Jump to content

BEY123

Members
  • Posts

    700
  • Joined

  • Last visited

Posts posted by BEY123

  1. Şəkildə olandan da olmasa, amma mən bəyəndim.
    Açığı deyim, gələnə kimi narahat idim ki, bəyənməyəcəm, amma yaxşıdır və hamıya da məsləhət görə bilərəm!
    Demək olar ki, düz evə kimi çatdırmağınıza görə də sizə dərin minnətdarlığımı bildirirəm.
    ALLAH malınıza bərəkət versin!

    (nədənsə şəkil yükləyə bilmədim)

  2. 2 maşını dostuma aldıq disputdan, Chevrolet Lachetti 2008 və Kia Sportage 2008, ikisindən də tam razıyıq.
    Mən indi sürdüyüm Daihatsu Teriosu 2 ay öncə turbo.az-dan aldım.
    Gün ərzində 5-10 dəfə turbo.az-da axtarış verirdim/səhifəni yeniləyirdim və bu maşının elanı dərc olundan 1 saat sonra gördüm, zəngləşdim, inandırım sizi, 5-ci zəng edən idim.
    Amma ALLAH mənə qismət etdi, maşına 2-ci baxa bildim, dəmirçiyə göstərdim və artıq 1 saat sonra notariusda idik.
    Maşının 2-ci sahibi idi və artıq 4-5 ildir ki, o sürürdü.
    Maşının vaxtı-vaxtında qulluq olunmuş maşındır, yeri gəlmişkən, çox da dözümlü maşındır.
    Sözüm nə idi :)
    Çox da özünüzü yormayın, istənilən maşın lotoreyadır və səni nə sürpriz gözləyir heç bir usta deyə bilməz, amma yenə də yoxlatdırmaq lazımdır ki, mövcud olan problemləri biləsiniz.

×
×
  • Create New...