Jump to content

Simruq

Members
  • Posts

    3,642
  • Joined

Posts posted by Simruq

  1. 16 минут назад, Igolka сказал:

    Bugün bu forumun mənə qazandırdığı ən dəyərli dostla görüşmüşdüm.Onun sayəsində öyrəndim ki,forum bərpa olub.İnanın parolumu da bir neçə cəhddən sonra xatırladım.) 

    Əlbəttə ki,bizlər yığışsaq müxtəlif mövzularda maraqlı müzakirələr apara bilərik.Sadəcə məqsəd fikir bildirmək,müzakirə,mübadilə olsa...

    Çox maraqlı. Mən də çox olub ki görüşmək istəmişəm və heç vaxt qismət olmayıb. Əlbəttə ki fikir mübadiləsi sadə ünsiyyət qurmaq, müzakirələr aparmaq hər zaman maraqlıdır. 

    • Like 1
  2. 11 минуту назад, Igolka сказал:

    Çox hörmətli Simruq maraqlı istifadəçilərdən biri siz.) Lakin doğma dilimizdə rahatlıqla fikir yürüdə bilənlərin də əcnəbi dildə yazıb pozmağı seçimindədir problem.

    Digər tərəfə axın çoxdur,fikir mübadiləsi üçün də oranı seçirlər.Yoxsa ki,öz dilimizdə xeyli savadlı yazan çox adam var.

    İllərdir bura belədir.Bunu ki,siz yaxşı bilirsiniz.

    Salam Aleykum dəyərli İgolka xanım. Düşünürəm ki yoldaşlıq, dostluq etməyi bacarmadığımız üçün belə mənzərə yaranıb. Hər kəs hər şeyin ən yaxşısını göstərmək istəyir. Yenədə düşünürəm ki sadə münasibət qurmağı bacara bilsək sadə dialoqlar da qurmaq olar. 

    • Like 1
    • Red Heart 1
  3. Maximum 2-3-5 il əziyyət çəkməydən qorxmursansa, risk elə. Qanuni yol alınmır, qanunsuz yolla risk elə. Nə edirsən ed, sadəcə dayanma çox düşünmə və risk et. Həyatın alınacaq qorxma. 

    Ən əsası dil bilgin olmalı. İngilis, Alman, Fransız dili. Bu üç dildən birini 60% bilsən özünü idarə edə bilərsən. Dil bilmədən çətin olur hər şey. 

  4. Bu xəstəlik var, inkar etmirik. Tarixə baxsaq bu xəstəlikdən pis xəstəliklər olub, çarəsi tapılıb. Belə başa düşmək olar ki bu artıq новый мировой порядок deməkdir. İlk və ən uğurlu eksperiment, Kitayda, Uğurların başına gəldi.

     

     

    İndi bu təcrübə bütün dünyanın üzərində aparılır. Xəstəlik bu eksperimentə görə var!!! Bu bir pilot layihədi. Gələcəkdə daha da sərtləşəcəy və insanlar uyğunlaşacaq.

     

    Kasıb insan evdə otursa acından, çölə çıxsa "virusdan" öləcəy. Hər iki halda ki öləcəy, evdə niyə otursun. Niyə ac susuz qalsın?! 

     

    Panika pandemiyası

  5. В 07.07.2018 в 20:55, Simruq сказал:

    İnsan bilsəydi ki Yaradan var!

    Ac müsəlman, xristian ölkələri olmazdı. Həcc ziyarəti, Roma papası, hər il miltardlarnan dollar pul qazanırlar, o dinlərdə olan digər ölkələrdə aclıq və səfalət.  Hansı dinnən imannan danışırlar??? Allah deyir hamı bərabərdi, bəs niyə ərəb şeyxləri özlərini adi insanlarnan bərabər tutmurlar?

    Yaradan var?!

    Ac dindar ölkələr var!

    Homaseksuallıqı qanunlaşdıran ölkələr var!

    Yetginniy yaşına çatmıyanları evləndirən var!

    Allah evində porno çəkənlər var!

    Hələ nələr nələr var. Bu sizin Allahdı?:biggrin: Və sizin hörmət?

    1 il ərzində dünyadakı bütün nəzirlər yığılsa, ac, evsiz, xəstə, işsiz adam tapmaq çətin olar. Bu pullar, sizin müqəddəs saydığıvız insanların qarnına gedir. Əslində mənə xoşdu belə olması. Anarxiya yaranması yaxşı şeydi. İnsan nəsli bəlkə 95% kəsilə. Çünki insan bu planet üçün, potensial təhlükədi!!! Yerin təbii sərvətlərini çapıb talayırlar, planet yararsız hala çevrilir. Tullantılar, zibillər hər il trilyonlarnan tondu və bu zibili məhv edə bilmirlər. Dünyada ən böyük problemlərdən biri zibil problemidi. İnsan özü öz zibilini təmizləməy ixtidarında deyil. Bu problemin həlli yolu da yoxdu. Zavod tikdilər, zibili yandırıb məhv etsinlər, zavod zibili yandırannan sonra, çoxlu zibil külü qaldı o külü hara atsınlar bilmirlər)))

    Biz bilmir Yaradan var ya yoxdu. Bir az ümüd eləyirik, günün 24 saatının 1-2 dəqiqəsini.

     

    Bir neçə dəqiqə fikir verin, görün nə eqoist dinlər var... Ancaq insana insana kömək etməydən, insanın xilasınnan söhbət gedir. Bəs digər varlıqlar və ətraf mühüt? Bu Yaradanın yadınnan çıxıb?:facepalm:

    Çünki ey homo sapienslər bu dinləri Yaradan göndərməyib. O belə ошибка eləməz) 

    Normal ağıl səviyyəsi olan insan bilməlidi ki, bu dünyada çox şey через ж.....!

     

    Normal ağıl səviyyəsi olan insan bilməlidi!

    Xəstəliklər sudan qidadan keçir. Havada xəstəlik olsa onun qarşısını almaq mümkünsüzdür. Karantin vaxtı, mümkün qədər evdə hazırlanan yeməklərə qidalanmaq lazım. Maqazinlərdən bazarlıq minimum olmalı. Vegeterian həyat tərzi immuniteti möhkəmləndirər. Çalışın imun sisteminizi gücləndirim. Hər gün idman etmək, çimmək. Çalışın oruc tutun. Təbii otlarnan çay dəmləyin. Üzərliy yandırın havada olan mikroblar məhv olsun. Çətin günlərə hazır olun. Başlanğıc həmişə çətin olur.

  6. 2 часа назад, ATXC сказал:

    Artıg siyasetden kecibdir vaxtımiz. Rus imperiyasi xaylarla birlikde bizi 200 il gırıb ve hele de öldürür en vetenperver ve agılli insanlarımızı. Torpaglarımızı da alıb verib bu geyretsiz xaylara. Burda ki ganıgatıshıg xaylar da bizi iceriden gırır öldürür ve isteyir rusermeni buranı da zebt etsin son torpagımıza kimi. Galıb ya ölmeyimiz ya da olmagımız bu heyatda! Buna göre de bizim çıxışımız ancag Türkiyemizle birleşmek ve İrevanla Zengezurumuzu geri alib serhedlerimizi acmagdır! 

     

    Əgər heç nə edə bilmirsizsə, onda belə yanaşmayan, milləti ruhdan salmayın. Yaxın tarixnən maraqlansaz, çox aciz xalqlar, böyük qələbələr qazanıb. Misal üçün.

     

    Yəhüdilər də, və axtarsaz bir neçə xalq tapa bilərsiz. Ən böyük problem sizin kimi yanaşmanın, çoxluq təşkil etməsindədi. İndi döyüşgən olmaq, fiziki güc rol oynamır. Ancaq ağıl və siyasi hiylə. Ruslar, Çeçenlər kimi döyüşgən xalqın döyüş ruhunü öldürdü, pulnan ağızlarını bağladı. Rus-Çeçen müharibəsi, Qarabağ müharibəsinnən 10 dəfə dəhşətli olub. İndi bir birlərinə qardaş deyillər. Bax siyasət budu. Müsəlmanlar düşmən deyən Amerika, Ərəb şeyxlərinə qardaş deyir. Bax siyyasət budu. Qardaşlığa gəlincə, bizə ən ağır günlərdə, İran, Türklərdən birinci köməyə gəlib, elə vaxt olub ki Türklər köməydən imtina da ediblər. Ona görə Türkiyə ilə birləşəy deyəndə, tarixi vərəqləməy lazım.

  7. 1 час назад, Slay сказал:

     Bayaqdan bu mövzuda yazmaq istiyirəm.Yazıram, oxuyub təzədən pozuram. Nə qədər çalışıramki, yazım qalsın. Oxuyanda baxıb görürəm ki,populist çıxışlara oxşuyur. Özümə deyirəm ki, deməli haqsızlığı bilirsən rastlaşanda mübarizə apar,day boş-boşuna deyinmə.

     

    Ruhdan düşməməy, passiv olmamaq lazım. Bu qanunlar dünyada həmişə olub. Millətin ruhdan düşməyi, passiv olması, uçuruma aparır. Heç nə edə bilməsən də, ruhdan düşmə, hamıya mənəvi dəstəy ol, ruhlandır. Bunu üçün İngilislər tarix boyu oratorlardan, natiqlərdən istifadə ediblər. Heç bir sahədə ruhdan düşməy olmaz. Bizim sevgi hissimiz qəribədi. Ancaq öz əzizlərimizi sevə bilərik. Biz öz vətənimizi, xalqımızı da sevməliyik Kİ biriy olsun. Sevgisiz deməyə söz də olmur, həvəs də olmur. Şairlər şeyir yazırlar sevgidən, bir birinə oxşayanları da var, buna baxmayaraq yazıb yaradıllar. Ələ əsas məsələ də odu ki hamı bir sözü deməlidi!

     

    Bizdə niyə siyasətə maraq yoxdu?

    Çünki siyasət yoxdu!

    Azda söz yasaqdı!

    Birliy olmaz!

    Dövlət maraqlarına sərf etməyən fikir, zidd fikir sayılır, baxmayaraq ki, milli maraqlara əks elətdirir!

    Manopoliya aşırı dərəcədədi!

     

     

     

    • Upvote 1
  8. В 06.01.2019 в 12:23, roberto5 сказал:

    Simruq, bәli vahid ideyamız yoxdu mәqsәdlәrimiz yoxdu. Ama indi bunların olmasına çox tәlәb var. Hәr kәs nәsә etmәlidi, sakit durmamalıdı. Rüşvәt mәktәbdәn, sәhiyyәdәn tutmuş bütün yerlәrә biyabırçı şәklindә sirayәt edib. Bununla mübarizә aparmaq,  sırf siyasәtә qarışmaq anlamına gәlmir. Әlbәttә ki burda mübarizә aparanlar xaricdәkilәrdәn daha üstündü. Ama o xaricdәkilәr dә digәr xaricdәkilәrdәn, pul qazanmaq üçün xaricә köçәnlәrdәn ,  öz ailәlırini ora aparanıardan qat qat yaxşıdı. Ancaq bunun ailәsi avropada yaşasın, fso. Onlardan törәnlәr dә artıq azәrbaycanlı olmuyacaq. Bunların içindә  savalisi da az deyil. Gedib avropanın qulu olmağa razıdılar, Ama öz  yaxınlarına xidmәt göstәrәrәk onlafın ağası olmağa razı deyillәr. 

    Ps. ilqar, Әli vә s.  , onların nә etdiyi bizim nә edәcәyimizdәn önәmli ola bilmәz. 

     

    Həmişə açıq danışmışam, indi də açıq danışıram. Sənin dediyin sözlər, şikayət, bəhanədi. Xaricidə, burada fərqi yoxdu, mübarizə, mübarizədi. Gəl belə danışaq da... Tam fərqli yanaşma. Müsəlmançılıqdan danışırıq, hansı İlahiyyatçı, ədalətsizlik barədə şıxış elədi? Taleh, Nərdəranı qoyaq kənara. İndiki İlahiyyatçılardan, hansı adi bir problemnən danışır? Mən çaxnaşma, çağırışların əleyhinəyəm. Müsəmançılıq, ədalət, haqqdı. Hanı ədalət? Niyə ədalətdən danışmırlar? Niyə hamı görür, oğru məmur kimdi, heç kim danışmır. Bu sadə vətəndaşın işi DEYİL! Bunun üçün ziyyalısı var, baş biləni var. Şəhid anaların qan pulu barəsində, tanınmışlardan bir Kənan.M.M danışdı və bir oğlan var idi adı yadımda deyil. Ziyallılar, tanınmış və elitalar, susur, yazıq sadə vətəndaş nə edə bilər, başçı olmayannan sonra. Heçnə. Elə nə olur, sad, kasıb vətəndaş. Onun da əlinnən nə gələ bilər, yazığı elə döyürlər ki, deyir bir də qələt edərəm. Çox ciddi represiya var. Burda günah ancaq və ancaq ziyalılardadı!!! 

    • Upvote 2
  9. В 31.12.2018 в 13:25, Museyib Elekber сказал:

    Qara materiya (və ya Qaranlıq maddə) və buna paralel Qaranlıq enerji anlayışı sadəcə bir bənzətmə olaraq yaranıb. Onun haqqında əldə tutula biləcək heç bir informasiya olmadığı üçün Qaranlıq adlandırılıb. Bəlkə də heç elə bir şey yoxdur. Tamamilə yanlış hesablama da ola bilər. Ya da nəzərdə tutulmayan başqa bir şey.

     

    Fikirləşəy ki fərqi yoxdu. Qara ya ağdı. Bizim qalaktikadan danışaq. Bizim qalakdikada olan planetlər, ulduzlar, günəş, bunlar hamısı, kosmosda, asılı vəziyyətdə dayanıblar. Enerji olmasa, heç nə olduğu kimi olmaz və hər şey boşluqa, sonsuzluqa gedər. Kainatda isə hər planetin öz yeri öz enerjisi var. Biz əgər kosmosun, qara materiyanın enerjisini ölçə bilmiriysə, bu onun olmamasının göstəricisi deyil! Bzizm Qalakdika kimi milyardlarnan qalakdika var, enerji olmasa, hamısı bir birinə dəyər)))

  10. В 26.12.2018 в 13:36, roberto5 сказал:

    Salam Simurq, cox sag ol cavaba görə. Bizim ne inki siyasetcimiz, butun tebeqeden tutsaq yani mellim, hekim, biznesmen hamisi america ilə müqayisə oluna bilməz. Hər sahəninin də özünə məxsus problemləri var. Amma bizim kimi olkəni turkmənistanla, ozbəkistanla müqayisə etsək gorərik ki, biz onlardan daha öndəyik. Elə siyasi proseslərə qarismaga görə. Məsələ bugünkü siyasetin seviyyesinde deyil ki? axi biz , sen bu ölkənin indisiyik, bizden törəyənlərdə gələcəyi. Oturaq qıraqdan seyrmi edək? gedək avropadan özümüzə Siyasetci getirek ? yoxsa ozümüzünkülərinin qabagina tələblər qoyaq? 

     

    Problem bilirsən nədədi??? İzah edim, yadda qalsın. Biz qarşımıza məqsəd qoyub, bu ideyanın arxasıyca gedən bu hakda düşünən, məşqul olan adam deyilik. İdeyaya ömür sərf eləyən deyilik. İndi açıq danışacam. Avropadan çağırışlar edillər, Mir Şahin, Sevinc Osman qızı davası, Vidadi da nəbilim Mirzə və.s. uzadmaq olar nə qədər desən. Lap Əli Kərimli, İlqar Məmmədovu götürəy. Götürdün? Gözüvün qabağına gətirdin? Mənim üçün Vahid Mustafayev, Mehman Hüseyinov, bunların hamısınnan çox iş görüb. Bunlar isə tr lya laya la lya danışırlar, qırırlar bir birlərini. Konkret iş görməy lazımdı, danışmağa hamı danışa bilir. Lap elə ağıllı ağıllı da. Belə bir sual var. Faktiki sən nə etmisən? Onlar nə edib? Sənin İlqar dediyin insan, türmədən əvvəl və sonrakı siyasi fəallığı necə dəyişib?))) Mir Şahinin vətənpərvər obrazı hani? Mən videobloger olsam, onların hamısı ilə tək mübarizə apararam və nöqtələrini qoyaram! Sadəcə siyasətə nifrət edirəm.

  11. Uşaq vaxtı, 2-3 sinifdə oxuyanda, belə bir şey fikirləşmişdim. Evin tavanı var, bəs göyün tavanı var?))) Bu fikir məni indiyənə kimi düşündürür. Uşaq vaxtı fikirləşirdim, göyün axırı hara gedib çıxır. Bu barədə onda, internet yox idi, kitab az idi, heç bir məlumat toplamaq olmurdu. İndi baxıram, elə indi də bu barədə çox az məlumat var, o da təzəliycə yaranıb. Alimlər əsasən Qara Materiyaynan maraqlanırlar və kayinatın ucu bucağı ölüçləri ilə. Dəqiq bir məlumat tapmaq olmur. Mənim versiyalarım çox zəngindi, bəlkədə Интерстеллар kinosunu serial etməyə yetər) Çox təvazökaram bilirəm))) Mənim düşüncəmlə, kainatın sıxlıq, boşluq olan yerləri var, bu yerlərdə "bizim" kosmik raketlərnən hərəkət etmək mümkün deyil. Aydındı ki hər planetin öz zaman vahidi var. Yerdə bir gün 24 saat, bu hər planetdə fərqli ola bilər. Bizim bildiyimiz elmlər, bizim zaman vahidi üçündür. başqa zaman vahidlərində, başqa elmlər yaranır.Biz bilmiriksə, görmürüksə, bu zaman vahidi ilə əlaqədardı. Zamannan asılı olaraq, bir şey eyni zamanda çox yerdədi. Bizim zamanın formatı bir şeyi bir yerdə, bir formada görməyə imkan verir. Başqa zaman vahidində bu format dəyişir və müxtəlif baxış bucaqları yaranır. Biz digər məkan və zaman vahidində, ağacı müxtəlif bucaqlardan müxtəlif formatlarda görə bilərik. Yerdən başqa həyat yoxdu deyənlər..... Marsda küləy var, Yupiter çox soyuqdu, Ay çox küləylidi, Günəş də oddu. Bu o deməydi ki kainatda öz formatina uyğun həyat var! Nəyə görə Qara Materiya, onu qara edən nədi? Planetləri kosmosda saxlayan nədi? Kosmosun ölçü vahidi nədi? Bizim planetdən aşağı və yuxarı nədi? Məni uşaqlıqda yuxarı maraqlandırırdı))) Bunu oxuya və fikirləşən ki, mən uşaq vaxtınnan gic olmuşam))) Şükürlər olsun xoşbəxt adamam hər şeyimdə var. Öz istədiyim həyatımı qurmuşam. Bu sadəcə hobbimdi. Ləzzət edir, kayf verir. Kimi narkotikdən, kimi içkidən, kimi seksdən, mən də ağıla sığmaz şeyləri dərk etməyə çalışıram. Bu mənə xoşdu. 

    • Haha 1
  12. В 22.12.2018 в 20:54, roberto5 сказал:

    Disputda daxili siyasetden yazmaq yasaqdimi?  yasaqdisa niye?

    Siyasete qarismaq , muxalif partiyalara uzv olmaq niye bele qorxunc gorunur?

    Niye mitinq kecirtmek hakimiyyete qilinc qaldirmaq menasini verir?

    Elə bilirdim SİYASET sözünün mənası kələk gəlmək, fırıldaq işlətmək mənasındadı. Ama belə deyilmiş. “Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi: Siyasət olmayınca eşq mülkində nizam olmaz!” : “Qılsa (i)taət, riayətim görsün, Qılmaz olsa, siyasətim görsün.” “Ədalətinlə bu dünya tapar nizam sənin, Siyasətinlə olar bağrı düşmənin al qan.”
    Bu sözlərin Məhəmməd Füzulinin əsərlərindən götürülüb. (Bu yazini Meydan TV den oxumusam)

    Real Partiyasi 40 min imza topluyur,: pulsuz tehsil, devolvasiya zereri ve seckili Mer. Bu kompaniya muxalifete  qosulmaq ucun (muxalif oldugunu resmi bildirmek ucun) en tehlukesiz ve en sivil metoddu. Dovletde isleyenler qol cekmirler, hec islemeyenlerin de ekseriyyeti. Bizi isden cixardallar, basimiza oyun acallar ve s. hansi ki 200-300 azn maas alirlar. Ele bilki imza atmaq hakimiyyete qarsi savasmaqdi. Beyem hakimiyyetde olanlar insan deyil ? onlar sehv ede bilmezler? 

    Birce onu bilirem ki bu gunku nesil 20-40 yas arasi gencler , orta yaslilar siyasete qarismasa gelecek neslin uzerine cox boyuk yuk qoymus olacaguq.

     

     

    Salam roberto5. Mən başlıqa cavab verəcəm. Sonra nə vaxtsa yazaram. Biz siyasəti bazar iqtisadiyyatı və Qarabağ probleminnən o yana aşa bilməyəcəy səviyyədə aparırıq. Tarixi yaxşı bilməmək, yeni texnologyalarnan maraqlanmamaq, dünyaya az inteqrasiya olmaqımız, bizim cəmiyyətimizdə primitiv siyasətçilər yetişdirir. Bizim siyasətçilər, hərdən beynəlxalq orenada çıxış edirlər. Onlar çıxışedəndə mən həyəcanlanıram ki indi ağzına gələni danışacaq, biyabır olacayıq. Ən adi misal çəkim. Jurnalist Qənirə Ataşovanın, Obamaynan danışmasına, baxa bilmirəm, utanıram. Bu bizim simamızdı.

    • Upvote 3
  13. Bu gün bir balaca, özümüzdən danışmaq istəyirəm. Milli şüur və düşüncə. Bəzi ölkələri çıxmaq şərti ilə, dünyanın hər yerində eyni siyyasət aparılır. Həmən o bəzi ölkələr də, bizim kimi ölkələrin siyyasəti idarə edərək, rahat yaşayır. Ölkələr qul şəklində, başq ölkələrin xeyrinə işləyir. Bunu çoxu bilir!   Bəs nəyi bilmirik? Ölkələrin çoxunu, dövlət yox, oliqarxlar idarə edir. Öz ölkələrinə biznes kimi baxırlar. Dünyanı çökdürən, oliqarxlardı, milyarderlərdi. Dövlətin onlara gücü çatmır. Onlar dövlətin bütün strukturlarında var. Siyasət, biznesə çevrilib, biznesimen Prezident olur. Tramp, Poroşenko. Hal hazırda Prezidentlərin onlara gücü çatmır. Bəzilərinə çatır, hansılar ki xırda balıqdı, tuturlar, iri balıqlar üzür.

    Son zamanlar internetdə, dövlətə qarşı çağrışlar, söyüşlər, baş alıb gedir. İzah edim biləsinlər, söyüş söyüb, ağıllı danışanlar. Bir gündə bütün rüşvətxor məmurları tutub içəri basmaq olmaz. Gərəy 3 yeni türmə tikilsin və ölkədə çox yerlər işləməsin. Nəzərə almaq lazımdı ki dövlət başçısının da çəkindiyi oliqarx siyasətçilər var. Kompramat və şantajlar var. Bu təhlükəli oyun, vaxt tələb eləyir. Oturub Fransada, Amerikada, Azərbaycanı müqayisə etmək, gülüncdü.  Fransa tarixiynən Amerikaya dərs keçər. Bizi Fransaynan müqayisə etmək çoxxx tezdi. Mən ümumiyyətlə bizim siyasətçilərin düşüncəsinə mat məttəl qalmışam. Təbrizin itgisi Qarabağdan daha böyük olduğu halda, biz bu barədə danışmırıq. İndi bildiz, İran Ermənilərə niyə kömək edir? BMT də 10 larnan, Qarabağ problemi kimi, problemlər var və onların heç biri həll olunmayıb) Dünyanın ən borc içində batan ölkəsi Amerikadı, tək  Çinə 2 trilyon borcu var. Bu ölkə öz problemini həll edə bilmir. Heç bir din də bu problemi həll edə bilmir. Dinlər də işləmir))) Amerika Rassiyanın başının üstünnən atdanıb bu problemi həll eləməyəcəy, Ruslar da eləməyəcəy. Çünki Russiyada hakimiyət, millət hamısı dəyər bir birinə. Nəyə görə? Russiyadakı siyasətçilərin çoxu Ermənipərəst ya Ermənidi. Qorxullar!!!

    Mən bir günümü sərf elədim, axır 2000 illiy tarixnən maraqlandım. Bu 2000 il ərzində, Azərbaycan, Ermənistan əraziləri, Ərəblərdə, Farslarda, və daha kimlərdəolmayıb. Yerəvan bizdə də olub, Qarabağ Ermənilərin işğalında da olub. Mən qadimi atlaslar, xəritələrə baxdım. Açın baxın. Fikirləşəcəysiz ki Azərbaycan, ermənistan xəritələri. Yox Bütün dünya atlası. Qarabağ ərazisinə, 2000 min il ərzində, əldən ələ keçib. 

    Bizim vəziyyətdə olan ölkələr, çoxdu. Nə qədər ki oliqar sistemi, siyasəti idarə edir, dəyişiklik olmayacaq. Hamısı bir birinnən asılı olan işlərdi. Dünya siyasəti bərbad gündədi. Çalışacam bu həftə əlavələr eləyim.

  14. В 23.05.2018 в 19:47, NOIR сказал:

    bu mövzuya indi diqqət yetirdim, oxudum. nəsə nəzərimdən qaçmışdı..

     

     

     

    bir çox şeylər müqayisədə dərk olunur.

    sosial şəbəkələr cəmiyyətin simasıdır və bu üz çox bəsitdir, rəngsizdir, primitivdir, bəzən bərbaddır. biz müqayisə edirik və təəssüf edirik. biz ümid edirik və yenə də təəssüf edirik ) xüsusiləşmiş mövzularda diskussiya etmək üçün xüsusi biliklər tələb olunur axı... ya da ki, ümumi dünyagörüş, məntiqi təfəkkür, mühakimə qabiliyyəti və s.

    gündəlik məişət mövzularında yazmaq üçün ibtidai məktəb savadı yetərlidir. bu səbəbdən, bu tip məzmun məkanı doldurub. bu normal deyil, amma təbiidir. insanlar qabiliyyəti çatacaq qədər, şəbəkə vasitəsilə təmas qururlar.

    sinirləri qıcıqlandıran, həyacanlandıran məzmun aktualdır, cəlb eliyir, çəkir, reytinq yığır. bundan əlavə,  insanlar istədiyi fikri, istədiyi formada və ən əsası, məsafədən  çatdırmaq imkanı əldə ediblər. minlərlə insan üçün bu bir yenilikdir və bir dəbdir. zövqsüzlük dəbidir, bəlkə də bu səbəbdən süni görünür... amma bu da keçib gedəcək ) 

     

    bizim bölməyə gəldikdə.... 

    primitivləşmirik biz, Simruq bəy ) amma dəyişirik, onu düz deyirsiz. hər kəsin öz motivi var. məişət qayğıları var, vaxt qıtlığı var... sonra, zamanla olur ki, insana fərqli əhval gəlir, fərqli dəyərlər gəlir, başqa maraqlar yaranır, əsaslı dəyişir insan. olur ki, məsələn mən özüm ) gərginlikdən yayınıram. bu səbəbə, tanımağım istifadəçilərlə, naməlum istiqamətdə, ümumi bölmə və mövzularda diskussiyaya girişmirəm. mən yüz adama yüz söz çatdıra bilmərəm ) niyə kiminsə çirkli sözünə bulaşmalıyam yaxud pis əhvalına tuş gəlməliyəm mən. 

    bu səbəbə, qınamıyın bizləri 

     

    din-fəlsəfə bölməsində sözümü demiş userəm, illər boyunca yüzlərcə post yazmışam, bəsimdi )

    ümumilikdə, bölməmiz passivdir, aktual deyil, dəbdə deyil. bir gülnən bahar olmaz. amma bu vəziyyət mənim hissiyatıma toxunmur, məni incitmir. çünki bu cəmiyyətimin siması deyil, idarəçilik rejiminin məhsuludur sadəcə. mən bunu olduğu kimi qəbul edirəm. 

    bir vəziyyət ki, mənim iradəmlə, müdaxiləmlə həll olunacaq, səy göstərəcəyəm əlbəttə. bölmə ümumi fəaliyyət məhsuludur, yalnız mənim iradəmlə dəyişəcək deyil, bu səbəbə özümü burada narahat hiss etmirəm, əhvalımı pozmuram. siz də, kefinizi pozmayın, hiddətlənmiyin ) yazın arabir, heç olmasa həftədə bir dəfə 

    Mən heç kimə heç nə sübut eləməy, təsirr eləmək istəmirəm. Mən bu foruma bir oyun kimi baxıram və özümü test drayv eləyirəm. Nə ciddi nə də qeyri ciddi yanaşıram. Mənim üçün fərqi yoxdu 1 nəfər adam var ya 100 nəfər adam var forumda. Bilirsiz necədi, biz az forum özümüz özümüzlə münasibət qura bilmirik, rus bölməsi bura gəlib neynəsin? Hamı deyir vaxtım yoxdu. Mən kefimi pozmuram və nəyə görə pozum ki. Mən özüm özümə maraq sahəsi tapa bilirəm. Bir az mülayim, təmiz fikirli olsaq hər şey yaxşı olar. Fikirimi tam çatdıra bilmədim, yuxum gəlir:closedeyes:

  15. В 09.07.2018 в 20:54, Igolka сказал:

    Hemişe,hemişe demeyin.:evilgrin1:

    Offtop etmeyim.

    Bezi şeylerden bir az- çox yazın ara sıra oxuyuram.

    İnterneti sevmirəm, vaxtımı çox aldıqı üçün. Çox olanda asılılıq yaradır.Bu səbəbdən, instagram, whotsap və faceni, ayda bir dəfə yükləyirəm və pozuram ki asılılıq yaranmasın. Bu səbəbdən az oluram.

  16. Yaddaş çox gözəl bir şeydi. Bu cümləyə qayıdacam. Çalışmaq lazımdı hər günü, xoş yaşayaq. Heç kimin sözünün, təsirinin altına düşməyə yol verməyəy. Həyat çox gözəldi. Bizim məqsədimiz, yaxşı iş və normal ailədi. Bu məqsəd olmalı deyil bu onsuz da olacaq bir şeydi, məqsəd oldu ya olmadı. İnsanın məqsədi bu planetə xidmət eləməydən ibarət olmalıdı. İnsan sülh məramlı olmalıdı. Saf, təmiz hisslərnən yaşamalıdı. Birinci sinifə gedən uşaq kimi) Beyində, qəlbdə mundar fikirlər olmalı deyil. Bu hisslər insanı korlayır. Yayda, sərinlik, kölgəliy, külək istəyirik. Evdən işə gedənə kimi, qarşımıza, 10-larnan ağac çıxır. Evdən çıxanda 1-litr, işdən çıxanda 1-litr su hər kəs ağaclara töksə, quraqlıqın qarşısı hər il azalar, gül çiçəy olar hər yer. Evdəki yemək qırıntılarını, Allah yaratdığı qurda, quşa versəy, xəstəliylərimizin sayı azalar. Həşarat, böcəy olan yerdə xastəliklər az olar. Dilənçiyə 1-2 manat nəzir veməyə ehtiyac yoxdu, onsuz da, insanların nəsili kəsilən deyil))) Amma təbiət məhv olmaqdadı, qırmızı ktab artıq dolub( Qayıdaq, birinci cümləmə. Yaddaş çox gözəl bir şeydi. Biz uşaq vaxtı olan o pak, saff hissləri, təzədən bərpa etməliyik. yada salmalıyıq biz kimik. İndiki əxlaqsız cəmiyyət, cinsi bilinməyən seksual həyata nə bizim nə də uşaqların ehtiyacı var. Əxlaqsızlıq sizi uydurmasın))) Yada sal sən kimsən!!!

×
×
  • Create New...