Jump to content

Maga Qasımov

Members
  • Posts

    2,403
  • Joined

  • Last visited

  • Days Won

    1

Posts posted by Maga Qasımov

  1. 54 минуты назад, Gretzky сказал:

    министерство не является decision making органом и создателем политик в области сельхоза.

     

    Проблемы такие как - 

     

    1. Нежелание сельчан выращивать и продавать - приходит монополист и грит - даю копейки, на рынок выход только через меня

    2. Диктовка что выращивать - форматируйте поля и пастбища под хлопок (кстати это и подняло цену на мясо), мы так хотим и вас не спрашиваем, плевать что процесс вам невыгоден и в общем убыточен для страны, кто сказал что вы должны зарабатывать

    3. Огромная проблема с поливкой урожая, власть на местах решает в пользу своего бизнеса кому достанется вода

    4. Отжимание пастбищ в пользу монополиста

    5. Весь процесс на 90% вручную, современные технологии не применяются, повышается себестоимость - опять же диктовка сверху что статистику трудоустройства поддержать, неважно что копейки платят

    6. Самое главное - Отсутствие судебной системы, которая решала бы перечисленное в пользу потерпевших, так же как уровень компенсаций за отбор подготовленных полей в пользу скажем проходящей дороги -

     

    Ситуация - фермер взял кредитов, подготовил поле за пару лет, вложился, готов сеять и тд - приходит чиновник, мол поле анексируется в пользу постройки дороги, оплата минимум за цену земли, твои кредиты и труды подготовки поля нас не касаются.... Фермер банкрот, суицид, занавес...

     

    Это всё пара классных девушек (спортсменка, комсомолка, красавица - кстати обе в чёрном как и наш сельхоз) не решат, а будут просто перебирать бумажки в министерстве, наберутся опыта и смотают в какой нить проект. 

    Всё по полочкам разложили. Действительно дельный комментарий.

    • Upvote 1
  2. 1 час назад, HHK сказал:

    Я редко испытываю гордость за соотечественников , но сегодняшний день стал исключением.

    Только ,что посмотрела в небе грандиозное шоу . Некоторые фигуры высшего пилотажа завораживали своей сложностью. Трудно представить , какие огромные перегрузки испытывают пилоты в этот момент . Просто невероятно , что среди нас еще живут люди ,способные на такое !!! Скажу честно , не сделала бы это своей профессией ни за какие деньги )))

    И еще , была горечь от понимания ,что их имена никому не известны . На слуху безголосые певички и геи , вся заслуга которых в иной сексуальной ориентации. Не справедливо , что в этом мире чья-то задница популярнее истинного героизма и мужества.

    Мое  уважение и мои поздравления сегодня людям ,  все еще  делающим что-то стоящее  для нашей несчастной Родины !

    Простите за пафосность , но поверьте ,что от чистого сердца ...

    Замечательный пост!

    Полностью согласен с вами!

    • Upvote 1
  3. В интернете имеютя очень интересные и познавательные статьи на тему развития экономики Голландии, в особенности сельского хозяйства этой страны. Это - великая страна! Чего только стоит цветочный бизнес? Страна получает от этого колоссальную выгоду. И речь идёт не только о финансовом доходе. Надеюсь он сможет повлиять на министра, чтобы способствовать развитию сельского хозяйства. У Ровшана Агаева очень интересные мысли на эту тему.

     

    20180614_123009.thumb.png.791ee5a3c62a165d50ae9a0b4425454d.png20180614_123027.thumb.png.4c94afcd2577d4c38270795ca0302440.png20180614_123046.thumb.png.18391ac3b4e7af649b5eea4ccd523d81.png

  4. Почему мы не можем создать востребованный товар? Мне это очень интересно. Например, помните завод по производству компьютеров "Kür" в городе Мингечаур? Ноутбуки "Nexus"? Автомобили "AzSamand"? Кондиционеры Elit? Телевизоры Star TV? Последние 3 бренда принадлежали группе компаний "Evsen". Гянджинский Автомобильный Завод, который производил автомобили "Ока", грузовые авомобили. Сайт завода в последний раз обновлялся в 2015 году. Что произошло с заводом по производству велосипедов в Исмаиллах? Что будет с Нахичеванским Автомобильным Заводом если прекратится государственный заказ? Одним словом, что нужно сделать, чтобы создать спрос на местный товар? Ведь было столько проектов, которые, к сожалению, не увенчались успехом.

  5. _100626230_khodro9.jpg.ab033b028a86b052ad4d951695e2a8ae.jpg

    Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır. Bunu “Azərmaş” MMC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

     

    Emin Axundov Reporta deyib ki, ilkin olaraq 100 ədəd “Xəzər” avtomobili satışa çıxarılacaq. Qiyməti 14 min AZN olacaq avtomobillərdən ayda 160 ədədinin istehsalı planlaşdırılır.

     

    “Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. Növbəti bazar ertəsindən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışı başlanılacaq”.

     

    Qeyd: Martın 29-da Azərbaycan və İran, ildə 10 min maşın istehsal etmək gücündə olan birgə zavod istifadəyə verib.

     

    Rəsmi mənbələrə görə, zavodun məhsulları hələlik yerli bazar üçün nəzərdə tutulub, amma xarici bazara çıxarılması da nəzərdən keçirilir.

    Hərçənd ki, BBC Azərbaycancaya danışan iqtisadçılar bir neçə adda avtomobilin buraxılması nəzərdə tutulan zavodun rəqabətə davamlı olacağına şübhə etdiklərini bildiriblər.

    Onlar bu fikirlərini Azərbaycanın İranla avtomobil sənayesi sahəsində keçmiş təcrübəsi ilə əsaslandırıblar.

     

    2005-ci ildə Şamaxıda açılan "Azsamand" zavodu eyni adlı avtomobili istehsal etməyə başlamışdı.

    2016-cı ilin rəsmi statistikasına görə, ölkə üzrə bir milyondan çox avtomobil arasında "Azsamand" ın sayı təxminən 3400 olmuşdu ki, bu da ümumi avtomobil sayının 0,29 faizini təşkil edirdi.

     

    Birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq, Azərtac yazıb.

     

    "Rusiya, İran, Çin istehsalı olan avtomobilləri çıxmaqla, digərlərinin qiymətləri orta bazar dəyərindən çox yüksəkdir", - Ramil Osmanlı əlavə edir.

     

    "Bu istehsal deyil, hazır detallar gəlir və hazır detallar Azərbaycanda bərkidilərək satışa çıxarılacaq. Azərbaycanın iki dəfə belə təcrübəsi olub", BBC Azərbaycancaya danışan iqtisadçı Natiq Cəfərli qeyd edir.

    Ekspert bildirir ki, əsasən dövlət sifarişinə hesablanan bu istehsal müəssisələrinin fəaliyyəti uğursuz olub.

     

    Natiq Cəfərlinin sözlərinə görə, indi hökumət üçüncü dəfə də eyni səhvi təkrar edir.

     

    "Yenə yığım sahəsi açılır və orada yerli detallar olmayacaq. Detalların ən azı 30 faizi yerli istehsal olsa, bu, rentabelli sayıla bilər."

     

    Prezident İlham Əliyev 2017-ci il sentyabrın 24-də Xəzər zavodunun yerləşdiyi Neftçala Sənaye Parkının açılışı zamanı deyib ki, "Bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur. Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaqdır".

     

    "Azərmaş" ASC - "İran Khodro" birgə avtomobil zavodunun ümumi investisiya dəyəri 15 milyon dollar olub və müəssisədə 300 nəfərin işlə təmin olunması planlaşdırılıb.

     

    Mənbələr:

    1) https://mikroskopmedia.com/2018/06/08/neftcalada-istehsal-edilən-avtomobillər-14-min-manata-satilacaq/

    2) http://www.bbc.com/azeri/azerbaijan-43580662

  6. Amma adam həqiqətən də düz deyir. Hacı Şahinlə nifaqı oldu Fazil Mustafanın, amma hacı Şahindən çox Fazil Mustafanın üzərinə onun tərəfdarları hücum elədi. Bu azmış kimi, kim ki Hacı Şahini azca tənqid eləyir, həmin insanın da üstünə hücum eləyirlər, təhqirlər yağdırırlar. Əksəriyyətinin profilinə baxsanız, görərsiniz ki, İranın dini xadimlərinə qibtə eləyirlər. Ayətullahların, ələlxüsus da Xomeyninin şəkillərini örtük şəkli kimi istifadə eləyirlər. Eləsinlər ee, amma biri var rəğbət bəsləyəsən, biri də var əksər YAP-çılar kimi şəxsiyyətə pərəstiş edəsən. Dini təəssübkeşlik çox təhlükəli bir haldır, çünki adamlar tolerant deyillər, əks fikrə dözümsüzdürlər, başqalarının həyat tərzinə (qısa geyim, spirtli içkilərin qəbul edilməsi, LGBT-yə üzv olması və ya onu dəstəkləməsi və s.) hörmət eləmirlər, buna isə onların haqqı yoxdur. Kimə maraqlıdırsa, Azadlıq qəzetinin əməkdaşı Aytən Məmmədovanın son paylaşımına baxın, sürü psixologiyasınn bariz nümunəsi var orada.

    • Upvote 3
    • Downvote 1
  7. Bizim xalqımız üçün hüquqi dövlət bir xülyadır. Muharrem İncenin yaxşı bir fikri var bu mövzuda. O deyir ki, əgər məhkəmə hakimləri yüksək vəzifəli şəxslər məhkəmə iclasına gələndə ayağa qalxıb, pencəklərinin düymələrini bağlamağa can atırlarsa, həmin ölkədə müstəqil və azad məhkəmədən söhbət belə gedə bilməz. Hüquqi dövlət o zaman mövcud olur ki, icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində müstəqil olur və nə məhkəmənin, nə də parlamentin işinə müdaxilə etmir, təsir göstərmir və tapşırıq vermir, çünki bu qanuna ziddir. Hakimiyyət sevdası insanı çox dəyişdirir, kürsüdə oturmaq, milyonların sənə tabe olduğunu bilmək, külli miqdarda pul qazanmaq insanı o qədər ovsunlayır ki, o, öz vəzifə səlahiyyətlərindən sui-istifadə eləyib, ölkəni şəxsi mülkü kimi idarə edir. Azərbaycan hüquqi dövlət deyil, bunun qismən söhbəti də doğru deyil. Ölkədə ya qanun şahdır, ya da şah qanundur, bitdi.

    • Like 1
    • Upvote 1
  8. Лично я за свободу слова. Если в стране действует независимая судебная система, за оскорбления, клевету и ложь ты ответишь перед законом, конечно же, если это будет доказано, тем более случаи разные. Понимая ответственность за сказанное, в стране будет меньше грязной информации. Цензура в СМИ неприемлема, так как в этом случае граждане получают одностороннюю, необъективную и искажённую информацию. Я получаю больше дельной информации от Медузы, нежели от ВГТРК, в Турции мне нравится FOX TV, нежели провластный AHaber. То есть, у граждан должна быть свобода выбора медиа-источников.

  9. 23 минуты назад, dizayner сказал:

    Что за дело Евровидение-2012? Что натворили тогда?

    Валех критиковал правительство по поводу проведения Евровидения. Он также резко критиковал правительство из-за слухов про гей-парад. Он обвинялся в попытке совершить теракт в Crystal Hall.

    • Thanks 1
  10. В предыдущей странице написали о том что, правительство АДР подарило армянам Ереван. Кому интересно, могут прочесть про данное событие интервью Ширмамеда Гусейнова, который посвятил свою жизнь изучению истории АДР. Как мы можем ставить ярлык предателей правительству АДР, не вдаваясь в подробности? Лично я счастлив, что в нашей истории просуществовало светское и демократическое государство, которое отправляло нашу молодёжь учиться за рубеж, чтобы они просвещёнными приехали на родину и помогли строить страну. Атрибуты АДР и законы принятые в этой стране используются и по сей день. АДР - гордость нашей истории!

     

    Tariximizi doğru-dürüst bilməməyimiz, dost-düşmənimizi yaxşı tanımamağımız hər zaman başımıza bəla olub. Elə vaxtaşırı bir ovuc erməninin toruna düşməyimiz həm də yaxın-uzaq keçmişimizdən bixəbərliyimizlə bağlıdır. Həmsöhbətimiz Azərbaycan Demokratik Cümhuriyyəti dövrünün araşdırıcılarından biri olan professor Şirməmməd Hüseynovu da ən çox təsirləndirən elə tariximizə laqeyd münasibətimizdir.

    Müsahibə üçün müraciət etdikdə əvvəlcə razılaşmadı. Ölkənin mövcud durumu, mətbuatın vəziyyəti, problemlərdən qurtulmağın yolları barədə danışmaqdan imtina etdi. Yalnız bir müddət öncə dövlət başçısı İlham Əliyevin "İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi" söyləməsi söhbətimizin baş tutmasında açar rolunu oynadı. Görkəmli alim tarixi faktların olduğu kimi təqdim olunmasını zəruri sayıb gerçəkləri dəlil-sübutlarla qəzetimizə açıqladı:

    - 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın qəbul etdiyi 3 saylı protokolunda bu barədə tam təfsilatı ilə göstərilib. Həsənbəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək Milli Şuranın nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib. Deyib ki, Azərbaycan və Ermənistan federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb. Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o vaxtadək ermənilər özləri üçün Aleksandropolu (indiki Gümrü şəhəri-E.P.) mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Türkiyənin nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır. Xatırladım ki, 1918-ci ilin martında Leninlə almanlar arasında Brest Litovski sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən Qars, Ardahanla birgə Aleksandrapol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. Fətəli xan da öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirib. Hətta deyib ki, İrəvanın ermənilərə verilməsi qaçılmazdır. Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə çıxarılıb və 16 nəfər İrəvanın verilməsinə razılıq verib. Səsvermə zamanı yalnız 1 nəfər əleyhinə, 3 nəfərsə bitərəf qalıb. Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq haqqında müzakirə açılıb. Qısa fikir mübadiləsindən sonra Ermənistanla Azərbaycanın konfederasiyada birləşməsi məsələsi yekdilliklə qəbul olunub.

    - Dediniz ki, Milli Şurada İrəvanın ermənilərə verilməsinin qaçılmazlığı qeyd olunub. Azərbaycanı buna vadar edən əsas səbəb nəydi?

    - Dövlətin taleyi həll olunan yerdə təbii ki, güzəştlər labüddür. Bəzi xəstəliklər zamanı adamın həyatı təhlükə qarşısında qalanda deyir ki, ayağımı, əlimi kəsin, təki salamat qalım. İrəvanın taleyi də həmin dövrdə belə idi. O vaxt dövləti, milləti xilas etmək üçün İrəvan ermənilərə verildi. İndi kim lovğalanırsa, gedib Qarabağı azad eləsin.

    - Bu bir faktdır ki, Milli Şuranın nə ordusu, nə əsgəri, nə də topu-topxanası yox idi. Azərbaycanı necə müdafiə edəydilər?

    - Sadəcə Azərbaycanı xilas eləmək üçün o addımı atdılar. Bununçün nə Milli Şuranı, nə də onun üzvlərini qınamaq lazım deyil. Hətta Xasməmmədov, həmçinin Milli Şuranın İrəvandan olan bir neçə üzvü bu qərarın əleyhinə çıxsa da, sonradan onları başa saldılar və qərara səs verdilər. İclasda bildirildi ki, məcburiyyət qarşısında qaldığımız üçün İrəvanı ermənilərə veririk. Yəni faciədir, amma bu addıma ketməyə məcburuq. Ona görə də bu addımı tarixi zərurət kimi qiymətləndirirdilər.

    - Məlumdur ki, Məmməd Əmin Rəsulzadə həmin iclasda iştirak etməyib. İrəvanın ermənilərə verilməsi barədə müzakirələrin məhz Rəsulzadənin Tiflisdə olmadığı günə təsadüf etməsi məqsədliydi, yoxsa burda ayrı səbəb vardı?

    - Bu qərarı bəzən yanlış olaraq Məmməd Əmin Rəsulzadənin adına yazırlar. Ancaq bu, bir tarixi faktdır ki, Məmməd Əmin Rəsulzadə o vaxt iclasda olmayıb. Rəsulzadə o zaman Batumda türklərlə danışıqlar aparırdı. İrəvanın verilməsi ilə bağlı iclasda Rəsulzadə ilə yanaşı, Nəsib bəy Yusifbəyov da iştirak etməyib. Ancaq unutmayın ki, Məmməd Əmin Rəsulzadə bir nəfər idi və bir səsi vardı. İndiki dövr deyil ki, parlament rəhbəri nə dedisə, o da olsun. Milli Şura da müstəqil parlament idi və bir adamın iradəsindən asılı deyildi. Orada çox demokratik ab-hava var idi. Digər tərəfdən, Rəsulzadə hələ mayın ortalarında o vaxtkı Zaqafqaziya Seyminin nümayəndə heyətinin üzvü kimi Batuma türklərlə danışıq aparmağa getmişdi. Bu danışıqlar gedən zaman almanlar tərəfindən müdafiə olunan gürcülər elan etdilər ki, biz Seymdən çıxıb müstəqil dövlət oluruq. İngilislər və ruslar tərəfindən himayə olunan ermənilərsə Aleksandropolu paytaxt elan etməkdən məhrum olduqlarını bildirəndə onlara "siz də hökumətinizi İrəvanda qurun" dedilər. Yəni faktiki İrəvan artıq əldən getmişdi.

    - Məmməd Əmin Rəsulzadənin qatıldığı danışıqların önəmi nə oldu?

    - Bu zaman Bakı bolşevikərin əlində idi. Rəsulzadə başa düşdü ki, türk ordusu gəlməsə, Bakını bolşeviklərdən xilas etmək mümkün olmayacaq. Tiflisdə 44 nəfərin yığışaraq "biz müstəqil dövlətik" deməsi ilə nə olacaqdı ki? Bir tərəfdən Gürcüstan da Milli Şuraya deyirdi ki, mən müstəqil dövlətəm, ona görə də Tiflisdən çıxın. Buna görə də Rəsulzadə 1918-ci il iyunun 4-də Batumda türklərlə müqavilə imzaladı. O müqavilə əsasında Aleksandropol türklərə keçdi. İyunun 17-də isə milli hökumət Tiflisi tərk edib Gəncəyə köçdü. Bu zaman gördülər ki, Nuru Paşanın rəhbərliyi ilə türk ordusu artıq Təbrizdən və Culfadan keçərək Gəncəyə gəlib. 1910-cu ildə Türkiyəyə gedən Əhmədbəy Ağayev, Əli Bəy Hüseynzadə də Nuru Paşanın yanında idi. Nuru Paşa vəziyyəti görəndə Rəsulzadəyə deyib ki, bu nə müstəqillikdir, sizin heç nəyiniz yoxdur. Üstəlik Ağayev və Hüseynzadə Rəsulzadəyə təklif etdilər ki, Milli Şuranı buraxın, Azərbaycan Türkiyəyə birləşsin. Rəsulzadə isə onlara dedi ki, Azərbaycanı, Bakını azad edək, ondan sonrakı taleyimizin necə olacağına baxarıq. Nuru Paşanın münasibətini görən Məmməd Əmin bundan sonra İstanbula gedib sultanla, Ənvər Paşa ilə danışıqlar apardı. Bunun ardınca Gəncəyə gəlmiş 300 nəfərlik türk qoşunu əvvəl 4 minə, sonra 8 minə çatdırıldı. Bakıya hücum edəndə isə türk qoşununun sayı 10 min idi. Bakıda təkcə ermənilərin 4 minlik qoşunu vardı. Hələ ruslardan danışmıram. Özü də ermənilərin hamısı Qafqaz cəbhəsindən gələnlər idi. Bizim heç nəyimiz yox idi. Müsəlmanları orduya çağırmamışdılar axı. Rəsulzadə o zaman bir əjdahalıq elədi. Gedib sultanla danışanda dedi ki, 300 əsgərlə bolşevikləri Bakıdan çıxarmaq olmaz. Hətta o vaxt bolşeviklər Gəncəyə, Yevlaxa doğru irəliləyirdilər. Məmməd Əminin İstanbulda apardığı danışıqlardan sonra türk qoşunu artdı və 3 ay yarımlıq hazırlıqdan sonra, 1918-ci ilin 15 sentyabrında Bakı azad olundu.

    - Zaman-zaman Rəsulzadənin rolunun kiçildilməsinə yönəlik fikirlər səslənir, iddialar eşidilir. Bu iddialara cavabınız nə olardı?

    - Rəsulzadə bu dövləti sözün həqiqi mənasında yaradıb. Əgər o, Türkiyəyə getməsəydi, orada müqavilə bağlayıb türk ordusunu çağırmasaydı, torpaqlarımızı birləşdirməsəydi, Azərbaycan Şaumyanın başçılığı ilə Rusiyanın tərkibinə keçiriləcəkdi. Necə ki, Dərbənd Rusiyanın əsarətinə keçirilmişdi. Qazax bölgəsinin Gürcüstana, Gəncə tərəfin də Ermənistana verilməsi planı var idi. Sonradan ermənilər ingilislərin, rusların əli ilə Aleksandropolu da türklərdən geri aldılar. Azərbaycanın bir dövlət olaraq mövcudluğu müzakirə mövzusu deyildi. Demokratik Cümhuriyyət 3 ay ərzində türk silahı ilə 15 minlik qoşun yaratdı. Şəmkir stansiyasında eşalonları saxlayıb silahları alırdılar. 23 ayda artıq ADR-in 30 minlik qoşunu, 8 piyada, 3 süvari alayı, 2 zirehli qatarı vardı. Həmçinin bir neçə zirehli avtomobilə, aeroplana malik idi. Bunların hamısını türklərdən almışdılar. Bu faktları bilmək və qiymətləndirmək lazımdır. Cümhuriyyət qurucuları bunları ağılla, məntiqlə, siyasətlə yaradıblar.
    Milli Şuranın bayram münasibətilə keçirilən iclasında da ilk olaraq Rəsulzadə çıxış edib. Çünki cümhuriyyətin yaradıcısı o idi və hamı Məmməd Əmini qəbul edirdi. Amma bu insan özü olduqca təvazökar olub. Hətta təklif edirmişlər ki, Azərbaycan prezident respublikası elan olunsun. O isə deyib ki, biz min illərdir padşahların, sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya meyliliyimiz var. Yəni kimi prezident qoysan özünü sultan elan edəcək. Ona görə də parlamentli respublika daha yaxşıdır. Elə 23 aya 4 hökumətin dəyişməsi ciddi hadisədir. Deputatlar mövcud hökumətə etimadsızlıq məsələsini qaldıran kimi, məsələ müzakirəyə çıxarılırdı. ADR hökuməti ən demokratik hökumət olub. Bunlar belə kişilər idi. Həmin hadisələr indi baş verə bilərmi?
    2002-ci ildə Rusiyanın "Voprosı istorii" jurnalı Məmməd Əmin Rəsulzadənin 21 səhifəlik "Azərbaycanda milli hərəkat" məqaləsini çap edib. Özü də bu, Rusiya Elmlər Akademiyası Tarix İnstitutunun təşəbbüsü ilə dərc olunub. Jurnalda birinci məqalə məhz budur. Kazan şəhərində Rəsulzadə haqqında kitablar çap olunur. Təəssüf ki, bizdə buna hələ diqqət verən yoxdur.

    - Şirməmməd bəy, 2008-ci ilin "Cümhuriyyət ili" elan olunması barədə ayrı-ayrı təşəbbüsləri nəzərə almasaq, ADR-in 90 illiyinin qeyd olunmasına yönəlik dövlət səviyyəsində hansısa hazırlıqları müşahidə etmirik. Bununla bağlı nə deyə bilərsiniz?

    - Bu bayram həm iqtidarın, həm müxalifətindir. Bütövlükdə millətin bayramıdır. Yanvarın 20-də həm müxalifət, həm də iqtidar Şəhidlər Xiyabanını ziyarət etdi. Əgər faciəni birlikdə qeyd ediriksə, bəs o bayramı niyə birgə qeyd etməyək? Bu yubiley yüksək səviyyədə keçirilməlidir.

    - Rəsulzadəyə abidə qoyulması planlaşdırılan yerdə sonradan fontan quraşdırılması... 

    - (Sualı yarımçıq kəsir) Mən elə şeylərə əhəmiyyət vermirəm. Stalinin, Leninin nə qədər heykəlləri vardı. İndi hanı o heykəllər? Gərək heykəli xalqın qəlbində, taleyində qoyasan. Rəsulzadə də buna nail olub.

    - Sonda yenidən İrəvan mövzusuna qayıtmaq istərdim. Bəzi fikirlərə görə, Azərbaycan rəhbərliyi İrəvanın ermənilərə verilməsini xatırlatmaqla Dağlıq Qarabağın təsliminə zəmin hazırlamaq istəyir. Sizcə, tarix təkrar oluna, bu dəfə də Qarabağ ermənilərə verilə bilərmi?

    - Bir məsələni deyim ki, ötən əsrdə İrəvan güzəşt edilsə də, Demokratik Cümhuriyyət Qarabağı ermənilərə vermədi. O vaxt da ermənilər Qarabağda üsyan qaldırmışdı. Üzeyir bəy yazır ki, ingilis generalı Tomsona dedik, biz Qarabağa 30 minlik qoşun göndərib torpaqlarımızı azad edəcəyik. Tomson etiraz edəndə onu başa saldıq ki, Qarabağda ermənilər qanuni hökumətə qarşı qiyam qaldırıb. Ondan soruşduq, İngiltərədə bir dəstə dövlətə qarşı qiyam qaldırsa, nə edərsiniz? Tomson bildirib ki, qiyamı yatırarıq. Üzeyir bəy deyib, icazə verin biz də gedib qiyamı yatıraq, torpaqları azad edək. Bundan sonra Tomson deyib, gedin, azad edin. Demokratik Cümhuriyyət Andronikin, Dronun qoşununu dağıdıb onları Qarabağdan çıxartdı, torpaqların azadlığına nail oldu. Ancaq təəssüf ki, 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzuru Ermənistana verdilər.
    Digər tərəfdən, tarix heç vaxt təkrar olunmur, hadisələr təkrarlanır. Allah hər bir milləti yaradıb və millətlər torpaqlara sahib çıxıblar. Qoruya bilsən torpaq sənindir, qoruya bilməsən özgənin. "Torpaq, əgər uğrunda ölən varsa, vətəndir". Əlibəy Hüseynzadə 1905-ci ildə yazırdı ki, millətin taleyi onun qüvvəsindədir. Əgər varsa, o, hakimdir. Yoxdursa, torpağı da, qeyrəti də əldən gedəcək. Bu gün hakimiyyət bütün diqqətini Azərbaycanın torpaqlarını birləşdirməyə yönəltməlidir. Bununçünsə, gərək bütün millətin birləşməsinə nail olsun.

  11. 6 часов назад, Ahmed-Shah-Mesut сказал:

    Турция при правление Ататурка был близкий к Азербайджану или при правление османистов 100 лет назад и сейчас ???

    При помощи турецкой армии был очищен от противников и освобождён Азербайджан, в частности город Баку. Шехидами стали сотни турецких солдат. Эта страна являлась гарантом безопасности Нахичевана. И они были бы рядом даже тогда, когда мерзкие большевики вторглись на территорию нашей страны, но в тот момент в помощи нуждалась как раз сама Турция, которая потерпела поражение в Первой Мировой Войне и была на грани политического кризиса.

    • Like 2
    • Upvote 3
  12. Великая личность! Я горжусь им! Он освободил страну от британских, греческих, курдских и армянских оккупантов. Внедрил в Турции светское образование и способствовал просвещению турецкого народа. Я с нетерпением жду прихода такой личности и в нашей стране. Чтобы он объединил нашу страну, чтобы мы, наконец, избавились от конфликта в нашу пользу и занялись развитием нашей страны и просвещением народа. Это выступление учителя средней школы в Турции очень трогательное и поучительное. В нём рассказывается про отношение Ататюрка к образованию.

    • Like 2
    • Upvote 2
  13. 1 минуту назад, Naba сказал:

    Проходные баллы формируются на основе конкуренции и никто конкретно не определяет их.

    Уверены? Имеются фиксированные проходные баллы, которые могут измениться в зависимости от результатов абитуриентов.

×
×
  • Create New...