Jump to content

Islami Nur_313

Members
  • Posts

    320
  • Joined

  • Last visited

Posts posted by Islami Nur_313

  1. Mən böhtan atmıram Azərbaycanda özlərini "şiə" adlandıranların böyük bir hissə bu əqidə ilə yaşayır.  Amma heç bilmirlər ki əzəldən şiələr kimlər olur. Yuxarıda postumu ola bilsin yaxşı başa düşmədiniz, təkrar edirəm əsas məsələ əqidədir. İndi məni anladınızmı?

    Misal çəkim: hətta indi yas məclislərində də mollara özlərini "ağıllı" aparır. Çünki onların oturduğu məclislərdə müxtəlif əqidəli insanlar olur. O demək deyil ki, onlar əqidələrindən dönüblər. Nə isə. Niyyətim heç də mübahisə etmək deyil. Sadəcə demək istəyirəm ki ancaq əqidəsi sağlam olan insandan nə isə götürmək olar.

    yuxari postda sieler yazmadiniz fikrimce siz mehz fikrinizi  Haci Sahine unvanladiniz ve men de qeyd etdim ki bu ser ve bohtandir.Men Hacinin vekili ve yaxud sozcusu deyilem sadece olaraq fakti qeyd edirem..O da men de siz de Allah bendesiyik..Bundan elave sehabe ve zovcelerin tehqir olunmasi ve s bu kimi meseleler basqa movzunun sohbetidir..Bu haqda fikirlerimi delil ve subutlarla diger movzularda esasli sekilde oxuya bilersiz..Azerbaycanda sieleri de vehabileri de nurculari da yehudisini de menim qeder taniya bilmezsiz..Var savadli momin var savadsiz momin var radikal momin ve s..bunlar ayri ayri seylerdir..Men sizi bu kateqoriyanin 2ci pillesinde gorurem ve bu da normal bir seydir cunki Azerbaycanda dinin yeni Islamin duzgun tebligati yeterince olmadigindan bu veziyyet askara cixir.Yas meclislerinde hec bir mollanin men agilliyam kelmesine rast gelmemisem..Elbette ki hec bir Adem ovladi ozunu yararsiz ve yaxud agildan kem kimi gormez ve gormur..Hetta psixi gerginliyi olan insan bele ozune haqq qazandirir..Delil ve subutsuz ittiham ve tenqid olmaz ve bu bir momine xas xususiyyet deyil..

  2. Əsas məsələdə insanların mövqeyi deyil! Din ancaq Quran və Peyğəmbər (s.a.v.) sünnəsi əsasındadır. Şahin isə imamlara müraciət edib onlardan kömək istəməyi, onları çağırmağı, səhabələr və Peyğəmbər (s.a.v,) zövcələrini söyməyi siğəni caiz görür, Quranın orijinal olmadığını iddia edir. ona görə fikirləşirəm ki insanın danışdığına deyil onun iman etdiyinə fikir vermək lazımdır. Mənə inanmayana təklif edirəm onun axund olduğu məscidə getsin, amma bilsələr ki onlardan deyilsən söhbəti fırladacaq. Hər halda hidayət verən Allah Sübhana Və Təaladır. 

    Haci Sahin kimise cagirmagi ,sehabe ve covceleri soymeyi o cumleden Quranin orojinalligina dair menfi fikir ireli surmeyib sozsuz ola da bilmez..Bir fikri yazdiginiz zaman delil ve subutunuz olsun yoxsa demek siz ser ve bohtan atirsiz.Sige ise Quran ve sunnede tesdiqini tapib..Bu haqda yeterince delil ve subutlarla coxlarini mat etmisem.Men siz qeyd etdiyiniz Mesedi Dadas mescidinde de o cumleden qarsi terefin yeni Lezgi mescidinde de olmusam ve yeterince sohbetlerin olub..Her bir detal ve meseleye deqiq ve duzgun formada yanasin.

  3. Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş

     

    Publika.Az – ın apardığı araşdırmada məlum olur ki, II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və yazır: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəyəm”.

    “Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası “din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalı soyqırımında müsəlmanları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.

    Məxfi məktubun göndərilməsindən 11 il sonra Papa İrəvana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il qabaq Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.

    II İohan Pavel: 18 may 1920-ci ildə Polşanın Vadovitse şəhərində doğulub. 1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyubdur. 1946-cı ildə keşiş rütbəsi alır, 1958-ci ildə isə yepiskop rütbəsinə yüksəlir. 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilir. 1967-ci ildə kardinal rütbəsi alır.

    II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır. Ermənistana səfərindən iki il sonra-2005-ci ilin 2 aprel tarixində Vatikanda vəfat edib.

  4. Gənc polyak İmam Rzanın(ə) hərəmində İslam dinini qəbul etdi

     

    Gənc polyak İranın Məşhəd şəhərində İmam Rza(ə) hərəmini ziyarəti zamanı İslam dinini qəbul edib.

    Nardaranpiri.com-un İslaminsesi.az-a istinadən verdiyi xəbərə görə, gənc polyak İranın Məşhəd şəhərində İmam Rza(ə) hərəmini ziyarəti zamanı İslam dinini qəbul edib.

    30 yaşlı kompyuter mühəndisi Artur Remiko İmam Rzanın (ə) mövludu günü şəhadət verərək müsəlman olub.

    Arturun sözlərinə görə, o, ilk dəfə olaraq İslam haqqında məlumatları müsəlman dostlarından alıb. Daha sonra İslam dini haqqında çoxlu kitablar ozumağa başlayıb.
    Nəhayət, o, bu böyük dinin həqiqiliyi barədə birdəfəlik qənaətə gələrək müsəlman olmağa qərar verib.
    "Həyatımda yeni mərhələ başlayır. Mən İslam elmini daha da dərindən öyrənməyə çalışacam", - deyə Artur qeyd edib.
    İmam Rza(ə) hərəminin vəqfinin xarici zəvvarlarla iş departamentinin direktoru Arturu təbrik edərək ona Qurani-Kərimin nüsxəsini hədiyyə edib.
    Qeyd edək ki, müsəlmanların 8-ci imamı olan İmam Rza(ə) hicri tarixlə 818-ci ildə Harun ər-Rəşidin oğlu Məmun tərəfindən şəhid edilib. İmamın dəfn olunduğu yerə "Məşhəd ər-Rza"(Rzanın şəhidlik yeri) adı verilib.

  5. Fitnə filminin rejissoru Arnold Van Dorn bir neçə ay öncə İslam dininə iman gətirməsinin ardınca builki həcc mərasimində

    5403160_915126286840.jpg



    İslam Peyğəmbərini (s) təhqir edən "fitnə" filminin rejissoru Peyğəmbərin (s) məzarı önündə günahından peşiman olduğunu dilə gətirib.

    Nardaranpiri.com-un İQNA-ya (Beynəlxalq Quran Xəbər Agentliyi) istinadən verdiyi xəbərə görə "Arnold Van Dorn" ilk dəfə olaraq 27 fevral tarixində öz Tvitter səhifəsində İslam dinini qəbul etməsini bu sözlərlə bəyan edib: "Yeni Başlanğıc".
    Daha sonra bu ifadənin altında ərəb dilində kəlimeyi-şəhadəti yazıb.

    Anrold Van Dorn uzun illər islamofobiya sahəsindəki rəftarları ilə məşhur olan Grit Vildorz ilə əməkdaşlıq edib, İslam dininə qarşı yönəlmiş təhqiramiz "Fitnə" filminin çəkilişində iştirak edib.

    Küfr ilə yanaşı olan bu filmin çəkilməsində məqsəd İslam dini və Həzrət Məhəmmədin (s.ə.s) simasını ləkələmək, müsəlmanlarla müsəlman olmayanlar arasında fitnə törətmək olub. Vildorz bu filmdə İslam dinini kobudluq dini kimi qələmə verərək, Quran-Kərimi terrorçuluqla əlaqələndirməyə çalışıb.

    Bu filmin yayımlanmasının ardınca O və əməkdaşları dünya səviyyəsində müsəlmanların geniş etirazlarının şahidi oldular. Bu məsələ səbəb olur ki, Arnold Van Dorn İslam dini haqda mütaliə və araşdırmalara baş vursun.

    Nəticədə, Arnold bir neçə ay öncə İslam dininə iman gətirir.

    Arnold cümə günü, oktyabrın 18-də Ərəbistan mətbuatı ilə müsahibədə göz yaşlarına hakim ola bilməyib və ağlaya-ağlaya, deyib: "Peyğəmbərin (s) məzarı önündə çox utandım. Ümidvaram bu göz yaşları günahlarımı yusun. Mən keçmişdəki əməllərimə görə çox utanıram və peşmanam".

  6. İslam düşməni necə müsəlman oldu?

    streich_502265942003.jpg

    Simruq InsALLAH bunu oxuyarsan

     



    "İslam dini həyatın önəmli sahələrində mənə tutarlı cavablar verdi. Halbu ki, mən xristanlıqda bunlara yiyələnə bilməmişdim"

    Danyal Streiç İsveçrənin Bulle şəhərində protestant ailəsində dünyaya əlib. İsveçrə ordusunda hərbi təlimatçı vəzifəsində çalışıb. O, həm də İsveçrə Xalq Partiyasının təsisçilərindən biri sayılır. 2003-2009-cu illərdə partiyanın "Gruyeres" bölməsinin sədri olub. 2009-cu ildə etiraz əlaməti olaraq partiyanı tərk edib Mühafizəkar Demokrat Partiyasının kantonal bölməsinin yaradılmasında iştirak edib.

    D. Streiç ölkəsində İslamın yayılmasına və məscid inşasına qəti qarşı çıxıb. O, İsveçrə Xalq Partiyasında tanınmış bir siyasətçi olraq ölkə üzrə minarə inşasının qadağan edilməsi tələbinə rəhbərlik edib. Ölkə boyu İslam əleyhinə mənfi rəyin formalaşmasında böyük rola malik olub və aparılan kampaniya nəticəsidə ölkə ordusunda yüksək rütbəyə yiyələnib. O, öz siyasi maraqlarına xatir ölkədə minarə inşasına qarşı çıxıb və bu vasitə ilə uğur qazanaraq orduda yüksək rütbə əldə edib.

    D. Streiç müsəlmanlarla mübarizə aparmaq məqsədi ilə Qurani-kərimi və İslam əqidələrini mütaliə etməyə başlayır və tədriclə İslam prinsiplərini qəbul edir. O, xristianlığı müdafiə və İslamla mübarizə aparmaq məqsədi ilə Quranı oxumağa başlasa da İslam təlimləri onda dərin iz buraxır. Buna görə də o, İsveçrə Xalq Partiyasından ayrılaraq İslam dinini qəbul edir. Daha sonra isə sabiq partiyasının İsveçrədəki fəaliyyətini şeytanlıq adlandırır.

    D. Streiç bildiribdir ki, həyatın mənasını İslam dinində tapıb. Halbu ki, bunu xristianlıqda əldə edə bilməyib. O, bu barədə deyir: "İslam dini həyatın önəmli sahələrində mənə tutarlı cavablar verdi. Halbu ki, mən xristanlıqda bunlara yiyələnə bilməmişdim".

    D. Streiç hazırda inanclı bir müsəlmandır. Məscidə gedir, namaz qılır, Quran oxuyur. Hazırda bütün diqqətini Mühafizəkar Demokrat Partiyasının kantonal bölməsindəki işinə yönəldib. Bu partiya öncəki partiyadan fərqli olaraq dini tolerantlığı və sülhyönümlü əməkdaşlıqları təbliğ edir.
    D. Streiç ölkədə minarə inşasının qadağan edilməsinin əlehinədir və ümid edir ki, İsveçrədə beşinci və Avropada ən gözəl məscidin inşasında əməkdaşlıq edə biləcək.İdrak.İnfo

  7. Məşhur alman aliminin məzarının üzərində imam Əlinin kəlamı

    1370590394_580421_166822850155581_540077

    Ənnasu niyamun iza matu fəntəbəhu". Yəni, "İnsanlar yuxudadırlar, ölən zaman oyanacaqlar"

    Tanınmış şərqşünas xanım Annemari Şimel (Annemarie Schimmel) 1922-ci il fevralın 7-si Almaniyanın Orford şəhərində dünyaya göz açıb. Onun Şərq barədə araşdırma aparmasına və eləcə də şərqşünaslıq fakültəsinə daxil olmasına səbəb uşaqlığında bir ərəb nağılı oxuması imiş. 15 yaşında ikən ərəb dilini öyrənən Annemari 22 yaşında Almaniyanın Marburq Universitetində müəllimlik dərəcəsinə çatıb. Maraqlı burasıdır ki, ərəb, fars, türk, urdu və bir çox dilləri mükəmməl bilən tanınmış şərqşünas 1946-cı ildən sonra Ankara Universitetində türk dilini tədris edib. 1951-ci ildə isə dinlərin tarixi üzrə doktorluq dərəcəsinə çatıb.

    FaktXəbər-in məlumatına görə, sonralar o, Harvard, Kembric və dünyanın bir çox universitetlərində tədrislə məşğul olub. Bir neçə il öncə terror edilən Pakistanın baş naziri xanım Banəzir Buhutto da məhz onun şagirdlərindən imiş. Bundan daha maraqlı bir məqam isə məşhur alman aliminin İmam Əliyə (ə) və İmam Zeynalabidinə (ə) məhəbbətidir. Bu imamların kəlamları haqda bir çox araşdırmalar aparan xanım Annemari Şimel, vəfatından öncə məzarının üstündə İmam Əlinin (ə) məşhur kəlamlarından birinin yazılmasını vəsiyət edib. Hazırda onun qəbrinin üstündə bu sözlər həkk olunub: "Ənnasu niyamun iza matu fəntəbəhu". Yəni, "İnsanlar yuxudadırlar, ölən zaman oyanacaqlar".

  8. Mister Bin müsəlman 

    mistir-bin_170254672733.jpg

     



    Rouven Atkinson Amerikalı rejissorunun İslam Peyğəmbərini (s) təhqir edən filmindən sonra müsəlman qəbul etdiyini söyləyib.

    BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) çapı olan "Əl-Bəyan" qəzeti Rouven Atkinsonun (Mister Bin) – tanınmış İngilis komediya ustası, İslamı qəbul etdiyini yazaraq bildirir ki, Mister Bin, Amerikalı rejissorunun İslam Peyğəmbərini (s) təhqir edən filmindən sonra müsəlman olub.
    Rouven Atkinson müsahibəsində deyib: İslam Peyğəmbəri (s) haqqında çəkilən təhqiredici film mənim İslam dini və onun doğru Peyğəmbəri (s) ilə yaxından tanışlığıma və müsəlmanlığı qəbul etməyimə səbəb oldu.

    Tunisin "Ən-Nehzə" partiyasının rəisi Raşid Əl-Ğənnuşi bu münasibətlə Atkinsona təbrik deyib.

  9.  

     

    Yəhudi Professor Rob Gillhamın İslamı dinini qəbul etməsi tarixçəsi

    picture136150_456149219_401835682262.jpg

    Simruq fikrimce bu alim sene ornek ola biler

    Albert Eynşteyn İnstitutunun professorunun

    diqqətini Quranda "ərindən boşanan qadınlar 4 ay

    başqa kişiyə toxunmamalıdır" ifadəsi cəlb edib.

     

     

    Örnəyə ehtiyacım yoxdu.

     

    Allah sizi hidayet etsin InsAllah ne deyim vallah..

  10. Ayətullah Milaninin® xəstəliyi və professor Burlonun müsəlman olması əhvalatı

    milan_406675824725.gif

    Mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani ağır mədə xəstəliyinə düçar olur. İngiltərədən Professor Burlonu dəvət edirlər ki, mədəsində cərrahiyə əməliyyatı aparsın. Üç saat çəkən əməliyyatdan sonra professor Burlon tərcüməçidən xahiş edir ki, Ayətullah Milani® özünə gələndə hər nə desə onun üçün tərcümə etsin. Ayətullah Milani® narkozdan ayılan zaman Əbu Həmzə Somali duasından bəzi hissələri oxumağa başlayır. Professor Burlon tərcüməçidən alimin özünə gələndə nə dediyini xəbər alanda tərcüməçi cərrah üçün Ayətullah Milaninin® Əbu Həmzə Somali duasından oxuduğu hissələri tərcümə edir. Bunu eşidən professor Burlon xahiş edir ki, ona İslam dinini qəbul etmək üçün nə lazımdırsa öyrətsinlər. Çünki o İslam dinini qəbul etmək qərarına gəlib.
    Professor Burlondan İslam dinini nəyə görə qəbul etmək istədiyini soruşurlar və o cavab verir ki, insanın narkozdan sonra özünə gəldiyi zaman elə bir zamandır ki, insan həmin vaxt dediyi sözlər onun daxili aləmini izhar edir. Mən Kanterberi kafedral kilsəsinin arxiyepiskopunu da əməliyyat etmişəm. O narkozdan ayılan zaman mən onun başının üstündə idim ki, o cavanların küçədə oxuduğu mahnıları zümzümə edirdi. Ayətullah Milaninin® nə dediyini mənə söyləyəndə yadıma həmin arxiyepiskopun nə dediyi düşdü və həmin an anladım ki, hansı din haqq olan dindir.

    Professor Burlon həmçinin vəsiyyət edir ki, o öləndən sonra onu da Ayətullah Milani® dəfn ediləcək şəhərdə dəfn etsinlər. Və onun vəsiyyətinə əməl edərək onu öləndən sonra Məşhəd şəhərindəki Xacə Rəbi qıbirstanlığında dəfn edirlər.

    Mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani 1894-cü ildə Nəcəfdə dünyaya göz açmışdır. Ayətullah Milani® Ayətullah Seyyid Əbülhəsən İsfahani®, Ayetullah Naini® və başqa böyük alimlərdən dərs almışdır.Ayətullah Milanidən® müasir şiə dünyasının böyük alimləri dərs almışlar ki, Ayətullah Şeyx Vəhid Xorasani və Ayətullah Məhəmməd Təqi Cəfəri® də bu siyahıdadırlar. Ayətullah Milani® 1975-ci ildə Məşhəddə vəfat etmişdir.ahlibeyt.az

  11. Yəhudi Professor Rob Gillhamın İslamı dinini qəbul etməsi tarixçəsi

    picture136150_456149219_401835682262.jpg

    Simruq fikrimce bu alim sene ornek ola biler

    Albert Eynşteyn İnstitutunun professorunun
    diqqətini Quranda "ərindən boşanan qadınlar 4 ay
    başqa kişiyə toxunmamalıdır" ifadəsi cəlb edib.

    Embrioloqun dediyinə görə, qadının orqanizminin
    kişinin "xromosom izi"ndən təmizlənməsi üçün
    məhz bu qədər vaxt gərəkdir.

    Misir Milli Embriologiya Mərkəzinin professoru,
    doktor Əbdel Bəset əs Səidin dediyinə görə,
    embrioloq Gillham araşdırmalarını əvvəlcə ABŞ-ın
    müsəlmanlar yaşayan bölgələrindən birində, sonra
    isə Nyu-York, Hyuston və Los-Ancelesin müxtəlif
    məkanlarında aparıb.

    Tədqiqatlar nəticəsində məlum olub ki, ərindən
    boşanmış müsəlman qadınlardan fərqli olaraq,
    başqa dinlərdən olan qadınların orqanizmlərində
    eyni vaxtda bir neçə kişi xromosomu izləri olub.
    Nəticədə arvadının orqanizmini tədqiq edən
    Gillham xanımının bədənində 3 müxtəlif kişi
    xromosomu izləri tapıb.

    "Belədə anladım ki, arvadım mənə xəyanət edib.
    Onu da dərk etdim ki, üç övladımdan yalnız birinin
    atası mənəm. Müsəlman qadınlara hörmətim daha
    da artdı", - Gillhem deyib.

    Xatırladaq ki, kanadalı alim, anatomiya və
    embriologiya sahələrində ən böyük
    mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə
    edilmiş "İnsan embriologiyası" kitabının müəllifi
    Keyt Mur demişdi: "Əgər Quranı bilsəydim, Nobel
    mükafatını 20 il əvvəl alardım."

  12. Frank Riberi

     

    idan futbolcu karyerasina son qoyduqdan sonra Fransa yigma komandasinin esas silahi Frank Riberi oldu. Frank Riberi 2001-ci ilda pesakar karyerasina start verib. O, 2001-2002-ci illarda Bolonyada cixis etdikdan sonra 2002-ci ilda Olimpik komandasina kecib. 2003-2004 sezonunda isa Brestois klubunda oynadiqdan sonra 2004-2005 ci illar Mets da kecirib. 2005-ci ilda Frank Riberi Qalatasaray lubuna transfer olunur. Burada klub rahbarliyi ila problem yasayan Riberi Marsel klubuna kecir. Riberinin Marselin Olimpik klubuna kecmasi ona Fransaniin an yaxsi futbolcularindan biri olmaga imkan yaradir. Belalikla 2006-ci ila Riberi Almaniyada kecirilan dunya cempianatinda istirak edir. 2007-ci ilda Riberi Marseldan 25 milyon avroya Bavariyaya kecir va 2008-ci ilda Almaniyanin an yaxsi futbolcusu secilir.
    Riberinin Islam dinini qabul etmasi ilk dafa 2006-ci ilda Almaniyada kecirilan futbol uzra dunya kubokunun yarislari zamani Farnsa yigma kamandasinin Isvecra yigmasi ila qarsilasdigi oyunda KIV-lara sezmisdir. O har oyundan avval Allaha etdiyi munacatla futbol azarkeslarinin yaddasinda qalib. Riberi Islami qabul etdikdan sonra adini dayisarak Bilal adini qabul edib. Frank Bila Riberi ozu Islam haqda deyib : Islam-manim ucun ham futbol meydancasinda va ham da ki, bu meydanca xaricinda guc-quvva manbayidir. Manim hayatim kifayat qadar agir kecmisdir. Mana bir aramliq tapmaq lazim idi ki, bu aramligi Islam dinina galandan sonra tapdim

  13. ABŞ-in Corciya ştatinin Makon şeherinin meri Cek Ellis

     

    ABŞ-ın Corciya ştatında yerleşen Makon şeherinin meri, bütün heyatı boyu aktiv xristian olmuş Cek Ellis, hidayet yolunu tutaraq, İslam dinini qebul etdiyini bildirmişdir. "First Coast News" saytının verdiyi xebere göre, şeher meri hem de öz adını deyişmeye hazırlaşır. Bele ki, bundan sonra onu Hekim Mensur Ellis kimi çağıracaqlar. «Bu, menim şexsi qerarımdır. Ve her bir kes nece ibadet edeceyi barede özü qerar verir. Bu xüsusda, eger men şeher meriyemse, onda insanların menim neye iman getirmeyim barede melumatlarının olmasına haqları vardır. Ve onlar bilmelidirler ki, men inanclı adamam ve indi men İslam dinine mensubam» - deye, Ellis bildirmişdir.
    Ellisin sözlerine göre, o dekabr ayında Afrikada sehayet eden zaman, İslam dinini qebul etmeye qerar vermişdir. Eliisin fikrince, o, öz ecdadlarının dinine qayıtmışdır. «Men, bele demek mümkünse, öz köküme qayıtmışam. Men İslam dinini Seneqalda olarken qebul etmişem. Seneqalın ehalisi ise, onları Amerikaya getirib qul eden vaxta qeder müselman olmuşlar» - deye, şeher meri qeyd etmişdir.
    Afrikaya seyahetden ABŞ-a geri dönen Ellis, burada müntezem suretde mescide getmeye başlamışdır. O, İslamın gösterişlerini yerine yetirmeye çalışır ve namazlarını da vaxtlı-vaxtında qılır. İslama gelmemişden evvel ise Ellis müntezem şekilde yerli baptist kilsesine gedirdi. Afrikadan evine dönen Ellis, ilk olaraq İslam dinini qebul etmesi qerarını öz aile üzvlerine bildirmişdi. İndi ise o bu xeberi öz «böyük ailesine» - Makon şeherinin sakinlerine çatdırmaq qerarına gelmişdir.

×
×
  • Create New...