Jump to content

Belasnejka

Amateurs
  • Posts

    339
  • Joined

  • Last visited

Posts posted by Belasnejka

  1. CV-mi artıq göndərdim. İndi daha böyük həyəcanla gözləyirəm. Ümidim bol, şansım isə azdır. Görüm hansı qalib gələcək :)

    Ayselka senden shad xeber gozleyirik, Inshallah her shey istediyin kimi olar :loveyouu:

  2. Ana

    Ana müqəddəsdir, əzizdir ana,

    Övladçun hər zaman ürəyi yana,

    Beşiyi tərpədən o yan bu yana,

    Anam, həyatımsan, canımsan mənim.

    Doqquz ay bətnində məni gəzdirdin,

    Gecələr yatmayıb, nazımı çəkdin,

    Hər mən ağlayarkən, birinci gəldin,

    Anam, həyatımsan, canımsan mənim.

    İlk addımlarımla qürurlanmısan,

    Özünü ən xoşbəxt Ana sanmısan,

    O qədər gecələr oyaq qalmısan...

    Anam, həyatımsan, canımsan mənim.

    Ananın laylası ilk nəğməmizdir,

    O nəğmə doğmadır, həm də əzizdir,

    Bizi yatızdıran yeganə səsdir,

    Anam, həyatımsan, canımsan mənim.

    Ağarmış saçına olaram qurban,

    İllər keçsə belə, ötüşsə zaman

    Qayğına qalaram hər yerdə, hər an,

    Anam, həyatımsan, canımsan mənim.

    Canım canındandır, qanım qanından,

    Heç kim çıxa bilməz Ana borcundan,

    Bizə hayat verən, bizi yaşadan

    Anam, həyatımsan, canımsan mənim.

    :algish: :algish: :algish:

    Allah bütün analara can sağlığı, uzun ömür versin, onlarsız bir günümüz belə olmasın. Amin!

  3. Yemək bişirəndə hansı yağlardan istifadə edirsiniz? (İnşallah mövzudan uzaq hesab olunmaz, sadəcə çox maraqlıdır). Əridilmiş yağlar, yoxsa duru yağlar? Mən üstünlük verirəm duru yağlara. Əsas da zeytun yağına. Sadəcə bilmək istərdim, düz eləyirəm, ya yox. Eşitmişəm ki, duru yağlar daha xeyirlidir. Həm də bu yağlarla hazırladığım yeməklər mədəmə ağırlıq etmir.

    P.S.Artıq neçə dəfə qeyd etmişəm, mən ağır yeməklərə üstünlük verən insanlardanam.

    Biz də evdə duru yağdan istifadə edirik, amma qarğıdalı yağından. Düzdür zeytun yağı daha xeyirlidir, amma onun spesifik qoxusu var deyə ondan istifadə etmirik, amma çox xeyirlidir mədəyə :unsure:

    Əridilmiş yağ isə plovdan başqa heç bir yeməklərimizdə istifadə etmirik.

  4. Ozum tehsilliyem munasibetde olduqum birinin ise tehsili yoxdu ilk taniw olanda mene tehsil aldiqini demiwdi, amma yeni oyrenmiwem ki, hech harda oxumayib.ona dehwet baqlanmiwam sadece sabahim meni qorxudur indi iwleyir sabah dunyanin iwini bilmek olmur bu iwden chixasi olsa diplomsuz hara iwe duzelecek? cawib qalmiwam hetta ayrilmaq fikrine duwmuwem etrafimda olanlar ali tehsil almamiw birine vermeyecekler meni bunu bilirem.siz nece ederdiz? amma tam semimii

    Xanım məncə əgər bir-birinizi sevirsinizsə ali təhsilin olub-olmamağının önəmi yoxdur, sadəcə onun sizə yalan deməyi heç də düzgün deyildi, bu elə də balaca yalan deyil. Sabah başqa yalan da deyə bilər, yenə də sizi itirməmək bəhanəsi ilə...

  5. Movzudan niye uzag dushuruk ki,ele metbexe aid sheylerden danishirig da?Siz menim fikrimi cox gozel anladiniz,her bir kesin oz fantaziyasi olmalidir,her sahede.Siz kenardan deyilen o cur "meslehetlere" cox da fikir vermeyin.Siz goreydiniz menim gizimin stol arxasinda oturmagini,o indiden ozunu esil xanim kimi hiss edir. :devil:

    Çox sevirəm elə xanım-xatun qızları, çox gözəl tərbiyə vermisiniz qızınıza. Allah saxlasın! Bu dəqiq mövzudan kənar oldu :-)

    Mənim də çox xoşuma gəlir tort bəzəmək, düzdür hələ elə də yaxşı alınmır, amma ümid edirəm gələcəkdə daha yaxşı alınar.

  6. bir daha təkrar edirəm:

    "qızla oğlanın dostluğu, dünyadakı bütün dostluq münasibətlərinin ən incəsi, ən ülvisi və ən etibarlısıdır!"

    Mən sizinlə tamamilə razıyam.

    İki rəfiqə arasında paxıllıq ola bilər, gözü götürməmək ola bilər(gizlətsələrdə), amma oğlanla qızın dostluğunda belə şeylər olmur.

  7. 21ci esr ve qiz qacirma, tebii ki ekseren qiz ozu oz isteyiyle qacir, ne suruklyir onu bu addima? Oqlan yaxwi oqlandirsa valideyin ona niye yox desin ki?

    Boyudub boya bawa catdirdiqin validenini tapdalamaq deyilmi qowulub qacma? yoxsa guclu sevgi ve istekdir?

    Qizlar, qacrsiz sediyinize?

    Oqlanlar, qacirdarsiz qizi? size gore ailesini yox deyen qiza hormet edersiz ya deyer vermezsiz ki valideynin uzune aq oldu?

    Qisa fikirleriunizi gozleyirem, amma izahli cavablar :rolleyes:

    Heç vaxt! Mən qız qaçırtmağa çox pis baxıram. Bu həm özünə qarşı, həm də səni əzab-əziyyətlə böyüdən valideynlərinə qarşı hörmətsizlikdir, valideynlərin arzularını ürəyində qoymaqdır, onların əziyyətini itirməkdir. Sabah o qıza qarşı hörmət də olmayacaq.

  8. Görünür mən də artıq siyahımı yazmalıyam, yoxsa sevdiyim insanlar özlərini qara siyahıda hiss edəcəklər.

    Qulliver, Migel Gonsales, Pari, Nikoşka, Butterflycik, Misszz (nəsə görmürəm 1-2 gündü,lap darıxdım), Azda, Azərbaycanlı, Konfutsi, Reshad_XL, Ramin (küsəyən oğlan :P ),Lalet, Belasnejka, Gilenar, Paradise Bird, X-RAY, Hypnose, Megy, Aytencik, Valentine Ops, Abbasov, Laxidjanin, Azimoff, Murlıska, Ahmadiyye.....

    Ardını da sonra yazaram da. :rroza:

    Təşəkkürlər Aysel :rroza: Siz də mənim siyahimda birincisiz :rolleyes:

    P.S. Nəhayət mənim adımı da kimsə yazdı bawl:

  9. Bu qədər əziyyət çəkib multiquote etdim, liderləri görmək olar bundan əvvəlki postumda (oxuyub deyirsiniz ki, işi - gücü yoxdur :D , həyatda ciddilik, rəsmilik, burada heç olmasa bir az başqa cür olsun smoke: , ancaq ciddi mövzular olmalı deyil ki, hər yerdə), mövzunu da mən açmışam, mənə çox sağ ol düşmür???

    Əlbəttə ki, düşür :)

    Təşəkkürlər Bilberry :rroza:

    Sizin postlarınızı da çox maraqla oxuyuram :)

  10. Mən məktəbdə də, universitetdə də sevilən tələbələrdən olmuşam. Həm yaxşı oxuduğuma, həm də hörm saxlayan olduğumagörə. Amma çox şuluq qız idim, buna baxmayaraq heç vaxt müəllimlərimə qarşı kobudluq, tərbiyəsizlik etməmişəm, oan görə də nadincliyimi bağışlayırdılar həmişə.

    Bir dəfə idman dərsindən çıxanda (dalaşqan olmasam da, əsəbləşəndə gözüm heç nəyi görmür) əlindən zara gəldiyim qızın üzünə idma şalvarımla necə vurmuşdumsa, qızın üzündə çapıq yaranmışdı. Adi yumşaq material idi, amma çox əsəbləşdiyimçün vurmuşdum. Bu, ilk belə böyük səhvim olduğu üçün valideynimi çağırmamışdılar, elə müəllimlər özləri sakitləşdirmişdilər aranı. Özü də qız müavinin qızı idi :)

    Ömrü boyu arxa partada oturmağı sevmişəm. Universitetdə də gedib otururdum arxada, başlayırdım danışmağa (heç bacarmadığım şeydi). Bizdə d bir müəllim vardı, o müəllim dərs danışanda pıçıldayırdı. Heç nə başa düşmək olmurdu. Bir gün yenə arxa partada oturub "çənə döyürəm", müəllim də astadan soruşdu "kim dərsi öyrənib?" Mənim də ağzım qızışıb axı,müəllimin sözünü səhv eşitdim elə bildim deyir:"Kimdən pis iy gəlir?" Qrupun da ən "dalaşqan" qızı olduğuma görə qalxdım ayağa, başladım müəllimi danlamağa ki "o nə özdür siz bu qədər oğlanın yanında qızlara deyirsiniz?" :looool:

    Aysel Allah güldürsün səni :rofl:

  11. Yaxşı, sənsən də.....

    Bir müəlliməmiz var idi, heç vaxt yola getmirdik, qaralamışdı bizim kompaniyanı (3 qız, 2 oğlan)

    Hər dəfə bir xırda səhv işimizi görən kimi qaçıb direktora deyirdi, o da otağına çağırıb elə həmin müəllimənin yanında danlayıb, məcburən üzr istəddirirdi ondan.... Bir ay ərzində kompaniyamızın bütün uşaqları bu yolu keçmişdilər, bir dənə mən qalmışdım, müəllimə heç bir predloq tapa bilmirdi ki, direktor məni də çağırsın... Bir gün dərsin ortasında həmin müəlliməni və məni direktor çağırdı, hamı təəcüblə bir birinə baxırdı ki, axı nə oldu??? Doğurdan da heç nə eləməmişdim axı :unsure: Eləmək istəyirdimsə də bilə-bilə özümü sakit aparırdım ki, müəllimənin arzusu ürəyində qalsın :devil:

    Nə isə, düşdük direktorun otağına...

    Direktor: danışın müəllimə, görüm kompaniyanın növbəti dəcəl üzvü neynəyib...

    Müəllimə: Heç bilmirəm necə deyim, mən bu yaşıma qədər (yaşı 50-ni keçsə də ailəli deyildi) belə şey eləməmişəm, bu isə bu yaşında onu eləyib, özdə məktəbin idman zalında, gözümlə pəncərədən görmüşəm....

    Mən uje özüm özümə fikirləşirdim "Haçan elədim? Necə elədim?" :blink:

    Direktor: Nə eləyib axı bu qız???

    Müəllimə: Bu utanmaz, oğlanların da olduğu idman zalında, hamının gözü qabağında, qazlı içki olan Pepsini elə butılkadan əyib içib, ayıbdı axı qız olan bəndə elə hərəkət eləyər, bəs stəkan nə üçündür? umoril:

    umoril: umoril: umoril: Super!

×
×
  • Create New...