Jump to content

nature

Newbies
  • Posts

    12
  • Joined

  • Last visited

Posts posted by nature

  1. Salam,

    belə bir sual

     

    online mal sifariş olunarkən çatdırılmasına ödəniş olunur lakin mən başa düşə bilmirəm  ki, poçt məntəqəsində  həmin bağlamaya  yenidən ödəniş olunmasını niyə istəyirlər?

    xahiş edirəm bilən varsa bölüşsün 

    ümumiyyətlə bu prosedur qanuna uyğundumu?

    Təşəkkürlər

    Ola bilsin kimlər üçünsə maraqlı oldu  

     

     

    Sizin 19.10.2015-ci il tarixdə “Azərpoçt” MMC-nin elektron poçtuna göndərdiyiniz  sorğuya cavab olaraq bildirilir:

    Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük orqanının nəzarətinə təqdim edilməsi ilə bağlı poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır. Gömrüklü poçt göndərişlərinə əşya və ya mal tərkibli CN22 gömrük yarlığı ilə müşaiyət olunan  beynəlxalq kiçik paketlər və CN23 gömrük bəyannaməsi ilə müşaiyət olunan beynəlxalq bağlamalar aid edilir.

    “Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilmişdir.

    Tam tarif paketi barədə ətraflı məlumatı “Azərpoçt” MMC-nin www.azerpost.az  saytından (www.azerpost.az/Xidmətlər/Poçt xidmətləri/Poçt rabitəsi xidmətləri üçün tariflər) əldə  edə bilərsiniz.

    Sözügedən tariflər tarif paketinin “Digər poçt xidmətləri üçün tariflər” hissəsində (II hissə) “Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər” bölməsinin (4-cü bölmə) “Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi” maddəsinin (9-cu maddə) 9.2-ci bəndinin 9.2.1 və 9.2.2 yarımbəndlərində öz əksini tapmışdır.

    Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən əlavə olaraq 0,60 manat məbləğində verilmə rüsumu alınır (4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi).

    Poçt şöbəsində aparılmış istənilən ödənişə görə müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş ciddi hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) təqdim olunmalıdır.

    Xidmətlərimizdən istifadəyə görə təşəkkür edirik.

×
×
  • Create New...