Jump to content

Dj Tural Yusif

Members
  • Posts

    2,344
  • Joined

  • Last visited

Posts posted by Dj Tural Yusif

  1. On 4/12/2016 at 11:54 AM, Бакылы said:

    Hörmətli Tural ,

     

    Gördüyünüz işiniz , çəkdiyiniz əziyyət göz qarşısındadır. Maarifləndirmə çox çətin bir işdir. Qaldı ki , maariflənmək istəməyən cəmiyyətdə. 

    İşinizdı uğurlar. 

    Qaldı ki "quzu kimi", "çatmır" sozlərinə. Azərbaycan dilində isbata qaldıqda , orda çox sözlər var ki , əksər insanlar o sözləri təhqir kimi qəbul edər. Lüğətdə varsa o demək deyil ki siz/biz onu efirdə işlədə bilərik. 

    Söhbətin bu dərəcədə şişirdilməməsinə görə , tövsiyyə edərdim ki , sözü gedən məsələni daha da qabartmıyıb üzr istənilsin.

     

    Üzr istəmək imandandır !!!

    'Lüğətdə olan söz təhqir kimi istifadə edilməyib. Və əgər vətəndaş burada təhqir olunduğunu hesab edirsə, o zaman buyurub məhkəməyə müraciət edə bilər. Efirdə heç kim təhqir edilməyib. Etmədiyimiz bir şeyə görə niyə üzr istəməliyik? 

    • Upvote 1
  2. 4 hours ago, Eldar185 said:

    Salam! Mehkeme ile söhbet uje baglanib,suruculeri tehgir edenin cavabini vermishem.

    Galdi ki,papag meselesine siz orda shexsi fikir bildirmediz,yozmayin sözünüzü. Orda dediz papagda avtomobili idare edenin sürücülük medeniyeti yoxdur.

    Niyə bağlanıb ? Buyurun verin məhkəməyə.

    Mən sizə Azərbaycan dilinə aid olan lüğətlə isbat edirəm ki, istifadə edilən sözlərin heç biri təhqir deyil. Siz isə öz aləminizdə elə bilirsiniz ki, çox böyük səhv tapmısınız. Əslində isə Azərbaycan dilini bir az yaxşı bilmək kifayətdir.

    Mənim qarşımda dayanan şəxs maşında papaqlı idi və o, mədəniyyətsiz idi. Hər şeydən xoflanmayın. Relax.

     

    Bizim işimiz maarifləndirməkdir.

     

    • Upvote 3
  3. Salam.

     

    Əvvəla bizi məhkəməyə verəndə ilk olaraq nəyə görə verəcəyinizi dəqiqləşdirin. "Quzu balası" Azərbaycan dilinin frazeoloji lüğətində "dinməz, sakit, mülayim, heç kimlə işi olmayan" söz kimi öz əksini tapır. Və bu ədəbi sözdür. Və bu təhqir sayılmır. Əgər Aqil müəllim desəydi kİ "Sürücü özünü heyvan kimi aparır" o zaman təhqir sayılardı. "Çatmır" sözü isə "başa düşmür, anlamır, bilmir" kimi ifadə edilir. Və bu da təhqir deyildir. Ona görə məkhəmə iddiası irəli sürəcəksinizə, indidən "Azərbaycan dilinin izahlı lüğətini" və digər lüğətlərini oxumağı tövsiyyə edirəm.

     

    İndi isə keçək papaq məsələsinə. Mən efirdə dəfələrlə papaqla maşın sürməyin mənfi tərəfini izah etmişəm. Papaq sənin başında olduğu zaman (xüsusən qulaqlı papaq) bu sənin görmə bucağını azaldır. Əgər sən papaqsız güzgüyə yalnız gözünü gəzdirməklə baxırdınsa , indiki halda sən başını çevirirsən.Bu isə əlavə hərəkətdir və əlavə vaxt itgisidir. Papaqlı sürücü ətraf mühiti papaqsız sürücüdən daha gec qəbul edir. Necəki qapalı məkanda olanla, açıq məkanda olanın fərqi var. Bu şəxsi müşahidələrin nəticəsidir və mən bunu bölüşürəm. Necəki arxa duman işığı, zooparkda sağı buraxmaq və ya parkinqlə bağlı. Şəxsi fikri heç kim qadağan etməyib məncə. 

     

    Minlərlə sürücü var, onların hər birinin nazı ilə efirdə oynayırıq. Minlərlə sürücüyə kömək edirik. Siz isə burada lüğətdə olan və təhqir sayılmayan bir sözü şişirdirsiniz. JEK müdirinə etiraz edə bilməyən "Avtostop"-a etiraz edir. Dinləmək və dinləməmək şəxsi seçiminizdir. Amma efirdə hansı ifadələrin işlədə biləcəyimi çox gözəl bilirəm.

     

    Mirzə Cəlil "Danabaş kəndinin əhvalatları" yazıb. Buyurun bütöv bir kəndə "Danabaş" deyib onu da məhkəməyə verin.

     

    Uğurlar.

    • Upvote 2
×
×
  • Create New...