Jump to content

kitabbaz

Amateurs
  • Posts

    237
  • Joined

  • Last visited

Posts posted by kitabbaz

  1. В 14.07.2017 в 13:44, Egypt сказал:

    Скажите пожалуйста, дополнительный розыгрш в предыдущих годах проходил каждый раз?

    Hər il olmur.

    20 часов назад, analis-a-tor сказал:

    Скажите пожалуйста, те кейс номера которые не прошли лотерею в мае этого года еще будут разыгрываться в сентябре этого года или нет??? 

    Əlavə uduş olanda qaliblərin email-ə istisna hal kimi bildiriş gəlir. Həmçinin əlavə uduş zamanı Dövlət Departamenti öz facebook səhifəsində xəbər eləyir.  

  2. 34 минуты назад, baku13 сказал:

    Case number 2018EU00011***
    Iyunun 1-i submit etdiyimden dusunurem ki noyabr dekabr aylarina dushmelidir. Unlock etdikden sonra ola bilsin ki gecikme oldu.

    Statistikaya görə müsahibəniz böyük ehtimalla noyabr ayına düşməli idi.https://docs.zoho.com/sheet/riphone.do?rid=xmy6ue226758a2abd4068b3b9de3c988cbea1  Ancaq avqustun birinə qədər dediyim proseduru etsəz ola bilsin dekabra düşsün. Çünki DS formalar KCC-də bir neçə ay nəzərdən keçirilir (dəqiq yadımda qalmayıb təxminən 3 ay) sonra müsahibəyə buraxılır. 

  3. 48 минут назад, baku13 сказал:

    Meni narahat eden meqam odur ki, nigahimi tesdiqlesem bu menim shanslarima nece tesir edecek?
    Unlock edib yeniden submit edeceyim ds260 form interview vaxtina nece tesir edecek?

    Narahat olmayın, şansınıza mənfi təsir etməyəcək. Ancaq müsahibənin vaxtını biraz gecləşdirə bilər. Sizin case number neçədir? Son 3 rəqəmi deməyin. Baxaq təxmini hansı aya düşür və unlock eləmək onun vaxtına təsir edirmi.

  4. 6 часов назад, Ummu Umar сказал:

    Salam. Men greencard udmadim. amma sentyabrda yene yoxlayacam inshaAllah. eger yay aylari erzinde MMR ve Diphteria Tetanusu yerli poliklinikamizda vurdursam ve sentyabrda udsam, mecbur edecekler SOS-da yeniden vurdurmaga? cunki deyirdiler may ayindan qaydalar deyishib ve yalniz SOS-daki peyvendleri qebul edirler. yoxsa bu yalniz udduqdan sonra SOS-dan kenarda vurulanlara aiddir? 

     

    Evvelceden teshekkurler

    Va aleykum əssələm. Çox güman ki, o qayda udandan sonraya aiddir. Mənim göstərdiyim peyvənd qiymətlərinə hər şey daxildir, yəni medsestranın haqqı və ƏDV. Lotoreyanı udanlar o qədər xərclərlə qarşılaşırlar kı, onların yanında peyvəndlərin qiyməti heç nədir. Bacı, indidən peyvəndlərinin fikrini eləməyin, udsaz gedib SOS-da vurdurarsız. 

  5. 4 часа назад, arcobaleno сказал:

    eger hansisa bir peyvendden imtina etsem, musahibe zamani vizanin alinmasina menfi tesir etmeyecek? 

    Bəli, həkimin dediyinə və mənim gördüyümə əsasən vizadan imtina cavabına səbəbdir. Ancaq siz həkimdən soruşa bilərsiz ki peyvəndlərdən imtina etməyin qanuni yolla icazəsi varmı?  (Məlumat üçün böyüklərə 3 peyvənd vurulur: Varicella 164.81 AZN, MMR 46.1 AZN, Diphtheria Tetanus 77.64 AZN. Varicella-Suçiçəyi xəstəliyini keçirmisinizsə vurmayacaqlar. Böyüklər üçün muayinə cəmi 559 AZN-ə başa gəlir.)

  6. 3 часа назад, bad boy сказал:

    salam

    bilmek olar ne xesteliklerdi?

    Salam. Mən muayinənin cavablarını götürməyə getdiyim gün həkim mənə kompyuterdə cavabları çox surətlə göstərirdi. Siyahı tam yadımda qalmayıb çünki hər şey ani baş verirdi. Dediyim peyvəndlərdən imtina, bir də tuberklyoz idi yadımda qalan. Sonra cavabları çap elədi və imza atmaq üçün mənə verdi mən də quş qoyulan yerlərə fikir verdim, yəni xəstəlik yoxdur yazılan yerlərə. Narahat olmayın onlar ağır xəstəliklərdir.

    • Upvote 1
  7. 5 часов назад, Lucky1 сказал:

    Отказ от прививок может послужить поводом для отказа в визе (прецеденты были)

    SOS klinikasında həkim mənə vizanın imtinasına səbəb olacaq xəstəliklərin siyahısını göstərmişdi, siyahıda peyvəndlərdən imtina bəndi də var idi. Heç bir halda imtina etmək olmaz.

  8. В 17.06.2017 в 19:50, elikanki сказал:

    Bu barede kimin fikirleri var, eshitmek pis olmazdi ! :) 

     

    https://www.uscis.gov/i-134

     

    2 часа назад, elvin160 сказал:

    Добрый день, ребята! 

    Кто-нибудь из выиравших пользовался формой İ-134 (Affidavit of support для выигравших в DV lottery, т.е. не İ-184)

    Есть родственница в США. Она гражданка, и зарплата позволяет делать саппорт. Кто-нибудь в курсе как, что, к чему с заполнением данной формы?

    Bu formanı göndərən harasa gedib öz maliyyə imkanlarının kifayət qədər olmasının sübutlarını təqdim etməlidir. Bu formanın müsbət cəhəti vizanın alınması ehtimalını 99% artrır. Mənfi cəhəti odur ki, gələcəkdə maddi problemlərlə üzləşsəz Amerika hökümətinin dəstəyindən məhrum olacaqsız. Formanı göndərən adam gələcəkdə qarşılaşacağınız maddi çətinlikləri öz öhdəsinə götürür. Misal üçün gələcəkdə güzəştli təhsil almaq imkanından yararlana bilməyəcəksiz. İş qabiliyyətini itirməmisinizsə,  babat bank hesabınız varsa Affidavit of support-a ehtiyac yoxdur. Bu mənim bildiyim ötəri informasiyadı, daha ətraflı ordakı vəkillərdən və ya köç-adaptasiya səhifəsindəki soydaşlarımızdan soruşmaq lazımdır. 
    "Affidavit of support"-a bənzər başqa yüngül versiya "Letter of Support"-dur. Hüquqi cəhətdən qüvvəsi yoxdur, ancaq olmamaqdansa olmağı daha yaxşıdır. Hansısa mütləq şablonu yoxdur, sərbəst formada yazılır və Amerikada notariusda təsdiqlənir. Misal üçün: To the Consular Section of the United States Embassy in Tbilisi, Georgia. Filankəs mənim filan qohumum, filan dostumdur. Siz ona viza versəz mən onu evimdə məskunlaşdıracam, iş tapmasına kömək edəcəm və sairə. Filankəszadə Filankəs, adres, telefon.

  9. 21 минуту назад, Private249 сказал:

    Kubikden ev tarnado yox adi windler ucundur, Tarnadodan gizlenmeyin yegane varianti shelterdi:)
    Sen yeqin N.Dokotaya gedirsen.

    Kubik məsələsi zarafat idi. Allah səni qəza-bəladan qorusun. İşti nə vaxtsa tornadoya rast gəlsən selfi çəkdirib altında yazarsan "Azərbaycan xalqı dözümlü xalqdır"  :)
    Gedəcəyim yeri qarşıdakı həftələrdə dəqiqləşdirəcəm. ND deyil.

  10. 11 минуту назад, Private249 сказал:

    1 hefteye uchuram, adaptasiya ve elediyim ishlerim.ardicilligi barede oz getdiyim stata uygun melumat verecem:) Qedim Oklahoma torpagina yasamaga geden tek tuk azerbaycanli ailesi olmagin ayri lezzeti ve cetinlikleri.var. umid edirem burda tornadolardan shekiller paylashmiyacam:))

    Sənə yaxşı yol. Mən də səndən bir ay sonra getməyi planlaşdırıram. Mənə ora gedib çıxmaq qismət olsa şimal ilə cənubun fərqi haqda təcrübələrimizi bölüşərik. Tornadodan qorxma uzaqbaşı azerbaycanskiy variant kubikdən ev tikərsən düzələr :)  Ancaq qızmar günəşin, açıq mavi səmanın ayrı ləzzəti var.   :)

  11. 2 часа назад, zaza7 сказал:

     niye meslehet gormursiz ?

      salam, kecen il udushu ile bagli sualim olacaq.

     biz tbilisiye devet  almishig      deveti tesdiglemek lazimdir ?? ve nece etmek olar  bunu ?

       teshekkurler 

    Salam. Son həftələr Amerika və ərəb ölkələri Qətərə qarşı çıxırlar və sanksiyalar tətbiq edirlər. Bu səbəbdən başqa marşrutlar seçmək məsləhətdir. Dəvəti təsdiqləmək lazım deyil.
    Maraqlıdır sizin case number neçə ilə başlıyır ki, siz müsahibəyə hələ indi çağrılırsız?  Siz də sentyabrdakı əlavə uduşdan seçilənlərdənsiz? Müsahibəniz nə vaxtdır? Mən elə bilirdim bu forumdan DV-2017 -dən sonuncu çağrılan mənəm. 

    • Upvote 1
  12. В 10.06.2017 в 20:16, kitabbaz сказал:

    Keçən il DV-2017 -də dünya üzrə qaliblər 83910 nəfər, Azərbaycandan isə 470 nəfər idi. Bu il DV-2018 -də isə dünya üzrə 115968 nəfər, Azərbaycandan isə 961 nəfərdir. Ancaq 50000 nəfərə viza veriləcəyini nəzərə alsaq rəqabət artacaq. Bank hesabınızı çoxaldın haa.  :)

    Heç kim narahat olmasın. Nəzərə alsaq ki, udanların bir çoxu fikrindən dönür getmir və ya fırıldağ işlədib imtina alır, onda qaliblərin sayının artıq olması normal haldır və uzun illərdir ki, lotoreyanın təşkilatçıları belə praktikadan istifadə edirlər. Misal üçün DV-2014 -də 140659, DV-2015 -də isə 125514 qalib seçilmişdir. Müsahibəyə gedib çıxacaqsınızsa 100% şansınız var (tələb olunan şərtləri yerinə yetirdiyiniz halda).

    DV.png

×
×
  • Create New...