Jump to content

fikus elastica

Members
  • Posts

    3,025
  • Joined

  • Last visited

Posts posted by fikus elastica

  1. dilimiz onsuzda təcavüz olunub,əsl azərbaycan türkcəsində olan sözlərin sayı hədsiz azdı, danışdığımız dilin boyük əksərini  ərəb-fars mənşəli sözlər təşkil edir. təsəvvür edin,bütün alınma sözlər leksikondan çıxarılsa biz fikrimizi necə ifadə edərik?

     

     necə gündü insanların troll sözləri həvəslə müzakirə etməsi isə info qıtlığından və bekarçılıqdandı :) 

    • Upvote 1
  2. evlilik- həyatı, yaşayışı, mənzili və s. bölüşməkdi. təklik də bir şey deyil. subaylıq da sultanlıqdı amma bir vaxta qədər. çox davam edən sultanlıq da darıxdıracaq

     

    bizlərdə ailə qurmağın ən ali  bir məqsədi olur, nəsl artırmaq...

    • Upvote 1
  3. bu dəfə qatılaşdırılmış südə çoxlu kakao əlavə edib çalınmış qaymağa qatdım. o birilərdən daha dadlı oldu, tez başa gələn şokoladlı bir dondurma alındı. Kakao çox güclü aromatizatordu, qaymağın yağ təmini əməlli başlı örtdü. daha bu cür edəcəm, asan həm də qaymaq təmi verməyən variantdı. kakao tozcuqları ətrafa uçmasın deyə hissə-hissə qatılaşdırılmış südə qatıb asta-asta tam qarışana qədər qarışdırın. çox şirinin sevmirsizsə, yarım banka qatılaşdırılmış süd qatın.

     yuxarıdakı resepti də sınaqdan keçirəcəm sadəcə yumurta qoxusu gələr deyə hər dəfə ertələyirəm 

  4. On 7/12/2016 at 0:19 AM, Kenul2012 said:
    "Gəlin, pulsuz, həftədə bir dəfə elm haqqında tələbələrə dərs deyim”. Razı olmadılar. Onlara lazımdır ki, pul yığmaq üçün tələbələrə "Yasin” oxumağı öyrətsinlər. Həmin tələbələri qəbiristanlıqlara paylayırlar, qrafik tuturlar.

     

    Məsələ çox mürəkkəbdir. İnsanlar anadan olandan onların şüurları dinin təsirinə düşür. Mənim bəzi tələbələrim başını bağlamağa başlamışdı. Mən isə məsləhət verəndən sonra onlar başlarını açdılar. Xoşluqla başa saldım ki, bu, gerilikdir. Onlar da məni başa düşdülər. 

    Hər dərsimdə tələbələrə deyirəm ki, elm üstündür, ona, onun gəldiyi nəticələrə inanmaq lazımdır. 

    maraqlı müsahibədi ötənlərdə oxumuşdum. 

     

    • Upvote 1
  5. ən yaxşısı evdə istilik sisteminin söndüyü amma hələ kondisionerin işləmədiyi  fəsildi  :)

     

    yay gözəldi, amma baxır kimlər üçün... günəşin altında qızmar istidə tikintidə işləyən fəhlə, öz müştərisini isti maşının içində gözləyən  podpressdən çıxmış  əli günəşdən qapqara olan taksist  , hətta yolda durub "polislik" edən ypx işçiləri və s . bu kimi bir çoxları yayı lənətləyir..

  6. On 7/11/2016 at 0:22 PM, drrufatqizilbash said:

    ne gözel. mende var bi dene de amma xeste deyil. bu il çiçek açmaq üçün çubuğunu çıxardı teqriben 10 cm uzandı amma sonra ucu qurudu. sebebsiz yere olmaz yeqinki. yarpaqları sapasağlamdılar

    əlbəttə, köklərində problem olanda adətən belə hallar olur. İşıq, temperatur amili bir də  mexaniki zədə də ola bilər. 

    əgər onu da barter etmək istəsəz xəbər edin :) 

  7. On 7/7/2016 at 8:10 PM, drrufatqizilbash said:

     

    təzələri var bəli, amma bilmirəm nə qədər təzədilər.))) yadımnan çıxıb burada paylaşmışam ya yox. siz verdiklərinizdən tutmayanı yoxdu. hamısı da gözəldilər. sizdə yeniləri varmı?

    sukkulent və kaktus ceşidi 100-ü ötüb :)  amma kifayətlənmişəm, möhkəm yer qıtlığı olduğu üçün onlara lazım olan günəşi paylaşdıra bilmirəm. ona görə keçmişəm səhləblərə. çiçəksiz, xəstəxal olanları alıram , sağaldıb çiçəkləndirirəm :) maraqlı prosesdi, inkişaf dinamakasını izləmək və ən əsas da xəstəliyə qalıb gəlmək :) 

  8. 6 hours ago, NOIR said:

    :loveyouddd: ay çox sağ olun, Elastika xanım )) nə yaxşı oldu, səhəri bu mahnı ilə açdım. əla mahnıdır :

    " heç bilmirəm, nə görmüşəm gülüm, səndə

    üzüm gülür biz görüşəndə ! " :romashka:

     

    bu mahnını nə əcəb eşitməmisiz ? köhnə mahnıdır, səmimi mahnıdır, isti mahnıdır ))

     

     

    buyurun :)

    mahnını eşitmişəm bu ifada, bu duetdə birinci dəfə idi dinləyirdim

  9. Mehriban Həsənovanın fb-də "yeməli" bir səhifəsi var. Əla reseptlər paylaşır. Belə bir dondurma resepti paylaşmışdı ötənlərdə. Bunu da yoxlamağa dəyər. Əsas ana resepti, köməkçi inqridientləri zövqə görə ixtisar da etmək olar. bu da səhifənin ünvanı  https://www.facebook.com/foodbloggerchefmary/?fref=ts

     

     Semifredo - İtalyan dondurması

    6 yumurta (otaq temperaturunda)
    600 ml (33-35%) qaymaq 
    200 qr şəkər pudrası 
    50 qr badamlı peçenye (doğranmış)
    100 qr fıstıq (doğranmış)
    100 qr tünd şokolad (doğranmış)
    100 qr albalı (vişnə) 
    50 ml konyak

    1) Albalını (vişnəni) gecədən konyakda isladın 
    2) Yumurtaların ağ və sarısını ayırın. Ağı ayrı, sarıları da ayrı şəkər pudrası ilə çalın.
    3) Qaymağı da ayrıca çalın. 
    4) Ağı və sarını tez bir-birinə qatın, sonra qaymağı əlavə edin. 
    5) Alınan kremi 2 hissəyə bölün. Birinə doğranmış şokolad və albalını (vişnəni), ikinciyə isə fıstığı əlavə edin. 
    6) Qablara yığıb, 3-4 saatlıq soyuducuya (buzxanaya) 
    7) Dondurmanı yeyəndə üstünə badamlı peçenye əlavə edin.

  10. 12 hours ago, Kenul2012 said:

     

     

    qabın başına paket keçirib ,ancaq mikserin şpristləri üçün deşik aça bilərsən )

     

    Türklərin məşhur aşpazının bir sözü var )  Mətbəxdə çarələr bitməz..həqiqətən elədir.Yetər ki,istə  

    həəə, strech keçirib eləmək də olar, düz deyirsen, bu dəfə elə edərəm, thanks

×
×
  • Create New...