Jump to content

vebmaster

Members
  • Posts

    447
  • Joined

  • Last visited

Posts posted by vebmaster

  1. indi aydındır

     

    bütün belə şərəfsizlər uşaqlarımıza qurban olsun  

     

    bir user-in post-undan - 

     

    Когда едите с семьёй, даже не думайте о том что правильно или нет. Ваша задача, кормить, заботится, растить и воспитывать детей. А не связываться на дорогах с имбицилами. 

  2. конечно же он ограш и кепек ушагы, но вы, прижимаясь из своей же полосы влево, дали ему ложный сигнал, что можешь проезжать, вот он и газанул. Или если даешь дорогоу давай до конца, пусть проедет, или же держись своей полосы и всем движением дай понять что не уступаешь, тогда и лезть не будет. 

     

    mən son anda sağa verdim, verməsəydim sürtəcəydi mənə

  3. Bakı Türk Liseyindən QƏBUL REKORDU

     

    Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında Lisey və ölkə tarixinin rekordunu təzələyiblər. Lisey direktoru Kadir BektaşoğlununLent.az-a verdiyi məlumata görə,  bu il liseyin iki məzunu 1-ci ixtisas qrupundan Fatimeyi Zəhra Nəbizadə və 2-ci ixtisas qrupundan Samir Rzayev 700 bal toplayıb. “Ümumilikdə bu il  məktəbi bitirən 100 məzundan 62 nəfəri  (62%) 600-dən, onların 29 nəfəri isə 650-dən çox bal toplayıb”.

    Lisey direktoru bildirib ki, 1-ci ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 13 nəfəri 62 %, 2-ci ixtisas qrupu üzrə imtahan vermiş 45 məzundan 23 nəfəri 49 %, 3-cü ixtisas qrupu üzrə imtahan vermiş 13 məzundan 9 nəfəri 69 % və 4-cü ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 18 nəfəri 86 % 600-dən çox bal toplayıb.

    K. Bektaşoğlu bu ilki nəticələrin lisey təhsil tarixinin rekordu olduğunu, yüksək nəticə göstərən məzunları ürəkdən təbrik etdiklərini, ayrıca əziyyət çəkən fədakar müəllim kollektivinə, valideynlərinə və Təhsil fəaliyyətlərində özlərinə  hər cür dəstək verən rəsmi qurum və idarələrə minnətdar olduqlarını və çox təşəkkür etdiklərini bildirib.

     

    http://news.lent.az/news/173508

     

     

     

  4. Dünən Bazarstore-dan (Xətai) SAB-ın kolbasasını aldım, üzərində 9.79 AZN göstərilmişdir. Evə gələndə çekə baxdım ki, 10.19 AZN-dir. Belə çıxır Bazarstore-da çox mal alanda istədikləri qiyməti vurullar çekə, nəzərə alsaq ki alıcılar da çox mal alanda tutuşdura bilmir orda bütün malla çeki, onda da kassirlər başlayır arıtq qiymət vurmağa. Onsuz da mallar bahadır + hələ burdan da üstünə qoyullar.  Özü də Ramazan ayında. Hörmətli disputçular diqqətli olun!

×
×
  • Create New...