Jump to content

my courage

  • entries
    55
  • comments
    33
  • views
    7,259

Xəyanət


SHRU

137 views

Xəyanət çox qəribə hissdir… bəzən yetərsiz alçaldaraq mənəviyyatları məhv edir.. bəzən yersiz ağladır hönkür hönkür… bəzən isə səni dizin dizin süründürür zəkanın dərinliyində… gecələri yatmırsan….

 

 Heç kiminsə qarşısında çılpaq qaldınızmı zəkanızla ?kiməsə fikirlərinizi,düşüncələrinizi, qəlbinizin içini beyninizin nəzarət mexanizimindən keçirmədən ardıcıl olaraq gözlərinin içinə baxaraq söylədinizmi? Cəsarət etdinizmi buna ?qəlbinizi ruhunuzu sığortasız olaraq biri üçün hiss etdinizmi?nələr görüb bu cahan daha nələri hiss etdirib görəsən İnsanlığa?

Mən etdim… Etiraf edirəm.Çox sevərək,istəyərək, qəzəblənərək bəzən….amma etdim…elə qəribə hissdir ki,birini içinin tam yarısı olduğunu hiss edərək ona tutulmaq..tutunmaq…sevmək..hiss etmək…Təbiətin verdiyi hər gözəl hissi onunla əlaqəlındirərək…canlandırmaq, mülahizə etmək…çoxu zamanda mübarizə aparmaq….

Xəyanət... Birinin çılpaq bədənində barmaqlarının ucu ilə sənə toxunuşunu hiss etməməkdir....onunla eyni yataqda olsan belə gecənin gözəlliyini içindəki göz yaşları ilə boğmaqdır...Xəyanət onun səninlə olan dünyasına başqa insan ruhunu keçirməsidir.... Xəyanət saatlarla gözlərinə baxıb... cavabını bildiyin təqdirdə,ondan daha öncə belə bir hiss yaşadığını soruşaraq... ondan düzgün, dürüst cəsarətsiz cavabı almamaqdır....Xəyanət bir insanda tapa biləcəyin ən ali bir damla isti münasibətin....etibarlılıq sarsıntısıdır...Xəyanət dürüst,yetərsiz,cəsarətsiz olmamaqdır...Xəyanət birinin gözlərinə baxaraq etdiyin fədakarlıqların fərqinə varmadan sənin komfortlu olmadığını söyləməsidir... Xəyanət sənin gözlərinə baxaraq sən olmasaydın əslində mən yenədə onunla sevişmək üçün məsafə qət edərdim deməsini eşitməkdir....Xəyanət sənin üçün özən göstərilməməkdir...Xəyanət uşaqlıq rəfiqənin bir günün içində ətraf mühitin təsirindən Səni ad günündə görməkdən imtina etməsidir...Xəyanət sənə toxunan dodaqların başqasını da belə dərin hisslərlə öpdüyünü anlayaraq , onları hiss etməməkdir...

Ardı var.... 19.07.2023

Edited by SHRU
correction

  • Like 1

3 Comments


Recommended Comments

@SKECHERS

Cəsarətimə görə üzürlü sayın məni.. düşündüm ki, bunu oxumalısınız.Fikirləriniz maraqlıdır.

Link to comment

Salam.

Düzünü desəm, məni bu mövzuda şərh yazmaq üçün dəvət etməyiniz məni çox təəccübləndirdi. 😊 Şübhəsiz ki, xəyanətdə yaxşı heçnə görmürəm. Bu aldatmaq, yaxın adamı alçatmaq deməkdir. Fikrimcə, xəyanət üçün çoxlu səbəblər mövcud ola bilər, amma bunların heç biri bəhanə sayılmır. Lakin, mən bütün xəyanət edənlərin ləkələmək və pisləmək fikrində deyiləm. Onların hər birinin öz taleyi və xəyanət tarixçəsi var. Bu mövzuya ancaq bunu əlavə edə bilərəm: mühakimə etməyin və mühakimə olunmayacaqsınız!

  • Thanks 1
Link to comment
В 20.07.2023 в 17:21, SKECHERS сказал:

Salam.

Düzünü desəm, məni bu mövzuda şərh yazmaq üçün dəvət etməyiniz məni çox təəccübləndirdi. 😊 Şübhəsiz ki, xəyanətdə yaxşı heçnə görmürəm. Bu aldatmaq, yaxın adamı alçatmaq deməkdir. Fikrimcə, xəyanət üçün çoxlu səbəblər mövcud ola bilər, amma bunların heç biri bəhanə sayılmır. Lakin, mən bütün xəyanət edənlərin ləkələmək və pisləmək fikrində deyiləm. Onların hər birinin öz taleyi və xəyanət tarixçəsi var. Bu mövzuya ancaq bunu əlavə edə bilərəm: mühakimə etməyin və mühakimə olunmayacaqsınız!

heç bir zaman mühakimə etmədim...Susdum sadəcə...

  • Like 1
Link to comment

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...