Jump to content

juvefan

Almost members
  • Posts

    29
  • Joined

  • Last visited

Posts posted by juvefan

  1. Təşəkkürlər! Bizdən bir-iki gün əvvəl həmin yerdə 2.5 kq-lıq sazanlar tutublar. Balıq sürüynən gəlib keçibmiş. Əmioğlu ən balacası 1.5 kq olmaqla 5 ədən sazan tutub. hardasa 3 gün əvvəl.

    Mən xırda balıqları suya buraxırdım. Şəkildə axırıncı isə nəzərdən qaçıb. O da pişiyə qismət oldu....

  2. 08.08.-09.08.2015. Neftçala rayonu Mil-Muğan kollektorunun (Şaqay kanalı) Surra kəndindən keçən hissəsi. El arasında kolbasa zavodunun arxası da deyilir. Yem olaraq xəmir, krivetka, soxulcan və qarğıdalıdan istifadə etdik. Soxulcandan başqa hər şeyə dəydi. Axşam saat 8-də kanalın qırağında idik. Bütün gecəni balıq vurmadı. Ancaq gün çıxandan sonra balıq gəldi. Günorta saat 12-də ordan çıxdıq.

     

    9b57dc5a0343.jpg

  3. Kür çayının Xəzər dənizinə töküldüyü yerdə torpaq qurduna tutulub. Gedənə yaxın çörəyin içini də yoxladıq. Balıq gəlirdi. Şənbə günü gecə saat 12-dən günorta 12-yə kimi orda olduq. Hər tərəf ventil və torla dolu idi. Millət lodkalarda tor atırdı. Balıqların Kürə girmək şansı demək olar ki yoxdur.

  4. Onlardan alınan cavab belədir:

     

    Sizin narahatçılıqınızı başa düşüb qəbul edirik, lakin gördüyünüz və foto edib göndərdiyiniz mənzərəyə aydınlıq gətirmək istəyirik.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) 4 nərə balıqartırma və 5 çəkikimi balıqartırma zavodlarında hər il yaz aylarında (mart-aprel-may) bu balıqların süni balıqartırılması, zavod şəraitində törədici ana balıqlardan kürüsünün süni alınması, mayalanması, körpə balıqların kürüdən alınması, yetişdirilməsi və yenidən təbiətə (Xəzər dənizinə, Kür çayına) buraxılması işlıəri aparılır.

    Bu işləri aparmaq üçün hər il yaz aylarında həmin zavodlar üçün süni balıqartırma işlərinin təşkili üçün törədici ana balıqların tədarükü aparılır. Bu proses yeni deyil və həmişə aparılırdı, hələ SSRİ dövründə də rəsmi olaraq, dövlət səviyəsində, dövlət qurumunun lisenziyası (icazəsi) əsasında aparılırdı. Hal-hazırda da ETSN tərəfindən balıqartırma zavodlarının işinin təşkili üçün və son zamanlar Xəzər dənizində balıq ehtiyatlarının azalması səbəbindən bu zavodlarda törədici ana balıqların tədarükü üçün yaz aylarında (mart-aprel-may) şəkillərdə gördüyünüz dayanan nevodlarla törədici balıqlar ovlanır və zavodlara aparılır. Həmin şəkillərdə gördüyünüz rezin lodkalar Sizin kimi həvəskar balıqçılarındır, onlar qanun çərçivəsində tilovla balıq ovlayırlar.

    Bir daha Sizin hamınıza bu məsələyə diqqət çəkdiyinizə görə təşəkkür edirik.

    Hörmətlə,

    Mehman Axundov.Director

    Azerbaijan Fisheries Research Institute

    Demirchizade str., 16,

    Azerbaijan, AZ 1008, Baku

    Tel: +99412 4962280

    Tel/Fax: +99412 4963037

    Mob: +99450 3245562

    E-mail: [email protected]

  5. Son məlumatlara görə Şirvan kanalının dənizə yaxın hissəsində yaxşı sazanlar tuturlar. Hazırda məlumatı verən Salyandan kanala gəlməyə hazırlaşır. 2-3 gün qalmaq fikirləri var. Amma xeyli də adam var. Yer tapmaq çətin məsələdi. İndi belədirsə görün həftə sonu necə olacaq....

×
×
  • Create New...