Jump to content

Anar A.Abbasov

Members
  • Posts

    309
  • Joined

  • Last visited

Blog Entries posted by Anar A.Abbasov

  1. Anar A.Abbasov
    Əsəbsiz təmir və ya dizayner-memarın vacibliyi?
    “4COMFORT” dizayn-studiyasının baş direktoru Anar Abbasovun bizim jurnala verdiyi müsahibə. Bəzən adi mənzili rahat, üslublu və komfortlu yaşayış yerinə çevirmək istəyirsən. Ancaq təmir haqqında fikirlər bizi məyus edir, axı bu çox bahalı, yorucudu və çox vaxt nəticədə istədiyinizin tam əksi alınır. Bəs onda neynəyək? Bu vəziyyətlə razılaşıb növbəti təmir üçün pul yığaq?
    Başqa çıxış yolu var!!! Peşəkar interyer dizaynerlərə müraciət etməklə siz əsəbdən və gərəksiz itkilərdən yayına bilərsiniz.
    “4COMFORT” dizayn-studiyasının baş direktoru Anar Abbasov dizaynerin fərdi interyer yaratmaq üçün necə kömək edəcə biləcəyi və Sizin xəyallarınızdakı rahat və komfortlu yaşayış yerini necə gerçəkləşdirə biləcəyi haqqında danışdı. Hal- hazırda tikinti və təmir materiallarının kifayət qədər böyük seçimi və təmir xidmətləri təklif edən çoxlu sayda şirkətlər var. Dizayner nə üçün lazımdır?
    Dizaynerin məqsədi - interyeri müştərinin istəklərinə uyğun olaraq yaratmaq və onu reallaşdırmaqdır. Bununla yanaşı məkanın memarlıq xüsüsiyyətləri və onun funksional təyinatı nəzərə alınır ,interyerə yekun xətti verən rəng ahəngi, faktura , mebel və aksessuarlar seçilir.
    Yəni dizayner eskiz yaradır və bu eskizə uyğun müvafiq işlər gerçəkləşdirilir?
    Bununla tam razı deyiləm. Dizayner layihə hazırlayır və “eskiz” – bu isə layihənin yalnız kiçik hissəsidir. Dizayn-layihə məkanın çertyojlarını və planını, lazımi tikinti-təmir materiallarının hesabını, elektrik və santexnika sxemini və bir çox digər xırdalıqları özündə kompleks şəkildə cəmləşdirən sənəddir.
    Yəqin ki, bu heç də ucuz xidmətlərdən deyil?
    Əlbəttə ki, dizayn-layihə müəyyən məbləğ tələb edir. Lakin o işlər başlamamışdan əvvəl təmirə lazım olan xərcləri təsəvvür etməyə , interyerin necə olacağını görməyə və nəticədə lazım olan dəyişikləri etməyə kömək edir. Bu da öz növbəsində təmir prosesində xeyli qənaət etməyə imkan verir. Əlimizdə hazır, dəqiq işlənmiş dizayn-layihə olanda, yalnız onu həyata keçirmək qalır. Bundan əlavə fəhlələrə nəyin necə edilməsini başa salmaq gərəyi olmayacaq, çünki hər şey layihədə sənədləşdirilib.
    Deməli, bütün şübhələrimizi unudub, dizaynerin fikirlərinə güvənmək lazımdır?
    İnteryer ilk növbədə orada yaşayacaq insanlara komfort və məmnuniyyət hissi bəxş etməlidir. Lakin dizayner kompozisiya, erqonomika, rəng və işiqlandırma sahəsində spesifik biliklərinə malikdir, həmçinin tikinti materialları bazarı ilə yaxından tanışdır və texniki xırdalıqlarla bağlı daha çox anlayışı var. Dizayner ilk baxışdan adi görünən əşyalara qeyri –standart görüntü təklif edərək , müştərinin xəyallarını və planlarını ən yüksək şəkildə gerçəkləşdirmək üçün dəyərli məsləhətlər verə bilər.
    Lakin dizaynerin təklif etdiyi materiallar, mebel, santexnika avadanlıqları, aksessuarlar kifayət qədər bahalı ola bilər.
    Bu bir o qədər də vacib deyil. Sifarişçi əvvəlcədən büdcəni göstərə bilər, ona qiymətdə uyğun olmayan mebel və ya materialları göstərməklə layihədə öz düzəlişlərini edə bilər. Dizaynerin məqsədi – ortaq məxrəcə gəlmək – interyerin ümümi quruluşuna uyğun gələn variantları seçmək və eyni zamanda sifarişçinin təklif etdiyi qiymətlə uyğunlaşdırmaqdır.
    Bundan sonra dizayner tikinti zamanı meydana gələn bütün sualları həll etməklə işin gedişinə nəzarət edir.
    Beləliklə, peşəkar dizayn təmirlə əlaqədar olan bütün narahatçılıq və artıq xərcləri aradan qaldıraraq, sizin rahat, funksional və ən əsası fərdi interyer haqqında olan ideyalarınızı gerçəkləşdirməyə imkan verir.
    İndi özümüz haqqında daha ətraflı danışmaq istərdim: “4COMFORT” dizayn studiyasısizin evinizin, kottecinizin, mağaza, restoran və ya ofisinizin (siyahı bununla məhdudlaşmır) layihələşdirilməsi, dizaynı və fərdi surətdə yaradılması ilə bağlı bütün işləri həyata keçirə biləcək yüksək ixtisaslı memarları, dizaynerləri, dekoratorları özündə cəmləşdirir. Bizim yaradıcılığımızın istiqamətlərindən biri – hər bir işlənib-hazırlanmış obyektin təkrar olunmaz “surət”ini yaratmaqdır, biz həm şəhərətrafı imarətlər kimi böyük layihələrlə yanaşı, həmçinin kiçik “standart” evlərə də eyni dərəcədə məsuliyyətlə yanaşaraq, istənilən növ layihəni yüksək şəkildə yekunlaşdırırıq. Müştəriyə bir neçə çeşiddə naxış, mebel və aksesuarlar məsləhət görüləcək və bu sifarişçinin büdcəsi ilə, eyni zamanda, dizayner ideyasının realizə edilməsi üçün optimal şəkildə uyğunluq təşkil edəcək. Biz sizi tikinti bazarlarına və mağazalara edilən yorucu gəzintilərdən uzaqlaşdırmaqla, maksimum dərəcədə vaxtınıza və pulunuza qənaət etməyə çalışırıq.
    Bizim xidmətlərimizə daxildir:
    - İnteryer və eksteryerin dizaynı
    - Dizayn – layihələşdirmə
    - Memarlıq
    - Bəzədilmə
    - Təmir, yenidən planlaşdırma
    - 3 DS MAX və V-RAY kompyuter qrafikası proqramlarının tədris olunması
    Bizim iş prinsiplərimiz və son illərdə etdiyimiz işlərin nümunələri ilə WWW.4COMFORT.AZ saytında tanış ola bilərsiz.
  2. Anar A.Abbasov
    «Спасите! Ремонт!». Всем знакома эта ситуация. Большое вливание сил, средств и времени. Необходимо закупить материалы, нужные инструменты, иногда нанять рабочих, контролировать ход работы. Требуется большое вливание денежных средств.
    Можно, конечно, накопить эту сумму. Пожить годик, два,три так сказать, поджав кулачки, да стиснув зубы. Однако, что делать, если ремонт необходимо сделать сейчас? Сделать дешево и сердито? Так стоит ли тогда вообще его делать? Одолжить денег у знакомых? Хорошо если так получится.В противном случае можно обратить свое внимание на кредитование и взять кредит на ремонт квартиры.
    Безусловно, ремонт в кредит имеет ряд преимуществ. Основное из них то, что вам не придется долго-долго копить средства на качественный ремонт, но.... банки ставят перед клиентами ряд препятствий:
    1) Немаленькие годовые проценты
    2) Обязательная необходимость квартиры в залог
    3) Процедура получения кредита занимает более 1 месяца
    И так, хотелось бы узнать мнение форумчан относительно их отношения к ремонту квартиры в кредит?
    Какое из мучений Вы бы выбрали, копить деньги годами и жить в не отремонтированной квартире или все же кредит?
×
×
  • Create New...