük günah nədir ? cavab verir nadanlıq. və ya Nəiminin başqa fikri.Əql ehtirasa hakim olmalıdır ehtiras əqlə yox. və s.

    Eləcədə Nəsiminin topal Teymurla olan dialoqu çox maraqlı və hikmətlidir.

    Mənim şəxsim fikrim belədir. Həqiqi olan varlıq Allahdır. Insan və dünya qeyri real yəni törəmə varlıqdır.(yaradılmış)

     

     

    Bəli, əxlaq insaniyyətliyi müəyyən edən ən mühüm keyfiyyətlərdən biridir. Sufilər, eləcə də bütün ruhani yola düşüb özünütərbiyyə ilə məşğul olanlar gözəl əxlaq sahibi olurlar. Əslində heç pis adam yoxdu dünyada, sadəcə bəzilərinin əxlaqı pisdir ki, o da daimi deyil. Pis əxlaq xəstəlik kimi birgün keçib gedir. Demək olar ki, elə pis əxlaq özü də bir növ xəstəlikdir, mental xəstəlik. Əgər xəstəlik dərman atmaqla keçirsə pis əxlaq ancaq özünütərbiyyə yolu ilə yaxşılaşır. Soyuqdəymənin əlaməti qızdırma olduğu kimi pis əxlaq da pis həyat tərzinin əlamətidir. Məsələn biri yalançıdırsa o birdəfə qorxudan, bir dəfə nəfsin saxlaya bilmədiyindən və sair İnsanlığa xas olmayan hisslərin onun iradəsindən güclü olması səbəbindən yalan danışıbsa yalançılıq onda adətə çevrilib, onun həyat tərzinə dönüb və artıq onda pis bir əxlaq formalaşdırıb. Odur ki, insan gərək özündə “pis əxlaq” xəstəliyinin əlamətlərini anladığı an vaxt itirmədən “özünütərbiyyə” dərmanın qəbul etməyə başlaya. Bir sözlə insan gərək o filmdə deyildiyi kimi əqlin etirasına hakim edə bilə.

    • Upvote 1
  4. 11 час назад, Slay сказал:

    Ənəlhəqq  bu deyəsən Nəsiminin deyimidir. Düzü məndə bu cür terminlərdə savadsızam. Sizin bu məlumatınızdan sonra Nəsimi filminə başladım yenidən baxmağa. Amma bilmirəm təkcə bu film kifayət eliyər Nəsimini anlamağa?

    Sizə bir şəxsi sual versəm olar ? Dinə inancınız var ?   

     

     Ənə - mən, əl Həqq isə - Həqq, mütləq Həqiqət. Tanrıya məxsus aspektlərindən biri belə adlanır. “Nəsimi” filminə bir dəfə baxmaqla mən filmin özünü anlaya bilməmişəm nəinki Nəsimini. Bir neçə ildən sonra yenidən baxanda demək olar ki, tamamiylə yeni bir sənə görmüşəm, yeni mətləblər aydın olmağa başlayıb o filmdə. Yiz illərlədir ki, elm adamları Onun dediklərini araşdırmaqla məşğuldurlar amma hələ bir təpəfə çıxarmayıblar. İlk postumda dediyim üfüq məsəli kimi.  

     Din barədə həzrəti Mevlananın söylədiyi “ Din o qayıqdır ki, bizi o biri sahilə, doğulduğumuz yerə qaytaracaq” (mən belə təcrümə edə bilmişəm)  fikiri ilə razıyam.

    • Like 1
    • Upvote 1
  5. 6 часов назад, Slay сказал:

    Hipotetik varlıq yəni fərziyyəvi varlıq. 

    Deyəsən sizə etirazım acığınıza gəlib.

    Mən söhbətimizin əvvəlində sizə dedim axı əgər varlığı kamil hesab etməniz subyektiv fikirdisə buna etirazım yoxdur.Subyektiv olan metafizik düşüncələrinizi bəyənirəm. Maraqlı məqamlar var.

    Amma siz bu fikilərin obyektivliyini müdafiə etməyə çalışırsınız. Gətirdiyiniz arqumentlər isə obyektiv metodda işə  yaramır. Halva halva deməknən ağız şirin olmur.Varlıq məkan göstəricilərinə malikdir və keçmişdən indiyə indidən gələcəyə doğru axır. Hey desəkdə ki, zaman və məkanın fövqünə çıxıb varlığı anlayaq ,görək bu sadəcə metafizik cümlədən başqa bir şey deyil.

    Gətirdiyiniz kərpic misalına baxaq. (Obrazlı yazacam). Kərpic hey düşünsədə ki, mən yerimdən qopub aralana bilsəm binanı kənardan tam görə bilərəm.Amma o nə qədər düşünsədə bu metod fərziyyə olaraq qalacaq. Çünki kərpic binanın qanunlarına tabedir.Kərpic düşünərək binanın tam görünüşü haqqında  fərziyyə irəli sürə bilər.Və ola bilər ki, bu fərziyyə doğruda ola bilər.Yəni kənardakı müşahidəçi bunun doğruluğunu görə bilər. Amma bu fərziyyə obyektiv metodla irəli sürülübsə digər kərpiclərdə bunu ağlabatan hesab edə bilər.Yox əgər kərpic desə ki, mən kərpic olduğumu unudaraq yerimdən qopdum havaya uçdum və binanı kənardan gördüm. Bu onun üçün metafizik baxımdan subyektiv həqiqət ola bilər. Amma digəriləri üçün bu öz uydurduğu nağıla inanır deyə düşünə bilər.

    Yəni demək istəyirəm ki,  maraqlı subyektiv metafizik fikirləri məndə xoşluyuram.Mənimdə belə fikirlərim var.Amma iddialarımızı ifadə edəndə diqqətli olaq.Qəflətə düşüb reallığı təhrif etməyək.

    Yox, acığım gələsi heç bir söz olmayıb, əksinə söhbətimizdə görünən qarşılıqlı hörmət, ehtiram mövzunu davam etməyə stimul verir. Təşəkkür! Bəzən ortaq fikir olur, bəzən müfxətif mövqelərdən baxırıq və fikirlər də müxtəlif olur. Hərdən hər hansı bir mətləbi aydınlaşdırmaq üçün subyektiv mövqedən danışsam da əslində mənimçün subyek məfhumu varlığını itirib. Təsəvvüfdə bu vəhdətül-vücud adlanır. Dualist müvqeindən bu ümumiyyətlə qəbul olunmur və elə bu səbəb bais olub Fəridəddin Əttar, Mənsur Həllac, Nəsimi və başqa çoxları kimi Eşq əhli başların itiriblər. Nə isə...

     Mənimçün maraqlı olar sizin “Ənəlhəqq” deyiminə münasibətiniz. 😊

    • Upvote 1
  6. 7 часов назад, Slay сказал:

    Varlıq kateqoriyasını pis anlamamısınz. Fikirlərinizdə maraqlı məqamlar var.Varlığa verdiyiniz kamillik tərifinidə pis müdafiə etmədiniz.  Amma ammalar var )).

    Sizin dediyiniz təkamül prosesi tam bitmiş mütləq varlıq hipotetik varlıqdır. Biz isə müşahidə eliyirik ki, təkamül(inkişaf)prosesində olan varlığın işindəyik. Yuxarıda qeyd etdiyim kimi burada zaman geri qayıtmır və bir çox hadisələrin mümkünsüzlüyünü müşahidə eliyirik. Əgər tam mütləq kamil varlığın içində olsaydıq onda  siz deyən kimi subyektivlik anlayışından  çıxıb  fikrən özümüzü əbədi varlıqla eyniləşdirməyə inandıraraq varlığı tam mahiyyəti ilə anlamağa yaxınlaşardıq.

    Amma faktiki bir hissəsi olduğumuz və müşahidə elədiyimiz varlığa kamil varlıqdır demək nə dərəcədə düzdür bunu bilmirəm.(Yəni məsələyə sırf  fəlsəfi yanaşsaq )

    Düzü “hipotetik varlıq” və bu kimi digər terminlərin mənasını başa düşmürəm. Düzdür quqlda baxıb tapabilərəm amma marağında deyiləm. Orta məktəbi bir güc-bəla ilə bitirmişəm😊 amma mənə elə gəlir ki, loru dildə fikrimi tam aydınlığı ilə lazımi qədərdə izah edirəm və belə zənn edirəm ki, söhbət zamanı məqsəd ancaq fikiri izah etmək olmalıdır, nəinki  neçə kitab oxuduğumuzu ya elmi dərəcəmizi nümaiş etdirmək. Bu dediklərim qətiyyən irad deyil və əsla bir kimsəyə ünvanlandırılmır, sadəcə öz müvqeim belədir. Zaman söhbətini isə düzü heç açmaq və bu barədə danışmaq istımirəm. “Zaman geri qayıtmır” məsələsi belədir ki, zaman əslində heç irəli getməyib ki geri də qayıda. Zaman necə yaranıbsa eləcə də var, harda yaranıbsa elə orada da var və s. Bizləri çaşdıran təqvimdir (zaman barəsində). Ümumiyyətlə insanlarda çaşqınlıq yaradan əsas amil baxarkən gördüklərinin görə bildikləri kimi olduğunu sanmaqlarıdır (güzgü məsəlindəki kimi). Odur ki, mümkünsüzlüyünü müşahidə etdiyimiz bütün hadisələrin mümkünsüz olduğunu sanmağımızda günah ancaq bizim müşahdəmizdədir. Bizlər yatılıyıq, qəflət yuxusundayıq, oyanmaq vaxtımız çatmış artıq. (“Tək-tək oyananlar varsa da Həqq dadına çatsın” 😊). Əslində kim olduğumuzu anlamağın vaxtı çatıb artıq.

      Varlığı müşahidə edərək gördüklərimizə əsasən gəldiyimiz qənaətdə, çıxardığımız nəticədə nə qədər xəta ola biləcəyini sadə bir müqaisə ilə deyə bilərəm. Kino çəkilişində saniyədə orta hesabla 25 kadr işlənir, deməli bu hesabla iki saatlıq bir film on million səkkiz yüz min kadrdan ibarət olar. İndi varlığın ömürü ilə bir insan ömürünü demirəm heç, hətta bir sivilizasiyanın ömürünü, ömürü boyunca etdiyi müşahidələrini müqaisə etsək belə bir səhnə yaranar,  san ki iki saatlıq bir filmə cəmi on saniyə baxıb filmin nədən bəhs etdiyini anlamağa çalışırıq. Təsəvvür edin ki, binanın divarına hörülmüş bir kərpic bina haqda tam məlumat almaq istəyir. Təbii ki, o ancaq yanındakı digər kərpicləri görə bilər vəssəlam. Binanı tam görmək üçün ona ancaq kənardan baxmaq lazımdır. Eləcə də varlığı anlamaq üçün elə bir mövqedən baxmaq lazımdır ki, o tam şəkildə görünə bilə, yəni zaman və məkan anlamından kənar bir mövqedən. (Nəsimi “Sığmazam” qəzəlində bu barədə necə aydın və hərtərəflı demışdır...) Amma naümid olmq lazım deyil ki, insan heç vaxt varlığı tam başa düşə bilməz, əlbəttə başa düşə bilər əgər istərsə və bu istəyə nail olmaq üçün səy göstərərsə. Hətta bu ani də baş verə bilər ancaq insan buna hazır olmalı, hazır olması üçün çalışmalıdır.

        “Fikrən özümüzü əbədi varlıqla eyniləşdirməyə inandıraraq varlığı tam mahiyyəti ilə anlamağa yaxınlaşardıq” – Mən bununla razı deyiləm inanmaq insanı yarı yolda qoyar, atalarımız isə “Yolçu yolunda gərək” deyiblər. İnsan gərək özünü təhqiq edə həmişə, axtarışda ola, “mən kiməm” sualına cavab axtara, həqiqətə yetişə.

    • Like 1
  7. 5 часов назад, Slay сказал:

    Bu aydın məsələdir. Mənim soruşmaq istədiyim başqa məsələdir. Varlıq ən ümumi anlayışdır. Siz varlığı kamil hesab etdiyinizi deyirsiniz. Fəlsəfi nöqteyi nəzərdən Varlıq üçün kamillik anlayışı nə əhəmiyyət daşıyır ?

    Və  əsaslandırırsınız ki,  varlıqda hər şey mümkündür. Amma biz müşahidə eliyirik ki, varlıqda bir çox hadisələr mümkünsüzdür. Misal üçün varlıqda zaman geri qayıtmır. Varlıqda hər mövcudat cəmi bir dəfə mövcudluq qazanır. və s.  Subyektiv olaraq siz varlığı kamil hesab edə bilərsiniz.Buna etirazım yoxdur. Amma fəlsəfi baxımdan ümumi varlıq üçün  obyektiv olaraq kamillik anlayışının nə əhəmiyyət daşıdığını anlaya bilmədim.

    Kamillik – yəni təkamül prosesi bitmiş, tam təkmilləşmiş, olması mümkün olmaya bilən heç nə daha qalmamış bir varlıq, mütləq bir forma. Əgər varlığı kamil formada görəbilsək o zaman subyekt anlayışı da tatamiylə itmiş olur, yəni bir damcınin individual varlığı onun buluddan okean səthinə qədər olan məsafəni qət etdiyi zaman qədərdir, həmin andan o daha damcı deyil, okeandır. Əslində o elə əvvəldən okeanın özüdür, sadəcə damcı olaraq özünün okean olduğunu dərk edə bilmir. Varlıq üçün obyektiv olaraq kamillik anlayışının əhəmiyyəti bu “özümdən ayrıldım, özümə qovuşdum” oyununun mahiyyətidir ki, nəhayət damcılar elə okeanın özü olduqlarını gərək dərk edə bilsinlər. Eləcə də məsələn mən. Nə qədər ki, güzgüyə baxanda gözümlə gördüyümyn mən olduğunu sanıram sonsuz sayda mövcud olan subyektlərdən biriyəm ancaq əslində mən müvəqqəti olaraq fiziki bədəndə yaşayan əbədi bir varlığam ki, nə hər hansı bir cinsə mənsubam, nə də doğub doğulmamışam, sadəcə varam, əbədi olaraq varam.

    • Like 1
  8. 6 часов назад, Slay сказал:

    Salam ! Foruma xoş gəlmisiniz. 

    Start olaraq mövzuya belə başlamısınız ki, biz kamil bir varlıqda yaşayırıq, kamillikdə isə olmayan heçnə yoxdur, hətta yoxluq özüdə.

    Bəs funksional olaraq necə varlığı kamil hesab edirsiniz ? Yəni varlıqda hər şey mümkündür ?

    Salam! Təşəkkür! Belə ki, bu gün mövcud olanları yüz və daha çox illər öncə heç cür təsəvvür edə bilməzdik, başa düşə bilməzdik və müvafiq olaraq “ola bilməz”, “mümkün deyil” deyərdik (elə bu günün özündə də insan ancaq başa düşə bildiklərinə “olabilər” “doğru”, “mümkündür” deyir) amma zaman keçdikcə bir zamanlar ola bilməz dediklərimizin ola bildiyini gördük, onları yaşayırıq. Eləcə də bugün nəyə isə mümkün deyil deyə bilərik ancaq bu o demək deyil ki, həqiqətən də mümkün olmaya bilər.

    • Like 1
  9. Salamlar sayqılar! Bu mövzu maraqlı idi heyif ki, mübahisəyə çevrilib. Bütün mövzuların müzakirəsi, təhlili zamanı iştirakçılar öz mövqelərini müdafiə edərsə bu mütləq mübahisəyə çevrilər və nəticədə inciklikdən başqa ortaya heç nə çıxmaz.

     Məncə hər hansı bir mövzunu araşdırarkən başqalarının fikirlərini sitat gətirmək də araşdırmaya yardımçı ola bilməz çünki məsələn; Sokrat söylədiyi hər hansı bir fikiri öz təcrübəsinə dayanaraq söyləyib və onun nə üçün məhz belə dediyini biz həmin səviyyədə dərkimiz olarsa anlaya bilərik. Necə ki, bulvardan dənizə baxanda gördüyümüz üfüq xətti dağüstü parkdan görünən xəttlə eyni məsafədə deyil, ikinci halda daha geniş və daha uzaqları görə bilirik. Ona görə də əgər sırf öz düşüncəmizlə davam etmək istəyən varsa məmnuniyyətlə iştirak etmək istəyərdim. Ancaq belə olsa bizim düşüncə dairəmiz genişlənə bilər. Burda nəyi isə səhv də deyə bilərəm (kamil insan deyiləm axı), dediklərim kiminsə anlamına zidd də ola bilər, və s. Buna görə o saat qılınclanma fərmanı verib icrasına başlamaq düz deyil, heçolmasa ona görə ki, bu tamamiylə qərəzsiz və qətiyyən təhqir xarakteri daşımaz.  “Start” üçün keçırəm mövzuya: - Biz kamil bir varlıqda yaşayırıq, kamillikdə isə olmayan heç nə yoxdur, hətta Yoxluq özü də. Görmüş olduğumuz, gördüyümüz və görəcəklərimiz nə varsa hamısı Yoxluq adlandırdığımız varlığın yaranmış formasıdır. Necə ki, bir palıd qozasına baxarkən onun içində yox şəkilində var olan bütöv ağac görünməyən və müəyyən müddətdən sonra görünən kimi... (davamına burdan başlayarıq) 😊

     Hansı əvvəl, hansı sonra yaranıb sualı çıxa bilər ortaya ki, bu başqa bir mövzu. Əgər söhbətimiz alınarsa gələcəkdə bu barədə də ayrıca bir mövzu kimi danışmaq maraqlı olardı. Sevgilər, sayqılar hər birinizə!:heart1:

    • Upvote 1
×
×
  • Create New...